Məhkəmə qərarları › İş №2(011)-1509/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1509/2025

19.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1509/2025 19.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X5 iştirakı ilə Ərizəçi Maraqlı şəxs kimi cəlb edilməklə “doğum faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2 xx.xx.1949-cu il tarixdə Ermənistan SSR Basarkeçər rayonunda doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, X7 barəsində xx.xx.1949-cu il tarixdə Ermənistan SSR Basarkeçər rayon VVADQ şöbəsində aparılmış doğum haqqında akt qeydinin bərpa edilməsi, doğum yeri Ermənistan SSR Basarkeçər rayonu, doğum tarixi 01 dekabr 1949-cu il, ata adı qrafasında ata adı X6, ana adı qrafasında ana adı X15 qeyd edilməklə (X4) yeni doğum haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Xəyyam Hacıyev ərizəsini müdafiə edərək izahatında bildirdi ki, atası X7 01 dekabr 1949-cu il tarixdə Ermənistanın Basarkeçər rayonunda doğulmuşdur. Həmin vaxt bu barədə doğum haqqında akt qeydləri kitabında akt qeydi aparılmışdır və doğum haqqında şəhadətnamə verilmişdir. Ona verilmiş doğum haqqında şəhadətnamə əsasında pasport və şəxsiyyət vəsiqəsi almışdır. Ailəsi məlum hadisələrlə bağlı qaçqın düşmüş, atasına məxsus doğum haqqında şəhadətnamə itmişdir və tapılması mümkün olmamışdır. Doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında təkrar şəhadətnamə verilməsi ilə bağlı ərizə ilə 6 saylı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsinə müraciət etsələr də, 06 noyabr 2024-cü il tarixdə verilmiş cavabda doğum haqqında qeydin həqiqətən olduğunu təsdiq edən müvafiq sənədlər təqdim olunmadığı üçün ərizənin təmin edilməsinin mümkün olmaması və faktın təsdiqi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Akt qeydləri Ermənistan SSR-də aparıldığından hər hansı bir arayış və məlumat əldə edilməsi mümkün deyildir, ona görə də, bu fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Doğum haqqında şəhadətnamənin olmaması səbəbindən hüquqlarının həyata keçirilməsində maneə yaradır. Onun qeyd edilən vaxtda doğulmasını şahidlər təsdiq edə bilərlər. Həmçinin şəxsiyyət vəsiqəsi ilə qeyd edilən vaxtda doğulması öz təsdiqini tapır. Qeyd edilənlərdən də görünür ki, onun müvafiq orqandan doğum haqqında arayış və doğum haqqında şəhadətnamənin dublikatının əldə edilməsi mümkün deyildir. X1 doğumunun qeyd edilməsi faktını təsdiq edəcək sənədi başqa qaydada almaq imkanı yoxdur və bu səbəbdən qeyd olunan fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Atasının doğumunun qeyd edilməsi faktının təsdiq edilməsi və akt qeydlərinin bərpa edilməsi ərizəçinin sosial hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Şəhadətnamələrdən də görünür ki, atasının qardaş və bacıları da onun təxminən eyni dövrdə eyni yerdə anadan olmuşdur. Buna görə də, X1 01 dekabr 1949-cu il tarixdə Ermənistan SSR-ninin Basarkeçər rayonunda doğulması faktının müəyyən edilməsi, 01 dekabr 1949-cu il tarixdə Ermənistan SSR Basarkeçər rayon VVADQ şöbəsində aparılmış doğum haqqında akt qeydinin bərpa edilməsi, ata adı grafasında X6, ana qrafasında X8 qeyd edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməlidir. X24 ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilsə də, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında xx.xx.1963-cü il təvəllüdlü X9 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun bacısıdır, anaları X10, ataları X12 olmuşdur, valideynləri vəfat etmişdir, o, bacısından yaşca 1 il balacadır, atası Telman Rüstəmov polis orqanlarında xidmət etdiyi üçün tez-tez təyinatı üzrə başqa rayonlarda işləmişdir. Bu səbədən özü Füzuli rayonunda, bacısı Ümüdə isə Qubadlı rayonunda doğulmuşdur. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında xx.xx.1961-ci il təvəllüdlü X3 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun əmisi qızıdır, ərizəçi yaşca ondan bir il kiçikdir, onların hər ikisi Qubadlı rayonunun Mahmudlu kəndində doğulmuşlar, uşaqlıqdan bir yerdə olublar, bir ailə kimi birlikdə yaşayıblar, sonra əmisi xidməti vəzifə ilə əlaqədar ailəsi ilə başqa rayona köçmüşlər, ərizəçi yay tətillərini Qubadlıda keçirmişdir. İş materiallarında olan AZE seriyalı 02314498 saylı AR vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 doğulduğu tarixi “xx.xx.1949”, doğum yeri “Emənistan, Basarkeçər rayonu, Daşkənd kəndi” kimi qeyd edilmişdir. İş materiallarında olan Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan 6 saylı Bakı “ASAN Xidmət” X11 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/7-H-1367/2024 saylı məktubdan görünür ki, doğum haqqında akt qeydininin həqiqətən olduğunu təsdiq edən müvafiq sənədlər təqdim olmadığından ərizəçiyə aidiyyat üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarından görünür ki, ərizəçi, X2 həyat yoldaşıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, X7 xx.xx.1949-cu il tarixdə Emənistan respublikası, Basarkeçər rayonu, Daşkənd kəndi kəndində doğulmuşdur, onun atası X6, anası X13r, ərizəçinin doğum haqqında şəhadətnaməsi yoxdur və onun doğum faktının müəyyən edilməsi başqa qaydada mümkün olmamışdır, X2 doğum tarixi xx.xx.1949-cu il, doğum yeri Emənistan respublikası, Basarkeçər rayonu, Daşkənd kəndi, milliyyəti isə azərbaycanlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydalarının” 1.4-cü bəndinə əsasən, Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Beləliklə, məhkəmə, tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X2 xx.xx.1949-cu il tarixdə anadan olması, anasının X15, atasının X6 olması faktı müəyyən edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 xx.xx.1949-cu ildə Emənistan respublikası, Basarkeçər rayonu, Daşkənd kəndində doğulması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydində uşaq qrafasında “X7”, doğum tarixi “xx.xx.1949-cu il”, doğum yeri “Emənistan respublikası, Basarkeçər rayonu, Daşkənd kəndi”, ata qrafasında “X6”, milliyəti “azərbaycanlı”, ana qrafasında “X15”, milliyəti “azərbaycanlı” qeyd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar