Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1844/2022 22.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı cavabdeh X3 qarşı “nikahın etibarsız hesab edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh X3 qarşı – 2 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixində № 2556 nömrəsi ilə qeydə alınmış, cavabdeh X4 ilə İddiaçı arasında bağlanmış AZ-T № 031901 saylı, xx.xx.2021-ci il tarixli nikahın etibarsız sayılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021ci il tarixində 2 saylı “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsində nikah bağlanmışdır. Cavabdehlə məqsədləri “green kart” əldə etmək üçün formal olaraq nikahı bağlamaqdan ibarət olmuşdur. Hər ikisi tərəf olaraq heç bir halda nikah bağlamaq fikirləri olmayıb. Sonradan “green kart” əldə etmək istəkləri uğursuzluqla nəticələndiyi səbəbi ilə aralarında bağlanmış nikah aktı mahiyyətinə uyğun məqsədlə bağlanmadığı üçün bağlandığı andan etibarsız əqddir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddiasının təmin edilməsini və cavabdehlə aralarında ailə qurmaq niyyəti olmadan bağlanmış nikahın etibarsız hesab edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddianı qəbul edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X4 arasında xx.xx.2021-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 2556 nömrə ilə qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı cavabdehlə aralarında bağlanmış nikahlarının nikah bağlamaq üçün heç bir niyyət olmadan bağlanmasına istinad edərək, bağlanmış nikahın etibarsız hesab edilməsini xahiş edir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və işin digər halları ilə iddiaçının iddia ərizəsində göstərdiyi kimi, tərəflərin ailə qurmaq niyyətinin olmaması məhkəmə iclasında tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, bu məcəllənin 10—12-ci maddələrində və 13.3.-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflərdən birinin ailə qurmaq niyyəti olmadığından, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahları mövcud olmaqda davam edə bilməz. Odur ki, iddia təmin edilərək, tərəflərin nikahları etibarsız hesab edilməlidir. Məhkəmə həmçinin cavabdeh tərəfindən iddianın etiraf edilməsinə hüquqi qiymət verərək, hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: X4 ilə İddiaçı arasında 15 oktyabr 2021-ci il tarixdə 2556 saylı akt qeydinə əsasən 2 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən bağlanmış nikah etibarsız hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-1844/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1844/2022
22.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver