Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-160/2025 07.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil Cavabdeh5 Cavabdeh8 Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh8, Cavabdeh3, Cavabdeh10, Cavabdeh4, Cavabdeh5, Cavabdeh9, Cavabdeh6, Cavabdeh7 qarşı əmlakdan çıxarılma və əmlakın geri qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 2929-cu məhəllə ünvanında 22 sot ərazidə yerləşən dövlət obyektini 1997-ci ildə özəlləşdirmişdir. Ötən əsrin 90-cı illərində erməni vəhşiliyi nəticəsində Ağdam rayonundan məcburi köçürülərək Bakı şəhərinə gəlmiş ailənin özəlləşdirdiyi ərazidə müvəqqəti yaşamasına vətənpərvər azərbaycanlı kimi icazə vermişdir. Həmin ailə onun mülkiyyətində olan 22 sot torpaqda yerləşən Oboy zavodunun inzibati binasında hələ də yaşamaqdadırlar.
2. Hal-hazırda ailə vəziyyətində olan çətinliklərlə bağlı özünə məxsus həmin ərazini şəxsi məqsədləri üçün istifadə etmək niyyətindədir, lakin mövcud vəziyyət buna imkan vermir və bu Azərbaycan Respublikasının vətəndaşı kimi onun konstitusion hüquqlarımın pozulması ilə nəticələnir.
3. Eyni zamanda özəlləşdirdiyi dövlət obyektinin yerləşdiyi 22 sot torpaq sahəsinə görə 2011-ci ildən Əmlak Komitəsi ilə bağlanmış icarə müqaviləsinə əsasən dövlət büdcəsinə hər ay 179 manat icarə haqqı ödəyir. Ödədiyi icarə haqqına məcburi köçkün ailəsinin məskunlaşdığı ərazisi də daxildir.
4. Azərbaycan xalqı və rəşadətli ordumuz X7 rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində müasir tariximizin ən şanlı səhifəsini yazdı. Otuz il davam edən işğala son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Hal-hazırda da dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Ağdam da daxil olmaqla Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində bərpa-quruculuq işləri sürətlə davam etdirilir və məcburi köçkünlər öz doğma torpaqlarına qayıdırlar.
İddiaçının tələbi:
5. Cavabdeh1 Soltan oğlu və onun ailə üzvlərinin Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 2929-cu məhəllə ünvanında 22 sot ərazidə yerləşən binadan (ərazidən) çıxarılmaları, həmin ərazi və binanın iddiaçının faktiki sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Daha sonra xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh2, Cavabdeh8, Cavabdeh3, Cavabdeh10, Cavabdeh4, Cavabdeh5, Cavabdeh9, Cavabdeh6, Cavabdeh7 cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
7. Cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz və əlavə sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
8. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil öz izahatında qeyd etmişdir ki, göstərilən əmlak iddiaçının mülkiyyəıtindədir və cavabdehlər həmin əmlakda yaşayırlar. Bu da iddiaçının mülkiyyət hüquqlarını pozulmasına gətirib çıxarır. Bu səbəbdən iddianı qaldırmaq məcburiyyətində qalmışdırlar, məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 öz izahatında qeyd etmişdir ki, onlar iddiaçının hansı yolla əmlakı özəlləşdirdiklərini bilmədiklərini, lakin əmlakın iddiaçının adına özəlləşdirildiyini bilirlər. O eyni zamanda qeyd etmişdir ki, iddiaçı həmin sahəni özəlləşdirən zaman onların artıq həmin sahə üzərində 3 ədəd tikilisi mövcud olmuşdur. O iddiaçı ilə danışıq apardıqlarını, iddiaçının onlara həmin sahədən köçən zaman onlarla halallaşacağını qeyd edərək bildirmişdir, lakin bununla bağlı hər hansı bir məbləğ qeyd etməmiş, onlar bununla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiklərini bildirmişdir.
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh8 öz izahatında iddiaçının çəkdikləri xərclərin əvəzi ödənilməsini xahiş etdiklərini bildirmişdir.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 öz izahatında qeyd etmişdir ki, iddiaçının həmin sahəni onlardan sonra özəlləşdirdiyini, heç nə istəmədiyini, mülkünün tikintisinə və təmirinə çəkdiyi xərcin ödənilməsi ilə bağlı ərizə verdiyini qeyd etmişdir.
12. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
13. xx.xx.2023-cü il tarixli, № 090099 saylı “Mülkiyyət hüququ haqqında” Şəhadətnaməyə əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 2929-cu məhəllədə yerləşən Məişət malları zavodunun anbar sahəsinin mülkiyyətçisi İddiaçıdur.
14. Azərbaycan Respublikası Qaçqınlar və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli məktubu.
15. xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 2929-cu məhəllədə yerləşən Məişət malları zavodunun anbar sahəsini Nəcəfov X1.
16. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 4194/2024 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı "cavabdeh İddiaçı xx.xx.2003-cü il tarixdə verilmiş, 000099 qeydiyyat nömrəli mülkiyyət hüququ haqqında Şəhadətnamənin və 1997-ci ildə verilmiş qeyri-yaşayış binasının texniki pasportunun ləğv edilməsi" tələbinə dair iddiası təmin edilməmişdir.
17. Mülki iş materiallarına əllavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Konstitusiyası: 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. 43.İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 43.İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
19. Avropa Konvensiyasına 1 saylı əlavə Protokol
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
22. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu:
5. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
24. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) hakimin təşəbbüsü minimuma endirilmiş, ekspertiza təyin olunması istisna olmaqla, hakimə öz təşəbbüsü ilə sübutlar toplamaq səlahiyyəti verilməmişdir. Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
Məhkəmənin mövqeyi:
25. Məhkəmə tərəflərin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. (§24)
27. Eyni zamanda həmin qərarda qeyd edilir ki, “...sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz”. (§24)
28. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.
29. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 2929-cu məhəllədə yerləşən Məişət malları zavodunun anbar sahəsininin İddiaçı Məmməd oğlunun mülkiyyətində olması, cavabdehlərin məcburi köçkün olduqdan sonra iddiaçıya məxsus sahədə məskunlaşmaları işin mübahisəsiz hallarıdır.
30. Yuxarıda qeyd edilən Konstitusiya müddəaları və beynəlxalq hüquq normaları mülkiyyət hüququnun ən üstün hüquq olaraq qorunmasını tələb edir. Yalnız xüsusi hallarda və qanunla müəyyən edilmiş qaydada, habelə dövlətin təhlükəsizliyi və ya cəmiyyətin maraqlarının qorunması, dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququ ilə bağlı mülkiyyət hüququ məhdudlaşdırıla, yaxud müsadirə edilə bilər. Hazırkı mübahisə üzrə qeyd edilən halların hər hansı biri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bu halda, iddiaçı mülkiyyətində olan sahəsini cavabdehlərdən geri tələb etməkdə haqlıdır.
31. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsinin hüquqi əsasları göstərilmişdir. Qeyd edilən müddəanın mənasından göründüyü kimi, mülkiyyətçinin (əmlak hüquqlarına malik olan sahibin) öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) həmin şəxsin sahibliyinin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçiyə (qanuni sahibə) MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməsyə imkan verir. İşin şərh edilən halları MMnin 157.2-ci maddəsində əks olunmuş hər üç dispozitiv şərtin mövcud olmasını təsdiq edir. Odur ki, iddiaçının ona məxsus sahə üzərində mülkiyyət hüququ təmin edilməli və cavabdehlər həmin sahədən çıxarılmalı, anbar sahəsi iddiaçıya təhvil verilməklə iddia təmin edilməlidir.
32. Anbar sahəsinin mülkiyyətçisinin iddiaçı olması işin yuxarıda da qeyd edildiyi kimi işin mübahisəsiz halıdır. Anbar sahəsinin cavabdehlərin sahibliyində olması da iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Anbar sahəsinin cavabdehlərin sahibliyində qanunsuz olması ilə bağlı məhkəmə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, cavabdehlərin anbar sahəsinə dair hər hansı məzmunda hüquq müəyyənedici sənədləri mövcud deyil.
33. Məhkəmə qeyd edir ki, cavabdehlərin məcburi köçkün kimi Mənzildə yaşamaları qanuni əsas hesab edilə bilməz. Belə ki, «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Cavabdehlərin məcburi köçkün kimi iddiaçıya məxsus anbar sahəsində məskunlaşmaları iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur.
34. Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) ayrı-ayrı presedentlərində mülkiyyət hüququnun müdafiəsi ilə bağlı qəbul olunmuş ümumi mövqe, təcrübə mövcuddur. AİHM –in Marks Belçikaya qarşı iş (Case of Marckx v. Belgıum, 1979) üzrə qərarında qeyd edilmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə (Case of Sporrong and Lönnroth v. Sweden, 1984) isə AİHM göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. AİHM-in Radanoviç Xorvatiyaya qarşı (Case of Radanovıć v. Croatıa, 2006) işində qeyd edilir ki, hazırkı işdəki vəziyyət sosial və maliyyə yükünün ədalətli bölüşdürülməsini tələb edir. Bu yük digər qrupun və ya bütövlükdə cəmiyyətin maraqlarının nə qədər əhəmiyyətli olmasından asılı olmayaraq, tək bir sosial qrupun və ya fərdi şəxsin üzərinə qoyula bilməz (Hutten-Czapska Polşaya qarşı, 1997). Müvəqqəti sakinə (məcburi köçkünə) qalmaq üçün yerlə təmin etmək yükü - Dövlət tərəfindən daşınmalı idi. AİHM hesab etmişdir ki, Xorvatiya hakimiyyət orqanları mülkiyyət hüququ ilə bağlı cəmiyyətin ümumi maraqları ilə ərizəçinin hüquqlarının müdafiəsi arasında lazımi ədalətli tarazlığı saxlaya bilməmişdir. Bunun nəticəsində ərizəçi həddindən artıq fərdi yük götürməli olmuş, nəticədə onun mülkiyyət hüququna edilən müdaxilə qarşıya qoyulan qanuni məqsədlə mütənasib hesab edilməmişdir.
35. Həmçinin məhkəmə xx.xx.2014-cü il təvəllüdlü Cavabdeh4, xx.xx.2019-cu il təvəllüdlü Cavabdeh6, xx.xx.2015-ci təvəllüdlü Cavabdeh7, xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh10 münasibətdə qeyd edir ki, MM-nin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır sayılır. İddia tələbi onların valideyinlərinə münasibətdə təmin edildiyindən onların yaşayış yeri valideynləri ilə eyni yer olmalıdır və Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 2929-cu məhəllə ünvanında 22 sot ərazidə yerləşən binadan (ərazidən) çıxarılmalıdırlar.
36. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır və iddiaçının pozulmuş mülkiyyət hüquqlarının bərpa olunması üçün iddia tələbi təmin edilməlidir. Cavabdehlər Cavabdeh2, Cavabdeh8, Cavabdeh3, Cavabdeh10, Cavabdeh4, Cavabdeh5, Cavabdeh9, Cavabdeh6, Cavabdeh7 Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 2929-cu məhəllə ünvanında 22 sot ərazidə yerləşən binadan (ərazidən) çıxarılmalı, həmin ərazi və binanın iddiaçının faktiki sahibliyinə və istifadəsinə qaytarılmalıdır.
Məhkəmə xərcləri:
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Dövlət rüsumunun ödənilməsi ilə bağlı tələb olmadığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
1. İddia tələbi təmin edilsin.
2. Cavabdehlər Cavabdeh2, Cavabdeh8, Cavabdeh3, Cavabdeh10, Cavabdeh4, Cavabdeh5, Cavabdeh9, Cavabdeh6, Cavabdeh7 Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 2929-cu məhəllə ünvanında 22 sot ərazidə yerləşən binadan (ərazidən) çıxarılmalı, həmin ərazi və binanın İddiaçı faktiki sahibliyinə və istifadəsinə qaytarılsın.
3. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
4. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.