Məhkəmə qərarları › İş №2(011)-1712/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1712/2025

11.06.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1712/2025 11.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, Ərizəçi “şəxsin ölmüş elan edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1981-ci il tarixdə Tərtər şəhərində anadan olmuş Maraqlı şəxs2 20 sentyabr 2014cü il tarixdə İraqda ölmüş elan edilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin bacısı X1 İlqar Çingiz oğlu ilə 2007-ci il tarixdə ailə qurublar və onların nikahından xx.xx.2007-ci il tarixdə X10, xx.xx.2010-cu il tarixdə X14, xx.xx.2011-ci il tarixdə X15 və xx.xx.2015-ci il tarixdə isə X16 adlı uşaqları doğulmuşdur. Onlar ailəlikcə 2014-cü il tarixdə birlikdə eşitdiklərinə görə çıxıb Suriyaya getmişlər və o vaxtdan da Azərbaycana qayıtmamışlar. Lakin sonradan bildilər ki, İraqdadırlar. Sonradan eşitdilər ki, MTM-də məlumat var ki, yeznəsinin yəni, Maraqlı şəxs2 İraqda qəbri də var. Uşaqlar Azərbaycana gətirilmiş və Dövlət tərəfindən yəni, Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli sərəncamı ilə ona qəyyumluğa verilmişdilər. O, onların üzərində o vaxtdan da qəyyum təyin olunmuşdur və onlara baxır. O, uşaqların atalarının yəni, yeznəsinin öldüyü barədə MTN-də məlumat olduğunu dəqiq bilir. Hətta onun barəsində məlumat almaq üçün Xətai Rayon Polis İdarəsinə də müraciət etmişdir. Lakin ona bildiriblər ki, güya onun tələbi yoxdur. Ona görə də o, Maraqlı şəxs1nə Maraqlı şəxs2 ölüm faktının qeydə alınması ilə bağlı müraciət etdikdə ona məhkəməyə müraciət etməyi bildiriblər və bu barədə də imtina ona verilib. Hesab edir ki, atası Maraqlı şəxs2 İraqda ölmüş elan edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəçi və onun vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahatlar vermişlər və məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəyə Maraqlı şəxs1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-T seriyalı 106688 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 19 dekabr 2007-ci il təvəllüdlü X2 atası Maraqlı şəxs2, anası X11r. İş materiallarında olan AZ-T seriyalı 106686 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 12 oktyabr 2010-cu il təvəllüdlü X4 atası Maraqlı şəxs2, anası X11r. İş materiallarında olan AZ-T seriyalı 106693 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 31 dekabr 2011-ci il təvəllüdlü X5 atası Maraqlı şəxs2, anası X11r. İş materiallarında olan AZ-İV seriyalı 477075 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 21 mart 2015-ci il təvəllüdlü X6 atası Maraqlı şəxs2, anası X11r. İş materiallarında olan 11 mart 2025-ci il tarixində Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən Xətai Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İraq Respublikasından Azərbaycan Respublikasına gətirilmiş yetkinlik yaşına çatmayanlar xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X7 və həmçinin xx.xx.2018-ci il təvəllüdlü Əli Əliyevin üzərində Ərizəçi qəyyum təyin edilməsi haqqında Sərəncamların verilməsinə əsas olmuş sənədlərin surətləri məhkəməyə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xətai Rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci -ci il tarixli, 68 nömrəli sərəncamının surətindən görünür ki, Ərizəçi 19 dekabr 2007-ci il təvəllüdlü X10, 12 oktyabr 2010-cu il təvəllüdlü X14, 31 dekabr 2011-ci il təvəllüdlü X17 və 21 mart 2015-ci il təvəllüdlü X16 üzərində qəyyum təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasına qayıdış şəhadətnamələrinin surətlərindən görünür ki, 19 dekabr 2007-ci il təvəllüdlü X10, 12 oktyabr 2010-cu il təvəllüdlü X14, 31 dekabr 2011-ci il təvəllüdlü X17 və 21 mart 2015-ci il təvəllüdlü X8 İraqdan Azərbaycana qayıtmaq üçün şəhadətnamələr verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tərtər Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli , 3-13-113/2-8153/2025 saylı məhkəməyə sorğuya cavab olaraq ünvanlanmış məktubun surətindən görünür ki, ünvan 2 qeydiyyatda olan xx.xx.1981-ci il təvəllüdlü Maraqlı şəxs2 və həyat yoldaşı xx.xx.1982ci il təvəllüdlü X9 (övladları: xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2010-cu il təvəllüdlü X14, xx.xx.2011-ci il təvəllüdlü X19, xx.xx.2015-ci il təvəllüdlü X16) İraq Respublikasına getmələri ilə bağlı cinayət işi və Maraqlı şəxs2 İraq Respublikasında vəfat etməsi ilə bağlı məlumatlar Tərtər RPŞ-də olmamışdır. İş materiallarına əlavə edilmiş Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-4127/2019 saylı qətnaməsinin surətindən görünür ki, ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Maraqlı şəxs2 qarşı “şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi”nə dair ərizəsi təmin edilərək, Maraqlı şəxs2 (doğulduğu tarix xx.xx.1981-ci il, doğulduğu yer Tərtər şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi: xxxxxxx, seriya və nömrəsi AZE ********) Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. Həmin qətnamədən görünür ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində xx.xx.1981-ci il tarixdə Tərtər şəhərində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı Maraqlı şəxs2 ölkə hüdudlarından kənarda dini ekstremist fəaliyyətdə iştirak etməsi məlum olmuş və bu barədə tərtib edilmiş material şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraat aparılması üçün xx.xx.2019-cu il tarixli, 23/5-2049 nömrəli məktubla Dövlət Miqrasiya Xidmətinə göndərilmişdir. Maraqlı şəxs2 qabaqcadan əlbir olmuş bir qrup şəxs halında dini düşmənçilik zəminində qəsdən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə “İŞİD” (hazırki adı “İD”) adlı cinayətkar birliklərin tərkibinə daxil olmaqla qeyri-qanuni yollarla Suriya Ərəb Respublikasının ərazisinə keçdiyi qanunsuz silahlı qrupa qoşularaq ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmək niyyətilə terror təşkilatının digər üzvləri ilə əlaqəyə girməklə müxtəlif silahlı təlimlərdə iştirak edib odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluğa hazırlıq hərəkətləri etdiyi müəyyən edilmişdir. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən (İAMAS) alınan çıxarışdan Maraqlı şəxs2 xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk etdiyi və həmin tarixdən sonra ölkəyə girişinə dair məlumatın qeydə alınmadığı aydın olmuşdur. Ona görə də, onun ölkə ərazisindən kənarda dini ekstremist fəaliyyətdə iştirak etməsini müəyyən edən halların mövcudluğu iş materiallarına əsasən təsdiq olunduğuna görə onun Azərbaycan Respublikası vətəndaşlığını itirməsini məqsədəuyğun hesab etməklə, məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması əsasında müəyyən olunmuşdur ki, Maraqlı şəxs2 xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk etmişdir və həmin tarixdən sonra ölkəyə girişinə dair məlumat qeydə alınmamışdır. Həmçinin, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001 )-4127/2019 saylı xx.xx.2019-cu il tarixil qətnaməsinə əsasən Maraqlı şəxs2 Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. Beləliklə, məhkəmə işin hallarını nəzərə alaraq və Mülki Məcəllənin 41.1-ci maddəsinə əsasən hesab edir ki, Maraqlı şəxs2 ölmüş elan edilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.4.-cü maddəsinə əsasən 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 305.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında. Azərbaycan Respublikasının MPM-nin 306.1-cı maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının MPM-nin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının MPM-nin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən cəccəxt .aa.sədən nəıak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Həmin Məcəllənin 316-cı maddəsinə görə isə xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə yeni qətnamə ilə özünün əvvəlki qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Maraqlı şəxs2 yaşayış yerində onun harada olması barədə 5 ildən çox müddət ərzində məlumat olmadığını, onun uşaqları barəsində qəyyumluq təyin edilməsini nəzərə alaraq xx.xx.1981-ci il tarixdə Tərtər şəhərində anadan olmuş Maraqlı şəxs2 ölmüş elan edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, ərizənin Maraqlı şəxs2 xx.xx.2014-cü ildə vəfat etməsi barədə mötəbər sübutlar olmadığından, ərizə qismən təmin edilərək onun vəfat etmə tarixi qətnamənin qanuni qüvvəyə mindiyi gün hesab edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 33, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1981-ci il tarixdə Tərtər şəhərində anadan olmuş Maraqlı şəxs2 ölmüş elan edilsin. Maraqlı şəxs2 ölüm günü hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün hesab edilsin. Ərizə qalan hissədə təmin olunmasın. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar