Məhkəmə qərarları › İş №2(011)-1898/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1898/2023

10.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1898/2023 10.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı özünün və xx.xx.2017-ci il təvəllüdü oğlu X3 ünvan 1 ünvanda yerləşən mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmələri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, iddiaçı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, X.Məmmədov küçəsi, məhəllə 2955A, ev 4.5, 99 mənzilə dair cavabdeh İddiaçı isitifadə hüququna xitam verilməklə, qeydiyyatdan çıxarılmasına və cavabdehə məxsus cehiz əmlaklarının çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Pərviz Zamanlının icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və cehiz əşyalarının çıxarılması” barədə 2(011)-536/2023 saylı mülki işə birləşdirilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və cavabdehə məxsus cehiz əmlakın mənzildən çıxarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin iddia ərizəsi xx.xx.2022-ci il tarixli, 2(011)-7323/2022 saylı qərardadla Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakimi Pərviz Zamanlı) icraatına qəbul edilmişdir. Həmçinin, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbi barədə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və həmin iddia ərizəsi də, Məhkəmənin (hakim Pərviz Zamanlı) xx.xx.2023-cü il tarixli, 2(011)-1898/2023 saylı qərardadı ilə icraata götürülmüşdür. Məhkəmə hesab edir ki, Məhkəmənin (hakim Pərviz Zamanlı) icraatında olan 2(011)- 1898/2023 saylımülki iş üzrə iddia tələbi 2(011)-536/2023 saylı iş üzrə iddia tələbi ilə əlaqəli olduğundan, həmçinin gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması, ədalət mühakiməsinin düzgün və səmərəli həyata keçirilməsi üçün hazırki 2 (011)-1898/2023 saylı mülki iş, eyni hakimin (Pərviz Zamanlı) icraatında olan 2(011)-536/2023 saylı işə birləşdirilməlidir. Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, qeyd edilən iddialar üzrə mülki işlər birləşdirilərək, həmin işlərə bir icraatda baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 43.1-43.2 və 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbi barədə iddiasına dair 2(011)-1898/2023 saylı mülki iş üzrə icraata xitam verilsin və həmin mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Pərviz Zamanlının icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və cavabdehə məxsus cehiz əmlakın mənzildən çıxarılması” tələbi barədə iddiası üzrə 2(011)-536/2023 saylı mülki işə birləşdirilsin. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar