Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1415/2023 03.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı qanunsuz əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunmasını, X8 İstismar İdarəsinin 8 aprel 2021-ci il tarixli 32/k saylı əmrinə xitam verilməsini və İddiaçı İmişli rayon qaz istismar sahəsinə müvafiq işə bərpa olunması ilə bağlı qətnamə çıxarılmasını xahiş edir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 oktyabr 2014-cü il tarixli 389 saylı Əmək müqaviləsinə əsasən İmişli rayon üzrə Təmir-bərpa xidmətinə 5-ci dərəcəli Yerli telefon rabitəsinin telefonçusu peşəsinə qəbul edilmişdi. 08 aprel 2021-ci il tarixli 32/k əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndinə əsasən, məhkəmənin hökmünün qanuni qüvvəyə minməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu peşədən azad edilmişdir. 05 avqust 2022-ci il tarixdə İmişli rayon Məhkəməsinin Qərarı ilə xx.xx.2021-ci il tarixli 1(036)16/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4, 66.2, 69.3-cü maddələri ilə 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, “8 Noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında “ Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndi tədbiq olunaraq cəzadan tamamilə azad edilmiş İddiaçı barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 7-ci bəndi tətbiq edilərək üzərindən məhkumluq götürülüb. İddiaçı hesab edir ki. cavabdehin 8 aprel 2021-ci il tarixli 32/k saylı əmri ləğv olunaraq onu öz işinə və ya başqa bir işə qaytarmalıdır.Ona görə ki, həmin dispozitsiyası İmişli rayon Məhkəməsinin 8 fevral 2021-ci il tarixli Hökmü idi və 5 avqust 2022-ci il tarixli qərarı ilə də İmişli Rayonu Məhkəməsi birinci ləğv etmişdir. X1 Məcəllləsi ilə müəyyən edilmiş əmək müqaviləsi ləğv edilməmiş qaydaları işəgötürən tərəfindən xx.xx.2022-ci il tarixli Qərardan sonra pozulmuş hesab olunur. Tərəflərin izahatı İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəməyə çağırılsa da, lakin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının işdən çıxarılmasına səbəb qanuni güvvəyə minmiş hökmün olmasıdır. Bundan sonra iddiaçı ümumi əsaslarla yenidən işə düzələ bilər. Lakin işəgötürənin iddiaçını işə bərpa etmək vəzifəsi yoxdur. İş materiallarına əlavə edilmiş: İşdə olan Salyan RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 32/k saylı “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrin surətindən görünür ki, Azəriqaz» X2 X6 İdarəsinin İmişli rayonu üzrə Təmir-bərpa xidmətinin 5-ci dərəcədən yerli telefon rabitəsinin telefonçusu İddiaçı ilə xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinə görə işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə minməsinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “ç” bəndinə əsasən xx.xx.2020-ci il tarixdən xitam edilmişdir. Əmrin verilməsinə əsas kimi təqdimat və akt göstərilmişdir. İş materiallarında olan Cavabdehİstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh Salyan X6 İdarəsinin İmişli rayonu üzrə Təmir-bərpa xidmətinin 5-ci dərəcədən yerli telefon rabitəsinin telefonçusu vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan, Sabirabad 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” barədə arayışdan görünür ki, tərəflər ilkin medisiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər, İddiaçı 55 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən, Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq- ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Həmin Məcəllənin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən, əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasına aid edilmişdir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 74-cü maddəsinin “ç” bəndinə əsasən, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə əmək müqaviləsinə xitam verilir. Həmin Məcəllənin 300.1 maddəsi ilə əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93)Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 24 oktyabr 2014-cü il tarixli 389 saylı əmək müqaviləsinə əsasən İmişli rayon üzrə Təmir-bərpa xidmətinə 5-ci dərəcəli Yerli telefon rabitəsinin telefonçusu peşəsinə qəbul edilmişdi. 08 aprel 2021-ci il tarixli 32/k əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndinə əsasən, məhkəmənin hökmünün qanuni qüvvəyə minməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu peşədən azad edilmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı ilə xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinə məhkəmənin hökmü qanuni qüvvəyə minməsinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “ç” bəndinə əsasən xx.xx.2020-ci il tarixdən işəgötürən tərəfindən qanunla müəyyən edilmiş qaydada və qanunla müəyyən edilmiş əsasla ləğv edildiyindən iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh - iddia tələbinin təmin olunmasını, X8 İstismar İdarəsinin 8 aprel 2021-ci il tarixli 32/k saylı əmrinə xitam verilməsini və İddiaçı İmişli rayon qaz istismar sahəsinə müvafiq işə bərpa olunması barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-1415/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1415/2023
03.03.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver