Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1484/2025 07.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməsini xahiş etmişdir, iddia ərizəsini onunla əsaslandırmışdır ki, doğulduğu vaxtdan həmin mənzildə yaşamışdır, sonradan anası X5 ilə cavabdeh olan babası Cavabdeh münasibətləri pozulduğundan onları mənzildən çıxarmışdır, kirayə mənzildə yaşamışlar, 2023-cü ilin iyun ayında babasının yaşadığı evə gələrək həmin evdə yaşamaq istədiklərini bildirmişlər, o və qardaşı X4 qeydiyyatda olduqları mənzildən cavabdeh tərəfindən qovulmuşlar. Bu isə onun qeydiyyatda olduğu mənzilə istifadə hüquqlarını pozur. Eyni zamanda bildirmişdir ki, hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında Cavabdeh ona və qardaşı X2 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş hakim Samirə Eyvazovanın icraatındadır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə yazılı vəsatətlə müraciət edərək, hazırkı 2(011)-1484/2025 saylı mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin digər hakimi Samirə Eyvazovanın icraatında olan 2(011)-692/2025 saylı mülki işə birləşdirilməsini xahiş etmişdir. Məhkəmə vəsatətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Samirə Eyvazovanın icraatında olan 2(011)-692/2025 saylı işə birləşdirilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh İddiaçı və X2 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin iddia ərizəsi 21 oktyabr 2024-cü il tarixli, 2(011)-8501/2024 saylı qərardadla Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Samirə Eyvazovanın icraatına qəbul edilmişdir. Həmçinin, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və həmin iddia ərizəsi də, Məhkəmənin (hakim Leyla Şövkətli-Mənsimli) xx.xx.2024-cü il tarixli, 2(011)-9945/2024 saylı qərardadı ilə icraata götürülmüşdür. Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Leyla Şövkətli-Mənsimli) icraatında olan 2(011)-1484/2024 saylı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Samirə Eyvazovanın icraatında olan 2(011)-692/2025 saylı mülki işlə əlaqəli olduğundan, gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması, ədalət mühakiməsinin düzgün və səmərəli həyata keçirilməsi üçün cavabdehin nümayəndəsi və vəkilinin icraatın birləşdirilməsi barədə yazılı vəsatəti təmin edilməli, hazırki iş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Samirə Eyvazovanın icraatında olan 2(011)-692/2025 saylı işə birləşdirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 43.1-43.2, 169 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Vəsatət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair 2(011)-1484/2025 saylı mülki iş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı və X1rşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair 2(011)-692/2025 saylı mülki iş bir icraatda birləşdirilsin və mülki işə 2(011)- 692/2025 nömrə verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən:Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №2(011)-1484/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1484/2025
07.01.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver