Məhkəmə qərarları › İş №2(011)-1946/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1946/2021

10.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1946/2021 10.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi xx.xx.1947-ci il tarixdə Ermənistanın Tumanyan rayonunun Axtala kəndində doğumunun qeyd edilməsi tələbi barədə ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi bildirdi ki, o, xx.xx.1947-ci il tarixində Ermənistanın Tumanyan rayonunun, Axtala kəndində anadan olmuşdur, bu zaman ona Ermənistan SSR-ə aid sovet pasportu verilmişdir ki, həmin tarixdə də orada anadan olması öz əksini tapmışdır, anasının adı X5, atasının adı X6r, valideynləri milliyətcə azərbaycanlıdır, o, 1990-cı ilin yayından Xətai rayonunda Vunq Tau küçəsi 11 “a" saylı evin 86-cı mənzilində yaşayır, 1995-2012-ci illər arası Bakı şəhəri, İ.Cəfərov adına 260 №-li məktəbdə işləmişdir, bu barədə sənədləri də iş materiallarına əlavə etmişdir, həmçinin tanışları, onun həqiqətən də Ermənistanda doğulduğunu, doğum tarixini təsdiq edə bilər, hal hazırda sənədləşmə işləri üçün ona şəxsiyyət vəsiqəsi lazımdır, lakin doğum haqqında şəhadətnaməsi olmadığından şəxsiyyət vəsiqəsi ala bilmir, doğum haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, zəruri sənədləri təqdim edə bilmədiyi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında 01.06.1957-ci il təvəllüdlü X2 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçini Ermənistanın Tumanyan rayonunun, Yuxarı Axtala kəndindən tanıyır, bir kənddə doğulmuşdurlar, özü 8-ci sinifədək orada olmuşdur, atası ərizəçinin, habelə onun bacı və qardaşlarının müəllimi olmuşdur, onu kənddə görmüşdür, ərizəçi ondan 10 yaş böyükdür, anasının adı Səlmin, atasının adı Yusif, bacısının adı Susənbər, qardaşlarının adı Qiyas, Allahverdi, Ocaqverdi olmuşdur. Məhkəmə iclasında 02.11.1978-ci il təvəllüdlü X4 şahid qismində ifadə verərək bildirdi ki, 1978-ci ildə Gürcüstanda anadan olmuşdur, ərizəçi onun anasıdır, nənəsini, yəni anasının anasını görmüşdür, adı X3r, amma babasını heç vaxt görməmişdir, babasının adı X6r, valideynləri Gürcüstanda nikaha girmişdirlər, atası rəhmətə keçmişdir. İş materiallarında olan məktubdan görünür ki, Ərizəçi Maraqlı şəxsnə doğum haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmiş, lakin kifayət qədər sənəd təqdim edilmədiyindən məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan İ-CЛ seriyalı 646235 nömrəli pasportdan görünür ki, Ərizəçi xx xxxx 1947-ci il tarixdə Ermənistan SSR Tumanyan rayonunun Axtala qəsəbəsində anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri, İ.Cəfərov adına 260 №-li məktəb tərəfindən verilmiş 27 aprel 2020-ci il tarixli arayışdan görünür ki, Ərizəçi qızı həqiqətən 15.09.1995ci il tarixdən 20.05.2012-ci il tarixədək Bakı şəhəri, İ.Cəfərov adına 260 №-li məktəbdə kiçik xidmətedici işçi vəzifəsində çalışmışdır. İş materiallarında olan Bakı şəhəri, Xətai rayonu İcra Hakimiyyəti Mənzil Kommunal təsərrüfat Birliyinin 6 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 24.04.2020-ci il tarixli, 173 nömrəli arayışda qeyd edilmişdir ki, ərizəçi Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 11 “a" saylı evin 86-cı mənzilində 1990-cı il tarixdən qeydiyyatsız yaşayır. İş materiallarına əlavə edilmiş qonşular tərəfindən tərtib olunmuş 21.04.2020-ci il tarixli aktdan qeyd edilir ki, Ərizəçi 1990-cı ildən Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 11 “a" saylı evin 86-cı mənzilində ailə üzvləri ilə birlikdə yaşayır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3373/2020 saylı 13.10.2020-ci il tarixli Qətnaməsi ilə Ərizəçi heç bir ölkənin vətəndaşı olmaması və 1990-cı ildən Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktı müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertiza və X1 2284 nömrəli, 05.08.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Ərizəçi üçün müəyyən edilmiş yaş 70-75 ilə uyğun gəlir. Məhkəmə tərəfindən iş materialları tərəfindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1947ci il tarixdə Ermənistan SSR-in Tumanyan rayonunun Axtala qəsəbəsində doğulmuşdur, anasının adı X5, atasının adı X6r, 1990-cı ildən Azərbaycan Respublikasının ərazisində daimi yaşayır, doğum haqqında şəhadətnaməsi yoxdur, ərizəçiyə lazım olan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi başqa qaydada mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12.04.2019-cu il tarixli 03 saylı qərarına əsasən, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. Beləliklə məhkəmə, tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1947-ci il tarixdə Ermənistan SSR-in Tumanyan rayonunun Axtala qəsəbəsində doğulması faktı müəyyən edilməli, fakt barədə qeydiyyat sənədində ərizəçinin valideynlərinin kimliyi barədə məlumatların göstərilməsi zəruriliyini nəzərə alaraq, ərizəçinin atasının milliyyətcə azərbaycanlı olan X9, anasının milliyətcə azərbaycanlı olan X5 olması qeyd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1947-ci il tarixdə Ermənistan SSR-in Tumanyan rayonunun Axtala qəsəbəsində anadan olması faktı müəyyən olunsun, doğum haqqında akt qeydində uşaq qrafasında “Ərizəçi”, doğum tarixi “xx.xx.1947-ci il”, doğum yeri “Ermənistan, Tumanyan rayonu, Axtala kəndi”, milliyəti"azərbaycanlı", ata qrafasında “X9” milliyyəti “azərbaycanlı", ana qrafasında “X5” milliyyəti “azərbaycanlı” qeyd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar