Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1517/2022 18.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Şirinova Aygül Mahir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X2, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı işdən çıxarılma əmrinin ləğv edilməsi və digər tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-nin baş direktorunun 22 oktyabr 2021-ci il tarixli 1401 K nömrəli əmrinin ləğv edilməsi, onun işə bərpa edilməyi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək şirkətin hüquqi ünvanının ünvan 1n həmin məhkəməyə göndərilməsini xahiş etdi. Məhkəmə cavabdehin vəsatətini, iddia ərizəsinin dəlillərini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli və mülki iş baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, vergi ödəyicisi olan Cavabdeh MMC-nin ünvanı ünvan 2in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu ərazisində deyil, Səbail rayonu ərazisində olduğundan, iş ərazi aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı işdən çıxarılma əmrinin ləğv edilməsi və digər tələbi barədə iddiasına dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-1517/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1517/2022
18.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver