Məhkəmə qərarları › İş №2(011)-1841/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1841/2021

28.01.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1841/2021 28.01.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Əliyev Əkbər Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 Şadulla oğlunun iştiraki ilə, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədlərini açıq məhkəmə iclasında nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 10 saylı evin, 18 saylı ümumi sahəsi 88.85 kv.m olan 4 otaqlı mənzilin ümumi mülkiyyətinin mülkiyyətçiləri olan cavabdehlər Cavabdeh2, Cavabdeh1 Şadulla oğlunun, Cavabdeh3 1/6 hissədə paylarının İddiaçı xeyrinə imtina edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəməyə təqdim etdiyi iddia ərizəsini icraata götürmədən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.9-ci maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizə ilə məhkəməyə müraciət etdiyindən, mövcud idda ərizəsinə icraata götürülərək baxıla bilməz. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264 və 266-268-ci maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçı “paylı mülkiyyətdən imtinaya” dair iddia tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar