Məhkəmə qərarları › İş №2(011)-1788/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1788/2021

18.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1788/2021 18.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair” ərizə, daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək doğum haqqında akt qeydinin “Soyadı” qrafasında ”Hüseynova”, “Adı” qrafasında “Səmayə”, “Ata adı” qrafasında “Sayad”,"Doğum tarixi" qrafasında "xx.xx.1964-cü il", "Doğulduğu yer" qrafasında "Ermənistan Respublikası İcevan rayonunun Salah kəndi", "milliyyəti" qrafasında "azərbaycanlı", "Ata haqqında məlumat" qrafasında "X14", "Ana haqqında məlumat " qrafasında " X3" kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikasının İcevan rayonunun Salah kəndində anadan olmuş, həmin vaxt ona doğum haqqında şəhadətnamə verilmişdir. 1988-ci ildə Ermənistan Respublikasından Azərbaycan Respublikasına gəlmişdir. Hazırda Azərbaycan Respublikasının vətəndaşıdır və bu barədə şəxsiyyəti təsdiq edən sənəd verilmişdir. 1988-ci il tarixdə qaçqın gələn zaman doğum haqqında şəhadətnaməsi naməlum şəkildə itmişdir. Hazırda doğum haqqında şəhadətnamənin olmaması ona problemlər yaradır. Belə ki, adına hər hansı bir sənədləşmə işi aparılarkən doğum haqqında şəhadətnamə tələb olunur. Mərhum həyat yoldaşı X5 ilə 1983-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bu barədə xx.xx.1983-cü il tarixli İİ-MB 446879 saylı nikah haqqında şəhadətnamə verilmişdir. X1 1922-ci il tarixdə Azərbaycan Respublikasının İcevan rayonunda anadan olmuşdur. Anası xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Bu barədə Xətai rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixli AZ-İ 097622 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. X7 1914-cü il tarixdə Ermənistan Respublikasında anadan olmuş və xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Bu barədə də, Xətai rayon VVADQ şöbəsi tərəfindən İİ- JQ seriyalı 463910 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Doğum haqqında şəhadətnaməmin bərpa edilməsi məqsədilə Maraqlı şəxsnə müraciət olunmuş, xx.xx.2020-ci il tarixli, xx/xx-2574 saylı məktubla doğum faktı Ermənistanda qeydə alındığından doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində ərizəçinin bacısı olduğunu göstərdi və ərizədə göstərilənləri təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abdullayev Həmzə və X2 ifadələrində ərizəçinin dayısı nəvəsi olduqlarını bildirərək, ərizədə göstərilənləri təsdiq etdilər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: AZE seriyalı, 09531811 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü ildə Ermənistanda anadan olmuşdur. İİ-MB seriyalı, 446879saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X10 arasında xx.xx.1983-cü il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Abdullayeva soyadı verilmişdir. İİ-JQ seriyalı 463910 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli, xx/xx-2574 il tarixli məktubundan görünür ki, Ərizəçi müraciətinə cavab olaraq, ərizəçinin doğumu Ermənistanda qeydə alındığından doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1 ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Kifayət qədər sənəd təqdim edilmədiyindən doğum akt qeydinin bərpası şöbə tərəfindən mümkün deyildir. Yuxarıda göstərilənləri nəzərə alaraq, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəməyə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1, 305.1.1, 305.1.7-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanlarvın verldiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, Ərizəçi xx.xx.1964cü ildə Ermənistan Respublikası İcevan rayonunun Salah kəndində anadan olması, atasının X14, anasının X3 olması faktları müəyyən olunmuşdur. Ona görə də, ərizə təmin olunmalıdır Məhkəmə hesab edir ki, hüquqi faktın müəyyən edilməsi ərizəçi üçün əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi doğum haqqında akt qeydinin “Soyadı” qrafasında ”Hüseynova”, “Adı” qrafasında “Səmayə”, “Ata adı” qrafasında “Sayad”,"Doğum tarixi" qrafasında "xx.xx.1964-cü il", "Doğulduğu yer" qrafasında "Ermənistan Respublikası İcevan rayonunun Salah kəndi", "milliyyəti" qrafasında "azərbaycanlı", "Ata haqqında məlumat" qrafasında "X14", "Ana haqqında məlumat " qrafasında " X3" kimi qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar