Məhkəmə qərarları › İş №2(011)-1744/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1744/2023

25.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1744/2023 25.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və onların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “doğum faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “doğum faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdirlər ki, onlar 2004-cü ildən ildən vətəndaş nikahında yaşayırlar. Birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X5 anadan olmuşdur. Uşaq evdə xəstəxanaya getmədən o vaxt yaşadıqları Hövsan qəsəbəsi, Südçülük Sovxozu deyilən yaşayış yerində dünyaya gəmişdir. Uşaq dünyaya gələn zaman yanında qonşuları və uşağın dünyaya gəlməsinə kömək edən tibb işçisi də olmuşdur. Həmin vaxt Ərizəçi1 başqa şəxslə rəsmi nikahda olduğu üçün uşağa doğum haqqında şəhadətnamə ala bilməmişlər. Belə ki, qeydiyyat şöbəsinə yaxınlaşdıqda onlara uşağa doğum şəhadətnaməsi veriləcəyi halda mütləq ata qrafasında Ərizəçi1 nikahda olduğu şəxsin adının yazılacağını bildirmişlər. Buna isə heç kim təbii ki, razı olmamışdır. Qərara alınmışdır ki, əvvəlcə Ərizəçi1 nikahı pozulmalıdır. Lakin bu illər ərzində müxtəlif səbəblərdən nikahın pozulması mümkün olmamışdır. Nəhayət bu il nikahın pozulması üçün müraciət edə bilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci tarixli 2(125)- 407/2022 saylı qətnaməsi ilə Ərizəçi1 əvvəlki nikahı pozulmuşdur. Qətnamə artıq qanuni qüvvəsini almışdır. Ərizəçilər eyni zamanda bildirmişlər ki, oğlunun artıq 16 yaşı var. O, doğulan gündən indiyə kimi atası Ərizəçi2 ilə birgə ailə kimi yaşamışlar, indi də ailə olaraq, yaşamaqda davam edirlər. Uşaq özünü tanıyandan onları öz valideynləri bilir. Hazırda onun doğum haqqında qeydin aparılması, doğum şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi alması zərurəti yaranmışdır. Odur ki, filan tarixdə doğulması faktının məhkəmə qaydasında tanınmasına ehtiyac vardır. Eyni zamanda doğum qeydi aparılan zaman onun atasının – milliyətcə azərbaycanlı olan, xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi2, anasının isə milliyyətcə azərbaycanlı olan xx.xx.1969-cu il təvəllüdlü X6 olması qeyd edilməlidir. Oğlu dünyaya gələn zaman yanında olan şəxslər, o cümlədən onun həqiqətən Ərizəçi1 dünyaya gətirməsi və onların uşağı olmasını qohumları təsdiq edəcəklər. Ərizəçilər göstərilənləri nəzərə alaraq, xx.xx.2005-ci il təvəllüdlü X2 Bakı şəhərində anadan olması faktının tanınması, atasının milliyyətcə azərbaycanlı olan, xx.xx.1960-cı il təvəllüdlü X8, anasının isə milliyyətcə azərbaycanlı olan xx.xx.1969-cu il təvəllüdlü Ərizəçi1 olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilərin nümayəndəsi və vəkili Vəkil sonradan dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2 12 sentyabr 2005-ci il tarixində Bakı şəhərində anadan olması faktının tanınması, atasının milliyyətcə azərbaycanlı olan xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi2, anasının isə milliyyətcə azərbaycanlı olan xx.xx.1969-cu il təvəllüdlü Ərizəçi1 olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçilər Ərizəçi1,Ərizəçi2 və onların nümayəndəsi və vəkili Vəkil hər biri ayrı-ayrılıqda ərizəni müdafiə edərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin və onların izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi1 və onun nümayəndəsi Vəkil ünvanlanmış 24 yanvar 2023-cü il tarixli 89-05/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarına əsasən təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 2.5.4 və 2.6-cı bəndinə əsasən, doğumun qeydə alınması üçün tibbi arayış, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərinin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Doğum faktını təsdiq edən tibbi sənəd olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 03 avqust 2022-ci il tarixli 2(125)- 407/2022 saylı qətnaməsinə əsasən iddiaçı X6 cavabdeh X9 qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilmiş, X10 ilə X12 arasında xx.xx.1988-ci il tarixdə Gədəbəy rayon Böyük Qaramurad İ.N-də 9 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. İş materiallarında olan Xəzər Rayon icra Hakimiyyəti Başçısının Binə Qəsəbə Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən Vəkil ünvanlanmış 18 may 2023-cü il tarixli, 5-12- 612-262/2023 saylı məktubdan görünür ki, Ərizəçi2 ailəsi birlikdə Xəzər rayonu, Binə qəsəbəsi, X14 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan “Bakı Baş Səhiyyə Mərkəzi” X19 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş 17 yanvar 2023-cü il tarixli arayışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni evlər ünvanında yaşayan 12 sentyabr 2005-ci il tarixdə doğulmuş X5 hal-hazırda sağ-salamatdır və 29 saylı Birləşmiş Şəhər Xəstəxanasının uşaq poliklinika şöbəsində qeydiyyatdadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, ərizəçilərin ən yaxın qonşusudur. Onlar 2007-ci ildən qonşudurlar. 12 sentyabr 2005-ci il tarixdə uşaq dünyaya gəlmişdir. Həmin vaxt o, qardaşının evində kirayə mənzildə yaşamışdır. 2007-ci ildə o, öz evinə köçdüyü vaxt, uşağın artıq iki yaşı var idi. O, 2007-ci ilə qədər qardaşının və atasının evində qalmış, sonradan öz evi olmuşdur. Uşaq doğulan günü gəlinləri K.Mirzəhəsənovaya sancı çəkdiyini demiş, həmin gün uşaq doğulmuşdur. Qonşu kimi ərizəçilərlə çox yaxın olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında bildirmişdir ki, Ərizəçi1 birinci nikahından olan oğludur. Azad 2005-ci ilin 12 sentyabrında doğulmuşdur. X21 öz nəzarəti ola-ola nənə və babasının yanına qoymuşdur. O, Balakən rayonunun Hənifə kəndində böyümüş, sonradan 13-14 yaşında Bakıya, anasının yanına gəlmişdir. Qardaşının adı Məhəmmədəlidir. Bakıya gələndə Əlinin artıq 5-6 yaşı var idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, o, ərizəçinin qonşusudur. Ərizəçilərlə 2000-ci ildən qonşudurlar. Uşaq 12 sentyabr 2005-ci il tarixdə, Binə sovxozda evdə doğulmuşdur. Onun ərizəçilərə gediş-gəlişləri var idi. Əvvəllər uşağın anası ilə birlikdə Zirədə parnikdə birlikdə işləmişlər. O, uşaq doğulan gün orada olmuş, sonradan evə getmişdir. Qonşu Gülmananın sancısı tutduğunu bildirmiş xəstəxanaya çatdıra bilmədiklərindən, uşaq evdə doğulmuşdur. Yanında bir gəlin daha olmuş, onunla köməkləşmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə belə qənaətə gəlir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəsində göstərdiyi xüsusatları təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Belə ki, işdə olan sübutlarla təsdiq edilir ki, X5 12 sentyabr 2005-ci il tarixdə Azərbaycan Respublikası Bakı şəhərində xx.xx.1969-cu il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Ərizəçi1 və xx.xx.1960-cı il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Ərizəçi2 doğulmuşdur. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki işin baxışı zamanı bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edildiyi üçün ərizə təmin edilməli, X2 12 sentyabr 2005-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində xx.xx.1969-cu il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Ərizəçi1 (atası xx.xx.1960-cı il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Ərizəçi2 olmaqla) doğulması faktı müəyyən edilməli, doğum haqqında akt qeydində adı “Məhəmmədəli”, soyadı “Yusifov”, ata adı “Tofiq oğlu”, doğum tarixi “xx.xx.2005-ci il”, doğum yeri “Azərbaycan Respublikası Bakı şəhəri”, anası qrafasında “Ərizəçi1”, anasının milliyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “Ərizəçi2”, atasının milliyəti qrafasında “azərbaycanlı” göstərilməklə doğum faktı qeydə alınmalı və ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 285, 296-300, -cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 12 sentyabr 2005-ci il təvəllüdlü X2 12 sentyabr 2005-ci il tarixdə Azərbaycan Respublikası Bakı şəhərində doğulması faktı müəyyən edilsin. X3 doğum haqqında akt qeydində adı “Məhəmmədəli”, soyadı “Yusifov”, ata adı “Tofiq oğlu”, doğum tarixi “xx.xx.2005-ci il”, doğum yeri “Azərbaycan Respublikası Bakı şəhəri”, anası qrafasında “Ərizəçi1”, anasının milliyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “Ərizəçi2”, atasının milliyəti qrafasında “azərbaycanlı” göstərilməklə doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar