Məhkəmə qərarları › İş №2(011)-1825/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1825/2021

29.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1825/2021 29.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ümumi mülkiyyətdə olan mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin mülkiyyətçilər arasında bölüşdürülməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə ümumi paylı mülkiyyətlərində olan Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsində "xxxx" MTK tərəfindən inşa edilən yaşayış kompleksinin 7-ci blok, 6-cı mərtəbəsində yerləşən 95 kv.m olan mənzilin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunmuş vəsaitin yarısının İddiaçı ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsində "xxxx" MTK tərəfindən inşa edilən yaşayış kompleksinin 7-ci blok, 6-cı mərtəbəsində yerləşən 95 kv.m olan mənzil (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, 1-ci Yaşıl Ada küçəsi ev 1, 99 saylı mənzil) Cavabdeh ilə İddiaçı nikah dövründə əldə etdikləri əmlakdır, həmin mənzil məhkəmə qərarı ilə ümumi birgə mülkiyyətdə olan əmlak kimi hər iki tərəf üçün ½ hissə müəyyənləşdirilmişdir, tərəflərin pay üzərində hüquqları 25.05.2018-ci il tarixli müqaviləyə əsasən dövlət reyestrində qeydə alınaraq rəsmiləşdirilmişdir, bundan sonra Xətai rayon Məhkəməsinə paylar müəyyən olunmuş, mənzilin naturada bölünməsi və ya bu mümkün olmadıqda hərracda satılaraq əldə olunmuş vəsaitin ona ödənilməsi üçün müraciət etsə də hər iki tələb rədd edilmişdir, belə ki, tikinti-texniki ekspertizanın rəyinə əsasən mənzili naturada bölmək mümkün olmaması əsası ilə birinci tələbi, mənzilin hərracda satılması üçün ilk öncə qarşı tərəflə razılığıa gəlinməli, bu mumkün olmadıqda isə məhkəməyə müraciət edilməli olduğundan isə ikinci tələbi qəbul edilməmişdir, nəticədə İddiaçı mənzilin hərracda satılması ilə bağlı cavabdehə yazılı qaydada müraciət etsə belə, müraciətləri nəticə verməmiş və beləliklə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, mübahisənin predmeti olan Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsində "xxxx" MTK tərəfindən inşa edilən yaşayış kompleksinin 7-ci blok, 6-cı mərtəbəsində yerləşən 95 kv.m olan mənzili (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, 1-ci Yaşıl Ada küçəsi ev 1, 99 saylı mənzil) İddiaçı o şərtlə verir ki, onun mülkiyyətində olan digər əmlaklara tələb irəli sürməsin, çünki digər mənzillər onun oğlunundur və oğlu da onunla birlikdə yaşayır, əgər bu şərtlə qarşı tərəf razılaşarsa sözügedən mənzilin 209.000 manata hərracda satılaraq, paylara uyğun bölüşdürülməsinə heç bir etrazı yoxdur. Cavabdeh həmçinin izahatında bildirdi ki, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktının olması əsası ilə hal-hazırda Bakı şəhəri Xətai rayon Məhkəməsinin icraatında olan 2(011)-1825/2021 saylı iş üzrə icraata xitam verilməlidir. Sonda S.Bağırov qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 24.11.2020-ci il tarixli Cavabdeh ünvanlanmış bildiriş məktubundan və 27.11.2020-ci il tarixli poçt qəbzindən görünür ki, ona düşün payın alınması və ya ümumi olaraq mənzili sataraq əldə olunmuş vəsaitin hər kəsə paylara uyğun bölüşdürülməsi barədə müraciət olunmuş, əks halda mənzilin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsaitin mülkiyyətçilər arasında paylara uyğun bölüşdürülməsi barədə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, həmin bildirişlər cavabdehə göndərilmişdir. İş materiallarında olan Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)2952/2019 saylı 17.12.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsində "xxxx" MTK tərəfindən inşa edilən yaşayış kompleksinin 7-ci blok, 6-cı mərtəbəsində yerləşən 95 kv.m olan mənzilin paylı mülkiyyətçisi olan iddiaçının ½ hissədə payının naturada ayrılması və ya naturada bölgü mümkün deyilsə mənzilin satılması və satılmasından əldə edilmiş pulun paylara uyğun yənu ½ hissəsinin ona verilməsi barədə iddia tələbi rədd edilmişdir. İş materiallarında olan AR ƏMDK yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, 1-ci Yaşıl Ada küçəsi ev 1, 99 saylı mənzil üzərində ½ hissədə Cavabdeh, digər ½ hissədə isə İddiaçı pay hüququ vardır. İş materiallarında olan Hüquq və X1 Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 20.05.2021-ci il tarixli, 20 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsində "xxxx" MTK tərəfindən inşa edilən yaşayış kompleksinin 7-ci blok, 6-cı mərtəbəsində yerləşən 95 kv.m olan mənzilin hazırki bazar məbləğinə uyğun olaraq satış qiyməti 209000,00 manat təşkil edir. Məhkəmə, ekspert rəyini sübut kimi qəbul edərək Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsində "xxxx" MTK tərəfindən inşa edilən yaşayış kompleksinin 7-ci blok, 6-cı mərtəbəsində yerləşən 95 kv.m olan mənzilin ilkin satış qiymətinin 209000 (iki yüz doqquz min) manat müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsində "xxxx" MTK tərəfindən inşa edilən yaşayış kompleksinin 7-ci blok, 6-cı mərtəbəsində yerləşən 95 kv.m olan mənzilə (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, 1-ci Yaşıl Ada küçəsi ev 1, 99 saylı mənzil) ½ hissədə pay hüququ Cavabdeh, ½ hissədə pay hüququ İddiaçı məxsusdur, əmlakın naturada ayrılması mümkün deyil, tərəflər arasında mənzilin satılması ilə bağlı razılıq əldə olunmamışdır, sözügedən mənzilin bazar qiymətinə uyğun olaraq satış qiyməti 209.000,00 manat təşkil edir. Bununla belə, paylı əmlakın açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin tərəflərin paylarına müvafiq olaraq bərabər bölünməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 04.04.2014-cü il tarixli Qərarda qeyd edilir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı ilə Cavabdeh ümumi paylı mülkiyyətlərində olan Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsində "xxxx" MTK tərəfindən inşa edilən yaşayış kompleksinin 7ci blok, 6-cı mərtəbəsində yerləşən 95 kv.m olan mənzilin (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, 1-ci Yaşıl Ada küçəsi ev 1, 99 saylı mənzil) açıq hərrac vasitəsilə 209.000 manat məbləği müqabilində satılmalı və satışdan əldə olunmuş vəsaitin ½ hissəsi İddiaçı, ½ hissəsi isə Cavabdeh ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, məhkəmə xərcləri tərəflərə bərabər qaydada aid edilməli və ödənilmiş dövlət rüsumu məbləğinin 30 manatından 15 manatı Cavabdeh alınaraq İddiaçı ödənilməli, dir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh ümumi paylı mülkiyyətlərində olan Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsində "xxxx" MTK tərəfindən inşa edilən yaşayış kompleksinin 7-ci blok, 6-cı mərtəbəsində yerləşən 95 kv.m olan mənzilin (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, 1-ci Yaşıl Ada küçəsi ev 1, 99 saylı mənzil) açıq hərrac vasitəsilə satılsın və satışdan əldə olunmuş vəsaitin ½ hissəsi İddiaçı, ½ hissəsi isə Cavabdeh ödənilsin. İddiaçı ilə Cavabdeh ümumi paylı mülkiyyətlərində olan Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsində "xxxx" MTK tərəfindən inşa edilən yaşayış kompleksinin 7-ci blok, 6-cı mərtəbəsində yerləşən 95 kv.m olan mənzilin (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, 1-ci Yaşıl Ada küçəsi ev 1, 99 saylı mənzil) ilkin satış qiyməti 209000 (iki yüz doqquz min) manat müəyyən edilsin. Dövlət rüsumu qismində ödənilmiş məbləğin 15 (on beş) manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin. Əmlak qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat pul məbləği tərəflərdən müştərək qaydada alınaraq “X2 və Ekspertiza Mərkəzi ”MMC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar