Məhkəmə qərarları › İş №2(011)-1737/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1737/2025

30.06.2025 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1737/2025 30.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi X6, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-nın qanuni təmsilçisi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK cəlb edilməklə) “müqavilənin bağlanılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK cəlb edilməklə) “müqavilənin bağlanılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı X9 Departamentinin İddiaçınə qarşı yol verdiyi qanunsuz hərəkətlərə son qoyulması, iddiaçıyla qaz təchizatı ilə bağlı yeni müqavilə bağlamaqla, mövcud sayğacın İddiaçı adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı müstəqil təsərrüfat subyekti olub, ünvan 1 ünvanında yerləşən yaşayış binasının idarəçiliyini həyata keçirilməsi məqsədi ilə 2017-ci ildə yaradılmışdır. Hal-hazırda tərəflərindən idarə olunan, 200-dən artıq mənzilə malik mənzil kompleksinin idarəçiliyini 2017-ci ilə qədər bu kompleksin tikintisini həyata keçirib başa çatdıran, "xxxx"’ MTK həyata keçirmişdir. Hal-hazırda yeni Mənzil Məcəlləsinin müvafiq tələblərinə uyğun olaraq, mənzil kompleksinin idarəçiliyi sakinlərin yaratdıqları Mənzil Mülkiyyətçilərinin Müştərək cəmiyyəti kimi İddiaçı MMMC-nə verilmişdir. Lakin, iddiaçı kompleksi "xxxx" MTK-nın hüquqi varisi kimi deyil, idarəçiliyi təşkil edəcək yeni qurum kimi qəbul etmişdir. İddiaçı “Topaz" MTK-nın üzərilərində olan, vaxtı ilə onların daşıdığı öhdəlik və vəzifələrə məsuliyyət daşımırlar. Qeyd edilir ki, cavabdeh yaşayış binası istifadəyə verildiyi vaxtdan sakinlərə qaz təchizatı ilə bağlı xidmət göstərib. Yəni cavabdeh bir vaxtlar yaşayış kompleksinə qaz təchizatı ilə bağlı "xxxx" MTK-ya göstərdiyi xidməti, indi onlara göstərməkdə davam etdirir. Lakin, dəfələrlə yazılı və şifahi müraciətlər etmələrinə baxmayaraq cavabdeh onlarla qurduğu münasibətləri, məhz onların özləri ilə müqavilə bağlamaqla rəsmiləşdirməkdən boyun qaçırır. Topazın adına olan sayğacı İddiaçı MMMCnin adına rəsmiləşdirməkdən yayınır. Onlara, qazın təchizatı ilə bağlı həyata keçirdiyi xidməti yenə də, "xxxx" MTK-nın adı ilə həyata keçirməkdə davam edir. Bu isə qanunsuz olduğu qədər də, cavabdeh tərəfindən onlara əsassız təsirlər göstərməyə imkan yaradır. Məsələ ondadır ki, yaşayış kompleksinə 2017-ci ilə qədər, xidmətlə bağlı rəhbərliyi həyata keçirən "xxxx" MTK-nın, Cavabdeh Bakı X9 Departamentinə 37.923 manat borcu qalmışdır. Bu səbəbdən, Cavabdeh "xxxx" MTK-ya qarşı məhkəmədə iddia qaldırmış və onların iddia tələbləri təmin olunaraq icraya yönəldilmişdir. Hesab etmək olardı ki, bununla da mübahisə bitmişdir. Lakin, Cavabdeh, "xxxx" MTK-nın onlar qarşısında olan öhdəliklərininin yerinə yetirilməsinə yönələn məhkəmə qərarının icrasına nail olmaq üçün, nədənsə onlara təpki göstərməklə istifadə etməyə çalışır, borcun ödənilməsi təmin edilməzsə, istənilən vaxt qaz verilməsini dayandıra biləcəyi ilə, onlara hədə-qorxu gəlir.Tələblərini onlara qarşı yönəltməyə cəhd edir. Halbuki, yuxarıda qeyd etdikləri kimi, bu mübahisə məhkəmə baxışının predmeti daraq, baxılaraq cavabdeh kimi "xxxx" MTK-ya qarşı yekun qərar çıxarılmışdır. Məhkəmə qərarını icra edən orqanlar mövcuddur və bu borcun ödənilməsinin təmin edilməsi, özlüyündə çətinlik törətmir. Lakin, Cavabdeh Bakı X9 Departameni qüvvəyə minmiş məhkəmə qərarının icra olunmasının təmin edilməsinə nail olmaq əvəzinə, onlara qarşı əsassız tələblər irəli sürür. Əgər, "xxxx" MTK-nın borcu ödənilməzsə, qaz təchizatının dayandırıla biləcəyi ilə bağlı onlara dəfələrlə və ardıcıl olaraq xəbərdarlıqlar göndərir. Sonuncu belə yazılı bildiriş xx.xx.2024-cü il tarixdə edilmişdir. Onlar da, öz növbələrində Cavabdeh Bakı X9 Departamentinə dəfələrlə müraciət etməklə, İddiaçı, Mənzil Mülkiyyətçilərinin Müştərək cəmiyyəti kimi onlarla rəsmi müqavilə bağlamaqla sayğacın onların adlarına quraşdırmasını xahiş etsələr də, xahişlərindən boyun qaçırılır. Müraciətlərinə qeyri-müəyyən cavablar verilir. Problem isə həll olunmamış qalır. Onlara şifahi şəkildə bildirilmişdir ki, yalnız "xxxx" MTK Cavabdehnə olan borcu ödənildikdən sonra, onlarla ayrıca müqavilə bağlamaqla, adlarına sayğac quraşdırıla bilər. Göründüyü kimi, cavabdeh müxtəlif bəhanələrlə onların haqlı tələblərini yerinə yetirməkdən yayınır. Onlara qaz təchizatını istənilən anda dayandıra biləcəyi ilə bağlı təsir göstərir. İddia ərizəsinə əlavə etdikləri Bakı X9 Departamenti tərəfindən növbəti dəfə ünvanlarına, lakin Topaz MTK adına göndərilmiş, eyni zamanda onlara xidmət göstərən **********10000 kod qeyd olunmaqla, xx.xx.2024-cü tarixli bildirişlə onlara xəbərdarlıq edilir ki, əgər bir həftə ərzində onların hesabına 168.937 manat borc keçirilməzsə onlara nəql edilən qaz dayandırılmışdır. Bildirişdə deyilir: - AR. Nazirlər Kabinetinin 12 may 2021-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndində nəzərdə tutulmuşdur ki, qaz paylayıcısının istehlakçıya verdiyi qazın hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir, tərəfinizdən istifadə olunmuş qazın dəyərinin ödənişi (168937,46) manat təmin olunmadığı üçün həmin Qaydaların 6.1.4-cü bəndinə əsasən (qaz paylayıcısının istehlakçıya verdiyi qazın hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdən) 16 oktyabr 2024-cü il tarixində müəssisənin qaz təchizatı əlavə məlumat verilmədən dayandırılacaq. Və müvafiq qaydada məhkəməyə müraciət edilərək yaranmış borcdan əlavə məhkəmə xərcləri tələb ediləcəkdir. Bununla yanaşı cavabdeh məhkəməyə müraciət edib, mübahisənin məhkəmə qaydasında araşdırılmasından qəsdən yayınır. İddiaçı tərəf isə, onlardan fərqli olaraq, dəfələrlə bu mübahisənin həllinə məhkəmə qaydasında nail olmaq məqsədi ilə məhkəmələrə müraciət etsə də, cavabdeh hər dəfə vəsatət qaldıraraq mübahisənin məhkəmə aidiyyatı məsələsini mübahisələndirmiş, məhkəmələr də onun vəsatətlərini təmin edərək, mübahisənin məhkəmə müstəvisinə çıxarılmasını aidiyyatla bağlı mümkünsüz hesab etmişdir. Nəticədə, cavabdeh onlara qarşı qanunsuz hərəkətlərini bu gün də, davam etdirməkdədir. Halbuki onların onlara hər hansı bir məbləğdə borcları mövcud deyildir. Belə olan halda onlar yenidən məhkəməyə müraciət etməklə, aralarında 7 ildən bəri davam edən bu mübahisənin məhkəmə qaydasında həllinə nail olmaq üçün, yenidən Xətai rayon məhkəməsinə müraciət etməklə, qanunvericiliyin tələblərinə müvafiq olaraq, hüquqlarının müdafiəsini məhkəmə qaydasında həyata keçirmək məcburiyyətində qalırlar. Belə ki, Cavabdeh Bakı X9 Departamentinə dəfələrlə müraciət etmələrinə baxmayaraq, onlarla münasibətlərini tənzim edən müqavilə bağlanmadan, onları sənaye qazı ilə təchiz edir və buna görə onlardan haqq alır. Bu isə yolverilməzdir. Cavabdeh onlara xidmət göstərirsə onlarla müqavilə bağlamalı və qarşılıqlı münasibətlərinin bu müqaviləyə müvafiq olaraq qurulmalıdır. Qeyd edirlər ki, aralarında yaranan mübahisənin məhkəmə aidiyyatı uzun müddət və xeyli fikir ayrılıqlarına səbəb olmuşdur. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. O bildirmişdir ki, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 A ünvanında istehlakçı hesabı "xxxx" MTK-nın adına rəsmiləşdirilib. "xxxx" MTK iddiaçı təşkilata borcludur və borcunu ödəmir. "xxxx" MTK-ya qarşı borcun tutulması barədə məhkəmə qərarı icra mərhələsində olsa da, qətnamə icra olunmur. O, iddianın təmin edilməməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi X7 məhkəmə iclasında iştirak etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 633 saylı sərəncamı ilə Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının 28 noyabr 2007-ci il tarixli aktından görünür ki, ünvan 3 ünvanda 13-14-15 mərtəbəli 6 girişli yaşayış binası (1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi) istismara qəbul edilməsi qərara alınmışdır. İş materiallarında olan X2 Dövlət Qeydiyyatı haqqında Şəhadətnamə surətindən görünür ki, İddiaçı 10 iyul 2017-ci il tarixli,1117-MM4-0054 saylı dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan 10 iyul 2017-ci il tarixli İddiaçı Nizamnaməsinin 1.1. bəndindən görünür ki, İddiaçı (bundan sonra - "Cəmiyyət" adlandırılacaq) müstəqil təsərrüfat subyekti olmaqla ünvan 1 ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli X1 Reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən İddiaçı MMMC daşınmaz əmlak kompleksini birgə idarə etmək , binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək məqsədilə fəaliyyət göstərir. İş materiallarında olan 25 dekabr 2021-ci il tarixli İddiaçı Nizamnaməsinin 1.1. bəndindən görünür ki, İddiaçı (bundan sonra - "Cəmiyyət" adlandırılacaq) müstəqil təsərrüfat subyekti olmaqla ünvan 1 ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir. İş materiallarında olan 19 oktyabr 2021-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçınə ünvanlanmış Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva 251A ünvanında yerləşən obyektinin adının dəyişdirilməsi və müqavilə bağlanması barədə xx.xx.2021-ci il tarixli 018,019,020 nömrəli “müraciətə baxılması barədə” sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva 251A ünvanında yerləşən yaşayış binası Cavabdeh abonent bazası proqramında müvafiq sənədlər əsasında xx.xx.2006-cı il tarixində "xxxx" MTK adı ilə **********10000 N-li hesab kodunda qeydiyyata alınmışdır. Elster G-250 markalı 75035887 №-li sayğacın göstəricilərinə (mexaniki ******* m3, elektron ******* m3) uyğun olaraq sərf edilmiş qazın hesabatı aparılmış və xx.xx.2021-ci il tarixinə hesab kodunda 38.657,60 manat borc mövcuddur. İstehlak edilmiş təbii qazın dəyərinin ödənilməsinin təmin edilməsi və müqavilə bağlanması üçün "ASAN Kommunal" mərkəzlərinə müraciət edilməsi xahiş olunmuşdur. İş materiallarında olan 29 sentyabr 2023-cü il tarixdə Cavabdeh tərəfindən İddiaçı İdarə Heyətinə ünvanlanmış ünvan 9n istehlakçı hesabının adına rəsmiləşdirilməsi və münasibətlərin İddiaçı MMMC İdarə Heyəti ilə davam etdirilməsi haqqında xx.xx.2023-cü il tarixli (daxil olma: xx.xx.2023-cü il tarixli, 14-2-2/1-B-6xx-xx/2023-12554 nömrəli) müraciətə cavab məktubundan görünür ki, müraciətə aidiyyatı üzrə Bakı X9 Departamentində baxılmışdır. Müraciətdə qeyd olunan xüsusatlarla bağlı tərəfindən araşdırma aparılarkən məlum olmuşdur ki, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 A ünvanda yerləşən Cavabdehndə "xxxx" MTK kimi qeydiyyatda olan binalar kompleksinin **********10000 nömrəli istehlakçı hesabı üzrə xx.xx.2023-cü il tarixə 91.134,18 manat (7427398 m3 mexaniki, ******* m3 elektron göstərici üzrə) borcu var. İş materiallarında olan 09 oktyabr 2024-cü il tarixli qaz təchizatının dayandırılması haqqında xəbərdarlıq bildirişindən görünür ki, "xxxx" MTK-ya məxsus **********10000 abunə kodlu qaz paylayıcısının 16 oktyabr 2024-cü il tarixində müəssisənin qaz təchizatı əlavə məlumat verilmədən dayandırılması və müvafiq qaydada məhkəməyə müraciət edilərək yaranmış borcdan əlavə məhkəmə xərcləri tələb ediləcəyi bildirilmişdir. İş materiallarında olan 23 oktyabr 2024-cü il tarixli Təbii qazın alqı-satqısına dair müqavilənin bağlanması barədə xəbərdarlıq bildirişindən görünür ki, yeni alqı-satqı müqaviləsinin bağlanması məqsədilə zəruri olan müvafiq sənədlərlə (Ş/V, mülkiyyəti təsdiq edən sənəd, mülkiyyətçi olmadıqda notarial qaydada təsdiq olunmuş etibarnamə) birlikdə 5 (beş) gün ərzində ASAN Kommunal xidmət mərkəzlərinə müraciət olunması xahiş edilmişdir. Əks təqdirdə təbii qaz təchizatının əlavə xəbərdarlıq edilmədən dayandırılması bildirilmişdir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1404/2017 saylı qətnaməsinin İcra vərəqəsindən görünür ki, iddia tələbinin təmin edilərək, cavabdeh "xxxx" MTK-dan təbii qazdan istifadə nəticəsində yaranmış 37923 (otuz yeddi min doqquz yüz iyirmi üç) manat əsas borc məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Cavabdeh hesabatına ödənilməsinin qət edilməsi icraya yönəldilmişdir. İş materiallarında olan 17 aprel 2025-ci il tarixdə Bakı Kommersiya Məhkəməsi tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış 07 mart 2025-ci il tarixli 2(011)-1737/2025 nömrəli müraciətə cavab məktubundan görünür ki, 07 dekabr 2017-ci il tarixli, 2-2(81)-1404/2017 saylı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsində iddia tələbi təmin edilərək, cavabdeh "xxxx" MTK-dan təbii qazdan istifadə nəticəsində yaranmış 37.923 (otuz yeddi min doqquz yüz iyirmi üç) manat əsas borc məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Cavabdeh hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan **********10000 saylı abonent saldosundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, bina 0251 ünvanı üzrə abonent kodu "xxxx" MTKnın adına rəsmiləşdirilmişdir. 2025-ci ilin mart ayının sonuna olan borc 218.423,61 manat təşkil edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. Həmin Qaydalarının 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydalarının 6.4-cü bəndi nəzərdə tutur ki, Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.2.4-cü maddəsinin tələbinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 36.1.2-ci maddəsinə görə təbii qazın boru kəmərləri ilə nəqli (Azərbaycan Respublikası ərazisindən tranzit nəqli və Azərbaycan Respublikasının hüdudlarından kənara ixracı istisna olmaqla), saxlanması, paylanması və (və ya) təchizatı xidmətləri - təbii inhisar fəaliyyəti sahələridir. Həmin Məcəllənin 40.5.9-cu maddəsinə görə təbii inhisar fəaliyyətinin nəticəsi olan məhsulu satmaq imkanına malik olduqda müştərilərlə belə məhsulun satışına dair müqavilə bağlamaqdan əsassız olaraq imtina etmək Məhsulların istehsalı (satışı) zamanı təbii inhisar subyektlərinə qadağan edilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh - mənzilin əvvəlki abonentinin ("xxxx" MTK) borcunun yeni mülkiyyətçi iddiaçıya aid edilərək həmin borca görə onunla təbii qazın alqı-satqı müqaviləsi bağlamaqdan və yeni abunə kodu verilməklə sayğacın yeni abonentin adına rəsmiləşdirilməsindən imtina etməkdə haqlı olmamış, iddiaçının hüquqlarını pozmuşdur. Bu baxımdan, cavabdeh tərəfindən imtinanın əsası kimi iddiaçının borcunu əsas gətirən dəlilləri əsassızdır. Belə ki, cavabdeh təbii inhisarçı səlahiyyətlərindən istifadə edərək, iddiaçı təşkilatla ilə təbii qazdan istifadəyə dair müqavilə bağlamaqdan və abonent kodunu onun adına rəsmiləşdirməkdən imtina etməklə, qanunvericiliklə üzərinə düşən öhdəliyindən yayınmışdır, bununla da iddiaçının hüquqlarını pozmuşdur. Buna görə də sayğacın iddiaçının adına rəsmiləşdirilməsi, buna dair kommunal xidmətlərin göstərilməsi barədə müqavilənin bağlanılması öhdəliyin cavabdehin üzərinə qoyulması hissəsində iddia tələbləri təmin edilərək, ünvan 11 ünvanında yerləşən fərdi yaşayış binası üzrə qaz sayğacının və abonent kodunun iddiaçının adına rəsmiləşdirilməsi və buna dair qazın alqı-satqısına dair müqavilənin bağlanılması öhdəliyi Cavabdeh İB-nin üzərinə qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 11 ünvanında yerləşən fərdi yaşayış binası üzrə (abonent kodu: **********10000) qaz sayğacının və abonent kodunun İddiaçı MMMC-nin adına rəsmiləşdirilməklə onunla qazın alqı-satqına dair müqavilənin bağlanılması öhdəliyi Cavabdeh İB-nin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar