Məhkəmə qərarları › İş №2(011)-1523/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1523/2022

18.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1523/2022 18.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 7 saylı evin 30 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarının itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 7 saylı evin 30 saylı mənzilini iddiaçı hərracda almışdır və 29.09.2012-ci il tarixdə həmin mənzilə iddiaçının mülkiyyət hüququ tanınmışdır. Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 7 saylı evin 30 saylı mənzilində ailəsi ilə birlikdə yaşayır. Cavabdehlər mənzilin keçmiş sakinləridir, hal-hazırda mənzildə yaşamırlar. Lakin bütün bunlara baxmayaraq, cavabdehlər indiyə qədər iddiaçının mənzilində pasport qeydiyyatındadırlar. Mənzilin bütün kommunal xərclərini iddiaçı ödəyir. Cavabdehlərin qeydiyyatda qalması ona maddi cəhətdən ziyan vurduğundan əlavə kommunal xərcləri ödəmək məcburiyyətində qalır. Ona görə də mənzildən cavabdehlərin isttifadə hüququ itirilməlidir. Bakı Şəhər Xətai Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinə cavabdehlərin qeydiyyatdan çıxarılması üçün şifahi müraciət etmiş, lakin onlar imtina etmişdirlər. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, idianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehlərin faktiki yaşayış yeri məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri - Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 7 saylı evin 30 saylı mənzilindən məhkəmə iclasına çağırılmış, lakin həmin ünvanda yaşamadıqlarına dair qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Cavabdehlərin ünvanı dəyişdirmələri barədə məhkəməyə məlumat verilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 04 iyul 2012-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” Müqavilədən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 7 saylı evin 30 saylı mənzili 52912.50 (əlli iki min doqquz yüz on iki manat əlli qəpik) manat müqabilində sifarişçi Xətai Rayon İcra Şöbəsinin icra məmuru Rövşən Ağayev tərəfindən alıcı İddiaçı satılmışdır. İş materiallarına əlavə edilmiş 69/02 №li, 04.07.2012-ci il tarixli X1 yekunları barədə protokolundan görünür ki, həmin tarixdə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Rövşən Ağayevin sifarişi əsasında ünvan 1 ünvanında hərra keçirilmiş və 52912.50 (əlli iki min doqquz yüz on iki manat əlli qəpik) manat müqabilində Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən mənzil alıcı İddiaçı satılmışdır. İş materiallarına əlavə edilmiş 04.07.2012-ci il tarixli “Yaşayış evinin açıq hərracdan alınması barədə” Şəhadətnamədən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Toğrul Əliyevin 2(011)-2627/2009 saylı, 02.09.2009-cu il tarixli qətnaməsinə və X1 yekunları barədə 69/02 №li protokoluna əsasən ünvan 2 ünvanında yerləşən mənzilə mülkiyyət hüququnun ünvan 4ənzil 41-də yaşayan İddiaçı məxsus olması notarius Ə.L.İmanov tərəfindən təsdiq olunmuşdur. ünvan 2 ünvanında yerləşən mənzil əvvəllər Cavabdeh2 məxsus olub və İddiaçı 52912.50 (əlli iki min doqquz yüz on iki manat əlli qəpik) manata satılıb. İş materiallarına əlavə edilmiş RX seriyalı, ******* saylı, 29.09.2012-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 75.23 kv.m olan 7 saylı evin 30 saylı mənzili tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2627/2009 saylı, 02.09.2009-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı QSC “Bank Standart” Kommersiya Bankının cavabdehlər X3 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, QSC “Bank Standart” Kommersiya Bankı və cavabdeh X3 arasında bağlanmış 0210 nömrəli, 29.12.2007-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, X2 40898 (qırx min səkkiz yüz doxsan səkkiz) manat məbləğində əsas borc, 6222.82 (altı min iki yüz iyirmi iki manat səksən iki qəpik) manat mbələğində faiz borcu, 3348.04 (üç min üç yüz qırx səkkiz manat dörd qəpik) manat məbləğində cərimə borcu, cəmi 50468.86 (əlli min dörd yüz altmış səkkiz manat səksən altı qəpik) manat məbləğində borcun QSC “Bank Standart” Kommersiya Bankının xeyrinə tutulması, tələbin girov qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində istifadədə olan 0.12173 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 9 mərtəbəli binada yerləşən 84.03 kv.m ümumi, 48.23 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 30 nömrəli mənzilə yönəldilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində istifadədə olan 0.12173 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 9 mərtəbəli binada yerləşən 84.03 kv.m ümumi, 48.23 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 30 nömrəli mənzilin açıq hərracda satılaraq satış hesabına edilmiş vəsaitdən borcun QSC “Bank Standart” Kommersiya Bankına ödənilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 7nömrəli evin 30 nömrəli mənzilinin boşaldılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş 2(103)-505/2010 saylı, 12.01.2010-cu il tarixli Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsindən görünür ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2627/2009 saylı, 02.09.2009-cu il tarixli qətnaməsi ləğv edilmiş ,iş üzrə yeni qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-505/2010 saylı, 12.01.2010-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, QSC “Bank Standart” Kommersiya Bankı və cavabdeh X3 arasında bağlanmış 0210 nömrəli, 29.12.2007-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, X2 40898 (qırx min səkkiz yüz doxsan səkkiz) manat məbləğində əsas borc, 6222.82 (altı min iki yüz iyirmi iki manat səksən iki qəpik) manat mbələğində faiz borcu, 348.04 (üç yüz qırx səkkiz manat dörd qəpik) manat məbləğində cərimə borcu, cəmi 50468.86 (əlli min dörd yüz altmış səkkiz manat səksən altı qəpik) manat məbləğində borcun QSC “Bank Standart” Kommersiya Bankının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində istifadədə olan 0.12173 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 9 mərtəbəli binada yerləşən 84.03 kv.m ümumi, 48.23 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 30 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılaraq satış hesabına edilmiş vəsaitdən borcun QSC “Bank Standart” Kommersiya Bankına ödənilməsi, ipoteka qoyan Cavabdeh2, onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh1, Cavabdeh3 və digər şəxslərin Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 7 nömrəli evin 30 saylı mənzilindən çıxarılmaları, məhkəmə xərcləri - 20 manat ödənilmiş dövlət rüsumunun X2, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı QSC “Bank Standart” Kommersiya Bankının xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Mülki Məcəllənin 139-1.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol əsas hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə sifarişçi Xətai Rayon İcra Şöbəsinin icra məmuru Rövşən Ağayev arasında “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləsinin bağlanması və mübahisəli mənzilin daşınmaz əmlakların dövlət reyestrində qeydə alınması nəticəsində Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 7nömrəli evin 30 nömrəli mənzilinə dair iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququ yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Yenə Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-6 cı bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Yuxarıda göstərilənlərdən aydın olur ki, hər bir vətəndaşın mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan müstəsna hüquqdur. Şəxsin mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Beləliklə də, cavabdehlərin mübahisəli mənzildən qeydiyyatdan çıxmaması iddiaçının mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 7 nömrəli evin 30 nömrəli mənzilinə istifadə hüququ saxlana bilməz. Odur ki, iddia təmin edilərək, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 7 saylı evin 30 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar