Məhkəmə qərarları › İş №2(011)-1583/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1583/2023

16.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1583/2023 16.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1982-ci il tarixdən 28 mart 1985-ci il tarixə kimi M.Əzizbəyov adına sovxozunda fəhlə, 28 mart 1985-ci il tarixdən isə 23 avqust 1993-cü il tarixədək M.Əzizbəyov adına sovxozunda zootexnik işləməyini müəyyən etməklə əmək münasibətlərində olma faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə ərizəçinin nümayəndəsi və vəkili Ərizəçi ərizənin dəqiqləşməsi barədə ərizə təqdim edərək Ərizəçi xx.xx.1982-ci il tarixdən 28 mart 1985-ci il tarixə kimi M.Əzizbəyov adına sovxozunda fəhlə, 28 mart 1985-ci il tarixdən isə 23 avqust 1993-cü il tarixədək M.Əzizbəyov adına sovxozunda zootexnik işləməyini müəyyən etməklə əmək münasibətlərində olma faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək və ərizəyə uyğun ifadə verərək bildirdi ki, ərizəçi xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi M.Əzizbəyov adına sovxozunda fəhlə işləmişdir, 28 mart 1985-ci il tarixdən isə 23 avqust 1993-cü il tarixədək isə eyni sovxozda zootexnik işləmişdir, məlum hadisələrdən sonra ərizəçi Cəbrayıl rayonundan məcburi köçkün düşmüş və Bakı şəhərində məskunlaşmışdır, bundan başqa 1996-cı il tarixdən hazıradək əmək fəaliyyətini davam etdirir, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir, lakin Cəbrayıl rayonunda işlədiyi əmək stajını və əmək kitabçasında işlədiyi 1996-2013-cü illər ərzində işlədiyi yazılarda şübhə olduğundan qəbul olunmur, xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi işləməyi qiyabi təhsil aldığı üçün həm işləmiş, həm dərsə getmişdir, ərizəçi orada işləyərkən onunla bir çox insanlar işləmişdir, həmin şəxslər də ərizəçinin orada həmin tarixlərdə fəhlə və zootexnik kimi işləməyini təsdiq etmişdirlər. Sonda Vəkil ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi Nümayəndə ərizəyə etiraz edərək bildirmişdir ki, iş stajının təsdiq olunması üçün ən azı iki nəfər şahid olmalı, şahidlər ərizəçini birgə işdən tanımalı, eyni dövrdə işləməli və ərizəçidən fərqli olaraq iddia olunan müddətlərdə özlərinin işləmələri barədə sənədləri olmalıdır, xx.xx.1982-ci il tarixdən 28.031985-ci il tarixədək “M.Əzizbəyov” adına sovxozunda fəhlə, xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək isə zootexnik vəzifəsində işləməsi faktının təsdiq edilməsi yanız ərizəçi ilə eyni illərdə işləmiş və əmək kitabçası olan iki və daha çox şahidin iştirakı ilə mümkündür, hazırki məsələdə isə qaranlıq qalan hallar var, şahidlərin biri – Səfurə ərizəçinin fəhlə kimi işləməsi faktını təsdiq etmir. Sonda maraqlı şəxsin nümayəndəsi Nümayəndə ərizənin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, ərizəçinin nümayəndəsi-vəkilinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını, habelə şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1963-cü il təvəllüdlü X4 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçini tanıyır, Qalacıq kəndinə gəlin gedəndə tanımışdır, özü sovxozda üzümçülükdə işləmişdir, həmin yerin briqadiri öz yoldaşı olmuşdur, 1981-ci ildə Qalacıq kəndinə gəlin getmiş, orada yaşamışdır, o vaxtdan orada işləyir, Əsabəddin kolxoz sədri olmuşdur, 1992-ci ilə kimi orada işləmiş, sonra çıxmışdır, ərizəçi də orada işləmişdir, o orada zootexnik işləyirdi, bunu bilir, onu hələ orada işləməmişdən əvvəl də tanımışdır, özü 1992-ci ildə işdən çıxmışdır, özü işdən çıxanda da ərizəçi hələ orada işləyirdi, onu fəhlə kimi bilməmişdir, zootexnik kimi işlədiyi bilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1956-cı il təvəllüdlü X5 şahid qismində ifadə verərək bildirmişdir ki, Ərizəçiı kəndçisi kimi tanıyır, Qalacıq kəndində anadan olmuşdurlar, ərizəçi məktəbi qurtarmış, texnikum oxumağa getmiş, zootexnik olmuşdur, sonra işləməyə başlamışdır, o, sovxozda birinci fəhlə, sonra isə zootexnik kimi işləmişdir, kolxoz sədri 1982-ci ildə Sadıqov, Pirverdiyev Əsabəddin, Həsən Rəhimov olmuşdur, özü 1976-cı ildə əsgərlikdən gəlmiş, həmin idarədə sürücü işləmiş, 1978-ci ildə kolxoza sürücü kimi gəlmişdir, ərizəçinin sürücüsü olmuş, onun sərəncamında işləmişdir, 1993-cü ildə isə hamısı qaçqın düşmüşdür, 1993-cü ilə kimi ərizəçi orada işləyib, maldarlıq təsərrüfatı ilə məşğul olub, zootexnik bu işlərə baxır, orada təkcə bir zootexnik olub, o da ərizəçi – Ərizəçi olmuşdur, rayondan köçkün kimi çıxmışdırlar. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1956-cı il təvəllüdlü X2 şahid qismində ifadə verərək bildirmişdir ki, 1973, 1974 və 1976-cı illərdə sovxozda fəhlə işləmişdir, sonra tikinti briqadiri kimi işləmişdir, 1993-cü ilin 23 avqustundan rayonda çıxmışdırlar, ərizə ilə birgə çıxmışdırlar, ərizəçi əvvəl üzümçülükdə fəhlə işləmiş, daha sonra isə zootexnik kimi işləmişdir, Zamanov Əşrəf mal fermasının müdürü olmuşdur, öz sənədləri də rayonda qalmışdır, orada işləyəndən ərizəçini tanıyır, onun zootexnik kimi işlədiyini bilmişdir. İş materiallarında olan ET 053577 №-li diplomun surətindən görünür ki, Ərizəçi 1979cu ildə Vəzirov adına Şuşa kənd təsərrüfatı texnikumuna daxil olmuş və zootexnik ixtisası üzrə kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının 23 fevral 1985-ci il tarixli qərarı ilə ona zootexnik ixtisası verilmişdir. İş materiallarında olan İT-İ ******* №-li Əmək kitabçasının surətindən görünür ki, Ərizəçi təhsili orta, ixtisası çilingərdir. İş materiallarında olan Cəbrayıl rayon İcra Hakimiyyəti Cəbrayıl rayon Dövlət Arxivi tərəfindən verilmiş 59 №-li 29 sentyabr 2021-ci il tarixli Arxiv arayışından görünür ki, Cəbrayıl rayonu xx.xx.1993-cü il tarixdə işğal olunan zaman Cəbrayıl rayon M.Əzizbəyov adına sovxozun və kolxozun arxiv sənədləri işğal zonasında qalmışdır. İş materiallarında olan 85 saylı MKİS-nin rəisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 780 №-li Arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında Cəbrayıl rayon məcburi köçkünü kimi qeydiyyatsız yaşayır. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə verilmiş AA seriyalı 391000 saylı “məcburi köçkün vəsiqəsi”nin noatirat qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi 1993-cü ildə daimi yaşayış yeri Cəbrayıl rayonunu tərk etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, mərkəzi filiala təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsasıı şübhələr yaranmışdır, Belə ki, əmək kitabçasının açılma tarixi qeyd edilməyib, eyni zamanda 42-43-cü səhifələrdəki xx.xx.1996-xx.xx.2004-cü il tarixləri arasındakı dövr üzrə müxtəlif illərə aid qeydlərdə mürəkkəbin rəngi və sözlərin yazılışının eyni olduğu müəyyən edilmişdir. Göstərilən səbəblərdən də, əmək kitabçasında qeyd olunan həmin dövrü əmək stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 25 ildən az (18 il 3 ay 22 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.2006-xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd edilənlər nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan Socar “Neftqaztikinti” tresti tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli Socar**********80020123X00187 №-li arayışdan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü Ərizəçi ondan ötrü ki, o həqiqətən xx.xx.2006-ıci il tarixində (əmr № 31/k, xx.xx.2006-cı il) “Xəzərdənizneftqaztikinti” trestinin 4 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına polad və dəmir beton konstruksiya quraşdırıcısı peşəsinə işə qəbul edilib və xx.xx.2014-cü il tarixində (əmr № 434/k, xx.xx.2014-cü il) onunla bağlanmış əmək müqaviləsinə xitam veriib. Əmək stajı 8 il 9 ay 23 gün təşkil edir. “Xəzərdənizneftqaztikinti” tresti Socar-ın xx.xx.2007-ci il tarixli 51 nömrəli əmrinə əsasən “Neftqaztikinti” tresti adlandırılaraq SOCAR-ın birbaşa tabeliyinə verilmişdir. 4 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialı SOCAR-ın xx.xx.2007-ci il tarixli 61 nömrəli əmrinə əsasən 4 saylı Tikinti Quraşdırma İdarəsi adlandırılmışdır. Ərizəçi xx.xx.2014-cü il tarixində (əmr № 254/k, xx.xx.2014-cü il) “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilib və xx.xx.2015-ci il tarixində (əmr № 172/k, xx.xx.2015-ci il) onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Əmək stajı 9 ay 8 gün təşkil edir. Ərizəçi xx.xx.2015-ci il tarixində (əmr № SOCAR/15-2500/xx-xx-000182, xx.xx.2015-ci il) “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma bölümünə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilib və hal-hazıradək bu peşədə işləyir. Əmək stajı 5 il 10 ay 11 gün təşkil edir. Ərizəçi polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsi üzrə iş stajl 15 il 5 ay 12 gün təşkil edir. İş materiallarında olan Cəbrayıl rayon İcra Hakimiyyəti Cəbrayıl rayon dövlət Arxivi tərəfindən Xətai rayon Məhkəməsinə ünvanlanmış 17 fevral 2023-cü il tarixli 11/05 №-li məktubdan görünür ki, Ərizəçi M.Əzizbəyov sovxozunda işləməsi haqqında Cəbrayıl rayon Dövlət Arxivində heç bir məlumat yoxdur. İş materiallarında olan Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının müavini tərəfindən məhkəməyə ünvanlanmış 13 fevral 2023-cü il tarixli 5-40/2-74/2023 nömrəli məktubdan görünür ki, Cəbrayıl rayonu 23 avqust 1993-cü ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən zaman M.Əzizbəyov adına sovxozun bütün arxiv sənədləri işğal ərazisində qalmışdır. İş materiallarında ola Cəbrayıl rayon İcra Hakimiyyəti Cəbrayıl rayon dövlət Arxivi tərəfindən Cəbrayıl rayon İcra Hakimiyyətinə ünvanlanmış 13 fevral 2023-cü il tarixli 11/03 №-li məktubdan görünür ki, Cəbrayıl rayonu 23 avqust 1993-cü ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən zaman M.Əzizbəyov adına sovxozun bütün arxiv sənədləri işğal zonasında qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-30237/23 saylı məktubdan görünür ki, Ərizəçi Mərkəzi Filiala təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçasının açılma tarixi qeyd edilməyib, eyni zamanda 42-43cü səhifələrdəki xx.xx.1996-xx.xx.2004-cü il tarixləri arasındakı dövr üzrə müxtəlif illərə aid qeydlərdə mürəkkəbin rəngi və sözlərin yazılışının eyni olduğu müəyyən edilmişdir. Bu səbəbdən də, adıçəkilən şəxsin əmək kitabçasında qeyd olunan həmin dövrü əmək stajına daxil etmək mümkün deyil. Buna görə də, Ərizəçi ümumi stajı 18 il 3 ay 22 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.2006-xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. İş materiallarında olan ИТ-İ ******* № əmək kitabçasının notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.1978-ci ildə M.Əzizbəyov adına sovxoza sürücü işinə qəbul edilmişdir. xx.xx.1990-cı ildə M.Əzizbəyov sovxozun bazasında kolxoz təsərüffatı yardımı üçün kolxoza fəhlə keçirilmişdir. İş materiallarında olan ИТ-İ ******* № əmək kitabçasının notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.1981-ci ildə həmin tarixdən etibarən M.Əzizbəyov adına sovxoza fəhlə təyin edilmişdir. xx.xx.1992-ci il tarixdə həmin tarixdən M.Əzizbəyov adına sovxozdan öz ərizəsinə əsasən fəhləlikdən azad edilmişdir. İş materiallarında olan 2(072)-641/2016 saylı 06 may 2016-cı il tarixli Qətnamənin surətindən görünür ki, xx.xx.1956-cı il təvəllüdlü X1 xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilə kimi və xx.xx.1976-cı ildən 23 avqust 1993-cü ilə kimi Cəbrayıl rayon M.Əzizbəyov adına sovxozunda fəhlə və briqadir işləməsi faktı müəyyən edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ərizəçi xx.xx.1961-ci il tarixdə Cəbrayıl rayonu, Qalacıq kəndində anadan olmuşdur, hazırki ərizə iş stajı barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədədir, faktın müəyyən edilməsi ərizəçiyə "güzəştli şərtlərlə əmək pensiyası" təyin edilməsi məqsədilə lazımdır, o, əmək stajını təsdiq edən lazımi sənədi almaq məqsədilə Cəbrayıl rayon İcra Hakimiyyəti Cəbrayıl rayon dövlət arxivinə, Socar “Neftqaztikinti” trestinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir, Cəbrayıl rayonu ərazisində M.Əzizbəyov adına sovxoz mövcud olmuşdur, 23 avqust 1993-cü ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən zaman həmin sovxozun bütün arxiv sənədləri işğal ərazisində qalmışdır, ərizəçi Cəbrayıl rayonundan məcburi köçkündür, X2, X5 və X4 müxtəlif tarixlərdə Cəbrayıl rayonunda yerləşən M.Əzizbəyov adına sovxozda işləmişdir, ərizəçinin iş stajı onu idarədə birgə işdən tanıyan və ərizəçinin işləməsi faktını təsdiq etdikləri müddətdə (1982 - 1993) özlərinin işləmələri barədə sənədləri (əmək kitabçaları və məhkəmə qətnaməsi) olan üç şahidin – M.Y.Seyidəliyevin (sovxozda iş müddəti : 1973- 1974, 1976-1993), V.O.Rəhimovun (sovxozda iş müddəti : 1978-1990), S.F.Əhmədovanın (sovxozda iş müddəti : 1981-1992) ifadələri ilə təsdiq olunur. Məhkəmə qeyd edir ki, Ərizəçi xx.xx.1982-xx.xx.1985-ci il ərzində M.Əzizbəyov adına sovxozda işləməsi (fəhlə və zootexnik) faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli (pensiya hüququ) olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən o, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə ərizəyə münasibətdə isə hesab edir ki, Ərizəçi M.Əzizbəyov adına sovxozunda xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi fəhlə, xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək zootexnik vəzifəsində işləməyi iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan ərizə təmin edilməli və hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 1.6-cı bəndinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmin Qərarın 13.3-cü bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin Qərarın 13.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi Cəbrayıl rayonu M.Əzizbəyov adına sovxozda xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi fəhlə, xx.xx.1985-ci il tarixdən isə xx.xx.1993-cü il tarixədək zootexnik işləməsi faktı müəyyən edilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçi Cəbrayıl rayonunda məcburi köçkün olmaqla, xüsusi icraat qaydasında ərizənin verilməsinə görə dövlət rüsumu ödəməkdən azad olduğundan, hazırki ərizə üzrə ərizəçi və maraqlı şəxsdən dövlət rüsumu alınmamlı, dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1961-ci il təvəllüdlü Ərizəçi Cəbrayıl rayonu M.Əzizbəyov adına sovxozda xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi fəhlə, xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək zootexnik vəzifəsində işləməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar