Məhkəmə qərarları › İş №2(011)-1411/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1411/2023

12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1411/2023 12.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstəmişdir ki, onunla Cavabdeh MMC arasında bağlanmış 30 mart 2022-ci il tarixli “təmir xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən 78,7 kv.m sahəsi olan mənzili tam təmir etməyi öz öhdəsinə götürmüşdür. Aralarında bağlanmış müqavilənin 4.1-ci bəndinə görə o, sözügedən mənzilin təmirinə görə cavabdeh MMC-yə 27545 manat məbləğində vəsait ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2-ci bəndinə görə müqavilədə göstərilən məbləğin 30%-i əvvəlcədən icraçının hesabına ödənilməlidir. Müqavilənin 5.3cü bəndinə görə müqavilə üzrə göstərilən xidmətlər 3 ay ərzində başa çatmalı idi. O, qeyd olunan müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirsə dı, cavabdeh MMC müqavilə üzrə öhdəlikləri tam və vaxtında icra etməmişdir. Belə ki, o, mənzilin təmirinə görə cavabdehə 21 aprel 2022-ci il tarixində 8400 manat, 09 iyun 2022-ci il tarixində 8326 manat, 09 iyul 2022-ci il tarixində 500 manat, 14 iyul 2022-ci il tarixində 8263 manat olmaqla, ümumilikdə 2589 manat vəsait ödəmişdir. Onun müqavilə üzrə göstərilmi. Ümumi məbləğin təqribən 90%-ni ödəməsinə baxmayaraq Cavabdeh MMC müqavilə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Ona görə də ona məxsus qeyd olunan mənzil cavabdeh tərəfindən tam təmir edilməmişdir. Bununla da, cavabdeh ona 14500 manat məbləğində zərər vurmuşdur. Belə ki, mənzilin müəyyən hissəsi təmir olunsa da digər hissəsi təmir olunmamış qalmışdır. İddiaçı cavabdehdən bir neçə dəfə mənzilin təmir edilməsini, təmir etmədikləri halda vəsaitin geri qaytarılmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə həm mənzili təmir etməkdən, həm də vəsaiti geri qaytarmaqdan boyun qaçırtmışdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı göstərilənləri nəzərə alaraq, onunla Cavabdeh MMC arasında bağlanmış 30 mart 2022-ci il tarixli “təmir xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən cavabdehə ödədiyi 25489 manat vəsaitin 14500 manat hissəsinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan icraçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanan təmir xidmətlərinin göstərilməsinə dair 30 mart 2022-ci il tarixli müqavilənin surətindən görünür ki, 78,7 kv.m olan mənzilin təmir öhdəliyini üzərinə götürmüş və sifarişçi İddiaçı müqaviləyə görə 27545 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdmətindən olan çıxarışdan görünür ki, Cavabdeh MMC-nin qanuni təmsilçisi X2r. İş materiallarında olan Cavabdeh MMC-nin mədaxil qəbzlərindən görünür ki, təmir üçün 21 aprel 2022-ci il tarixdə 8400 manat, 9 iyun 2022-ci il tarixdə 8326 manat, 14 iyul 2022ci il tarixdə 8263 manat pul vəsaiti mədaxil edilmişdir. İş materiallarında olan 09 iyul 2022-ci il tarixli qəbzdən görünür ki, X1 hesabına 500 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 iyul 2023-cü il 10/2841 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzildə Cavabdeh MMC tərəfindən aparılmış yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 4774,0 manat məbləğində dəyəri müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra Mülki Məcəllənin maddələrinə istinad ediləcək) müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.( 389.1-ci maddəsi) Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. (390-cı maddə). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. (390.5.-ci maddə). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.(405-ci maddə) Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. (385.1-ci maddə) Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfı mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsi) Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini təfsir edərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilə hüquqi təbiətinə görə podrat müqaviləsinin əlamətlərini ehtiva edən müqavilə olduğu üçün hazırki iddianın həlli üçün mülki qanunvericiliyin podratla bağlı normaları tətbiq edilməlidir. Podrat müqavləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (752.1-ci maddə) Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. (752.2-ci maddə) Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.(769-cu maddə) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (442-ci maddə) Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (448-ci maddə) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəyə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Beləliklə, mülki işin faktiki hallarından və məhkəmədə bilavasitə tədqiq olunmuş sübutlardan müəyyən edilir ki, Cavabdeh MMC ilə İddiaçı arasında 30 mart 2022-ci il tarixli müqavilə bağlanaraq, müqaviləyə əsasən 27545 manat müqabilində Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən 78,7 kv.m olan mənzilin təmir öhdəliyi qəbul edilmişdir. Həmin müqavilə üzrə iddiaçı öhdəliklərini icra etsə də, cavabdeh tərəfindən öhdəliklər icra edilməmişdir. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, ünvan 1 ünvanında yerləşən 78,7 kv.m olan mənzil üzrə yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 4774,0 manat məbləğində müəyyən edilmişdir. Həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilir ki, İddiaçı tərəfindən təmir-tikinti işlərinin aparılması üçün Cavabdeh MMC-yə ümumilikdə 25489 manat məbləğində vəsait ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliyin icra edilməsi məqsədilə 25489 manat pul vəsaiti ödənilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyindən, iddiaçı ona vurulan maddi zərəri tələb etməklə haqlıdır. Odur ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-dən 14500 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. AR MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş məhkəmə xərcləri iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh MMC-dən 14500 manat məbləğində pul vəsaiti və 134 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar