Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1680/2022 27.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X1, İddiaçı ASC-nin Cavabdeh qarşı “əmlakın boşaldılması” tələbinə dair iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı ASC-si Cavabdeh qarşı “əmlakın boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı ASC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə iddiaçılara geri qaytarılmalıdır. Belə ki, iddiaçı ərizədə Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,5148 ha ümumi sahəsi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılması və iddiaçının hesabına Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,5148 ha ümumi sahəsi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə hər hansı xüsusiyyətdən asılı olmayaraq yalnız MPM-nin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxıla bilər. Həmin maddədə sadalanan işlər üzrə iddianın başqa məhkəmələrə verilməsinə yol verilmir. Müstəsna aidiyyət MPM-nin şərh olunan maddəsində nəzərdə tutulmuş işlərin düzgün və vaxtında həll olunması üçün maksimum dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası MPM-nin 39-cu maddəsində müstəsna aidiyyətin nəzərdə tutulduğu hər bir halda işə müvafiq əmlakın olduğu yerin məhkəməsində baxılması olması təsbit olunur. Bu maddədə olduğu yerin məhkəməsi dedikdə, həmin mülki işin subyektiv tərkibi, mübahisənin predmeti və mübahisə olunan hüquq münasibətinin xarakteri əsas götürülməklə məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq işə baxmalı olan və yurisdiksiyası həmin əraziyə şamil olunan ümumi məhkəmə nəzərdə tutulur. Göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən prosessual qanunvericiliyin müstəsna aidiyyətlə bağlı imperativ tələbinə əməl edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsi müəyyən edir ki, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Adı çəkilən Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, mübahisənin predmeti olan daşınmaz əmlak Abşeron rayonunda yerləşdiyindən və hazırki iddiaya Abşeron Rayon Məhkəməsində baxılmalı olduğundan iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 39-cu maddəsinə və 152.1.3-cü maddəsinə əsasən Q ə r a r a a l d ı m: İddiaçı ASC-nin Cavabdeh qarşı “əmlakın boşaldılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1680/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1680/2022
27.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver