Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1425/2021 21.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh1, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “mənzilin boşaldılması tələbinə dair”, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2nə, üçüncü şəxs X10 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “mənzilin boşaldılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin əşyaları ilə birlikdə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 107.90 kv.m ümumi sahədən ibarət 133 saylı (Yeni qaydalarla: AZ 1149, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 187, M3, m4) mənzildən çıxarılması və mənzilin boşaldılaraq özünə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası X10 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, **********22- 05301-093121 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 133 saylı mənzil (yeni qaydada: Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 187, M3, m4) xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Buna baxmayaraq hazırda mənzildə yaşayan Cavabdeh1 mənzildən çıxmır. Ona bununla bağlı dəfələrlə şifahi və rəsmi xəbərdarlıq etmiş, hər dəfə çıxacağını bildirsə də, bugünədək çıxmamışdır. Min bir əziyyətlə topladığı vəsaitlə ev alsa da, hələ də kirayədə yaşamağa davam edir. Burada mülkiyyət hüquqlarının pozulması ilə yanaşı eyni zamanda maddi ziyan vurulur. Belə ki, cavabdehin mənzilində yaşadığı müddətcə, onun sərf etdiyi qaz və işıq sərfiyatına görə yaranmış borcu da ödəmək məcburiyyətində qalacaq. Xüsusi mülkiyyət hüququ ən ali hüquq olaraq, dövlət tərəfindən qorunduğu halda, bugün şəxsi mənzilinə köçüb yaşaya bilmir. Cavabdeh tərəfindən pozulmuş istifadə və sahiblik hüquqları bərpa edilməli və o, mənzilindən çıxarılmalıdır. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2nə qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək arasında Bakı şəhəri, Məzahir Rüstəmov küçəsi, bina 35, 133 saylı mənzillə dair bağlanmış xx.xx.2020-ci il tarixli “Mənzilin başqa şəxsin adına keçirilməsi barədə" müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 MTK-nın xx.xx.2020-ci il tarixli məktubu ilə ona məlum olmuşdur ki, xüsusi mülkiyyəti olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 2348-ci məhəllədə yerləşən yaşayış binasının 2-ci mərtəbəsindəki 141 saylı mənzilm (indiki ünvan: ünvan 3 və məlumatı olmadan qanunsuz şəkildə xx.xx.2020-ci il tarixli “Mənzilin başqa şəxsin adma keçirilməsi barədə” müqavilə əsasında cavabdeh İddiaçı adına sənədləşdirilmişdir. Mübahisəli mənzil mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Belə ki, həmin mənzili Cavabdeh2 MTK ilə xx.xx.2005-ci il tarixdə müqavilə bağlamaqla və dəyərini ödəməklə əldə etmişdir. Uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Lakin bir müddət əvvəl telefon vasitəsi ilə Ramazan adlı şəxs zəng edərək bildirmişdir ki, mülkiyyəti olan mənzili almışdır və ona məxsusdur. Bu səbəbdən mənzilin boşaldılmasını xahiş etmişdir. Ona öz kəskin etirazını bildirərək, mənzilini nə vaxt, kimdən və hansı qiymətə aldığı barədə sual versə də, həmin şəxs heç bir cavab verməmişdir. Bir müddət əvvəl mənzillə bağlı Fərid adlı şəxsi tanımasa da, Ramazan adlı şəxs mənzillə maraqlanmışdır, hətta almaq fikrinin olduğunu bildirmiş, aralarında müəyyən danışıqlar olmuş, bununla bağlı kooperativə gedilmiş, müəyyən razılaşma olsa da, qiymətlə bağlı razılığa gəlmədikləri üçün alqı-satqı əməliyyatı baş tutmamış və məsələ bu mərhələdə bitmişdir. Daha sonra iddiaçı Cavabdeh1 iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə müraciət edərək göstərmişdir ki, İşə məhkəmədə baxılan ərəfədə məlum olmuşdur ki, cavabdeh İddiaçı sözügedən xüsusi mülkiyyəti olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 2348-ci məhəllədə yerləşən yaşayış binasının 2-ci mərtəbəsindəki 141 saylı mənzilini (indiki ünvan: ünvan 4 qanunsuz şəkildə xx.xx.2020-ci il tarixli “Mənzilin başqa şəxsin adına keçirilməsi barədə Müqavilə əsasında AR X10 Komitasə yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldırmış və bu barədə İddiaçı ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Beləliklə, cavabdehlər arasında mübahisəli mənzillə bağlı müqavilə, mənzilin sonuncunun adına özəlləşdirilməsi nəticəsində konstitusion hüquqları kobudcasına pozulmuşdur. Göstərilənlərə əsasən X10 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin 3-cü şəxs qismində cəlb edilməklə Cavabdeh2 ilə İddiaçı arasında Bakı şəhəri, Məzahir Rüstəmov küçəsi, bina 35, 133 mənzilə dair bağlanmış 08.06.020-ci il tarixli “Mənzilin başqa şəxsin adına keçirilməsi barədə” müqavilənin etibarsız hesab edilməsi və İddiaçı verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə ətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 ikinci iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, MTK-nın xx.xx.2020-ci ilədək üzvü olmuş Cavabdeh1 Əlimövsüm qızı özü, əri, qardaşı və ev alqı-satqısı ilə məşğul olan nümayəndələri vasitəsi ilə MTK-ya müraciət edərək evin satışı üçün sənədləşmənin aparılmasını xahiş etmişlər. Qeyd olunan tarixdə tərəflər MTK-nin ofisinə yaxınlaşaraq mübahisəli mənzilə dair sənədlərin əslini koorperativə təqdim etmiş, hər ikisi mənzili İddiaçı satdıqlarını bildirmişlər. Tərəflərlə son dəfə dəqiqləşdirdikdən sonra Cavabdeh1 Əlimövsüm qızı üzvlükdən çıxarılmış, İddiaçı üzvlüyə qəbul edilmişdir. Ofisdə olarkən satıcı tərəfindən ünvan 5 ünvanında yerləşən mənzilin sənədlərinin əsli təhvil verildikdən sonra yeni sənədləşmə işləri aparılmışdır. Sənədləşmə baş verərkən Cavabdeh1 özü şəxsən iştiirak etmiş, ərizəni şəxsən yazmış, imza hissəsində adsoyadını qoymaq istədiyini bildrimişdir. Onun iradə ifadəsini göstərdiyi bu sənəddə gələcəkdə hər hansı niyyətinin olduğundan şübhə etmədikləri üçün etiraz etməmişlər. Eyni zamanda insan öz soyadını və adını yazmaqla da sənədi imzalaya bilər deyə düşünmüşlər. Hər bir halda ekspertiza keçiriləcəyi halda bu ərizənin iddiaçıya məxsus olması öz əksini tapacaq. İddia ərizəsində guya xəbəri olmadan ona məxsus əmlakı "dələduzluq yolu ilə, razılığı olmadan, qanunsuz şəkildə" başqa şəxsin adına keçirilməsində onları ittiham edən Cavabdeh1 mübahisəli mənzilə dair sənədlərin əslini niyə təqdim etdiyini məhkəməyə necə izah edir?! Bu iddia ərizsəsində qeyd olunanlar böhtandır və həqiqəti əks etdirmir. Hesab edir ki, Cavabdeh1 Əlimövsüm qızının iddiası əsassız olduğundan təmin edilməməlidir. Alqı-satqı zamanı da tərəflərə narazılığının olub-olmaması barədə sual verilmiş, Cavabdeh1 hər hansı bir narazılıq olmadığını və mənzili boşaltmaq üçün zaman istədiyini bildirmişdir. Bu anlaşmadan bir müddət sonra mənzilin yeni sahibi və maklerlər bildirmişlər ki, Yeganə mənzili boşaltmaq istəmir. Sonradan sənədlərin sürətini almaq üçün ofisə yaxınlaşan Cavabdeh1 bildirmişdir ki, mənzili dəyərindən ucuz qiymətə satıb və bu səbəbdən də evdən çıxmır və mübahisə yaranmışdır. Əlavə olaraq 15-20 min manat versələr çıxacağını bildirmişdir. Bütün bu proseslərdə ofisin əməkdaşları və Cavabdeh1 əri, qardaşı, İddiaçı və atası Ramazan, mənzil alqı-satıqısı ilə məşğul olan tərəflər iştirak etmişdir. Bu prosesdə pulu qəbul etdiyini, mənzilin sənədlərini MTKya təhvil verərək boşaldacağını bildirmişdir. İddiaçının evin ona məxsus olmasını sübut edən sənədləri niyə sorğu ilə əldə etməyə çalışdığı, həmin sənədlərin əslinin onda olmaması, bu qədər insanın arasında baş verən prosessdə iştirak etdiyi halda danması, bilmədiyini qeyd etməsi, pulu aldığı, ərizə yazdığı və MTK ofisində əlavə 15-20 min manat vermədiyi üçün çıxmadığını dediyi halda, ərizəsində MTK-nı dələduzluq və qanunsuzluqda ittiham etməsi əslində kimin niyyətinin dələduzluq cinayətinin tərkibini yaratdığını yaxşı göstərir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, ikinci iddia ərizəsi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə melki işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil birinci iddia ərizəsində göstərilərə uyğun izahat verərək təmin olunmasını, ikinci iddia tələbinin təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclasında birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh1, onun nümayəndəsi və vəkili X2 ikinci iddia ərizəsini müdafiə edərək təmin edilməsini, birinci iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, ünvan 6 ünvanında "Ev salqı- satqı" ofisində rəsmi qaydada işləyir. İyun ayının birinci həftəsində onunla eyni fəaliyyət göstərən Habil Əhmədov mobil telefonuna zəng edərək bildirdi ki, Xətia rayonu, Məzahir Rüstəmov 35 ünvanında yerləşən "Cavabdeh2" MTK-nın tikdiyi binada 2-ci mərtəbədə 3 otaqlı mənzil 135000 AZN qiymətə satılır. Alıcı varsa əlaqələndirməsini xahiş etdi. O da öz növbəsində ev almaq istəyən, elə həmin binanın 11-ci mərtəbəsində yaşayan Hüseynov Ramazana zəng vurmuş, mənzili ona təklif etmişdir. Ramazan da öz binalarında olduğu üçün oğluna ev alacağı üçün lap yerinə düşdüyünü bildirmişdi. xx.xx.2020-ci il tarixdə evin rəsmiləşməsi üçün sənədləşmə işləri aparılmış, mənzil sahibi mənzilin Hüseynov Ramazanın oğlunun adına keçirilməsini xahiş edən ərizə vermiş və mənzil İddiaçı adına rəsmiləşdirilmişdir. Satılan mənzildə alan onların iştirakı ilə razılaşdırılmış 130000 manatı Cavabdeh1 ödəmişdir. Hər iki tərəfdən vasitəçilərin xidmət haqqı ödənilmişdir. Razılaşmaya əsasən, evin boşaldılması və təhvil verilməsi üçün bir həftə alıcı tərəf təklif etmiş, satan tərəfin xahişi ilə 15 gün ərzində boşaldılması razılaşdırıldı. Razılaşılan müddət keçdikdən sonra Ramazan ona zəng vuraraq bildirmişdir ki, evi boşaltmırlar və boşaltmaqları qarşılığında əlavə olaraq 25000 manat pul tələb edirlər. Bundan sonra alıcı tərəflə bir dəfə evə getmişlər, lakin qapını açmadılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, iyun ayının birinci həftəsi Əhmədlidə Sarayev küçəsində ofisin qarşısında iki nəfər kişi ona yaxınlaşaraq ev satdıqlarını, vasitəçi ola bilməsini soruşmuşlar. Evə baxmış və təklif etdikləri ilkin qiyməti bir neçə şəxsə, eyni zamanda tanıdığı F.Məhərrəmova bildirmişdir. Özü də bir neçə nəfər ev almaq istəyən şəxsə evi göstərmişdir. Ev sahiblərinin iştirakı ilə baxan şəxslər evin baha olduğunu əsas gətirərək almaqdan imtina etmişdilər. Fazil bir neçə gündən sonra əlaqə saxlayaraq bildimişrdir ki, həmin binanın 11-ci mərtəbəsində yaşayan Ramazan adlı şəxs mənzili təklif edib, o da öz binalarında olduğu üçün oğluna ev alacağı üçün lap yerinə düşdüyünü bildirib. Evin qiyməti tərəflər arasında 130000 manata razılaşdırılmış, xx.xx.2020-ci il tarixdə sənədləşmə işləri aparılmış, mənzil sahibi mənzilin Hüseynov Ramazanın oğlunun adına keçirilməsini xahiş edən ərizə vermişdir. Mənzil Hüseynovun adına rəsmiləşdirilmişdir. Razılaşdırılmış 130000 manat satılan evdə Cavabdeh1 ödənilmiş, evin 15 gün ərzində boşaldılması razılaşdırılmışdır. Həmin müddət keçdikdən sonra Fazil zəng vuraraq bildirmişdir ki, Ramazan ona zəng vurub bildirir ki, evi boşaltmırlar və boşaltmaqları qarşılığında əlavə olaraq 25000 manat pul tələb edirlər. Bundan sonra bir neçə dəfə həmin evə getmiş, lakin qapını açmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, İddiaçı atasıdır. Oğlu Fəridi evləndirmək, onun üçün mənzil almaq fikri olduğundan, ev maklerlərinə özünün yaşadığı binada, yaxud yaxın bir yerdə mənzil axtarılmasını xahiş etmiş, ona özünün yaşadığı binanın eyni blokunda mənzil tapıldığını bildirmişlər. Mənzilin qiyməti razılaşdırıldıqdan sonra, mənzil Fəridin adına rəsmiləşdirilmiş, pullar bir neçə şəxsin iştirakı ilə sayılmış, Cavabdeh1 15 gün müddətində mənzili boşaltmağı öhdəsinə götürməsinə baxmayaraq, hər cür bəhanələrlə mənzildən çıxmaq istəmir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh2 və üçüncü şəxs X10 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, birinci iddia təmin olunmalı və ikinci iddia tələbi isə rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh2 ilə Cavabdeh1 Əlimövsüm qızı arasında bağlanmış xx.xx.2005-ci iİ tarixli müqavilənin surətindən görünür ki, MTK Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 2348-ci məhəllədə yerləşən yaşayış binasının 7-ci mərtəbə, ümumi sahəsi 12.5 kv.metr olan 3 otaqlı 133 saylı mənzili tam dəyəri ödənildikdən sonra payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 MTK tərəfindən verilmiş xx.xx.2005-ci iİ tarixli maliyyə arayışının surətindən görünür ki, göstərilən mənzilin dəyəri Cavabdeh1 Əlimövsüm qızı tərəfindən tam ödənilmişdir. xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 133 saylı mənzilin sahibi Cavabdeh1 Əlimövsüm qızı Cavabdeh2 MTK-nın sədrinə müraciət edərək, qeyd olunan mənzilin İddiaçı adına keşirilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 133 saylı mənzilin sahibi Cavabdeh1 Əlimövsüm qızının əri X3 Cavabdeh2 MTK-nın sədrinə müraciət edərək, qeyd olunan mənzilin İddiaçı adına keşirilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh2 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Mənzilin başqa şəxsin adına keçirilməsi barədə müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 2348-ci məhəllədə yerləşən yaşayış binasının 7-ci mərtəbə, ümumi sahəsi 12.5 kv.metr olan 3 otaqlı 133 saylı mənzili İddiaçı adına keşirilmişdir. xx.xx.2020-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən ev alqısatqısı xidmətinə görə X4 hesabına 500 manat ödənilmişdir. X10 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********28 saylı məktubundan görünür ki, Cavabdeh2MTK-nın xx.xx.2020-ci il tarixli protokolundan çıxarışına, Cavabdeh2MTK-nın xx.xx.2020-ci il tarixli 126 saylı maliyyə arayışına əsasən ünvan 2, 133 (Yeni qaydalarla;Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 187, M3, m4) ilkin olaraq İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinin tələbinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə görə isə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2018-ci il tarixli Qərarında göstərilir ki, “Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də "müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz.” Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla mübahisəli ünvan 2, 133 (Yeni qaydalarla;Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 187, M3, m4) mənzilinin Cavabdeh2 MTK ilə xx.xx.2005-ci il tarixdə bağlanılmış müqavilə və pay haqqının tam ödənilməsi nəticəsində Cavabdeh1 məxsus olması, həmin mənzilin onun və həyat ypldaş tərəfindən verilmiş razılıq ərizələri əsasında 130000 manat qarşılığında İddiaçı adına keçirilməsi, hazırda həmin mənzil üzərində sonuncunun mülkiyyət hüququnun müvafiq dövlət qurumunda qeydiyyata alınması tam olaraq sübuta yetirilir. Həmçinin, ikinci iddia üzrə iddiaçı Cavabdeh1 mübahisəli mənzilin onun məlumatı və razılığı olmadan, dələduzluq yolu ilə İddiaçı adına keçirilməsi barədə mülahizələri məhkəmə araşdırılması nəticəsində təkzib olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə birinci iddia tələbinə münasibətdə belə nəticəyə gəlir ki, iddia təmin edilərək, Cavabdeh1 əşyaları ilə birlikdə ünvan 2 ünvanında yerləşən 133 saylı mənzildən çıxarılmalı və mənzil boşaldılaraq İddiaçı təhvil verilməlidir. Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2nə, üçüncü şəxs X10 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə dair” iddia tələbləri əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Birinci iddia təmin edilsin. Cavabdeh1 əşyaları ilə birlikdə İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 107.90 kv.m ümumi sahədən ibarət 133 saylı (Yeni qaydalarla: AZ 1149, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 187, M3, m4) mənzildən çıxarılsın və mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh1 alınıb İddiaçı verilsin. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2nə, üçüncü şəxs X10 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı Cavabdeh2 ilə İddiaçı arasında Bakı şəhəri, Məzahir Rüstəmov küçəsi, bina 35, 133 mənzilə dair bağlanmış xx.xx.2020-ci il tarixli “Mənzilin başqa şəxsin adına keçirilməsi barədə" müqavilənin etibarsız hesab edilməsi və İddiaçı verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə iddiası təmin edilməsin. Məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-1425/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1425/2021
21.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver