Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-192/2021 18.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı və onun vəkili X1 iştirakları ilə İddiaçı Cavabdeh2 qarşı “pulun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 “Ford Tranzit” yük markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödədiyi 12.500 manat məbləğində pulun, gecikdirilmiş müddət üzrə faizlərin əldən çıxmış faydaya görə 10.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 22.530 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ilin dekabr ayında Şəmkir rayonu, İrmaşlı kənd sakini Cavabdeh2 “Ford Tranzit” yük sərnişin markalı **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alaraq avtomobilə dair 12.500 manat ödəyərək ondan sərəncam vermək hüququ olan etibarnamə almışdır. Həmin etibarnamənin müddəti keçmiş və cavabdeh yeni etibarnamə verməkdən imtina etmiş, həmçinin avtomobili də öz həmkəndlisinin həyətində saxlayaraq iddiaçıya verməmişdir. Bununla əlaqədar iddiaçı Cavabdeh2 ilə söhbət etsə də, o, müxtəlif bəhanələr gətirərək qanunazidd hərəkətlərini davam etdirmiş, avtomobili və ya pul vəsaitini qaytarmaqdan boyun qaçırmışdır. Eyni zamanda digər Cavabdeh1 iddiaçını digər cavabdeh ilə tanış etmiş, onun avtomobili verəcəyinə zamin olmuşdur. Daha sonra İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 12.500 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 12.530 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili X2 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və onun vəkilinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı aralarında olan şifahi razılaşmaya əsasən Cavabdeh2 “Ford Tranzit” yük sərnişin markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alaraq avtomobilə dair 12.500 manat pul vəsaiti ödəmiş və cavabdehdən etibarnamə almışdır. Etibarnamənin müddəti keçsə də, cavabdeh avtomobil ilə bağlı yeni etibarnamə verməkdən imtina etmişdir. “Ford Transit” yük sərnişin markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxx 2011-ci il tarixdən Cavabdeh2 adına qeydiyyatdadır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında təqdim edilmiş sübutlar və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edildi ki, iddiaçı cavabdehdən maşının alınması üçün razılaşma əsasında cavabdeh 12.500 manat pul vəsaiti vermiş, lakin razılaşma baş tutmadığından həmin pul vəsaiti iddiaçının tələb etməsinə baxmayaraq qaytarılmamışdır. Belə olan halda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. İş materiallarında olan Cavabdeh2 tərəfindən məhkəməyə təqdim olunmuş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, o, iddia tələbini qəbul etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə istinad edərək iddia tələbinin təmin olunmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh2 12.500 manat pul məbləği alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan artıq olduğundan və iddia tələbi tam təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh2 12.500 (on iki min beş yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu, cəmi 12.530 (on iki min beş yüz otuz) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-192/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-192/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver