Məhkəmə qərarları › İş №2(011)-176/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-176/2023

16.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-176/2023 16.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi, eyni zamanda vəkili X9 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququ tanınmaqla övladları ilə mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “istifadə hüququ tanınmaqla övladları ilə mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, cavabdehin oğlu Yusif Bayramov ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Nikahları Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qətnaməyə əsasən xitam olunmuşdur. Faktiki ailə münasibətlərinin yarandığı vaxtdan ünvan 1 ünvanına gəlin köçmüş, cehiz əşyalarını həmin ünvanda yerləşdirmişdir. Birgə nikahdan iki övladları xx.xx.2008-ci il təvəllüdlü X13, xx.xx.2009-cu il təvəllüdlü X10 vardır. İddiaçı ünvan 1 ünvanına gəlin gəldiyi vaxtdan etibarən mübahisəli mənzildə yaşamış, həmin mənzildən istifadə etməyə başlamış və cavabdehin oğlu ilə birgə təsərrüfat aparmışdır. Sözügedən mübahisəli fərdi yaşayış evi 3 otaqdan ibarətdir. Belə ki, keçmiş həyat yoldaşı və cavabdeh qayınatası “bu evdən nə sənə, nə də uşaqlara heç nə düşmür” deyə bildirərək, iddiaçını övladları ilə birlikdə mübahisəli mənzildən qovmuşdur. Qayınatası nikahlarına xitam verildikdən sonra iddiaçıya və övladlarına şiddət göstərmiş və evdən qovmuşdur. Övladları ilə birlikdə yaşamağa yeri olmadığından həmin vaxtdan etibarən kirayədə qalırdı. Hal-hazırda işi olmadığından kirayə pulunu ödəməyə maddi imkanı yoxdur. Övladları mübahisəli evdə pasport qeydiyyatdadır. Hal-hazırda yaşamağa yeri yoxdur, maddi imkanı kirayədə qalmağa yol vermədiyindən və yaşamağa başqa yeri olmadığından sözügedən mənzilə köçürülməyi ilə bağlı dəfələrlə cavabdehə müraciət etməyinə baxmayaraq, iddiaçını və övladlarını mənzilə buraxmır. Övladları hal-hazırda azyaşlıdırlar, orta məktəbdə təhsil alırlar. Onların indi daha çox isti bir ailəyə, ocağa ehtiyacları vardır. Onların ataları tərəfindən bu cür təzyiqlərə məruz qalması, hüquqlarının kobud surətdə pozulması psixikalarına və şüurlarına çox mənfi təsir göstərir. Kiçik qızı X3 anadangəlmə xəstəliyi vardır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən mənzilə iddiaçının və onun azyaşlı övladları X13, X3 istifadə hüquqlarının tanınmaqla köçürülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh izahatında bildirmişdir ki, mübahisənin predmeti olan mənzil əvvəl onun mülkiyyətində olsa da, bağışlama müqaviləsi əsasında qızı X4 mülkiyyətinə keçmişdir. İddiaçı onun oğlunun keçmiş arvadıdır, onların nikahı pozulduğuna görə artıq ayrı yaşayırlar və iddiaçının mübahisəli mənzilə köçürülməsi qeyri-mümkündür. Cavabdeh nümayəndəsi, eyni zamanda vəkili X15 izahatında bidirmişdir ki, iddiaçı mübahisəli mənzilə köçən zaman mənzilin mülkiyyətçisi iddiaçının qayınatası Cavabdeh olduğundan, iddiaçının onunla mənzildən istifadə qaydasına dair notarial qaydada təsdiq edilmiş müqaviləsi olmadığından onun mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Hal-hazırda da mübahisəli mənzilin mülkiyyətçisi dəyişmişdir. Odur ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İ seriyalı, 480599 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X1 arasında 07 aprel 2009-cu il tarixdə nikah bağlanmış və 421 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 348849 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X10 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası X14, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 237505 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X13 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X14, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1663/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdeeh X11 qarşı “nikahın pozulması, himayə və aliment” barədə iddia tələbi qismən təmin edilmiş, X14 ilə İddiaçı arasında xx.xx.2009-cu il tarixdə 421 saylı aktla Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikahın pozulması, 20 iyun 2008-ci il təvəllüdlü X13 və 30 may 2009-cu il təvəllüdlü X10 anaları İddiaçı himayəsində saxlanılması, X5 20 iyun 2008-ci il təvəllüdlü X6 və 30 may 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2022-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan 10 noyabr 1982-ci il tarixli orderin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 3 otaqlı ümumi sahəsi 46.72 kv.m olan mənzil Cavabdeh ailə üzvləri ilə istifadəsinə verilmişdir. İş materiallarında olan 18 mart 2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Hədiyyə verən Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 68.13 kv.m olan mənzil qızı olan X4 mülkiyyətinə verilmişdir. Həmin müqavilədən görünür ki, real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi **********UU30602 olan arayışa əsasən müqavilə bağlananadək ünvan 2 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmişdir, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Bağışlanan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən Hədiyyə verənə məxsusdur: ƏDMK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı tarixdə Cavabdeh verilmiş dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 26, 38 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 31 mart 2022-ci il tarixdə qeydiyyata alınmışdır. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə bağlı Qərarlarında verdiyi şərhlərdə dəfələrlə vurğulamışdır ki, Mənzil Məcəlləsi müddəalarının mülkiyyət hüququnun ziddinə təfsir olunması Konstitusiyanın 13 (mülkiyyətin toxunulmazlığı), 29 (mülkiyyət hüququ), 71 (insan və vətəndaş hüquq və azadlıqlarının təminatı), 147 (Konstitusiyanın birbaşa hüquqi qüvvəsi), 149-cu (qanunların Konstitusiyaya zidd olmasının yolverilməzliyi) maddələrinin, habelə Konstitusiyanın Keçid müddəalarının 8-ci bəndinin (Konstitusiyadan əvvəl qəbul olunmuş qanunların Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlaması) müddəaları ilə uyğunsuzluq təşkil edə bilər. Qanunverici mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusiya prinsipindən çıxış edərək, qüvvədə olan MM-in 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydaları müəyyən etmişdir. Mülki Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Mülki işdə olan sübutlardan müəyyən olunur ki, mübahisənin predmeti olan mənzil 10 noyabr 1982-ci il tarixli order əsasında Cavabdeh ailə üzvləri ilə istifadəsinə verilmişdir. xx.xx.2016-cı tarixdə həmin mənzilə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində Cavabdeh mülkiyyət hüququ qeydiyyata alınmışdır. Həmin mənzil bağışlanma müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdə cavabdehin qızı X7 bağışlanmışdır. İddiaçı cavabdeh Bayramov X2 Yusif Vaqif oğlu ilə 07 aprel 2009-cu il tarixdən rəsmi nikaha daxil olmuş, həmin tarixdən mübahisəli mənzilə köçmüş, birgə nikahdan 2 övladları doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1663/2022 saylı qətnaməsinə əsasən, X14 ilə İddiaçı arasında nikah pozulmuş və tərəflərin birgə nikahından olan övladları X13 və X10 İddiaçı himayəsində saxlanılmışdır. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına, həmçinin işdə olan sübutlara əsaslanaraq, belə qənaətə gəlir ki, İddiaçı mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi Cavabdeh, həmçinin hazırda faktiki mülkiyyətçisi X12 ilə istifadə hüququna dair notarial qaydada təsdiq olunmuş müqavilənin bağlanmaması, həmin mənzilə dair onun istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması iddiaçının mübahisəli mənzil üzərində istifadə hüququnun yaranmadığına dəlalət edir. Həmçinin nikah pozularkən iddiaçının övladları X13 və X10 İddiaçı himayəsində saxlanılmışdır. Onların həmin mənzildən istifadə hüququ mövcud olsa da, onların anasız həmin mənzilə köçürülməsi uşaqların və ananın mənafeyinə uyğun deyil. Odur ki, İddiaçı “istifadə hüququ tanınmaqla övladları ilə mənzilə köçürülmə” tələbinə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı Cavabdeh qarşı “istifadə hüququ tanınmaqla övladları ilə mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar