Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1773/2024 05.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi cəlb edilməklə) “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi cəlb edilməklə) – ona qarşı qərəzli mövqe ilə yanaşan əsassız və qanunsuz yerə işdən çıxarılmağına səbəb olan Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 205 saylı əmrin ləğv edilməsini, müddətsiz əmək müqaviləsi ilə əvvəlki vəzifəsinə yenidən bərpa olunub, məcburi işi buraxmağa görə işdən azad edildiyi dövrdən işə bərpa olunana qədər itirilmiş aylıq əmək haqqının ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hal-hazırda Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, ev 9A-da yeləşən mənzildə yaşayır. İddiaçı və həyat yoldaşı X4 birinci Qarabağ müharibəsi veteranıdırlar. Həyat yoldaşı X4 2004-cü ildə dünyasını dəyişmişdir. İddiaçı Bakı Dövlət Universitetinin məzunudur. İxtisasca tarixçi, tarix müəllimidir. 1999-cu ilin avqust ayından Cavabdeh tarix müəllimi vəzifəsində işləyir. Laçın rayonundan məcburi köçkündür. 2022-ci il avqustun 29-da tətildən işə qayıtmışdır. İşlədiyi Hərbi Liseydə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tövsiyəsi ilə yeni geyim formasına keçmələri deyilmişdir. Forması hazır olmadığı üçün bir neçə gün gec geyinmişdir. Geyinməməyinin səbəbini isə 2 dəfə yazdığı izahatında məktəb rəhbərliyinə bildirmişdir. Ancaq bu bir sıra söz-söhbətlərə səbəb olmuşdur. 2 dəfə üzr istəməyi haqqında ərizə ilə rəhbərliyə müraciət etmişdir. Bütün bunlara baxmayaraq ona sentyabr ayının 1-dən sentyabr ayının 14-dək rəhbərlik tərəfindən əsassız töhmət, şiddətli töhmət, xəbərdarlıq və sonuncu xəbərdarlıq edilmişdir. Halbuki, həmin vaxt məktəbdə dərs vaxtı olmamışıdır. Bununla da, bu olanlar ona 14 sentyabr tarixində fənn bölmə iclasında ona bildirilir və o, işdən əsassız olaraq uzaqlaşdırılır. Onunla müqavilə bağlanılmır. Uzun müddət işləməyinə baxmayaraq, Cavabdeh rəisi Rəşad İbarhimov onu qanunsuz və əsassız olaraq işdən azad etmişdir. Cavabdeh rəisi Rəşad İbarhimov xx.xx.2022-ci il tarixli 205 saylı əmr vermiş və həmin əmrdə qeyd etmişdir ki, AR Əmək Məcəlləsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən tutduğu vəzifədən azad edilsin. Halbuki, iddiaçı uzun müddətdir ki, Cavabdeh tarix müəllimi kimi işləmişdir. Hesab edir ki, heç bir əsas olmadan işdən azad edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, bildirmişdir ki, onu üç ay əvvəldən xəbərdar edib işdən çıxarmalı idilər. O, müharibədə iştirak edib, müharibə veteranıdır. 8 dəfə kəşfiyyatda iştirak edib və 5 dəfə özü komandir olmuşdur. Vətənin iki dəfə çağırışına həyatını riskə ataraq getmiş, əvvəlcə müəllim kimi daha sonra,1992-ci ilin may ayından müharibədə snayper kimi iştirak etmişdir. 30 ildən artıq müəllim işləmişdir. Onun müəllimlik biliklərinə heç bir şübhə ola bilməz. Dəfələrlə imtahanda olub. Sonuncu imtahanda 12 bal toplamışdır. Bildirir ki, kaş ki, 12 bal yığan zaman onu işdən çıxardardılar. 1 il 6 ay 25 gündür ki, zülm çəkir. Həm maddi, həm də mənəvi zərər çəkir. Onun həyat yoldaşı qazidir, rəhmətə getmişdir. O, oğlunu vətənə layiqli övlad olaraq böyüdüb, hazırda övladı hava limanında işləyir. Sual-cavab zamanı o bildirmişdir ki, iş yerindən əmək kitabçasını müvafiq jurnala imza etməklə təhvil almışdır. “Əmək kitabçaları və əlavə içliklərin hərəkətinin uçotu” jurnalında əmək kitabçasının alınması barədə qeydə dair müvafiq qrafadakı imza ona məxsusdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin səlahiyyətli nümayəndəsi, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, mıəhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh nümayəndəsi Rəşad Təhməzov məhkəməyə iddia müddətinin ötürülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə iddia müddətinin tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə Cavabdeh tarix müəllimi vəzifəsinə işə qəbul olunub, xx.xx.2022-ci il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. İş yerinin dəyişdirilməsi və ya əmək müqaviləsinə xitam verilməsi barədə hər hansı qeyd xx.xx.1999-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində əmək kitabçasında öz əksini tapmamışdır. İş materiallarında olan Bakı 9 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/9/2023-02392 saylı ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı İMS-də iştirak etmiş, Cavabdeh isə İMS-də iştirak etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, araşdırmaya dair Liseyin rəhbərliyi tərəfindən X9 Xidmətinə təqdim edilmiş sənədlərə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən onunla Liseyin rəhbərliyi arasında xx.xx.1999-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində əmək qanunvericiliyinin tələbləri pozularaq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissənin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verildiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinə (əmək - müqaviləsinin müddəti) əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə müddətsiz əmək müqaviləsi hesab edilir. Bu səbəbdən Liseyin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) əsasən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. 30 (otuz) gün ərzində əmək müqaviləyə xitam verilməsi barədə əmrin ləğv edilərək əvvəlki işə bərpa olunmağı və nəticəsi barədə X9 Xidmətinə məlumat verilməsi üçün Liseyin rəhbərliyinə göstəriş xarakterli məktub ünvanlanmışdır. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda qeyd edilən müddət ərzində törədilmiş hüquqpozma Liseyin vəzifəli şəxsi tərəfindən aradan qaldırılmadığından onun barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “a” və “b” bəndlərinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir və bu hüquqlarının həyata keçirilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. Odur ki, əvvəlki işə bərpa olunmaq ilə əlaqədar işəgötürənə müraciət etmək məqsədəuyğun hesab olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin məhkəmə sorğusuna cavab olaraq göndərdiyi elektron sistemdən çıxarışdan görünür ki, İddiaçı Cavabdehlə əmək müqaviləsinin başlanğıc tarixi xx.xx.1999-cu il tarixidir, əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli xitam əmrinə əsasən xitam verilmişdir. İş materiallarında əlavə edilmiş Cavabdeh xx.xx.2022-cu il tarixli 205 saylı əmrindən çıxarışdan görünür ki, İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissənin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən işdən azad edilmişdir. İş materiallarında əlavə edilmiş Cavabdeh xx.xx.1999-cu il tarixli 197 saylı əmrindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdən tarix müəllimi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında əlavə edilmiş Cavabdeh xx.xx.2003-cü il tarixli 208 saylı əmrindən çıxarışdan görünür ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin müddəti xx.xx.2004-cü il tarixədək uzadılmışdır. İş materiallarında əlavə edilmiş Cavabdeh xx.xx.2020-ci il tarixli 229 saylı əmrindən çıxarışdan görünür ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. İş materiallarında əlavə edilmiş Cavabdeh xx.xx.2021-ci il tarixli 227 saylı əmrindən çıxarışdan görünür ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. İş materiallarında olan Cavabdeh rəisinin Tədris üzrə müavini – şöbə rəisi polkovnik X11, Şəxsi Heyət şöbəsinin rəisi polkovnik- leytenant X5, İdeoloji iş və mənəvi psixoloji təminat şöbəsinin rəisi - İdeoloji iş üzrə müavini polkovnik - leytenant X6, İctimai fənlər bölməsinin rəisi mayor X2, Hərbi Lisey rəisinin hüquq işləri üzrə köməkçisi ədliyyə kapitanı X7, İdeoloji iş və mənəvi psixoloji təminat şöbəsinin psixoloqu - şöbə rəisinin köməkçisi baş leytenant X8 və Kadrlar və şəxsi heyətin uçotu bölməsinin müfəttişi X16 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, İctimai fənlər bölməsinin tarix müəllimi İddiaçı, müqavilə müddəti bitdiyində yeni tədris ilində onunla əmək müqaviləsinin müddətinin uzadılmayacağı barədə xəbərdarlıqla tanış edilən zaman xəbərdarlıqda göstərilənlərlə razı olmadığını bildirərək xəbərdarlığı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Cavabdeh Şəxsi Heyət idarəsinin rəisi polkovnik-leytenant X5, Hərbi Liseyin Tədrisin proqnozlaşdırılması bölməsinin rəisi - şöbə rəisinin müavini polkovnik-leytenant X3, Kadrlar və şəxsi heyətin uçotu bölməsi rəisinin baş köməkçisi mayor X12, Hərbi Liseyin İctimai fənlər bölməsinin rəisi mayor X2, Hərbi Liseyin Kadrlar və şəxsi heyətin uçotu bölməsi rəisinin köməkçisi baş leytenant X15, Kadrlar və şəxsi heyətin uçotu bölməsinin mütəxəssisi mülki işçi X16 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (müqavilə müddətinin qurtarması) əsasən tarix müəllimi vəzifəsindən işdən azad olunmuş Bənövşə Qaçay qızına xx.xx.2022-ci il tarixdə əmək kitabçasına və işdən çıxması barədə Lisey rəisinin əmrindən çıxarışına imza atmaqla götürməsi təklif olunmuşdur. Lakin İddiaçı hirsli şəkildə (işdən çıxdığına görə) sənədləri stolun üstünə çırparaq götürmək istəmədiyini bildirmişdir və bu barədə Əmək kitabçalarının və əlavə içliklərinin qeydiyyatı kitabında imza atmaqdan imtina etmişdir. İş materiallarında əlavə edilmiş əmək müqavilələrinin surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixlərində hər dəfə 1 illik müddətə olmaqla əmək müqavilələri bağlanılmışdır. İş materiallarında olan inzibati qərarın şərti olaraq tətbiq edilməsi barədə MN № ******* saylı qərarın surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyindən X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1.500 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “Əmək kitabçaları və əlavə içliklərin hərəkətinin uçotu haqqında” kitabının surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə əmək kitabçasını cədvələ imza etməklə götürmüşdür. İş materiallarında olan raport və izahatlardan görünür ki, İddiaçı işə gecikdiyi və təyin edilmiş geyimdə gəlmədiyi üçün dəfələrlə xəbərdarlıq edilmiş və ona şiddətli töhmət verilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə görə əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45.5-ci maddəsinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin “b” bəndinə görə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 296.2-ci maddəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 300-cü maddəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 205 saylı əmrin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi ilə əvvəlki vəzifəyə bərpa olunma, məcburi işi buraxmağa görə əmək haqqının ödənilməsi barədə iddia tələblərinə qiymət verərək, məhkəmə aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. Belə ki, İddiaçı Cavabdeh xx.xx.1999-cu il tarixdən müəllim vəzifəsində işləməsi, onun əmək müqaviləsinin hər dəfə uzadılaraq fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi işin mübahisəsiz halıdır. Bu hallar məhkəmə araşdırması müddətində Cavabdeh səlahiyyətli nümayəndələri tərəfindən təkzib edilməmişdir və iş materialları ilə təsdiq olunur. İddiaçının əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyindən həmin müqavilə müddətsiz hesab edilir. Bu səbəbdən müddətinin bitməsi ilə əlaqədar əmək müqavilənin xitamı barədə Cavabdehin xx.xx.2022-ci il tarixli, 205 saylı əmri və bunun əsasında işçinin işdən azad edilməsi qanuni hesab edilmir. Lakin cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildiyindən və iddia müddətinin axımı xx.xx.2023-cü il tarixdən başlandığından, iddia müddəti tətbiq edilərək iddia tələbləri təmin edilməməlidir. Belə ki, İddiaçı əmək müqaviləsinin ləğv edildiyini bildiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında öz izahatında bildirmişdir ki, onun xx.xx.2022-ci il tarixində işdən çıxarılması barədə məlumatı olmuşdur və o əmək kitabçasını jurnala imza edərək 2023-cü ilin aprel ayında almışdır. O bildirmişdir ki, əmək kitabçasını aldıqdan sonra məhkəməyədək müxtəlif dövlət orqanlarına şikayətlər etmişdir. İşdən görünür ki, iddiaçı mövcud iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Sadalanan qanunvericilik aktları normalarına və işin hallarına əsasən məhkəmə hesab edir ki, iddia müddəti fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi tərəfindən hüququnun pozulduğunu aşkar etdiyi gündən başlandığından, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, mövcud iddia tələbi üzrə iddia müddəti buraxıldığından iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi cəlb edilməklə) Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 205 saylı əmrin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi ilə əvvəlki vəzifəyə yenidən bərpa olunma, məcburi işburaxmaya görə işdən azad edildiyi dövrdən işə bərpa olunana qədər itirilmiş aylıq əmək haqqının ödənilməsi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-1773/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1773/2024
05.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver