Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1718/2022 07.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Ərizəçi və onun vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsinə dair” ərizə, daha sonra dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1997-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində 07.02.1962-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Lapteva (Varaqyan) Emma Vartanesovnadan (atası 30.12.1964-cü il tarixdə ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş və 29.03.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmiş Azərbaycan Respublikasının vətəndaşı X8 olmaqla) doğulması faktının müəyyən edilməsi, doğum haqqında akt qeydində adı- Samir, soyadı- Babayev, ata adı- İlham oğlu, doğum tarixi- xx.xx.1997-ci il, doğum yeri- Azərbaycan Respublikası Bakı şəhəri, ana adı- Emma, ananın soyadı- Lapteva, anasının atasının adı- Vartanesovna, anasının milliyyəti- rus; ata adı- İlham, atanın soyadı- Babayev, atasının atasının adı- Ramiz oğlu, atasının milliyyətiazərbaycanlı göstərilməklə doğum faktının qeydə alınması və doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin maraqlı şəxsə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Bakı şəhəri 165 saylı tam orta məktəbin birinci sinfinə getmiş, 2015-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Anası Lapteva (Varaqyan) Emma Vartanesovna 07.02.1962-ci ildə Bakı şəhərində anadan olub, Azərbaycan Respublikası vətəndaşıdır, birgə ünvan 3 ünvanında yaşayırlar. Anası uzun illər Azərbaycanda şəxsiyyətini təsdiq edən sənəd olmadan yaşamış, yalnız Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-185/2016 saylı iş üzrə 13.01.2016-cı il tarixli qərarı ilə onun adına Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsində mövcud olmuş 1962-ci il tarixli 847 saylı doğum akt qeydinin bərpa olunması və ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə həvalə edildikdən sonra 17.08.2017-ci ildə doğum haqqında şəhadətnamə ilə təmin edilib. Bundan sonra 17.01.2020-ci il tarixdə Azərbaycan Respublikası Dövət Miqrasiya Xidməti ******* saylı qərarla anasının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini tanıyıb. 22.01.2021-ci il tarixdə anası Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilib. 05.08.2021-ci il tarixdə anası soyadını “Varaqvan”dan “Lapteva”ya dəyişdirib. X2 30.12.1964-cü il tarixdə Bakı şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşı olub və 29.03.2019-cu il tarixdə Bakı şəhərində vəfat edib. Valideynləri 1994-cü ildə evləniblər, lakin anasının şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün nikaha daxil ola bilməyiblər. Tibb müəssisəsindən kənarda doğulduğu üçün və doğularkən anasına kömək edən həkim olmadığından, habelə anasının şəxsiyyətini təsdiq edən sənədi olmadığından doğum faktının qeydiyyata alınması və doğum haqqında şəhadətnamə ilə təmin edilməsi bu vaxta qədər mümkün olmamışdır. Doğum zamanı anasının yanında atası və xalası Yusubova (Varaqyan) Nora Vartanesovna olub. Lakin atası 29.03.2019-cu il tarixdə, xalası isə 20.06.2021-ci il tarixdə vəfat edib. Atası hələ sağlığında onun oğlu olduğunu etiraf etmişdir. Belə ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3016/2013 saylı 19.08.2013-cü il tarixli qətnaməsindən görünür ki, ərizəçi Ağayeva (Varaqyan) İrana Telmanovnanın “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə keçirilən məhkəmə prosesində X2 şahid qismində dindirilmiş və o, verdiyi ifadəsində onun anasının qeyri-rəsmi həyat yoldaşı olduğunu və birgə ailə münasibətlərindən üç övladının (o, qardaşım 09.11.1996-cı il təvəllüdlü X9 və 03.04.1999-cu il təvəllüdlü X10) olduğunu bildirmişdir. Hazırda 24 yaşı var. Lakin doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Bu səbəbdən də, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. Doğum haqqında şəhadətnamə olmadığı üçün şəxsiyyət vəsiqəsi ilə də təmin oluna bilmir. Hazırda ünvan 3 ünvanında yaşayır və Dövlət Miqrasiya Xidməti tərəfindən həmin ünvanda olduğu yer üzrə qeydiyyata alınmışdır. 18.11.2021-ci il tarixdə qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə müraciət edərək doğum faktının qeydə alınmasını və şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən arayış əsasında doğum haqqında şəhadətnamə ilə təmin edilməsini xahiş etmiş, şöbə 26.11.2021-ci il tarixli, 3953-05/15 saylı cavab məktubu məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Məhkəmə iclasında Ərizəçi və onun vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, ərizəçi onun oğludur. Onun X2 ilə nikahlarını sənədləri olmadığına görə rəsmiləşdirə bilməmiş, buna baxmayaraq bir ailə kimi yaşamışdırlar. Samir doğulan zaman Bakı şəhəri Nərimanov rayonu, Montin qəsəbəsində (dəqiq ünvanı xatırlamır) yaşayırdılar. Doğumuna orada qonşu binada yaşayan bir qadın kömək edib və hətta doğuma qədər hamiləliyini nəzarətdə saxlayıb. Həmin qadın ixtisasca həkim olsa da, rəsmi olaraq hər hansı bir tibb müəssisəsində həkim kimi çalışmadığı üçün ona doğum barədə hər hansı bir sənəd verə bilməyib. Həmin qadın iranlı idi, ancaq indi onun adını xatırlamır və onlar uzun müddət bundan əvvəl Azərbaycandan gediblər. Bundan başqa, doğum zamanı yanında X8 və bacısı X1b. Lakin əri 29.03.2019-cu il tarixdə, bacısı isə 20.06.2021-ci il tarixdə vəfat edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, ərizəçini 1999cu ildən tanıyır. Atasının adı İlham idi və onunla dostluq etmişdir. Atası 3 il qabaq vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, ərizəçi onun qızı ilə bir sinifdə oxuyub. Məktəbdə anası və atası ilə tanış olmuşdur. Atası İlham idi və 3 il olar vəfat edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, 165 saylı məktəbdə ərizəçi ilə bir sinifdə oxuyub. Atasını və anasını da tanıyırdı. Məhkəmə ərizəçinin və onun vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 12.06.2015-ci il tarixdə Bakı şəhəri 165 saylı tam orta məktəb tərəfindən verilmiş A seriyalı, 416907 saylı tam orta təhsil haqqında attestatdan görünür ki, Ərizəçi 2015-ci ildə Bakı şəhəri 165 saylı tam orta məktəbin 11-ci sinfini bitirmişdir. İş materiallarına əlavə edilmiş BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının verdiyi himayə sənədindən görünür ki, Ərizəçi vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT QAKda qeydiyyatdadır, onun individual İD nömrəsi: E7C-00015084-dir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 15/198 saylı 30 iyul 2021-ci il tarixli arayışından görünür ki, BMT QAK-ın himayəsində olan şəxs Ərizəçi 16.06.2022- ci ilədək ünvan 5 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 3016/2013 saylı 19.08.2013-cü il tarixli qətnaməsindən görünür ki, ərizəçi Ağayeva (Varaqyan) İrana Telmanovnanın “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə keçirilən məhkəmə prosesində şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində Varaqyan (Lapteva) Emma Vartanesovnanın qeyri-rəsmi həyat yoldaşı olduğunu və birgə nikahlarından üç övladının olduğunu bildirmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 998291 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 29.03.2019-cu ildə vəfat etmişdir. Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinin 26.11.2021-ci il tarixli, 3953-05/15 saylı məktubundan görünür ki, Ərizəçi 18.11.2021-ci il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 2.5.4 və 2.6-cı bəndinə əsasən .doğumun qeydə alınması üçün tibbi arayış,uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır.Doğum faktını təsdiq edən tibbi sənəd olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Doğum faktını təsdiq edən tibbi sənədlərin olmamasını nəzərə alaraq bu Qaydanın 2.6-cı bəndində müvafiq olaraq doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Beləliklə, ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialları ilə X4 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində 07.02.1962-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Lapteva (Varaqyan) Emma Vartanesovnadan ev şəraitində doğulması, doğumun qeydə alınmaması, o cümlədən, atasının vəfat etməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci naddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Əsasnamənin 2.2.ci bəndinə əsasən, vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün doğum haqqında şəhadətnamə tələb olunur. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydasının 3.4.5-ci bəndinə görə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün doğum haqqında şəhadətnamə tələb olunur. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.6-cı bəndinə əsasən, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda, uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verldiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1997-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində 07.02.1962-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Lapteva (Varaqyan) Emma Vartanesovnadan (atası 30.12.1964-cü il tarixdə ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş və 29.03.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmiş Azərbaycan Respublikasının vətəndaşı X8 olmaqla) doğulması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydində adı- Samir, soyadı- Babayev, ata adı- İlham oğlu, doğum tarixi- xx.xx.1997-ci il, doğum yeri- Azərbaycan Respublikası Bakı şəhəri, ana adı- Emma, anasının soyadı- Lapteva, anasının atasının adı- Vartanesovna, anasının milliyyətirus; ata adı- İlham, atasının soyadı- Babayev, atasının atasının adı- Ramiz oğlu, atasının milliyyəti- azərbaycanlı göstərilməklə doğum faktının qeydə alınması və doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-1718/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1718/2022
07.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver