Məhkəmə qərarları › İş №2(011)-1814/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1814/2021

09.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1814/2021 09.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın məyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, müxtəlif hüquq müəyyən edici sənədlərdə “Vəli Məmməd oğlu” kimi qeyd olunmuş şəxsin “Əli Məmməd oğlu” olması yəni eyni şəxs olması, Vəli Məmməd oğlu X13 atası, onun isə babası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə dəqiqləşmə verərək, Vəli Məmməd oğlunun X13 atası, onun isə ata babası olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilən xüsusatlara uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin verdiyi qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 6 saylı evin, 37 saylı mənzili ata babası Vəli Məmməd oğlunun adına qeydiyyatdan keçmişdir. 20 sentyabr 1933-cü il tarixdə anadan olmuş ata babası Vəli Məmməd oğlu 04 fevral 1936-cı il tarixdə anadan olmuş ata nənəsi X22 ilə 27 yanvar 1960-cı il tarixdə rəsmi nikaha daxil olmuş və onların birgə nikahından 20 yanvar 1960-cı il tarixdə anadan olmuş atası X24 adlı uşağı anadan olmuş, atası X24 02 dekabr 1963-cü il tarixdə anadan olmuş anası X4 ilə 19 iyun 1984-cü il tarixdə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından 30 avqust 1985-ci il tarixdə anadan olmuş özü - Ərizəçi Bəhrəm oğlu, 03 oktyabr 1989-cu il tarixdə anadan olmuş bacısı X14 və 16 avqust 1987-ci il tarixdə anadan olmuş qardaşı X18 adlı uşaqları anadan olmuşdur. Ata nənəsi X22 12 dekabr 1989-cu il tarixdə, atası X24 22 oktyabr 1995 ci il tarixdə və ata babası Vəli Məmməd oğlu isə 09 fevral 2008-ci il tarixdə vəfat etmişlər. Belə ki, atası X13 hüquq müəyyənedici sənədlərində atası qrafasında “Vəli” kimi qeyd olunmalı yerində “Əli” kimi qeyd edilmişdir. Eyni zamanda ata babası Vəli Məmməd oğlu bəzi sənədlərdə Əli Məmməd oğlu kimi qeyd olunması müəyyən sənədləşdirmə işləri apararkən ona çətinliklər yaradır. Bu səbəbdən hesab edir ki, hüquq müəyyən edici sənədlərdə olan uyğunsuzluğunun aradan qaldırılması üçün məcbur qalıb məhkəməyə müraciət etmişdir. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilmiş və o, məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 29.03.2021-ci il tarixli məhkəmə iclasında 16.02.1963-cü il təvəllüdlü X15 şahid qismində ifadə verərək bildirmişdir ki, o, 20.01.1960-cı il tarixdə anadan olmuş X13 bacısıdır. Atasını həmişə Əli kimi tanımışlar, hal-hazırda şəxsiyyət vəsiqəsi yoxdur, səbəb isə ona ölüm haqqında şəhadətnamə alanda şəxsiyyət vəsiqəsini vermişlər, anası ilə nikah haqqında şəhadətnamədə də adı Əli kimi qeyd olunub. Sonda A.Ə.İsmayılova qeyd etdiklərinin nəzərə alınması, atasının Əli Məmməd oğlu kimi qeyd olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan AZ-l seriyalı 276842 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Vəli Məmməd oğlu 09.02.2008-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan JQ-lV seriyalı 424062 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X24 27.10.1995ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan JQ-lİİ seriyalı 491981 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X22 05.06.1982ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 6, 37 saylı mənzil Vəli Məmməd oğlunun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan RŞ seriyalı 675366 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X26 04.02.1936-cı il tarixdə Gürcüstan SSR Marneuli rayonunda anadan olmuşdur. Onun atası X35, anası X11r. İş materiallarında olan AZ-İ seriyalı 907785 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X25 ilə X14 21.02.2014-cü ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 85 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı 588254 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X19 16.02.1963cü il tarixdə Ermənistan SSR Quqark rayonunda anadan olmuşdur. Onun atası X27, anası X16r. İş materiallarında olan SL-İV seriyalı 489161 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə Ermənistan SSR Quqark rayonunda anadan olmuşdur. Onun atası X8, anası X2r. İş materiallarında olan JQ-Xİİİ seriyalı 412726 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 03.10.1989cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası X24, anası X2r. İş materiallarında olan SL-V seriyalı 447949 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X18 16.08.1987ci il tarixdə Ermənistan SSR Quqark rayonunda anadan olmuşdur. Onun atası X24, anası X2r. İş materiallarında olan ZJ-İ seriyalı ******* saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 02.12.1963-cü il tarixdə Ermənistan SSR Quqark rayonunda anadan olmuşdur. Onun atası -, anası X6r. İş materiallarında olan ZJ-İ seriyalı 295020 saylı doğum haqqında şəhadətnamənin tərcüməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X24 20.01.1960-cı il tarixdə Ermənistan SSR, Kirovakan rayonu, Şaumyan qəsəbəsində anadan olmuşdur. Onun atası X27, anası X20r. İş materiallarında olan ZJ seriyalı 069732 saylı nikah haqqında şəhadətnamənin tərcüməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X27 ilə X28 27.01.1960-cı ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 9 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan SL-İİ seriyalı 270998 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X24 ilə X3 19.06.1984-cü ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 20 nömrə ilə qeyd edilmişdir. Beləliklə, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, X27 ərizəçinin ata babasıdır, o, 09.02.2008-ci il tarixdə vəfat etmişdir, 1933-cü il tarixdə Ermənistan SSR Kirovakan rayonu Şaumyan qəsəbəsində anadan olmuş X5 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsində və AZ-l seriyalı 276842 nömrəli ölüm haqqında şəhadətnamədə adı və soyadı Vəli Məmməd oğlu kimi, ZJ seriyalı 069732 saylı nikah haqqında şəhadətnamədə onun adı və soyadı X10 qeyd edilmişdir, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsində və ölüm haqqında şəhadətnamədə Vəli Məmməd oğlu kimi göstərilən şəxslə nikah haqqında şəhadətnamə X10 göstərilən şəxs eyni şəxsdir, ərizəçi hüquqi əhəmiyyəti olan faktı başqa qaydada ala bilməmişdir. Beləliklə, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, X27 ərizəçinin ata babasıdır, o, 09.02.2008-ci il tarixdə vəfat etmişdir, 1933-cü il tarixdə Ermənistan SSR Kirovakan rayonu Şaumyan qəsəbəsində anadan olmuş X5 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsində və AZ-l seriyalı 276842 nömrəli ölüm haqqında şəhadətnamədə adı və soyadı Vəli Məmməd oğlu kimi, ZJ seriyalı 069732 saylı nikah haqqında şəhadətnamədə onun adı və soyadı X10 qeyd edilmişdir, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsində və AZl seriyalı 276842 nömrəli ölüm haqqında şəhadətnaməsinin məxsus olduğu Vəli Məmməd oğlu ərizəçinin atası olan X13 atası, ərizəöçinin isə babasıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən, şəxslərin qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsində və ölüm haqqında şəhadətnamədə göstərilən Vəli Məmməd oğlunun ərizəçinin atası X13 atası və Ərizəçi babası olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 324 saylı reyestr kitabında 46976-cı səhifədə 30/46976 sayla, 14.01.1995-cü il tarixdə qeydiyyata alınmış X1 X13 atası olması, Ərizəçi isə babası olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar