Məhkəmə qərarları › İş №2(011)-1734/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1734/2024

09.04.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1734/2024 09.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi “şəxsin ölmüş hesab edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : Ərizəçi “şəxsin ölmüş hesab edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, o, xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. X2, anası isə X6r. X2 Azərbaycanda iş yeri olmadığından və dolanışığı ağır olduğundan 2002-ci ilin may ayında alver məqsədi ilə Ukraniya Respublikasının Krım vilayətinə gedərək, bir daha geri qayıtmamışdır. Bu müddət ərzində X2 barəsində heç bir məlumat əldə edə bilməmişdir. Bununla əlaqədar olaraq Xaçmaz rayon Polis şöbəsinə müraciət etmişdir. Orada araşdırılma aparılmış və 10 fevral 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərar ilə atasının yerinin müəyyən edilməsinin mümkün olmadığı, toplanmış materiallarda cinayət tərkibi olmadığına görə müraciəti mülki xarakterli olduğundan mülki qaydada rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməklə toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmişdir. Hazırda ərizəçi atasının başına hansı hadisənin gəlməsi və onun harada olması barədə heç bir məlumat əldə edə bilməmişdir. Bunun üçün Ukraynada yaşayan tanışları və qohumları vasitəsi ilə bir çox cəhdlər etmiş, lakin bunun nəticəsi olmamışdır. Hətta ərizəçi tərəfindən 15 sentyabr 2023cü il tarixli 188 nömrəli sorğu ilə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinə və 15 sentyabr 2023-cü il tarixli 189 nömrəli sorğu ilə Ukrayna Respublikasının Azərbaycandakı Səfirliyinə müraciət olunmuş X3 ölü və ya sağ olması barədə müvafiq sənədlərin və ya məlumatların ona təqdim olunması xahiş edilmişdir. Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 4020/ko nömrəli sorğuya cavab məktubunda qeyd olunan məlumatların əldə edilməsi üçün Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinə müraciət etməsi bildirilmişdir. Daha sonra ərizəçi tərəfindən xx.xx.2023-cü il tarixli 205 nömrəli eyni məzmunlu sorğu ilə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinə müraciət olunmuş, lakin nə 189, nə də 205 nömrəli sorğuya cavab verilməmiş, ərizəçinin müraciətinə baxılmamışdır. Hazırda X2nun ölüm şəhadətnaməsinin alınması ilə bağlı zərurət yaranmışdır. Lakin ölüm şəhadətnaməsini başqa qaydada almaq mümkün deyildir. Qeyd etmək lazımdır ki, müəyyən sənədləşmə işləri ilə əlaqədar hər hansı təşkilata və ya müəssisəyə müraciət etdikdə ərizəçidən X2nun ölüm şəhadətnaməsi və ya onun ölmüş hesab edilməsi barədə qətnamə tələb olunur. Ərizəçi hesab edir ki, atasının 2002-ci ilin may ayında Ukrayna Respublikasına getməsi və həmin vaxtdan bir daha geri qayıtmadığı, keçmiş müddət ərzində ailəsi ilə əlaqə saxlamadığı barəsində heç bir məlumat olmadığı, başına nə hadisə gəldiyi barədə heç bir məlumat əldə edə bilmədiyini və Xaçmaz rayon Polis Şöbəsinin müvafiq qərarı nəzərə alınsa X2 məhkəmə qaydasında ölmüş elan olunmalıdır. Ərizəçi göstərilənləri nəzərə alaraq, xx.xx.1962-ci il təvəllüdlü X2nun ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Nümayəndə eyni zamanda bildirmişdir ki, aidiyyəti üzrə polis orqanlarına müraciət etmişdir ki, şəxsin axtarışı təmin olunsun. Xaçmaz RPİ-nin müvafiq qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və şəxsin ölmüş elan olunması ilə bağlı məhkəməyə müraciət olunması izah olunmuşdur. Daha sonra Rusiya və Ukraynaya müvafiq sorğular göndərilərək, şəxs barəsində məlumatın verilməsi xahiş edilmişdir. Lakin müsbət nəticə alınmamışdır. Hacıbaba İsbatov ölkədən qazanc əldə etmək üçün getmişdir. Ərizəçinin özü hərbiçidir. Atası ilə bağlı məlumatın olmaması onun kariyerasına da mənfi təsir göstərir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Xətai rayon qeydiyyat şöbəsi məhkəmə iclasına gəlməmiş, lakin məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs Xətai rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan ХV-ЖГ seriyalı, 421060 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1990-cı il tarixdə Xaçmaz rayonunda anadan olmuşdur, X2, anası isə X7r. İş materiallarında olan AZE seriyalı, 00272009 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 23 avqust 1962-ci il tarixdə Quba rayonu, Çiçi kəndində anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 01 mart 2021-ci il tarixli 72 nömrəli məktubun surətindən görünür ki, X3 xx.xx.1962-xx.xx.2022-ci illər üzrə Maraqlı şəxsndə ölümün qeydə alınıb-alınmaması yoxlanılmışdır. X8 barəsində Ümumrespublika elektron məlumatından yoxlanılmış xx.xx.1962-xx.xx.2022-ci illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının Dövlət Qeydiyyatı qaydasının 8.5-ci maddəsinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan Xaçmaz MKTİ-nin Xaçmaz MİS-nin evlər müdiri X9, Xaçmaz şəhəri Ş.Tarverdiyev küçəsi, ev 3-də yaşayan X10, Xaçmaz rayonunun Qaraqutlu kəndində yaşayan X4 və Xaçmaz şəhəri N.Nərimanov küçəsi, ev 68, mənzil 9-da yaşayan X11 tərəfindən tərtib edilmiş 01 mart 2022-ci il tarixli aktın surətindən müəyyən edilir ki, yaxın qohumları Ərizəçi atası 23 avqust 1962-ci il tarixdə Quba rayonunun Çiçi kəndində anadan olmuşdur. Xaçmaz şəhəri N.Nərimanov küçəsi ev 68, mənzil 9-da yaşamış X8 2002-ci ilin may ayında Ukrayna Respublikasına getmiş bir daha qayıtmamışdır. Həmin vaxtdan sonra onun harada olması və başına nə hadisə gəlməsi barədə heç bir məlumatları yoxdur. İş materiallarında olan 10 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, 10 fevral 2022-ci il tarixdə Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X15 tərəfindən Ərizəçi müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, Xaçmaz şəhəri F.A.Qayıbov küçəsi ev 18-də yaşayan Ərizəçi X2 onun atası olmaqla, uzun müddətdir ki, Ukrayna Respublikasında yaşamış və halhazıra kimi Ukrayna Respublikasında yaşamışdır. Bundan başqa Hacıbaba İsbatov sonuncu dəfə 2001-ci ildə Azərbaycan Respublikasına qayıtmış və 1 il Azərbaycan Respublikasında qaldıqdan sonra 2002-ci ilin may ayında yenidən Ukrayna Respublikasına qayıtmışdır. Həmin vaxtdan o, atası Hacıbaba İsbatovla əlaqə saxlaya bilməmiş və Hacıbaba İsbatovun harada olduğunu dəqiq bilməmişdir. Bundan başqa Hacıbaba İsbatov 2002-ci ildə Ukrayna Respublikasına qayıtdıqdan iki ay sonra halhazırda vəfat etmiş bibisi Səyyarə ilə telefon əlaqəsi saxlamış və telefon danışığında Hacıbaba İsbatov özünün Azərbaycan Respublikasına qayıtmayacağını bildirmişdir. Həmçinin Ərizəçi atası Hacıbaba İsbatovla əlaqə yaratmaqda əsas məqsədi Hacıbaba İsbatovla qohumluq əlaqələrini bərpa etməsi olmuşdur. X1 itkin düşməsi faktı təsdiqini tapmamışdır. İş materiallarında olan Vəkil tərəfindən Ukrayna Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinə ünvanlanmış 15 senyabr 2023-cü il tarixli sorğulardan görünür ki, Ərizəçi atası xx.xx.1962-ci il təvəllüdlü X8 2002-ci ilin may ayında işləmək məqsədi ilə Ukrayna Respublikasının Krım vilayətinə gedərək bir daha geri qayıtmamışdır. Bu müddət ərzində X8 barədə heç bir məlumat əldə olunmamışdır. Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1962-ci il təvəllüdlü X3 ölü və ya sağ olması barədə müvafiq sənədlərin və ya məlumatların təqdim edilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış 21 fevral 2024-cü il tarixli, 3-38-2/33-611/24 nömrəli məktubdan müəyyən edilir ki, xx.xx.1962-ci il təvəllüdlü X3 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, o, ərizəçinin dayısıdır. 35 il əvvəl onun bacısı Sədaqət ilə Hacıbaba evlənmişdir. İsbatov Hacıbaba uzun illərdir ki Ukraynaya getmişdir, o vaxtdan onu görməmişdir. O, Hacıbabanı sonuncu dəfə 2000-ci ilə qədər qardaşı qızının toyunda görmüşdür. Hacıbaba sağ olsaydı, kimləsə əlaqə saxlayardı. O, həmçinin bildirmişdir ki, Həmidin böyüdülməsində özü və Həmidin anası iştirak etmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş X13 izahatında bildirmişdir ki, o, ərizəçinin dayısı arvadıdır. Həmidgil 2 qardaş olmuşlar. Ataları Hacıbaba uzun illərdir ki, çıxıb getmişdir. Bu günə kimi nə ölüsü, nə dirisi barədə xəbər vardır. Bir dəfə 2 günlük gəlmiş, onda da bacısını görmüşdür. Həmidin dayısı dəfələrlə Ukraynada yaşayan azərbaycanlı tanışlarından Hacıbabanı soruşmuşdur. Heç bir xəbər olmamışdır. Həmidi və qardaşını anası ilə dayısı böyütmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 312-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Bu Məcəllənin 313-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Həmin Məcəllənin 315.2-ci maddəsinə görə, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 316-cı maddəsinə görə, xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır. Mülki Məcəllənin 41.3-cü maddəsinə görə şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Beləliklə, xx.xx.1962-ci il təvəllüdlü atası X5 2002-ci il tarixdən ölkədən çıxması və ölkəyə bira daha qayıtmaması, yaşayış yerində onun harada olması barədə beş ildən artıq müddətdə məlumatın olmaması, ərizəçinin onun axtarışı üçün müraciət etdiyi müvafiq qurumların apardığı tədbirlərin nəticəsiz qalması iş materialları ilə sübut edilir.Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və X12 ölmüş elan edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Qətetdi: Ərizəçi “şəxsin ölmüş elan edilməsi” nə dair ərizəsi təmin olunsun. 23 avqust 1962-ci il təvəllüdlü X12 ölmüş elan edilsin. Hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gün X5 ölüm günü hesab edilsin. 23 avqust 1962-ci il təvəllüdlü X5 ölümü barədə qeydin aparılması Xətai rayon Qeydiyyat şöbəsində həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar