Məhkəmə qərarları › İş №2(011)-138/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-138/2025

15.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-138/2025 15.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Cəmilli Muxtar Musa oğlunun, Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icarəsinə olan ünvan 1 ünvanda yerləşən torpaq sahəsindən zəbt etdiyi 0,00508 ha hissəsindən çıxarılması və həmin torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ünvan 1 ünvanda yerləşən torpaq sahəsindən zəbt etdiyi 0,00508 ha hissəsində inşa etdiyi evin bir hissəsinin sökülərək, torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Muxtar Cəmilli iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 1 ünvanda yerləşən torpaq sahəsi onun icarəsindədir. Həmin torpaq sahəsi 0.0467 ha ibarətdir. Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2021ci il tarixində torpağın alqı-satqı müqaviləsinə əsasən icarəsinə verilibdir. Həmin torpaq sahəsi xx.xx.2021-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində adına hüquqi qeydiyyatdan keçibdir. Cavabdeh qanuni istifadəsində olan torpaq sahəsinin 0,00508 ha hissəsini zəbt edib, evin bir hissəsi onun torpaq sahəsinə düşüb və məhkəmə gedə-gedə də tikinti aparılıb, bilə-bilə ki ora ona məxsusdur, yenə də tikinti aparıblar onlar, hasarı cavabdeh çəkib, əvvəl balaca hasar idi, oranı alanda həmin hasar orda olub, alqı-satqıya gedəndə görüb ki, mübahisəli ərazi onun ərazisi imiş, yəni 2021-ci ildə evi alandan sonra müəyyən edib bu halı. Texniki pasportla ölçəndə yerin əskik olmasını dəqiqləşdirib, alandan əvvəl ona ərazini ümumi göstəriblər, sonra resyestr xidmətinə müraciət edib, ona cizgi-plan verilib, həmin sənədlə də iddia edib, torpaq kənd təsərrüfatlı torpaqdır, lakin həmin məqsədlə istifadə etmir, ora 467 kv metrdir 123 min manat pul verib, icra hüququnun alqı satqısı olub, həmin sahənin dəyərini də versələr razı olar, 13380 manat pul edir, cavabdehlərdən dəfələrlə zəbt etdiyi torpaq sahəsindən çıxmasını tələb etsə də o bu günə kimi qanuni tələbi icra etməyibdir. Cavabdehin bu hərəkətini qanunsuz və əsassız hesab edir. Bu hal onun hüququnu kobud şəkildə pozubdur. Sonda Muxtar Cəmilli iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, həmin sahəni iddiaçıdan əvvəl alıblar, əgər zəbt etsə idi, ondan sonra edərdilər. İki ildir ki, oranı tikməyə başlayılar, hasar ümumi idi, onlar tikib həmin hasarı, qalanını da iddiaçı hörüb, həmin sahə barədə tərəflər arasında razılıq olub ilk əvvəl, sonradan qonşular arasında problem olub deyə iddiaçı məhkəməyə müraciət edib. Həmin vaxt orada sahələri ayıran hasar da tikilib, hər iki tərəfin razılığı ilə reyestr xidmətindən nümayəndə gəlib, iddiaçının istifadəsində olan sahə və onun istifadəsində olan sahənin sərhədlərini birlikdə razılaşdırıblar, onlar hətta notariusa belə razılıq üçün getməyə razılaşıblar sonradan proses alınmayıb, yarımçıq qalıb, həmin sahənin pulunu ödəyib alıblar, sonra da mülkiyyətə dair çıxarış alıblar, həmin sahə ona məxsusdur. Sonda Nümayəndə1 qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izhatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** saylı xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsi 222 D ünvanında yerləşən sahəsi 0.0467 ha olan torpaq sahəsi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 3M-1090 saylı torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, müqavilənin birinci bəndinə əsasən, satıcı X2 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli ********** reyestr nömrəsi **********60 olan çıxarışa əsasən ünvan 1 sahədə ümumi sahəsi 0.0897 ha olan torpaq sahəsindən 0.023 ha torpaq sahəsini alıcı Cavabdeh mülkiyyətinə verir, müqavilənin ikinci bəndinə əsasən, satılan daşınmaz əmlak ƏMDK yanında DƏDR Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 10A2/972 saylı, xx.xx.2020ci il tarixli arayışa əsasən müqavilə bağlanarkən daşınmaz əmlak üzərində icarə var. İş materiallarında olan xx.xx.2021-ci il tarixli torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, müqavilənin birinci bəndinə əsasən, satıcı X2 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********76 olan xx.xx.2020-ci il tarixli çıxarışa əsasən ünvan 1 sahədə ümumi sahəsi 0.0467 ha olan torpaq sahəsini alıcı İddiaçı mülkiyyətinə verir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, sahəsi 0.023 ha olan torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Xətai Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktuba əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən "222 D" saylı sahə **********76 reyestr nömrəli çıxarışa əsasən 467.0 kv.m olsa da, faktiki olaraq hasardaxili 416.2 kv.m təşkil edir. İddiaçı adına **********76 reyestr nömrəsi ilə qeydiyyata alınmış sahənin 50.8 kv.m hissəsi Cavabdeh adına **********77 reyestr nömrəsi ilə qeydiyyata alınmış sahənin mişar daş hasarı daxilindədir (50.8 kv.m üst-üstə düşmə mövcuddur). Bununla bağlı mübahisəli sahənin koordinatlarını əks etdirən izahlı sxem əlavə olunub. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-10/4388 saylı ekspert rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən "222 D' saylı sahə **********76 reyestr nömrəli çıxarışa əsasən 467.0 kv.m olsa da, faktiki olaraq hasardaxili 416.2 kv.m təşkil edir. İddiaçı adına **********76 reyestr nömrəsi ilə qeydiyyata alınmış sahənin 50.8 kv.m hissəsi Cavabdeh adına **********77 reyestr nömrəsi ilə qeydiyyata alınmış sahənin hasar daxilindədir (50.8 kv.m üst-üstə düşmə mövcuddur). Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsi 222 D ünvanında yerləşən sahəsi 0.0467 ha olan torpaq sahəsi İddiaçı, ünvan 2 ünvanında yerləşən, sahəsi 0.023 ha olan torpaq sahəsi isə Cavabdeh qanuni əsasla istifadəsindədir, həmin torpaq sahələri qonşuluqda yerləşməklə,Torpağın icarə hüquqlarının alqı-satqısı müqavilələri əsasında ünvan 1 sahədə ümumi sahəsi 0.0897 ha olan torpaq sahəsindən 0.023 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə Cavabdeh, ünvan 1 torpaq sahəsi ünvanında yerləşən 0.0467 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə İddiaçı satılmışdır, tərəflər arasındakı mübahisə iddiaçıya məxsus torpaq sahəsinin cavabdehin faktiki istifadəsində olması, iddiaçının istifadəsində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi ilə bağlıdır, ekspert rəyinə əsasən, ünvan 5 ünvanında yerləşən “222 D” saylı sahə **********76 reyestr nömrəli çıxarışa əsasən 467.0 kv.m olsa da, faktiki olaraq hasardaxili 416.2 kv.m təşkil edir, İddiaçı adına **********76 reyestr nömrəsi ilə qeydiyyata alınmış sahənin 50.8 kv.m hissəsi Cavabdeh adına **********77 reyestr nömrəsi ilə qeydiyyata alınmış sahənin hasar daxilindədir (50.8 kv.m üst-üstə düşmə mövcuddur), yəni iddiaçıya məxsus torpaq sahəsinin 50.8 kv.m hissəsi hazırda Cavabdeh faktiki istifadəsindədir və iddiaçı qanuni istifadəsində olan daşınmaz əmlak üzərində hüquqlarını tam formada həyata keçirə bilmir. Bununla belə mübahisəli torpaq sahəsinin cavabdehin istifadəsində olmasının hüquqi əsasları məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, iddiaçıya məxsus torpaq sahəsinin 50.8 kv.m hissəsi hazırda Cavabdeh istifadəsində qanuni əsasla olmadığından və iddiaçı qanuni əsasla istifadəsində olan daşınmaz əmlak üzərində qanuni hüquqlarını tam formada həyata keçirə bilmədiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (29-cu maddənin İ, İİ,İİİ hissələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.7-ci maddəsinə əsasən, istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 164-cü maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən, 48-ci maddəsinə əsasən,hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativhüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. 5. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin hüquqi mövqeyinə görə, ... Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus əmlak üzərində mümkün davranış həddi olmaqla sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusundan ibarətdir. Sahiblik hüququ əşyanı öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edilməsini, istifadə hüququ əşyadan təyinatına uyğun istifadə olunmaqla onun faydalı xassələrinin hasil edilməsini, sərəncam hüququ isə əşyanın hüquqi müqəddəratının müəyyən edilməsini nəzərdə tutur. Sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsus ola bildiyi halda, sahiblik və istifadə hüquqları mülkiyyətçi olmayan digər şəxslərə də məxsus ola bilər. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2017-ci il Qərarı). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 7 ünvanda yerləşən torpaq sahəsinin 50.8 kv.m. zəbt edilmiş hissəsində inşa edilmiş tikili Cavabdeh hesabına sökülməli, o, həmin torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi İddiaçı təhvil verilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia tələbi təmin edildiyindən ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ünvan 7 ünvanda yerləşən torpaq sahəsinin 50.8 kv.m. zəbt edilmiş hissəsində inşa edilmiş tikili Cavabdeh hesabına sökülsün, o, həmin torpaq sahəsindən çıxarılsın və torpaq sahəsi İddiaçı təhvil verilsin. Cavabdeh məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində BakışəhəriXətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar