Məhkəmə qərarları › İş №2(011)-1748/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1748/2022

18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1748/2022 18.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İlkin iddia tələbi üzrə Cavabdeh2 nümayəndəsi, ilkin iddia tələbi cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh1 İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2m xx.xx.2017-ci il tarixli hüquqi xidmətləri göstərilməsinə dair müqavilənin 3.3-cü bəndinə əsasən 10000 manat zəhmət haqqının müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 7500 manat pul tutularaq ona verilməsinə dair Qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında ilkin iddia tələbi üzə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, cavabdehlərlə xx.xx.2017-ci il tarixdə hüquq xidmətləri göstərilməsinə dair tapşırıq müqaviləsi bağlamışdır, tapşıq müqaviləsi Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 51 saylı binanın qarşısında hüquq xidmətləri göstərdiyi ofisdə bağlanmış və müqavilə imzalanmışlar, cavabdehlər bacı-qardaşdırlar, Cavabdeh2 heç görməmişdir, onun bütün işi Cavabdeh1lə olmuşdur, cavabdeh xx.xx.2017-ci tarixdə avans olaraq 300 manat ödəmişdir, 1 Saylı Bakı İnzibati - İqtisad Məhkəməsinin 2-1(81)-1768/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasan hüquq xidmətləri göstərdiyi X1 Yasamal rayonu, Süleyman Rəbimov köçəsi 1, 6 saylı evin sökülməsi nəticəsində vurulan ziyanının əvəzi olaraq 96400 manat kompensasiya cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətindən tutularaq iddiaçı Cavabdeh2 xeyrinə ödənilməsi barədə qərar qəbul edilmişdir, müqavilə bağlananda kompensasiya ödənilməsini təmin etmək və ya sonradan nə olmasına dair hər hansı təminat verilməmişdir, 3 il ərzində birinci insansiyada fəaliyyət göstərilib, ekspertiza rəyi alınıb, hətta apellyasiya instansiyasında da qüvvədə qalıb və 96400 manat kompensasiya ödəbilməsi qət edilib, bunlar hamısı öz xidmətidir, cavabdehin nümayəndəsi olan Cavabdeh1 qərarı aldıqdan sonra ona qarşı münasibəti dəyişmiş, başqası ilə müqavilə bağlayıb işi davam etdirmişdir, bundan başqa, cavabdeh - Cavabdeh1 də hüquqi xidmət göstərmişdir, ona Səfər adlı dostunun ölümü ilə bağlı başqa işləri gördürmüşdür, Nefçala rayon məhkəməsinə gedilərək sənədlər təqdim edilmiş, vəsatət - ərizələr yazılmış, vərəsəliyin açılması və ölüm faktının müəyyən edilməsi, cinayət işinin başlanmasının rədd edilməsi barədə polis orqanlarının rədd qərarından şikayətlər verilmiş və s. hərəkətlər edilmişdir, lakin Cavabdeh1 bir müddət sonra isə telefon zənglərini kəsib, zənglərinə cavab verməmişdir, qanunun tələblərinə uyğun olaraq xx.xx.2021-ci ildə müqaviləni imzalamış Cavabdeh2 və xx.xx.2021-ci ildə isə etibarnaməyə əsasən onun, nümayəndəsi olan Cavabdeh1 aralarında xx.xx.2017-ci ildə bağlarnmış tapşırıq müqaviləsinin 3.3-cü bəndinə əsasən on gün ərzində ona ödənilməli olan 10.000 manatın poçtla ünvanına göndərilməsi barədə bildiriş göndərmişdir, lakin ona rəsmi cavab verilməmişdir. İddiaçı qarşılılqlı iddia tələbinə münasibətdə isə qeyd etdi ki, iddia tələbi əsassızdır, Cavabdeh1 tərəfindən ona pul ödənilməmişdir, həmin pulun verilməsi ilə bağlı sübutlar da yoxdur, cavabdehlər tərəfindən yalnız 300 manat ilkin avans kimi nəğd ödəniş edilmişdir. Sonda İddiaçı ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir, 5-6 il əvvəl ev məsələsində yardım edilməsi üçün 500 manat iddiaçıya ilkin pul verilib, lakin iddiaçı düzgün hüquqi xidmət göstərməmişdir, belə ki, iddiaçı onunla məhkəməyə gəlmişdir, lakin heç nə danışmamışdır, yalnız işi uzatmışdır, İnzibati məhkəmədə və Yasamal rayon məhkəməsində proseslər olmuş, iki il boşuna vaxt getmişdir, İddiaçı 500 manat ilkin ödəniş almışdır, ona hər məhkəmə iclasından öncə (3-4 aydan bir) cəmi 7500 manat pul verilmişdir, bu miqdarda pul ona 6 dəfəyə verilib, 2018-ci ildə Tahir ona demişdir ki, onun iş gördüyü adam tutulmuşdur, qorxusundan ona demişdir ki, onun haqqında nəsə deməsin, Aslanda da 500 manat ziyana düşmüş, ondan 300 manat qaytarılmışdır, indi tələb etdiyi 7500 manatın 500 manatı Aslana verilib, Tahirə 7000 manat verilmişdir, 7000 manat pulu 09 markalı ağ rəngli maşında vermişdir, şahidi yoxdur, tərəf ona vədlər vermişdir, bu səbəbdən də ona pul vermişdir, Tahir ona demişdir ki, Məhkəmə Hüquq Şurasına, Nazirlər Kabinetinə məktublar göndərmişdir, iddiaçı ilə Səbail rayon məhkəməsindən Ali məhkəməyə qədər getmişlər, ondan hər dəfə Order pulu alırdı, münasibətləri normal olub, ona gör ədə 7000 manat pul vermişdir, demişdir ki, heç olmasa yarısını ver, heç nə etməmişdir, ev də sökülmüşdür, o gördü ki, pulu istəyir, bu səbəbdən onu qabaqlamışdır, qətnamə onun xeyrinə çıxmışdır, 96.400 manat çıxarmışdır, həmin kompensasiyanı Apellasiya Məhkəməsi 32000 manata salmışdır, Apellyasiyada iclaslara ancaq özü getmişdir, protokola dair qeydləri, iddia ərizəsini, apellasiya şikayətinə etirazı Tahir yazmışdır, Tahirə inandığına görə o, bəzən ona boş sənədlərə imza atdırırdı, danışmışdırlar ki, sonu yaxşı olsa, 3000 manat ona pul verəcəkdir, 10.000 manatdan xəbəri yoxdur, pulu alsa idi, aşağısı 3000, 4-5 min pul verəcəkdi, Qətnamə ilə müəyyən olunan 96000 pul özünü qane edirdi, düzdür pul 146.000 manat olmalı idi, lakin onu sübut edə bilmirdilər, iddiaçının bütün fəaliyyətindən narazıdır, ona 7500 vermişdir, indi də həmin pulu istəyir, lakin verdiyi pulu tədiq edə bilməz, çünki ondan qəbz və s. almamışdır, digər cavabdeh Mehribanın da bundan xəbəri vardır, lakin onun pulu yoxdur, müqavilədə ki imzalar özünündür, ona demişdirlər ki, hüquqi yardıma görə qol çək, o da qol çəkmişdir, 300 manat geri aldığı pul iddiaçının olmuşdur. Sonda Cavabdeh1 ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını və işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi rədd ediməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 10 il müddətinə məhkəmə orqanlarında ona aid işləri aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. İş materiallarından görünür ki, xx.xx.2017-ci il tarixində Cavabdeh2 Cavabdeh1 1 il müddətinə xx.xx.2018-ci il tarixinədək bütün məhkəmə orqanlarında, inzibati orqanlarda, polis prokurorluq, ibtidai istintaq orqanlarında və digər qurumlarda təmsil etməyi, səlahiyyətli nümayəndəsi olmağı, barəsində qəbul edilmiş inzibati qərarlardan, protokoldan şikayət verməyi, sənədlər toplamağı və s. səlahiyyətləri həyata keçirməyi etibar etmişdir. İş materiallarından görünür ki, İddiaçı və Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə “Hüquqi xidmətlərin göstərilməsinə dair” Tapşırıq müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən vəkalət alan vəkalət verənin təyinatı üzrə yerinə yetirə biləcəyi sifarişlərin əldə edilməsində dövlət idarə və təşkilatları, hüquqi və fiziki şəxslər, habelə üçüncü şəxslər və digərləri qarşısında hüquq və mənafelərininin təmsilçi qismində müdafiəsi və müəyyən edilməsi məsələləri ilə bağlı hərəkətləri, sənədlərin təhlili, tərtibatı, imzalanması və təqdimatı, əqdlər üzrə vəzifələrin icrasının, fəaliyyət və təşkilat problemlərinin hüquqi nizama salınmasını həyata keçirmək, digər sifarişləri yerinə yetirmək, zərərin əvəzinin ödənilməsini təmin etmək, xüsusi razılığın, icazənin, sertifikatın, şəhadətnamənin və s. bu kimi sənədlərin aidiyyəti strukturlardan və digər şəxslərdən əldə edilməsində hüquqi yardım etmək, bütün növ əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının rəsmiləşdirilməsini, o cümlədən bu hüquqları təsdiq edən sənədlərin müvafiq strukturlarda qeydiyyatı və alınmasını təmin etmək, hüquqi nəticələrə görə əqd üzrə əvəzini tələb etmək habelə münasib şərtləri təqdim etmək, hüquqi mühafizə orqanlarında, məhkəmələrdə və onu təmsil etmək, məhkəmə mübahisələrində işin onu xeyrinə həll olunmasında vicdanla iştirak etmək, pozulmuş hüquqlarını bərpa etmək, mülki iş üzrə cavabdehlərin vurduğu maddi ziyanı tam ödənilməsini təmin etmək, şərtləri pozulmasına və ya başa çatmasına görə qarşı tərəfin müqavilə şərtləri üzrə öhdəliklərini tələb etmək vəzifəsini öz üzərinə götürmüşdür. Həmin müqavilənin 3.2-3.3-cü bəndlərinə əsasən, vəkalət verən həmin müqavilə imzalanan tarixdə ilkin olaraq avans şəklində 300 manat vəkalət alana nəğd şəkildə ödəmişdir, vəkalət verən əldə edilən məbləğin 10000 manatını vəkalət alana ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-1768/2019 saylı Qərarına əsasən, 96400 manat kompensasiyanın cavabdeh Yasamal rayon İcra Hakimiyyətindən tutularaq iddiaçı Cavabdeh2 xeyrinə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-360/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarı ilə, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-1768/2019 saylı Qərarı dəyişdirilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ üzrə iddiaçı Cavabdeh2 məxsus payının sökülməsi 31900 manat kompensasiya cavabdeh Bakı şəhəri, Yasamal rayon İcra hakimiyyətindən iddiaçı Cavabdeh2 xeyrinə tutulması qərara alınmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, xx.xx.2015-ci il tarixli etibarnamə əsasında Cavabdeh2 Cavabdeh1 10 il müddətinə məhkəmə orqanlarında ona aid işləri aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir, İddiaçı və Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə hüquqi xidmətlərin göstərilməsinə dair tapşırıq müqaviləsi bağlanmışdır, müqavilə vəkalət verən qismində - Mehriban Ağababa qızı və Cavabdeh1 tərəfindən, vəkalət alan qismində - İddiaçı tərəfindən imzalanmışdır, müqaviləyə əsasən, tərəflər arasında vəkalət alan İddiaçı vəkalət verən Cavabdeh2 təyinatı üzrə yerinə yetirə biləcəyi sifarişlərin əldə edilməsində dövlət idarə və təşkilatları, hüquqi və fiziki şəxslər, habelə üçüncü şəxslər və digərləri qarşısında hüquq və mənafelərininin təmsilçi qismində müdafiəsi və müəyyən edilməsi məsələləri ilə bağlı hərəkətləri, sənədlərin təhlili, tərtibatı, imzalanması və təqdimatı, əqdlər üzrə vəzifələrin icrasının, fəaliyyət və təşkilat problemlərinin hüquqi nizama salınmasını həyata keçirməsi, habelə vəkalət verənin əldə edilən məbləğin 10000 manatını vəkalət alana ödəməsi barədə razılıq əldə olunmuşdur, müqaviləyə əsasən İddiaçı 300 manat ilkin ödəniş edilmişdir, İddiaçı birinci instansiya və ilkin apellyasiya mərlələrində müqavilə üzrə fəaliyyət göstərməklə (məhkəmə iclaslarına getmiş, iddia ərizəsinin, protokola dair qeydlərin, apellasiya şikayətinə etirazın yazılması, çoxsaylı məhkəmə proseslərində tərəflə birlikdə iştirak etməsi və s.) öhdəliklərini qismən yerinə yetirmiş, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)- 1768/2019 nömrəli Qərarına əsasən, 96400 manat kompensasiyanın iddiaçı Cavabdeh2 xeyrinə ödənilməsi qərara alınmış, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(103)-397/2021 nömrəli qərarı ilə kompensasiya məbləği 72300 manat müəyyən olunmuşdur, ilkin apellyasiya mərhələsindən sonra kənarlaşdırılmış, kassasiya instansiyası məhkəmə prosesində iştirak etməmişdir, Ali Məhkəmənin 2-1(102)-1450/2021 nömrəli xx.xx.2021-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(103)-397/2021 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-360/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qərarı ilə 31900 manat kompensasiyanın cavabdeh Bakı şəhəri, Yasamal rayon İcra hakimiyyətindən iddiaçı Cavabdeh2 xeyrinə tutulması qərara alınmışdır, qeyd edilənlər işin mübahisəsiz hallarıdır. Bununla belə, Cavabdeh1 müqavilə üzrə öhdəliklərinə əsas verən, habelə İddiaçı isə əməlində Cavabdeh1 birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran hər hansı təqsirli, hüquqazidd hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, İddiaçı Cavabdeh2 ilə razılaşdırılmış şərtlərlə tapşırıq əsasında məhkəmə proseslərində sonuncunun xeyrinə hüquqi xidmətlər göstərməklə (iddia ərizəsinin, protokola dair qeydlərin, apellasiya şikayətinə etirazın yazılması, çoxsaylı məhkəmə proseslərində tərəflə birlikdə iştirak etməsi) müqavilə üzrə öhdəliklərini qismən yerinə yetirmiş, hüquqi xidmət göstərdiyi mərhələdə Cavabdeh2 xeyrinə nəticələn məhkəmə qərarı çıxarılmışdır, Cavabdeh2 isə müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməməklə razılaşdırılmış şərtləri pozmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, ilkin iddia tələbinin “pul məbləğinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq ona ödənilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, əvvəla, tapşırıq müqaviləsi vəkalət alan qismində - İddiaçı, vəkalət verən qismində - Cavabdeh2 arasında bağlanmışdır, müqavilədə Cavabdeh1 qarşı hər hansı hüquqi xidmətin göstərilməsi nəzərdə tutulmamış və belə hallar iş materialları ilə də sübut olunmamışdır. İkincisi, xx.xx.2017-ci il tarixli hüquqi xidmətlərin göstərilməsinə dair tapşırıq müqaviləsi Cavabdeh1 tərəfindən (Cavabdeh2 ilə yanaşı) imzalanarkən onun, “məhkəmə orqanlarında Cavabdeh2 aid işləri aparmaq və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etmək” səlahiyyəti olmuş (xx.xx.2015-ci il tarixli və xx.xx.2017-ci il tarixli etibarnamələr ilə), Cavabdeh1 müqaviləni Cavabdeh2 səlahiyyətli nümayəndəsi kimi imzalamışdır. Qeyd edilənlər isə, Cavabdeh1 İddiaçı və Cavabdeh2 arasında bağlanmış tapşırıq müqaviləsi üzrə sonuncu ilə müştərək məsuliyyətini (öhdəliklərini) istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia tələbi Cavabdeh1 münasibətdə əsaslı deyil və həmin hissədə təmin edilə bilməz. Məhkəmə, Cavabdeh1 “iddiaçının bütün fəaliyyətindən narazı olması, işi uzatması, məhkəmə iclaslarına gəlməməsi, məhkəmə qərarı ilə müəyyən olunmuş kompensasiya məbləğinin azaldılması” kimi dəlillərinə münasibətdə hesab edir ki, bu dəlillər hazırkı iş üzrə ilkin iddia tələbinin rədd olunması üçün məhkəmə tərəfindən nəzərə alına bilməz. Belə ki, İddiaçı məhkəmə proseslərində Cavabdeh2 mənafeyinə uyğun hərəkətlər etmiş, iddiaçının gördüyü işlər üzrə nəticə olaraq 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin Qərarına əsasən 96400 manat kompensasiyanın Cavabdeh2 xeyrinə ödənilməsi qərara alınmışdır, buna dair sonradan yaranmış mənfi nəticələr üzrə müqavilənin icrasını istisna edən (Bakı Apellyasiya Məhkəməsinin Qərarı ilə kompensasiya məbləğinin azaldılaraq 31900 manat həddində müəyyən edilməsi) şərtlər nəzərdə tutulmamış, Cavabdeh2 buna dair risklərdən məlumatlı olmuş, İddiaçı hüquq münasibətləri üzrə, xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra edən şəxs kimi, bu risklərdən azad olmuşdur. Məhkəmə, Cavabdeh2 tutulmalı olan məbləğə münasibətdə isə hesab edir ki, ilkin iddia tələbinin həcminin 10.000 manat olması və İddiaçı mülahizələrinə görə həmin məbləğin müqavilə üzrə hər iki cavabdehin birgə məsuliyyətinə səbəb olan öhdəliklərlə əlaqələndirilməsi (10000 manatın təkcə Cavabdeh2 deyil, hər iki cavabdehə aid edilməsi), Cavabdeh1ın isə mülki-hüquqi (müqavilə) məsuliyyətinə əsas olan hallar müəyyən olunmadığından, tələbin yarısını təşkil edən 5000 manat məbləğ Cavabdeh2 aid edilməli, bu zaman ödənilmiş 300 manat nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia tələbi 4700 (5000-300) manat hissədə təmin olunmalıdır. Məhkəmə, qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, bu, sübutetmə yükü ilə bağlıdır, iddiaçı “7500 manat pulun İddiaçı verilməsi” hallarına dair sübutetmə vəzifəsi daşıyır, lakin onun tərəfindən iş materiallarına buna dair sübutlar əlavə edilməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassızdır və ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 4700 manat pul alınaraq İddiaçı ödənilməli, ilkin iddia tələbi qalan hissədə və Cavabdeh1 “İddiaçı 7500 manat pul tutularaq ona verilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi qismən təmin edildiyindən, iddia tələbinin təmin olunmuş hissəsinə (4700 manat) müvafiq olaraq, 67 manat dövlət rüsumu Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh2 4700 (dörd min yeddi yüz) manat pul alınaraq İddiaçı ödənilsin. İlkin iddia tələbi qalan hissədə rədd edilsin. 67 (altmış yeddi) manat dövlət rüsumu Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh1 “İddiaçı 7500 manat pul tutularaq ona verilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar