Məhkəmə qərarları › İş №2(011)-1564/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1564/2024

30.01.2024 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1564/2024 30.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X11, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin bağlanmış hesab edilməsi” barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında ünvan 1-ə dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili şifahi vəsatətlə məhkəməyə müraciət edərək tərəflər arasında Xətai Rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın icraatında mülki iş olduğunu bildirmiş, baxılan tələblə həmin mülki işin bir icraatda birləşdirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, hazırkı iddia tələbi əsasında 2(011)-1564/2024 saylı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına 13 dekabr 2023-cü il tarixdə daxil olmuşdur. İddiaçı Cavabdeh Sirəcaddin oğlu cavabdehlər X6, X2, X7 və X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan ünvan 1 ünvanda yerləşən mənzil sahəsindən cavabdehlər X3, X1, X4 və X5 istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin mənzil sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərilən iddia tələbi əsasında e-2(011)-1489/2024 saylı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına 12 dekabr 2023-cü il tarixdə daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan e-2(011)-1489/2024 saylı işlə bir icraatda birləşdirilməlidir. Belə ki, məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-1564/2024 saylı mülki iş üzrə iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan e-2(011)-1489/2024 saylı mülki iş üzrə iddia tələbi ilə əlaqəli olduğundan, gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün hazırkı iş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan e-2(011)-1489/2024 saylı işlə bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Digər tərəfdən, göstərilən mülki işlər arasında səbəbli əlaqə vardır, habelə bu tələblərə birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılmaqla nəticələnər. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, qeyd edilən iddialar əsasında mülki işlər birləşdirilərək, həmin işlərə bir icraatda baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 43.1-43.2 və 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “müqavilənin bağlanmış hesab edilməsi” barədə iddiasına dair 2(011)-1564/2024 saylı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın icraatında olan iddiaçı Cavabdeh Sirəcaddin oğlu cavabdehlər X6, X2, X7 və X8 qarşı “istifadə hüququna xitam verilməsi və cavabdehlərin mənzildən çıxarılması” barədə iddiası üzrə e- 2(011)-1489/2024 saylı mülki işə birləşdirilsin. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar