Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1388/2025 14.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi “şəxsin ölmüş hesab edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək rəsmi nikahda olduğu X2 (d/t: xx.xx.1962) ölmüş elan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi X6 (d/t: xx.xx.1962) ilə xx.xx.1988-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Ölkədə çətin günlər olarkən işləmək üçün Tahir Əliyev 1993-cü ildə ailəsinə Rusiya Federasiyasına gedəcəyini bildirmiş və bu günə qədər də heç bir məlumat alınmamışdır. İllərdir ki, ailəsi onu axtarsa da heç bir nəticə əldə edə bilməmişdir.Bununla bağlı Xətai rayon Polis İdarəsinə müraciət edilmişdir. Xətai rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-55/2-7-34732 saylı məktubu ilə bildirilmişdir ki, X2 barəsində 115771/24 saylı axtarış işi açılmış və hazırda da tədbirlər davam etdirilməkdədir. Lakin 30 ildən uzun müddətdir ki, heç bir məlumat əldə edə bilmədiklərindən şəxsin ölmüş olma ehtimalı dəqiq hesab edilə bilər. Belə ki, 1993-cü ildə ölkəmiz yenicə öz müstəqilliyini bərpa etmişdir və mənfur qonşularımızla müharibə dövründə idi. Həmin vaxtlarda qanunvericiliyin tətbiqi, əhalinin təhlükəsizliyi tədbirləri istiqamətində tədbirlər heç də bugünki kimi etibarlı deyildir. Bu səbəbdən də ehtimal edilir ki, şəxs həmin vaxtdan vəfat etmiş və kimliyi müəyyən edilməmişdir. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab etmişdir ki, şəxsin adına heç bir daşınar və daşınmaz əmlak yoxdur, şəxsin pasport qeydiyyatında olduğu əmlak isə onun rəsmi nikahda olduğu şəxs Ərizəçi mülkiyyətindədir. Hazırda həmin əmlakın satılmasında pasport qeydiyyatında olan şəxslərin razılıq ərizələri, habelə digər qanunvericilik istiqamətində hərəkətlər edildikdə ərizəçidən ailə tərkibinin üzvləri barədə məlumatlar və rəsmi sənədlər tələb edilir ki, 30 ildən uzun müddətdir ki, məlumat ala bilmədiyi ərinin heç bir sənədi olmadığından ərizəçi də rəsmi sənədləşmələrini həyata keçirə bilmir. Bakı şəhəri Maraqlı şəxsnə xx.xx.2024-cü il tarixdə müraciət edərək, şəxsin ölüm haqqında şəhadətnaməsinin verilməsini xahiş etsələr də, bu günədək cavab verilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3- 25-14/2-4641/24 saylı məktubuna əsasən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan “Şəxsi heyətin elektron məlumat sistemi”nə əsasən X2 Azərbaycan Ordusunda hərbi qulluqçu qismində xidməti keçməsinə dair məlumat yoxdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-38-2/33- 3296/24 saylı məktubu ilə bildirilmişdir ki, X2 dövlət sərhədindən hərəkəti barədə məlumatların əldə olunması üçün AR Vəkillər Kollegiyasından (X4 hüquqi yardım göstərilməsi barədə) və ya məhkəmə tərəfindən müvafiq sorğunun olması zəruridir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin təhlili və İnformasiya Təminatı Baş idarəsinin məktubuna əsasən xx.xx.1962-ci il təvəllüdlü X2 olduğu yer üzrə qeydiyyata alınma və müvafiq yaşama icazələrinin alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin məktubuna əsasən, X6 xx.xx.1988-ci ildən Bakı şəhəri Xətai rayonu Gen.Mehmandarov küçəsi 76 nömrəli evin 56 nömrəli mənzilində pasport qeydiyyatındadır. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi izahatında bildirmişdir ki, X6 ilə birgə nikahlarından 1988-ci il təvəllüdlü bir qızları var. Onlar bir kəndçi olmuşdurlar. Getdiyi gündən indiyədək ailəsi və qohumları ilə bağlı şəxs heç bir məclisdə iştirak etməyib. Onun haqqında heç bir məlumat yoxdur, neçə il ərzində heç kimin ondan xəbəri yoxdur. 1993cü ildə getdikdən sonra heç bir əlaqə saxlamamışdır, heç bir xəbər verməyib. Ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında nümayəndəsi və vəkili ərizəsini müdafiə edərək bildirmişdir ki, şəxs ailə tərkibində göründüyündən hətta pandemiyada dövründə belə müavinət ala bilməyiblər. Bu kommunal ödənişlər və digər yerlərdə də maneə yaradır. Ailəsi tərəfindən axtarış edilmiş lakin müsbət nəticə alınmamışdır. Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən arayışdan da görünür ki, şəxs yaşamadığı üçün heç bir məlumat verilə bilmir. İşlə bağlı şahidləri mövcuddur. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsi tərəfindən verilən məktubdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X2 olduğu yer üzrə qeydiyyata alınma və müvafiq yaşama icazələrinin alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilən məktubdan görünür ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan “Şəxsi heyətin elektron məlumat sistemi”nə əsasən X2 Azərbaycan Ordusunda hərbi qulluqçu qismində xidmət keçməsi barədə məlumat yoxdur. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 və X1 xx.xx.1988-ci ildə 305481 nömrə ilə nikaha daxil olmuşlar. İş materiallarında olan, Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X2 inzibati məsuliyyətə cəlb olunması haqqında məlumat mövcud olmamışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X2 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. ********** saylı, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə ərizə verilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. H3 №4682988 Hərbi Biletin tərcüməsindən görünür ki, X6 xx.xx.1988-ci il tarixdə 4 saylı Şaumyan RHK hərbi qeydiyyata alınıb. Doğum haqqında şəhadətnamənin tərcüməsindən görünür ki, X6 xx.xx.1962-ci il tarixdə, Ermənistan SSR, Noyemberyan rayonu, Ayrum qəsəbəsində doğulmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən verilən məktubdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X2 Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən hər hansı bir sənədlə təmin edilmədiyi müəyən edilmiş, Azərbaycan Respublikasının vətəndaşlığından çıxma ilə bağlı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamış və onun Azərbaycan Respublikasının vətəndaşlığından çıxması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olmamışdır, habelə X2 digər dövlətin vətəndaşlığını əldə etməsinə dair Dövlət Miqrasiya Xidmətinə məlumat daxil olmamışdır. X2 faktiki yaşayış yeri məlum olmadığından, o məlum olan axırıncı yaşayış yeri olan mənzildən məhkəmə iclasına çağırılmış, lakin həmin mənzilin yerləşdiyi əraziyə xidmət edən 99 saylı MKİS tərəfindən “göstərilən ünvanda yaşamadığına görə təqdim etmək mümkün olmadı” qeydi yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, şəxs bacısının həyat yoldaşıdır. O vaxtdan Ermənistandan bir gəlmişlər, X6 da onlarla birlikdə gəlmişdi. Daha sonra 1993-cü ildə iş adı ilə getmiş, bir daha gəlməmişdir. Qardaşları Gürcüstana da getmişdir ancaq onu tapmamışlar. Şəxsin ana-atası vəfat etmişdir, onların dəfnlərinə belə gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, rayonda bir kənddə qalmışdırlar. İşgüzar insan olmuşdur. Öz bacı-qardaşı onu çox axtarmış lakin tapa bilməmişdir, bacısı verilişə çıxmışdır, ancaq yenə də tapılmamışdı. O vaxt X6 demişdi ki, işləməyə gedir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1- ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 41.1- ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2- ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. Həmin Məcəllənin 41.3- cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4- cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Həmin Məcəllənin 42.1- ci maddəsinə əsasən ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Həmin Məcəllənin 42.2- ci maddəsinə əsasən nə vaxt gəlməsindən asılı olmayaraq, şəxs onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın qalan hissəsinin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 42.3- cü maddəsinə əsasən ölmüş elan edilmiş şəxsin əmlakını əvəzli əldə etmiş şəxs bu əmlakı ona qaytarmağa o halda borcludur ki, əmlakı əldə edərkən onun ölmüş elan edilmiş şəxsin sağ olduğunu bildiyi sübuta yetirilsin. Həmin Məcəllənin 42.4- cü maddəsinə əsasən əgər ölmüş elan edilmiş şəxsin əmlakı dövlətin mədaxilinə keçirilmiş və satılmışdırsa, həmin şəxsin ölmüş elan edilməsi haqqında qərarın ləğvindən sonra əmlakın satışından götürülmüş məbləğ ona qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 305.1.2-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 312 –ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Həmin Məcəllənin 315.2-ci maddəsinə görə, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Həmin Məcəllənin 316-cı maddəsinə əsasən, xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin və onun nümayəndəsi və vəkilinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X2 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1- ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3- cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Beləliklə, xx.xx.1962-ci il təvəllüdlü X2 ölkədən çıxması və ya ölkəyə qayıtması, yaşayış yerində onun harada olması barədə beş ildən artıq müddətdə məlumatın olmaması, ərizəçinin onun axtarışı üçün müraciət etdiyi müvafiq qurumların apardığı tədbirlərin nəticəsiz qalması iş materialları ilə sübut edilir. Məhkəmə hesab edir ki, hüquqi faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından, ərizə təmin edilərək, xx.xx.1962-ci il təvəllüdlü X6 ölmüş elan edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1962-ci il təvəllüdlü X6 ölmüş elan edilsin. Hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gün X2 ölüm günü hesab edilsin. xx.xx.1962-ci il təvəllüdlü X2 ölümü barədə qeydin aparılması Bakı şəhər Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-1388/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1388/2025
14.03.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver