Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1732/2022 12.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi və onun vəkili Vəkil iştirakları ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “doğum faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, o, yəni Ərizəçi xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Bakı şəhəri 165 saylı tam orta məktəbin birinci sinfinə getmiş, 2015-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Daha sonra təhsilini davam etdirməmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 67.1 və 71.5-ci maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzadan azad edilmişdir. Anası Lapteva (Varaqyan) Emma Vartanesovna xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, anası Azərbaycan Respublikası vətəndaşıdır, onunla birgə ünvan 1 ünvanında yaşayır. Anası uzun illər Azərbaycanda şəxsiyyətini təsdiq edən sənəd olmadan yaşamışdır. Yalnız Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-185/2016 saylı iş üzrə xx.xx.2016-cı il tarixli qərarı ilə onun adına Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsində mövcud olmuş 1962-ci il tarixli 847 saylı doğum akt qeydinin bərpa olunması və ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə həvalə edildikdən sonra Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi onu xx.xx.2017-ci il tarixdə doğum haqqında şəhadətnamə ilə təmin etmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ******* saylı qərarla anasının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini tanımışdır. 22 yanvar 2021-ci il tarixdə anası Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. 05 avqust 2021-ci il tarixdə anasının soyadı “Varaqyan”-dan “Lapteva”ya dəyişdirmişdir. X2 xx.xx.1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Azərbaycan Respublikasının vətəndaşı olmuş, o, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi 1055 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş və xx.xx.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Valideynləri 1994-cü ildə evlənmişlər, lakin anasının şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün valideynləri nikaha daxil ola bilməmişlər. O, tibb müəssisəsindən kənarda doğulduğu üçün və o, doğularkən anasına kömək edən həkim olmadığından, habelə anasının şəxsiyyətini təsdiq edən sənədi olmadığından doğuşdan sonra onun doğulması barədə sənəd almaq məqsədilə anası heç bir həkimə müraciət etmədiyi üçün onun doğum faktının qeydiyyata alınması və doğum haqqında şəhadətnamə ilə təmin edilməsi bu vaxta qədər mümkün olmamışdır. Belə ki, o, doğulan zaman valideynləri Bakı şəhəri Nərimanov rayonu, Montin qəsəbəsində (dəqiq ünvanı anası xatırlamır) yaşayırmışlar. Anasının söylədiklərinə görə, onun doğumuna Nadya adlı qadın kömək etmişdir. Nadya xanımla anası bir tanışı vasitəsilə tanış olub, ancaq uzun zamandır həmin şəxslə əlaqəsi olmadığı üçün indi onun (tanışının) adını da xatırlamır. Nadya xanım Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayırmış, doğuş da onun evində baş verib, anasını ora X2 aparmışdır. Ancaq anasının söylədiklərinə görə doğuşda sadəcə Nadya xanım özü tək iştirak edib, atası isə doğuş baş verən evdə yan otaqda olub. X2 xx.xx.2019-cu il tarixdə vəfat edib, lakin o, hələ sağlığında onun oğlu olduğunu etiraf etmişdir. Belə ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 3016/2013 saylı iş üzrə xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, ərizəçi Ağayeva (Varaqyan) İrana Telmanovnanın “hüquqi ənəmiyyətli faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə keçirilən məhkəmə prosesində X2 şahid qismində dindirilmiş və o, verdiyi ifadəsində onun anası Varaqyan (Lapteva) Emma Vartanesovnanın qeyri-rəsmi həyat yoldaşı olduğunu və anası ilə birgə ailə münasibətlərindən üç övladı (o, qardaşı xx.xx.1997-ci il təvəllüdlü X11 və kiçik qardaşı xx.xx.1999-cu il təvəllüdlü X12) olduğunu bildirmişdir. Hazırda, onun 25 yaşı var. Lakin doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Bu səbəbdən də, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. Onun doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyət vəsiqəsi ilə də təmin oluna bilmir. Hazırda o, ünvan 1 ünvanında yaşayır və Dövlət Miqrasiya Xidməti tərəfindən həmin ünvanda olduğu yer üzrə qeydiyyata alınmışdır. 29 dekabr 2021ci il tarixdə qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Maraqlı şəxsnə müraciət edərək, “doğum faktımın qeydə alınmasını və ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında doğum haqqında şəhadətnamə ilə təmin edilməyini” xahiş etmişdir. Bakı şəhəri Maraqlı şəxs özünün 08 yanvar 2022-ci il tarixli, 4572-05/15 saylı cavab məktubu ilə onun müraciətinə aşağıdakı məzmunda cavab vermişdir: “..Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarına əsasən təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydas”nın 2.5.4 və 2.6-cı bəndinə əsasən, doğumun qeydə alınması üçün tibbi arayış, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Doğum faktını təsdiq edən tibbi sənəd olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir.” Ərizəçi ərizəsini Azərbaycan Respublikası MPM-nin 307.1, 307.2.11, 308 və 309-cu maddələri ilə əsaslandıraraq, onun - Ərizəçi xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində xx.xx.1962-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Lapteva (Varaqyan) Emma Vartanesovnadan (atası xx.xx.1964-cü il tarixdə ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş və xx.xx.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmiş Azərbaycan Respublikasının vətəndaşı X10 olmaqla) doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi və onun vəkili Vəkil hər biri ayrı-ayrılıqda ərizəni müdafiə etməklə yanaşı, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Eyni zamanda ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onun - Ərizəçi xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində xx.xx.1962-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Lapteva (Varaqyan) Emma Vartanesovnadan (atası xx.xx.1964-cü il tarixdə ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş və xx.xx.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmiş Azərbaycan Respublikasının vətəndaşı X10 olmaqla) doğulması faktının müəyyən edilməsi, doğum haqqında akt qeydində adı “Ramiz”, soyadı “Babayev”, ata adı “İlham oğlu”, doğum tarixi “xx.xx.1996-cı il”, doğum yeri “Azərbaycan Respublikası Bakı şəhəri”, anasının adı “Lapteva”, anasının atasının adı “Vartanesovna”, anasının milliyəti “rus”, atasının adı “İlham”, atasının soyadı “Babayev”, atasının ata adı “Ramiz oğlu”, atasının milliyəti “azərbaycanlı” göstərilməklə doğum faktının qeydə alınması və ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və onun vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 08 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, doğumun qeydə alınması üçün tibbi arayış, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Doğum faktını təsdiq edən tibbi sənəd olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. İş materiallarında olan AZ-İV seriyalı, 563422 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 07 fevral 1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X3, anası isə X1. İş materiallarında olan Az-İ seriyalı, 998291 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 29 mart 2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Bakı şəhər Regional Miqrasiya İdarəsi tərəfindən verilmiş 05 avqust 2021-ci il tarixli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, arayış verilir xx.xx.1996-cı il təvəllüdlü, BMT QAK-ın himayəsində olan Babayev Ramıza (himayə sənədi № ***-*******3) ondan ötrü ki, o, Dövlət Miqrasiya Xidməti tərəfindən 14 iyul 2021-ci il tarixindən 13 iyul 2022-ci il tarixinədək ünvan 6 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3016/2013 saylı, 19 avqust 2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçi Ağayeva (Varaqyan) İrana Telmanovnanın 1990-cı il tarixdən bu günədək Azərbaycan Respublikasında yaşaması faktı müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3089/2013 saylı, 23 may 2013-cü il tarixli qərardadından görünür ki, ərizəçi X10 məhkəməyə “doğum faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu Ərizəçi 15 noyabr 1996-cı ildə, X7 isə 09 noyabr 1997-ci ildə Bakı şəhərində Nizami rayonun ərazisində X4 doğulması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə baxılmamış saxlanılmışdır. İş materiallarında olan X8 Yasamal Rayon Məhkəməsinə ünvanlanmış 17 aprel 2013-cü il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, X8 Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Ərizəçi 15 noyabr 1996-cı ildə X7 isə 09 noyabr 1997-ci ildə Bakı şəhəri, Nizami rayonunun ərazisində X4 doğulması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X9 hər biri ayrı-ayrılıqda Ərizəçi xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində xx.xx.1962-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Lapteva (Varaqyan) Emma Vartanesovnadan doğulması, xx.xx.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmiş Azərbaycan Respublikasının vətəndaşı X8 onun atası olması, Ərizəçi Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi 1055 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olması faktını təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə belə qənaətə gəlir ki, Ərizəçi ərizəsində göstərdiyi xüsusatları təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Belə ki, işdə olan sübutlarla təsdiq edilir ki, Ərizəçi xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikası Bakı şəhərində xx.xx.1962-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Lapteva (Varaqyan) Emma Vartanesovnadan və xx.xx.1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş və xx.xx.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmiş Azərbaycan Respublikasının vətəndaşı X6 doğulmuşdur. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki işin baxışı zamanı bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edildiyi üçün ərizə təmin edilməli, Ərizəçi xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində xx.xx.1962-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Lapteva (Varaqyan) Emma Vartanesovnadan (atası xx.xx.1964-cü il tarixdə ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş və xx.xx.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmiş Azərbaycan Respublikasının vətəndaşı X10 olmaqla) doğulması faktı müəyyən edilməli, doğum haqqında akt qeydində adı “Ramiz”, soyadı “Babayev”, ata adı “İlham oğlu”, doğum tarixi “xx.xx.1996-cı il”, doğum yeri “Azərbaycan Respublikası Bakı şəhəri”, anası qrafasında “X9”, anasının milliyəti qrafasında “rus”, atası qrafasında “X10”, atasının milliyəti qrafasında “azərbaycanlı” göstərilməklə doğum faktı qeydə alınmalı və ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 285, 296-300, -cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1996-cı il təvəllüdlü Ərizəçi xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikası Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında akt qeydində adı “Ramiz”, soyadı “Babayev”, ata adı “İlham oğlu”, doğum tarixi “xx.xx.1996-cı il”, doğum yeri “Azərbaycan Respublikası Bakı şəhəri”, anası qrafasında “X9”, anasının milliyəti qrafasında “rus”, atası qrafasında “X10”, atasının milliyəti qrafasında “azərbaycanlı” göstərilməklə doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1732/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1732/2022
12.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver