Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1497/2023 31.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “qohumluq faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X9 1936-cı il tarixdə Şəki şəhərində doğulmasına dair, ata qrafasında X12, ana qrafasında isə X2, atası X5 1893-cü il tarixdə Şəki şəhərində doğulmasına dair, anası X1 isə 1903-cü il tarixdə Şəki şəhərində doğulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi xx.xx.2023-cü il tarixdə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi 1936-cı il təvəllüdlü bacısı X16 ilə qohumluq münasibətlərində olması – bacı olmaqları faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, özü və bacısı X16 anası X2 ilə X5 nikahından dünyaya gəlmişdirlər, cəmi üç bacı, 3 qardaşdırlar, Sumayə ikinci bacıdır, özü ən kiçik bacı olmuşdur, bacısı Sumayə 1936-cı il təvəllüdlü olmaqla, xx.xx.2019-cu ildə Bakı şəhərində, atası 1893-cü il təvəllüdlü olmaqla, xx.xx.1946-cı ildə, anası 1903-cü il təvəllüdlü olmaqla xx.xx.1975-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir, bacısı Sumayənin övladı olmamışdır, onun adına Xətai rayonunda ev vardır, həmin ev hazırda havada qalmışdır, evə miras payı müəyyən oluna bilmir, özü vərəsə kimi tanınmaq istəyir, lakin bunu edə bilmir, bu səbəbdən müvafiq qurumlara müraciət etmişdir, lakin onlar məhkəməyə müraciət etməyi tövsiyə etmişdirlər, bacısı Sumayənin doğum tarixi səhv yazılmışdır, həmin vaxt müharibə dövrü olmuş, qarışıqlı olmuş, doğum tarixi gec yazılmışdır, özü ilə Sumayə arasında 2 yaş fərqi vardır. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilsə də, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bununla belə, xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, işə Maraqlı şəxs iştirakı olmadan baxılaraq qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1962-ci il təvəllüdlü X13 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçini tanıyır, onlar 3 bacı, 3 qardaş olmuşdurlar, Sumayə ikinci bacı olmuşdur. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1966-cı il təvəllüdlü X7 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçini tanıyır, bibisidir, ərizəçinin qardaşı - Əbdül Cəlilin oğludur, 3 bibisi, 3 dayısı var, Əbdüləhəd böyük qardaş olmuşdur, bibilərindən böyüyü Rəqiyyə, ikincisi Sumayədir, üçüncüsü isə Almasdır, bibiləri Şəkidə anadan olmuşdur, bibisinin anasını görmüşdür, adı Mədinə olmuşdur. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1967-ci il təvəllüdlü X10 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi anasıdır, anasının iki Rəqiyyə və Sumayə adlı iki bacısı var, anası bacıların içərisində üçüncü bacıdır, ən kiçiyidir, 3 dayısı var, yəni anasının Əbdüləhəd, Əbdülcəlil və Zöhrab adlı üç qardaşı vardır, nənəsinin adı Mədinə olmuşdur. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1989-cu il təvəllüdlü X14 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçini tanıyır, o, anasının bibisidir, ifadə vermiş digər şahidləri də tanıyır, Sumayə xalasını tanıyır, 2019-cu ildə rəhmətə getmişdir. İş materiallarında olan AZ 046631 saylı “evlənmək haqqında şəhadətnamə”nin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 və Hacı - X17 17 avqust 1966-cı il tarixdə evlənmişdirlər, bu barədə 1198 № ilə qeyd aparılmışdır. Nikahdan onra ərə “Səttarov”, arvada “Səttarova” soyadı verilmişdir. İş materiallarında olan Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 17 avqust 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 291544 №-li “ölüm haqqında şəhadətnamə”nin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs rəisi tərəfindən verilmiş 109 №-li 13 iyul 2016-cı il tarixli Arayışın surətindən görünür ki, X11 xx.xx.1946-cı ildə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X25 Filialı tərəfindən verilmiş 874 №-li 25 oktyabr 2022-ci il tarixli Arxiv arayışından görünür ki, Nuxa şəhər VVAQ şöbəsinin 1893-cü ilin sənədləri X31 filialına təhvil verilmədiyi üçün X4 doğumu barədə arayış təqdim edilə bilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən Ərizəçi ünvanlanmış 13 dekabr 2019-cu il tarixli 1-335/a.x saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində X3 doğum tarixinə dair heç bir məlumat aşkar olunmadığı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X25 Filialı tərəfindən verilmiş 1122 №-li 23 sentyabr 2019-cu il tarixli Arxiv arayışından görünür ki, Nuxa şəhər VVAQ şöbəsinin 1936-cı ilin “Doğum haqqında aktların qeydiyyat” kitabına əsasən 26 aprel 1936-cı il 366 №-li təvəllüd haqqındakı aktın yazılmasında Hacısəmədova Almas jegirmi üç aprel 1936-cı ildə anadan olması qeyd edilmişdir, ata X24 Səməd, ana X8. İş materiallarında olan AZE seriyalı 09980473 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 xx.xx.1936-cı ildə Azərbaycan, Şəki şəhərində anadan olmuşdur. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 030002 №-li təkrar “ölüm haqqında şəhadətnamə”nin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.2019-cu ildə ürəyin xroniki işemik xəstəliyi səbəbindən Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X25 Filialı tərəfindən verilmiş 875 №-li 25 oktyabr 2022-ci il tarixli Arxiv arayışından görünür ki, Nuxa şəhər VVAQ şöbəsinin 1936-cı ilin “Doğulanların qeydiyyat” kitabına əsasən X9 doğumu barədə qeydiyyat tapılmamışdır. İş materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 02 mart 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 798127 №-li təkrar “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X2 26 may 1975-ci ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X25 Filialı tərəfindən verilmiş 873 №-li 25 oktyabr 2022-ci il tarixli Arxiv arayışından görünür ki, Nuxa şəhər VVAQ şöbəsinin 1903-cü ilin sənədləri X31 filialına təhvil verilmədiyi üçün X1 doğumu barədə arayış təqdim edilə bilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən Ərizəçi ünvanlanmış 03 dekabr 2019-cu il tarixli 1-336/a.x saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində X1 doğum tarixinə dair heç bir məlumat aşkar olunmadığı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli 05/Q-3587/15 saylı məktubdan görünür ki, sonuncuya Maraqlı şəxs arxivində doğum haqqında akt qeydləri 1946-cı ilədək saxlanılmadığı, eyni zamanda 1935-2022-ci illər üzrə Maraqlı şəxs arxivində saxlanılan doğum haqqında bərpa akt qeydi kitablarında 1936-cı il təvəllüdlü X9 doğum haqqında bərpa akt qeydi aşkar edilmədiyi, həmçinin Maraqlı şəxsndə onun doğumun qeydə alınması üçün qanunvericiliklə göstərilmiş müvafiq sənədləri təqdim etmədiyinə görə ilkin, eyni zamanda bərpa doğum qeydiyyatının aparılmasının mümkün olmadığı bildirilmiş, X9 doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi məsləhət bilinmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli 05/Q-3586/15 saylı məktubdan görünür ki, sonuncuya X5 və X1 doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi məsləhət bilinmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən Ərizəçi ünvanlanmış 12 oktyabr 2021-ci il tarixli TA-00517-2021 №-li məktubdan görünür ki, “Asan Xidmət 6” Mərkəzindən daxil olmuş xx.xx.2021-ci il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, Şəki şəhəri üzrə 1890-cı ilə dair vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına (doğum, ölüm, nikah, boşanma) dair sənədlər X26 təhvil verilmədiyi üçün ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan Nərimanov rayon Qeydiyyat şöbəsinin rəisi tərəfindən verilmiş 26 noyabr 2022-ci il tarixli 1111 №-li Arayışdan görünür ki, 20 yanvar 1936-cı ildə Şəki şəhərində anadan olmuş X9 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti akları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, Ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, ərizəçi 17 avqust 1966-cı ildə X15 ilə rəsmi nikaha daxil olmuş, nikahdan sonra ona “Səttarova” soyadı verilmişdir, X16 ərizəçinin bacısıdır, o, 20 yanvar 1936-cı ildə Şəki şəhərində anadan olmuş, xx.xx.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir, X9 doğumu haqqında akt qeydi aşkar olunmamışdır, ərizəçi bacısından miras qalmış evə dair vərəsə kimi tanınmaq və mirasdan pay almaq məqsədilə hüquqi əhəmiyyətli faktın müəyyən olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi qohumluq əlaqəsinin olması faktını təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, o, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 305.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli 03 saylı qərarına əsasən, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Beləliklə məhkəmə, tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X9 ərizəçinin bacısı olmasına dair qohumluq əlaqəsinin olması faktı tam sübuta yetirilir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1936-cı il təvəllüdlü Ərizəçi ilə xx.xx.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmiş X9 bacı olmalarına dair qohumluq faktı müəyyən edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1936-cı il təvəllüdlü Ərizəçi ilə xx.xx.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmiş X9 bacı olmalarına dair qohumluq faktı müəyyən edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1497/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1497/2023
31.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver