Məhkəmə qərarları › İş №2(011)-1663/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1663/2021

10.03.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1663/2021 10.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsinin bağlanması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ET D İ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsinin bağlanması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixdən mülkiyyətində olan Quba şəhəri, Hüsi Hacıyev küçəsi, 47 saylı fərdi yaşayış evinə dair qazın alqı-sai müqaviləsinin bağlanması və həmin yaşayış evinə yeni abonent hesabının açılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 saylı ünvanda yerləşən ev X6 məxsus olmuş, həmin yaşayış evini alqı-satqı müqaviləsinə əsasən almışdır. Razılaşmaya əsasən İsrafil Vahidinin başqa yaşayış yeri olmadığına görə, həmin evə çıxarış alana kimi yaşamalı, daha sonra həmin evdən çıxmalı, o, həmin evə köçməli idi. X8 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. xx.xx.2018-ci il qeydiyyat tarixli RX seriyalı ******* nömrəli çıxarış almış və evə köçmüşdür. Lakin evə köçdükdə həmin evdəvəfat etmiş X2 adına **********00420 saylı abonent hesabının olması və həmin abonent hesabında isə borcun olmasını görmüşdür. Evə mülkiyyət hüquqları yarandıqdan sonra adına yeni abonent hesabı açıb, yeni sayğac quraşdırılmasını Cavabdeh İB-nın X16 sahəsindən dəfələrlə tələb etsə də, ondan əvvəl yaşamış X2 qaz borcuna görə imtina etmişlər. Qış aylarında evdə yaşamaq tamamilə çətindir. X2 Cavabdeh İB-na olan borcunun ona bağlılığı yoxdur. Ona görə ki, Cavabdeh İB ilə aralarında qazın alqı-satqısına dair müqavilə bağlanmamışdır. Bu məsələ ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadına əsasən mübahisənin qaz satışı ilə bağlı mülki mübahisə olduğundan ümumi məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 iddia ərizəsini qəbul etməyərək izahatında göstərdi ki, qeyd olunan ünvanda istehlak olunmuş təbii qazın dəyərinin ödənilməməsi səbəbindən abonent hesabında 6229,00 manat borc məbləği yaranmışdır. Həmin borc tam şəkildə ödənilməlidir. Borc aşkar olunduğu halda abonent məlumatlarında dəyişikliklərin edilməsi xidməti həyata keçirilmir. Yalnız borc ödənildikdən sonra xidmət göstərilə bilər. Göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Quba şəhəri, H.Hacıyev küçəsi, 47 saylı fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindəxx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş X15 İstismar İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətinə əsasən müəyyən edilmişdir ki, iddiaçının Quba Regional “ASAN xidmət” mərkəzindən Cavabdehnə ünvanlanmış, baxılması üçün X15 İstismar İdarəsinə gönərilən təkrar müraciəti ilə əlaqədar bildirilmişdir ki, Quba şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən mənzil vaxtı ilə **********00420 nömrəli kodla qeydiyyata alınmış və qazlaşdırılmışdır. Qüvvədə olan təlimatların tələbinə əsasən bir mənzilə ikinci kodun açılması və qaz sayğacının quraşdırılması mümkün deyildir. Qeyd olunan ünvanda istehlak olunmuş təbii qazın dəyərinin ödənilməməsi səbəbindən abonent hesabında 6220 manat borc məbləği yaranmışdır. Həmin borc tam şəkildə ödənilməlidir. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, Quba şəhəri, H.Hacıyev küçəsi, 47 saylı fərdi yaşayış evinə dair **********0420 saylı abonent kodu X5 məxsus olmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1 -ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011 -ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.4-cü bəndinə əsasən, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz, edilir, quraşdırılır və dəyişdirilir. Real vaxt rejimində Cavabdeh” İstehsalat Birliyinin rəsmi internet səhifəsindən əldə olunmuş məlumatlardan görünür ki, “Abonent məlumatlarında dəyişikliklər edildiyi zaman qaz təchizatı haqqında müqavilə “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində bağlanılır. Qeyd: Borc aşkar olunduğu halda abonent məlumatlarında dəyişikliklərin edilməsi xidməti həyata keçirilmir. Yalnız borc ödənildikdən sonra xidmət göstərilə bilər. Göstərilənlərə əsasən məhkəmə, bir ünvana bir abonent kodunun verilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan Quba şəhəri, Hüsi Hacıyev küçəsi, 47 saylı fərdi yaşayış evinə dair qazın alqı-sai müqaviləsinin bağlanması öhdəliyi Cavabdehnə həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Quba şəhəri, Hüsi Hacıyev küçəsi, 47 saylı fərdi yaşayış evinə dair qazın alqı-sai müqaviləsinin bağlanması öhdəliyi Cavabdehnə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar