Məhkəmə qərarları › İş №2(011)-1577/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1577/2025

26.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1577/2025 26.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 maraqlı şəxslər qismində cəlb etdiyi “müqavilənin bağlanmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələbi Ərizəçi Maraqlı şəxs4 ilə Maraqlı şəxs5 Böyükağa oğlu, X4, Maraqlı şəxs3, Ərizəçi arasında olan “İnşaat Təmir-Tikinti və İstehsal” müəssisəsindəki payların alqı-satqısına dair müqavilənin xx.xx.2005-ci il tarixdə bağlanılması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəməyə dəqiqləşmə ərizəsi ilə müraciət edərək Maraqlı şəxs4 ilə Maraqlı şəxs5 Böyükağa oğlu, X4, Maraqlı şəxs3, Ərizəçi arasında olan “İnşaat Təmir-Tikinti və İstehsal” müəssisəsindəki payların alqı-satqısına dair müqavilənin xx.xx.2005-ci il tarixdə bağlanması və hazırda qüvvədə olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, Xızı Rayon Dövlət Notariat Kontorunda xx.xx.2005-ci il tarixdə aşağıdakı məzmunda müqavilə bağlanılmışdır. xx.xx.2001-ci il tarixdə Ş-1078 nömrəli şəhadətnaməyə əsasən dövlət qeydiyyatından keçmiş və ünvan 1 ünvanında yerləşən Maraqlı şəxs4 və ortaqların tam ortaqlı “İnşaat Təmir-Tikinti və İstehsal” müəssisəsinin təsisçiləri: Maraqlı şəxs4 (pay - 79,60 faiz), Maraqlı şəxs5 Böyükağa oğlu (pay - 5,10 faiz), X4 (pay - 5,10 faiz), Maraqlı şəxs3 (pay - 5,10 faiz) bir tərəfdən və Bakı şəhəri, A.Neymətulla küçəsi ev 20A, mənzil 4 yaşayan Ərizəçi (pay - 5,10) digər tərəfdən aşağıdakı məzmunda müqavilə bağlamışlar: 1) Biz, Maraqlı şəxs4, Maraqlı şəxs5 Böyükağa oğlu, X4, Maraqlı şəxs3, Ərizəçi və ortaqların tam ortaqlı “İnşaat Təmir-Tikinti və İstehsal” müəssisəsində bizə məxsus payları Ərizəçi satdıq. Biz, Maraqlı şəxs4, Maraqlı şəxs5 Böyükağa oğlu, X4, Maraqlı şəxs3 Ərizəçi 15.000.000 (on beş milyon) manat aldıq. 2) Birinci tərəf gələcəkdə ikinci tərəfə və müəssisəyə əmlak və şəxsi qeyri-əmlak hüquqlarına dair iddia qaldırmayacağı (iradı olmayacağı) barədə öhdəlik götürür. 3) Tərəflərin razılığına əsasən müəssisənin hüquqi ünvanı ünvan 2adığı tarixdən qüvvəyə minir. 5) Bu müqavilə üç nüsxədən ibarət tərtib edilmişdir, onların biri Bakı şəhəri, 9-cu notariat kontorunun işlərində saxlanılır, digər nüsxələri isə tərəflərə verilir. Bu müqavilənin əslini tapa bilmədikləri üçün onun təsdiq olunmuş surətinin götürülməsi üçün tərəflərindən ərizə ilə Maraqlı şəxs1nə, Xəzər rayon Dövlət Notariat Ofisinə və Bakı şəhəri 9 saylı Notariat Ofisinə müraciətlər olunmuşdur. Lakin, müraciətlərinə Xızı Rayon Dövlət Notariat Ofisi tərəfindən 30 aprel 2024-cü il tarixdə 04/2024 saylı məktubla bildirilmişdir ki, Sizin Xızı rayon dövlət notariat ofisinə ünvanladığınız xx.xx.2005-ci il tarixdə 3M/11 reyestr nömrəli Ərizəçi etibarnamə üzrə nümayəndəsi Vəkil adına Xızı rayon dövlət notariat ofisində təsdiq edilmiş müqavilənin olub-olmaması barəsində ərizənizə baxılmışdır. 3M/11 reyestr nömrəli xx.xx.2005-ci il tarixli Ərizəçi dair müqavilə Xızı rayon dövlət notariat ofisinin arxivində aşkar edilməmişdir. Bakı şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 2600 nömrəli cavab məktubu ilə xx.xx.2005-ci il tarixli 3M/11 reyestr saylı müqavilə Xızı rayon dövlət notariat ofisinə məxsus sənədin olub-olmaması barədə müraciətinizi xahiş edirəm ki, Xızı aryon notariat ofisinin notariusuna və ya Notariat Baş İdarəsinin arxivinə ünvanlayasınız. Belə ki, notariat ofisinin arxivi hər on ildən bir arxivə təhvil verilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs1 xx.xx.2024-cü il tarixli 3-16- 5/6-13-M-229-6/24 nömrəli məktubu ilə Xızı rayon dövlət notariat ofisində rəsmiləşdirilmiş 2005-ci ilə dair daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələr arxivə təhvil verilməmişdir. Hal-hazırda həmin müqaviləni başqa qaydada ala bilmədikləri üçün, həmin sənədin bərpası mümkün olmadığı üçün və qüvvədə olan qanunvericilikdə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmadığına görə və hüquq haqqında mübahisə olmadığı üçün hazırki iddia ilə məhkəməyə müraciət etmişdirlər. Qeyd olunanlara əsasən ərizəçi hesab edir ki, Maraqlı şəxs4, Maraqlı şəxs5 Böyükağa oğlu, X4, Maraqlı şəxs3 ilə Ərizəçi arasında bağlanılmış Maraqlı şəxs4 və ortaqların tam ortaqlı “İnşaat Təmir-Tikinti və İstehsal” müəssisəsindəki payın alqı-satqısına dair müqavilənin xx.xx.2005-ci il tarixdə bağlanılması faktı müəyyən edilməlidir. Tərəflərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın maraqlı şəxslərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları: "xxxx" MMC xx.xx.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. "xxxx" MMC-nin təsisçisi 2971 manat, 100 % pay hüququ ilə Maraqlı şəxs4dur. "xxxx" MMC-nin 2007-ci il tarixində təsdiq edilmiş Nizamnamənin sürətindən görünür ki, Cəmiyyət Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində xx.xx.2001-ci il tarixdə Ş-1078 nömrə ilə dövlət qeydiyyatına aınmış Maraqlı şəxs4 və ortaqlarının tam ortaqlı “İnşaat Təmir-Tikinti və İstehsal” müəssisəsinin bazasında yaradılmışdır və onun hüquqi varisidir. Cəmiyyətin təsisçisi Ərizəçi qeyd edilmişdir. Cəmiyyətin təsisçisi onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaları dəyəri həddində risk daşıyır. Cəmiyyətin nizamnamə kapitalı 2971 manat həcmində hər biri 1 manat olmaqla 2971 paydan ibarətdir. Təsisçi nizamnamə kapitalına 2971 manat, 2971 pay pul formasında ödəyir. "xxxx" MMC-nin 2015-ci il tarixində təsdiq edilmiş Nizamnamənin (2-ci redaksiya) sürətindən görünür ki, Cəmiyyətin kapitalı 2971 manat həcmindədir və hər biri 1 manat olmaqla 2971 paydan ibarətdir. Cəmiyyətin iştirakçılarının nizamnamə kapitalındakı payı – Maraqlı şəxs4, 2971 manat, 2971 pay, 100 %, pul şəklində. Məhkəməyə təqdim edilmiş xx.xx.2005-ci il tarixli müqavilənin surətindən görünür ki, xx.xx.2001-ci il tarixdə Ş-1078 nömrəli şəhadətnaməyə əsasən dövlət qeydiyyatından keçmiş və ünvan 5 ünvanında yerləşən Maraqlı şəxs4 və ortaqları tam ortaqlı “İnşaat Təmir-Tikinti və İstehsal” müəssisəsinin təsisçiləri Maraqlı şəxs4 Caməllədin oğlu, Maraqlı şəxs5 Böyükağa oğlu, X4, Maraqlı şəxs3 bir tərəfdən və Ərizəçi digər tərəfdən aşağıdakı məzmunda müqavilə bağlamışdırlar: - Maraqlı şəxs4, Maraqlı şəxs5 Böyükağa oğlu, X4 və Maraqlı şəxs3 Maraqlı şəxs4 və ortaqları tam ortaqlı “İnşaat Təmir-Tikinti və İstehsal” müəssisəsində onlara məxsus payları Ərizəçi satmışdırlar; - Maraqlı şəxs4 Caməllədin oğlu, Maraqlı şəxs5 Böyükağa oğlu, X4 və Maraqlı şəxs3 X1 15000000 manat aldılar; - birinci tərəf gələcəkdə ikinci tərəfə və müəssisəyə əmlak və şəxsi qeyri-əmlak hüquqlarına dair iddia qaldırmayacağı (iradə olmayacağı) barədə öhdəlik götürür; - tərəflərin razılığına əsasən müəssisənin hüquqi ünvanı ünvan 6aladığı tarixdən qüvvəyə minir; - bu müqavilə 3 nüsxədən ibarət tərtib edilmişdir, onların biri Bakı şəhəri 9-cu notariat kontorunun işlərində saxlanılır, digər nüsxələri isə tərəflərə verilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xızı rayon Dövlət Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 04/2024 saylı məktuba əsasən, 3M/11 reyestr nömrəli xx.xx.2005-ci il tarixli Ərizəçi dair müqavilə Xızı rayon dövlət notariat ofisinin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 2600 nömrəli məktubunun surətindən görünür ki, xx.xx.2005-ci il tarixli 3M/11 reyestr saylı müqavilə Xızı rayon dövlət notariusu tərəfindən təsdiq edilmişdir. Xızı rayon notariat ofisinə məxsus sənədin qüvvədə olub-olmaması barədə müraciətinin Xızı rayon notariat ofisinin notariusuna və ya Notariat Baş İdarəsinin arxivində ünvanlanması xahiş edilmişdir. Belə ki, notariat ofislərinin arxivi hər on ildən bir arxivə təhvil verilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs1 xx.xx.2024-cü il tarixli, 3-16-5/6-13-M-229-6/24 saylı məktuba əsasən, Xızı rayon dövlət notariat ofisində rəsmiləşdirilmiş 2005-ci ilə dair daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələr arxivə təhvil verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 89.4. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. 89.5. İşdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim olunmuş yazılı sübutların surətləri onlarda olmayan digər işdə iştirak edən şəxslərə göndərilir (verilir). Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 106.4. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310. Ərizənin məzmunu və ərizəyə baxılması 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, ərizə əsassızdır və təmin edilməməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın... məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mülki iş üzrə tərəflər arasında paylarının alqı-satqısı həyata keçirildiyi iddia edilən xx.xx.2001-ci il tarixdə Ş- 1078 nömrə ilə dövlət qeydiyyatına alınmış Maraqlı şəxs4 və ortaqlarının tam ortaqlı “İnşaat Təmir-Tikinti və İstehsal” müəssisəsinin bazasında "xxxx" MMC yaradılmışdır. Cəmiyyət Maraqlı şəxs4 və ortaqlarının tam ortaqlı “İnşaat Təmir-Tikinti və İstehsal” müəssisəsinin hüquqi varisidir. Hal-hazırda cəmiyyətin 100 % payları 2015-ci ildən Maraqlı şəxs4 adına qeydiyyata alınmışdır. O, cəmiyyətin yeganə təsisçisidir. Belə olan halda, məhkəmə hesab edir ki, “İnşaat Təmir-Tikinti və İstehsal” müəssisəsin yenidən təşkili və yeni yaranmış məhdud məsuliyyətli cəmiyyətində 100 % payların Maraqlı şəxs4 adına qeydiyyata alınması ilə Maraqlı şəxs4 ilə Maraqlı şəxs5 Böyükağa oğlu, X4, Maraqlı şəxs3, Ərizəçi arasında olan “İnşaat Təmir-Tikinti və İstehsal” müəssisəsindəki payların alqı-satqısına dair xx.xx.2005-ci il tarixli müqavilənin yaratdığı hüquqi nəticələr aradan qalxmışdır. Bu müqavilənin bağlanması faktının müəyyən edilməsi nəticəsində ərizəçinin hər hansı əmlak hüquqları əmələ gəlməsi mümkün deyil. Bununla yanaşı, müqavilənin hazırda qüvvədə olması faktının müəyyən edilməsi yolverilməzdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, Ərizəçi nümayəndəsi və vəkili, eyni zamanda, Maraqlı şəxs4 müqavilənin bağlanmasına dair hüquqi əhəmiyyətli faktın tam ortaqlığın balansında olan daşınmaz əmlakın Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün lazım olduğunu bildirsələr də, məhkəməyə tam ortaqlığın və ya onun hüquqi varisi olan cəmiyyətin balansında hər hansı daşınmaz əmlakın olduğuna dair sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə sorğusu əsasında təqdim edilmiş cəmiyyətin nizamnamələrindən, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı 2971 manat təşkil etdiyi və təsisçilərin paylarının pulda olduğu müəyyən edilir. Məhkəmə maraqlı şəxslər Maraqlı şəxs5 Böyükağa oğlu, X4 və Maraqlı şəxs3 adından tərtib edilmiş etirafedici ərizələrə münasibətdə qeyd edir ki, həmin ərizələr notarial qaydada təsdiq edilmədiyi və ərizəçinin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edildiyi nəzərə alınaraq, Mülki-Prosessual Məcəllənin yazılı sənədlərə dair tələblərə uyğun olmadığına görə məhkəmə tərəfindən qəbul edilmir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları, məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçi Maraqlı şəxs4, Maraqlı şəxs5 Böyükağa oğlu, X4, Maraqlı şəxs3 və Ərizəçi arasında olan “İnşaat Təmir-Tikinti və İstehsal” müəssisəsindəki payların alqı-satqısına dair müqavilənin xx.xx.2005-ci il tarixdə bağlanması və hazırda qüvvədə olması faktının müəyyən edilməsi dair ərizəsi təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbasova Əminə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar