Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-18/2025 24.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh, onun nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMCnin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən məcburi qaydada çıxarılması və onun həmin torpaq sahəsində qanunsuz inşa etdiyi tikilinin öz hesabına sökülməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.9767 ha. ölçüsü olan torpaq sahəsi üzərində "xxxx" MMC-nin mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli torpaq sahəsinin plan və ölçüsü sənədində əsas döngə nöqtələrinin koordinatları qeyd edilmişdir. Bundan başqa, həmin sənəddə torpaq sahəsinin yerləşdiyi əraziyə dair rəqəmsal kartadan çıxarış da öz əksini tapmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 49 saylı obyektin tikintisinə icazəyə əsasən ünvan 2 ünvanında yerləşən həmin torpaq sahəsində yaşayış kompleksinin tikintisi həyata keçirilməkdədir. ünvan 2 ünvanında yerləşən sözügedən torpaq sahəsinin bir hissəsinin (təxminin 0.2 ha. ölçüdə) müəssisə tərəfindən faktiki olaraq öz təyinatına uyğun olaraq istifadə edilməsi qeyri-mümkündür. Çünki, təxminən, 0.2 ha. ölçüdə torpaq sahəsi orada kiçik ölçülü fərdi yaşayış evi inşa edilməklə, tikilialtı və həyətyanı sahə kimi Cavabdeh adlı şəxs tərəfindən faktiki olaraq istifadə edilməkdədir. Qeyd edilən halın ərazini yerində müayinə etməklə müəyyən edilməsi mümkündür. Nəticə etibarilə, ünvan 2 ünvanında yerləşən 0.9767 ha. ölçüsü olan torpaq sahəsinə münasibətdə müəssisə öz mülkiyyət hüquqlarını tam olaraq həyata keçirə bilmir ki, bu hal da, təxminin 0.2 ha. ölçüdə torpaq sahəsinin qanunsuz olaraq özgə şəxsin sahiblik və istifadəsində olması ilə birbaşa əlaqədardır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil iddia tələbinə etriaz edərək bildirdi ki, iddiaçı "xxxx" MMC Cavabdeh qarşı tikilinin cavabdehin öz hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi tamamilə qanunsuz və əsassızdır, belə ki, Bakı şəhəri Xətai Rayonu Əhmədli Bələdiyyəsinin 28 dekabr 2006-cı il tarixli, 097 nömrəli qərarına və xx.xx.2006-cı il tarixli torpaqların alqı-satqısına dair akta əsasən 9-cu Əhmədli küçəsi, 52 ünvanında 200 kv.m fərdi ev tikintisi məqsədi ilə torpaq sahəsi alqı-satqı yolu ilə vətəndaş (cavabdeh) Cavabdeh adına sənədləşdirilmişdir. Müvafiq ödənişlər Cavabdeh tərəfindən ödənilmişdir, kassa mǝdaxil orderi də əlavə olunub, bundan sonra Cavabdeh və ailəsi birlikdə bir müddət ərzində aldıqları torpaq sahəsində 1 otaqlı, 56 KV.m-dən ibarət həyət evi inşa edərək 2009-cu ilin mart ayından etibarən həmin evdə yaşamağa başlamışlar. İş materiallarından da göründüyü kimi iddiaçı mübahisəli torpaq sahəsini xx.xx.2019-cu il tarixli çıxarışa əsasən əldə etmişdir. 2020-ci il tarixdən isə həmin torpaq sahəsində iddiaçı "xxxx" MMC tərəfindən yaşayış kompleksi tikilməkdədir. Əgər iddiaçı iddia ərizəsində qeyd edildiyi kimi mübahisəli torpaq sahəsini öz xüxusi mülkiyyəti hesab edirdisə hansı səbəbdən kompleksin tikintisinə başladıqdan 3 il sonra belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ? Eyni zamanda İddiaçı çıxarışa əsasən torpaq sahəsi əldə edərkən mülkiyyətinin faktiki hansı sahəsən ibarət olduğunu bilmişdir. Elə bu səbəbdən bu illər ərzində cavabdeh tərəfə müxtəlif məbləğlərdə pul kompensasiyaları təklif etmişdir. Lakin ağlabatan məbləğ təklif edilmədiyindən cavabdeh tərəfindən qəbul edilməmişdir. Bundan başqa, əgər iddiaçı iddia ərizəsində qeyd edildiyi kimi mübahisəli torpaq sahəsini öz xüxusi mülkiyyəti hesab edirdisə, hansı səbəbdən kompleksin tikintisinə başlayanda cavabdehə məxsus evlə kompeksin inşa edildiyi faktiki ərazi arasında sərhəd müəyyən etmiş və betonlama işləri aparmışdır? Qeyd olunan hallar bir daha təsdiq edir ki, iddiaçı tərəf 2019-cu il tarixdə özlərinə məxsus torpaq sahəsini əldə edərkən bilirdi ki, (bilməli idi) hazırda mübahisələndirdikləri sahə Cavabdeh mülkiyyətindədir. İddiaçı tərəf bununla razılaşıb və qəbul edib, bəyənib. Xüsusilə qeyd edilməldir ki, iddiaçı tərəf həmin ərazidə mülkiyyətə dair hətta heç bir sənədi olmayan evlərin sahibklərinə kompensasiya verməklə həmin ərazini əldə edib. Cavabdehə münasibətdə isə bunu etmək istəmir. Bu isə özlüyündə bərabərlik hüququnun kobud pozuntusudur. Cavabdeh onkoloji xəstədir, bundan əlavə zob və şəkər xəstəliyi var. Himayəsində talasemiya xəstəsi olan oğlu X7 var. Yoldaşı və özü işləmir. Ailə ağır maddi sıxıntılar içərisində yaşayır. İddiaçı "xxxx" MMC belə bir vəziyyətdə olan ailəni mülkiyyətindən məhrum etmək istəyir. Bakı şəhəri Xətai Rayonu Əhmədli Bələdiyyəsinin 28 dekabr 2006-cı il tarixli, 097 nömrəli qərarına və xx.xx.2006-cı il tarixli torpaqların alqı-satqısına dair akta əsasən 9-cu Əhmədli küçəsi, 52 ünvanında 200 kv.m fərdi ev tikintisi məqsədi ilə torpaq sahəsi alqı-satqı yolu ilə vətəndaş (cavabdeh) Cavabdeh adına sənədləşdirildiyindən cavabdehin mülkiyyətə dair gözləntisi qanuni olmuşdur. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Ziya Tağıyevin xx.xx.2023-cü il tarixli, 10/4396 nömrəli rəyi əsaslandırılmayıb, qanunsuzdur, ekspert rǝyi 4 vǝrǝqdən ibarətdir, Rǝydə müvafiq nəticəyə gələrkən hansı hansı-metodikadan və hansı qaydada istifadə edilməsi əsaslandırlmayıb. Bununla əlaqədar belə bir cümlə qeyd edilib: tədqiqat metodu tikintitexniki obyektlərin TƏDQİQAT metodikası. Bundan sonra rəyə baxaraq heçnə başa düşülməyən bir fotoşəkil əlavə olunub. O və hüquqları müdafiə etdiyi cavabdeh tərəf tikintitexniki obyektlərinin tədqiqat metodikasının nədən ibarət olduğunu bilmir. Hansı ki, ekspert öz rəyini əsaslandırmalı idi. Sualları cavablandırarkən konkret hansı metodikadan və hansı qaydada istifadə etdiyini qeyd etməli idi. Ekspert ən primitiv hal olan əraziyə hansı tarixdə, kimlərin iştirakı ilə baxış keçirdiyini belə qeyd etməmişdir. Daha sonra Daşınmaz Əmlakın kadastrı və reyestri xidmətinin mütəxəssisləri və ekspert tərəfindən əraziyə yenidən baxış keçirilmiş, cavabdehin torpaq sahəsinin iddiaçıya məxus torpaq sahəsinin tərkibində olmadığı müəyyən edilmişdir, bu isə bir daha göstərir ki, iddia tələbi əsassızdır. Sonda Vəkil iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakınn təmin etməmiş, həmçinin bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0,9767 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə İddiaçı MMC-nin adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktuba əlavə edilmiş “Obyektin tikintisinə icazə”dən görünür ki, İddiaçı MMC-yə ünvan 3 ünvanında tikintiyə icazə verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş Mütəxəssis Rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 0.9767 ha təşkil edir. Torpaq sahəsinə Dövlət Əmlakının İdarə X10 Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixli 000043 qeydiyyat nömrəli torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verilmişdir (1.00596 ha). Sözügedən 0.9767 ha torpaq sahəsi **********77 reyestr nömrəsi ilə “SR Construction Co" MMC-nin adına qeydiyyata alınmışdır (azalmaya dair razılıq ərizəsi təqdim edilmişdir). Şəhadətnamə verilən zaman torpaq sahəsinə tərtib edilmiş baş plan və digər istinadedici sənədlər arxiv qovluğunda aşkar edilmədiyindən iddiaçının iddia etdiyi torpaq sahəsinin (faktiki 0.02 ha) ona məxsus torpaq sahəsinin tərkibində olubolmamasını təsdiq etmək mümkün deyildir. Belə ki, araşdırma zamanı cavabdehin istifadəsində olan 0.02 ha torpaq sahəsinin ayrılmasına dair Xətai rayonu, Əhmədli bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli 097 nömrəli qərardan çıxarışının, arxiv arayışının, torpağın alqı-satqı aktının və yerləşmə cizgisinin olduğu aşkar olunmuşdur. Sözügedən torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi mövcuddur (2009-cü ildən yaşayış var). Cavabdehin istifadəsində olan 0.02 ha torpaq sahəsinin və iddiaçıya məxsus sahənin faktiki vəziyyətini və koordinatlarını əks etdirən sxem əlavə olundu. Vahid elektron kadastr-baza məlumatlarına əsasən (Cavabdeh adına olan) 0.02 ha torpaq sahəsinə dair bələdiyyə qərarı və yerləşmə cizgisi təqdim edilsə də, cizgidə dəqiq istinad və məsafələr olmadığından sahənin yerini təyin etmək mümkün olmadı (torpaq sahəsinin üzərində yaşayış evi mövcuddur). İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4396 saylı Ekspert rəyindən görünür ki, ünvan 6 ünvanında yerləşən faktiki olaraq cavabdehin istifadəsində olan 183 kv.m torpaq sahəsinin və 1 ədəd fərdi yaşayış evinin İddiaçı MMC-nin mülkiyyətində olan 0,9767 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunur (sxem rəyə əlavə edilmişdir). Həmin Rəyə əlavə edilmiş “ekspert xərclərinə dair” Bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manatdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/7962 saylı Ekspert rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 0.9767 ha təşkil edir. Torpaq sahəsinə Dövlət Əmlakının İdarə X10 Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixli 000043 qeydiyyat nömrəli torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verilmişdir (1.00596 ha). Sözügedən 0.9767 ha torpaq sahəsi **********77 reyestr nömrəsi ilə “SR Construction Co" MMC-nin adına qeydiyyata alınmışdır (azalmaya dair razılıq ərizəsi təqdim edilmişdir). Şəhadətnamə verilən zaman torpaq sahəsinə tərtib edilmiş baş plan və digər istinadedici sənədlər arxiv qovluğunda aşkar edilmədiyindən iddiaçının iddia etdiyi torpaq sahəsinin (faktiki 0.02 ha) ona məxsus torpaq sahəsinin tərkibində olub-olmamasını təsdiq etmək mümkün deyildir. Belə ki, araşdırma zamanı cavabdehin istifadəsində olan 0.02 ha torpaq sahəsinin ayrılmasına dair Xətai rayonu, Əhmədli bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli 097 nömrəli qərardan çıxarışının, arxiv arayışının, torpağın alqı-satqı aktının və yerləşmə cizgisinin olduğu aşkar olunmuşdur. Sözügedən torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi mövcuddur (2009-cü ildən yaşayış var). Cavabdehin istifadəsində olan 0.02 ha torpaq sahəsinin və iddiaçıya məxsus sahənin faktiki vəziyyətini və koordinatlarını əks etdirən sxem əlavə olundu. Vahid elektron kadastrbaza məlumatlarına əsasən (Cavabdeh adına olan) 0.02 ha torpaq sahəsinə dair bələdiyyə qərarı və yerləşmə cizgisi təqdim edilsə də, cizgidə dəqiq istinad və məsafələr olmadığından sahənin yerini təyin etmək mümkün olmadı (torpaq sahəsinin üzərində yaşayış evi mövcuddur). Həmin Rəyə əlavə edilmiş “ekspert xərclərinə dair” Bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manatdır. İş materiallarında olan Əhmədli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 097№-li Qərardan çıxarışından görünür ki, Cavabdeh Əhmədli bələdiyyəsinə müraciət edərək, uzun müddət istifadəsində olan, abadlaşdırdığı, hasarın içində yerləşən 9-cu Əhmədli küçəsi 52 ünvanda 200 (iki yüz) kv.m. torpaq sahəsini alqı-satqı yolu ilə onun adına sənədləşdirilməsini xahiş etmişdir. Əhmədli Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 12 saylı yığıncağında məsələyə baxılmış və vətəndaş Cavabdeh, 9-cu Əhmədli küçəsi 52 ünvanda 200 (iki yüz) kv.m. torpaq sahəsini alqı-satqı yolu ilə onun adına sənədləşdirilməsinə razılıq verilmişdir. Əhmədli bələdiyyəsi, 1. 9-cu Əhmədli küçəsi 52 ünvanda 200 (iki yüz) kv.m. fərdi ev tikintisi məqsədi ilə (cizgidə göstərilən) torpaq sahəsi alqı-satqı yolu ilə vətəndaş X1 adına sənədləşdirilməsini, 2. Əhmədli Bələdiyyəsi ərazi mülkiyyəti idarəetmə şöbəsi torpaq sahəsinin naturada vətəndaş Cavabdeh qızma təhvil verilməsinin təmin edilməsini, 3.Tikintinin layihə-smeta sənədlərinin vətəndaş Cavabdeh hesabına hazırlanmasını, 4. Bələdiyyə vergi müfəttişliyi torpağın kadastr qiymətinin, yəni hər 1 kv.m üçün 10 (on) manat olmaqla 200 x 10.00 =2000 (iki min) manat vəsaitin Bələdiyyə büdcəsinə ödənilməsinin təmin edilməsini Qərara almışdır. İş materiallarında olan Torpaqların alqı-satqısına dair Aktdan görünür ki, bu akta görə ünvan 7 ünvanında yaşayan Cavabdeh Xətai rayon Əhmədli bələdiyyəsinə xx.xx.2006-cı il tarixində torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və 9-cu Əhmədli küçəsində 200 kv.m torpaq sahəsi satılması barədə 12 saylı Qərar qəbul edilmişdir. Bunun müqabilində Cavabdeh tərəfindən Xətai rayon Kapital bank 1 saylı filialına əvvəlcədən 2000 manat haqq ödənilmişdir. Akt Xətai rayon Əhmədli bələdiyyəsinin sədri X.M.Xudiyev və torpaq alan Cavabdeh iştirakı ilə tərtib edilib onlar tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2006-cı il tarixli Kassa mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən 9-cu Əhmədli küçəsi, ev 52 alqı-satqısı üçün 2000 (iki min) manat ödənilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən 10059,6 kv.m torpaq sahəsinə dair İddiaçı MMC-nin təsisçisi X4 xx.xx.2006-cı il tarixdə şəhadətnamə verilmiş, sonradan iddiaçının öz razılığı ilə faktiki sahəni təşkil edən 0,9767 ha torpaq sahəsi sənədləşdirilmiş, xx.xx.2016-cı il tarixdə iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə torpaq sahəsinin təyinatı dəyişdirilməklə yenidən İddiaçı MMC-nin adına qeydiyyata alınmış və İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixdə həmin torpaq sahəsində tikintiyə icazə verilmişdir, ünvan 9 ünvanda yerləşən 200 (iki yüz) kv.m. torpaq sahəsi Əhmədli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 097№-li Qərarı ilə Cavabdeh satılmış, həmin torpaq sahəsinin üzərində 2009-cü ildən cavabdeh tərəfindən inşa edilmiş birmərtəbəli yaşayış evi var, iddiaçı tərəfindən Əhmədli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 097№-li Qərarının etibarsız hesab edilməsi ilə bağlı hər hansı tələb irəli sürülməmişdir. İddiaçı hazırda cavabdehin faktiki sahibliyində olan torpaq sahəsinin onun mülkiyyətində olan 0,9767 ha torpaq sahəsinin tərkibinə daxil olmaqla, ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyinə əsaslanaraq, cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını və onun həmin torpaq sahəsində qanunsuz inşa etdiyi tikilinin öz hesabına sökülməsini (neqator iddia) xahiş edir. Bununla belə, cavabdehin faktiki sahibliyində olan 0,2 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin tərkibində olması və ya cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi halları məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, əvvəla, mübahisəli torpaq sahələri qonşuluqda yerləşir və tərəflər onlara məxus olan torpaq sahələrinə qanuni əsaslarla sahiblik edir, torpaq sahələrinə əmlak hüququna dair mübahisə yoxdur, həmçinin tərəflərə aid topraq sahələrinin koordinatları müəyyən deyil. İkincisi, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olmuş olsaydı belə (əksinə hazırkı işdə mübahisəli topraq sahəsinin iddiaçıya məxsus olması sübut olunmur), iddia tələbi əsaslı və qanuni hesab edilə bilməz. Belə ki, cavabdeh torpaq sahəsini 2006-cı ildən əldə etməklə 2009-cu ildə orada fərdi ev inşa etmişdir, iddiaçıya məxsus torpaq sahəsinə dair ona (təsisçisinə) xx.xx.2006-cı ildə şəhadətnamə verilmiş, torpaq sahəsi iddiaçının adına ilk dəfə 2016-cı ildə, 2019-cu ildə yenidən xüsusi mülkiyyəti kimi qeydiyyata alınmış və 2020-ci ildən orada tikinti işləri aparılmışdır, bununla belə iddiaçı bu müddət ərzində cavabdehə torpaq sahəsinin təhvil verilməsi və evin sökülməsi ilə bağlı hər hansı tələb irəli sürməmişdir, yəni tərəflər uzun illər qoşuluq münasibətlərində olmasına və mübahisələndirilən tikili 2009-cu ildən mövcud olmasına baxmayaraq iddiaçı bu vaxta qədər torpaq sahəsinə və tikiliyə dair etiraz etməmişdir ki, bu halda da tikilinin sökülməsi barədə iddia tələbinin təmin olunması istisna olunur. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə görə hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə, Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 172.3-cü maddəsinə əsasən, əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Həmin Məcəllənin 172.4-cü maddəsinə əsasən, qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydalar tətbiq edilir. Həmin Məcəllənin 173.1-ci maddəsinə əsasən, başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 173.3-cü maddəsinə əsasən, əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.3-cü maddəsinə əsasən müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “Cavabdeh İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən məcburi qaydada çıxarılması və onun həmin torpaq sahəsində qanunsuz inşa etdiyi tikilinin öz hesabına sökülməsi” barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi rədd edildiyindən, dövlət rüsumu özünə iddiaçının aid edilməli, iddiaçının digər məhkəmə xərclərindən azad olmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 manat ondan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərclər məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin “Cavabdeh İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən məcburi qaydada çıxarılması və onun həmin torpaq sahəsində qanunsuz inşa etdiyi tikilinin öz hesabına sökülməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri kimi 100 (yüz) manat İddiaçı MMC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-18/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-18/2025
24.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver