Məhkəmə qərarları › İş №2(011)-1946/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1946/2023

03.04.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1946/2023 03.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı, Cavabdeh “X3” X5 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “X3” X4rşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və əmək haqqı tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “X3” X4rşı cavabdeh işəgötürənin xx.xx.2022-ci il tarixli, 402K nömrəli əmrinin qanunsuz sayılaraq ləğv edilməsi, işəgötürənin iddiaçını işə bərpa edərək, yarım ştat işlə təmin etməsi, məcburi iş buraxma günləri üçün işdən azad olunandan bərpa edilən günə kimi iddiaçıya əmək haqqının ödənilməsi, əmək kitabçasındakı qeydin (70-ci maddənin ç bəndinin) silinməsi və silinmənin işəgötürənin möhürü ilə təsdiq edilməsi öhdəliyinin cavabdeh işəgötürənin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Muradova Neftçilər Xəstəxanasında 2009-cu ildən texnik-tomoqrafiya şöbəsində şua-diaqnostokada işləyir. O tək anadır, qeyrirəsmi qurduğu ailədən əkiz uşaqları dünyaya gəlmiş, sonradan ayrılmışdır, Hazırda övladları xx.xx.2012-ci il təvəllüdlü Girgin Rəşad və Girgin Aylinə təkbaşına baxır, uşaqlarının atası heç bir maddi dəstək olmur. 13 sentyabr 2022-ci ildə məzuniyyəti bitdikdən sonra işə çıxmalı idi. 12 sentyabr 2022-ci il tarixdə işə gəlmiş, kadrlar şöbəsindən onu Fədayıl müəllimin yanına göndərmişlər. Fədayıl müəllimə xəstə olduğu üçün uşaqlarını tək qoya bilmədiyini bildirmişdir. Ona görə də ona öz hesabına məzuniyyət və yaxud yarım ştat iş rejiminin verilməsini xahiş etdirmişdir. Fədayıl müəllim buna icazə verməmişdir. 12 sentyabr 2022-ci il tarixdə o xəstəxanaya gedəndə bildirmək istədikdə ki, uşaqlarına görə işə gələ bilmir bu barədə ona heç bir məlumat verilmədi ki, o ərizə ilə rəsmi müraciət etməlidir. İddiaçı məcburən uşaqlarının dalınca məktəbə getməli idi. Çünki uşaqlar saat 12:00-da məktəbdən çıxırlar. İddiaçının müraciətindən sonra Xəstəxanada komissiya yaradıldı və komisiva belə qərara gəldi ki. bir ay iddiaçıya vaxt verilsin ki, usaqları üçün dayə tapıb isə çıxsın. İddiaçının vəziyyətim maddiyata bağlıdır. Bunu komissiya üzvlərinə də izah etmişdir. Əmək haqqı az olduğu üçün və heç bir yerdən gəlirim olmadığı üçün uşaqlarına baxıcı tuta bilmir. Həmin ayda - sentyabr ayının 26-da atası dünyasını dəyişdi, bu hadisədən vəziyyəti daha da çətinləşdi. Həmin bir ay vaxt veriləndən sonra iddiaçıya xəstəxanadan heç bir məlumat verilmədi, heç bir söz demədilər. xx.xx.2022-ci il tarixdə özü xəstəxanaya gəlmiş və işə gəlməməyinin səbəbini ərizə formasında yazaraq kadrlar şöbəsinə təqdim etmişdir. Həmin əl yazının kserokopiyasını da təqdim etmişdir. Xəstəxana tərəfdən iddiaçıya zəng vurub bildirmişlər ki, bildiriş göndərmişlər, lakin geri qayıdıb. O bildirişi özü gəlib götürəcəyini bildirmişdir. Lakin bildiriş ona gəlib çatmadan əmək kitabçasına Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işinə xitam verilmişdir. İddiaçının müraciətində işə gəlməməyinin səbəbini qeyd etmişdir. Lakin başqa bir maddə ilə işinə xitam verilmişdir. O 2009-cu ildən şua-diaqnostika şöbəsində birbaşa şüa ilə işləyir, buna baxmayaraq ona bildirmişlər ki, ştat yoxdur, ona görə də tibb bacısı kimi qeydiyyat ediblər. 2009-cu ildən şüanın içində işləyən insandır, eyni vəziyyətdə iş saatı 5 saat yarım olduğu halda, əmək haqqı çox azdır. Demək olar ki, 15 ilin işçisidir. Onun əmək haqqı ən azı 2000 manat olmalıdır, çünki zərərli işdə işləyir. Dəfələrlə onu axşam saat 20:00-dan sonra qəbul şöbəsindən Neftçilər Xəstəxanasından çağırırdilar xəsdəni çəkməyə. Elə olurdu ki, iki-üç dəfə çağırış olurdu. Xəstəxanadan dalıyca nə təcili yardım maşını gəlirdi, nə də çəkilişin pulu ödənilmirdi. İddiaçı öz hesabına taksi pulu ödəyirdi, xəstəxanadan söz vermişdilər ki, xəstənin çəkilişinə aparatta çağrışın pulunu ödəyəcəklər, amma ödəmirdilər. Taksilərə verdiyi pul 10-30 manatadak tuturdu. Komissiyada bunlann hamsını bildirmişdi. Neçə ildir ki, belə çağırış davam olurdu. Məcbur vəziyyətdə onu xəstəxanaya çağırırdılar. İki körpə uşaqla məcbur olurdu gəlib xəstəxanaya xəstəni çəksin. Heç bir çağırışı cavabsız qoymayaraq öz cibindən ödəniş edib gəlirmiş. Lakin bunun qarşılığı olaraq heç bir ödəniş edilmirdi. Bunların hamısını Musa müəllimə və komissiya üzvlərinə bildirmişdir. Çağrışlar bayram günləri və bazar günləri də olurdu. Amma gəldiyi günlər nə iş günü kimi qeyd edilirdi, nə də hansısa ödəniş edirdilər. İddiaçının övladlarından biri xəstədir, beyninə su yığılır, buna dair MRT sənədləri də var. Övladlarının atası Türk vətəndaşıdır, ona qarşı alimentə dair iddia qaldırsa da, bu günə qədər icra olunmamışdır. İddiaçının 26 sentyabr 2022-ci ildə atam vəfat etmişdir və onun vəfatından sonra maddi vəziyyəti daha da ağərlaşmışdır. Çünki atası sağ olanda ona maddi dəstək olurmuşdur. İşlədiyim müəssisədə də həm şifahi, həm yazılı ərizə ilə tək ana, iki məktəb yaşlı övladına tək baxır və övladlarından biri xəstədir, daimi nəzarətdə olmalıdır. Buna baxmayaraq iddiaçını işdən azad ediblər. Ona görə də işə götürən onun tək ana olmağını, vəziyyətini onlara izah etdiyi üçün nəzərə almalı, onu yarımştat işə keçirməli idi. Ən əsas da işəgötürən qanunsuz, və əsassız olaraq əmək müqaviləsinə 70-ci maddəsinin ç bəndi ilə xitam vermişdir. Ən azı nəzərə alınmalı idi ki, onlar işlə təmin etməsə övladlarını saxlamağım üçün başqa bir işə girib işləməlidir, heç olmasa əmək kitabçasına Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndini qeyd etməyərdilər. Çünki həmin maddənin əmək kitabçamda qeyd olunması iddiaçının işlə təmin olunmağına maneçilik törədəcək. Qeyd olunanlara əsasən işəgötürənin əmri qanunsuz sayılaraq ləğv edilməli, işəgötürənin onu işə bərpa edərək, yarım ştat işlə təmin etməli, məcburi iş buraxma günləri üçün işdən azad olunandan bərpa edilən günə kimi mənə əmək haqqı ödənilməli, əmək kitabçasındakı qeydin silinməsi və silinmənin işəgötürənin möhürü ilə təsdiq edilməsi öhdəliyi cavabdeh işəgötürənin üzərinə qoyulmalıdır. İddiaçı məhkəmə iclasınfda iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdeh “X3” X5 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddiaya etiraz edərək rədd edilməsini xahiş etmilşdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2009-cu il tarixindən etibarən X1 tibb bacısı vəzifəsində çalışmışdır. O, xx.xx.2022xx.xx.2022-ci illərdə əmək məzuniyyətində olmuş, 13 sentyabr 2022-ci il tarixində işə başlamalı olsa da,heç bir məlumat vermədən işə gəlməmişdir. 24 sentyabr 2022-ci il tarixində radiologiya şöbəsinin müdiri Həsən İsayev tərəfindən Xəstəxananın direktoruna İddiaçı artıq 10 gündən çox müddətdə heç bir məlumat vermədən işə gəlməməsi barədə təqdimat daxil olmuşdur. O dəfələrlə xəstəxanaya dəvət edildikdən sonra kadrlar şöbəsinə gəlmiş və şifahi olaraq bildirmişdir ki, əmək haqqı olduqca azdır, onun biri xəstə olmaqla 2 azyaşlı uşağı var və hazırki əmək haqqı müqabilində işə davam edə bilməsi mümkün deyil. Cavabdeh tərəfindən X2 X8 olduğunun, ştat və vəzifə maaşlarının müstəqil olaraq xəstəxana tərəfindən müəyyən edilmədiyinin, vəzifə maaşları ştat cədvəlinə uyğun olaraq müəyyən edildiyinin dəfələrlə ona bildirilməsinə, onunla dəfələrlə profilaktik söhbətlər aparılmasına, hüquq və vəzifələrinin izah edilməsinə, işə davam edə bilməsi üçün təkliflər irəli sürülməsinə baxmayaraq, o, bildirmişdir ki, işə davam edə bilməsi üçün ona azı 2000 manatdan çox əmək haqqı ödənilməlidir. İddiaçı 10 oktyabr 2023-cü ildə işə gəlməməsinin səbəblərini izah edən izahatında da bu barədə ətraflı qeyd etmişdir. Təəssüff ki, əmək haqqının müəyyən edilməsi xəstəxana rəhbərliyinin imkanları xaricindədir. İmzaladığı əmək müqaviləsi ilə müəyyən edilən əmək haqqı müqabilində çalışmayaq istəməyən, işə gəlməyən, öz xahişi ilə işdən azad olmaq istəməyən, ya mənə azı 2000manat əmək haqqı verin, ya da işə gəlmirəm, məni işdən azad etməyərək, ştatda saxlayın, mən tənha anayam, məni işdən çıxarda bilməzsiniz, buna sizin hüququnuz yoxdur, buna qanun yol vermir deyən bir işçiyə 2 ay müddətində güzəşt edilmiş, məsələnin ciddiliyi ona təkrartəkrar izah edilmişdir. Lakin görünən odur ki, heç bir nəticə verməmişdir. İddiaçı dediyinə görə, Xəstəxanada çalışdığı illər ərzində müxtəlif rəhbərlərin dövründə də onu işdən çıxartmağa çalışmışlar. Ancaq heç bir zaman buna müvəffəq ola bilməmişlər. O əminliklə hesab edirdi ki, cavabdehin də onunla apardığı profilaktik söhbətlər mənasızdır. Onun üçün heç bir arzuolunmaz nəticə yaratmayacaqdır. Ştatların sayı məhduddur. Bir işçinin davamlı olaraq üzürsüz səbəbdən aylarla işə gəlməməsi halında xəstəxananın həmin işçini əvəz edəbiləcək əmək resursu kifayət deyil. X2 29 saylı, xx.xx.2020-ci il tarixli əmri ilə yaradılan etik və nizam-intizam komissiyasının 24 oktybar 2022-ci il tarixli iclasında İddiaçı da iştirakı təmin edilmiş, yuxarıda qeyd edilən fikirləri İddiaçı Komissiyanın iclasında da şəxsən bildirmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, hesab edirik ki, L.Həsənovanın Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə işdən azad edilməsi barədə əmri tamamilə qanunidir və əsaslıdır. Əmək Məcəlləsinin 72-ci maddəsinin a) yarımbəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İddiaçı atası 26 sentyabr tarixində vəfat etmişdir. Atası vəfat edənədək xarici ölkədə, İddiaçı isə, Azərbaycanda yaşamışdır. İddiaçı isə 13 sentyabr tarixindən heç bir üzürlü səbəb göstərmədən, ümumiyyətlə məlumat belə vermədən işə gəlməmişdir. X3 tərəfindən kifayət qədər hümanstlik nümayiş etdirilmiş, 13 sentyabr tarixindən 10 noyabr tarixinədək İddiaçı işdən azad edilməmiş, ona işə davam etməsi üçün şərait yaradilmışdır. O da qeyd edilməlidir ki, burada müddətin ötməsindən söhbət gedə bilməz, çünki 10 oktyabr 2022- ci il tarixində İddiaçı özü izahat yazaraq, 24 oktyabr 2022-ci il tarixində isə etik və nizamintizam komissiyasının iclasında işə gəlməməsini təsdiq etmiş və səbəblərini izah etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və mülki iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2009-cu il tarixindən “X3” X6 texnik-tomoqrafiya şöbəsində şua-diaqnostokada işləyib. İşlədiyi müddət ərzində xx.xx.2018-ci il tarixdə İddiaçı müəssisə daxili intizam qaydalarını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən “Sonuncu xəbərdarlıqla şiddətli töhmət və xx.xx.2018-ci il tarixdə yenidən müəssisədaxili intizam qaydalarını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən “töhmət” verilmişdir. Daha sonra İddiaçı heç bir üzrlü səbəb göstərmədən 13 sentyabr tarixindən etibarən xx.xx.2022-ci il tarixinədək işə gəlmədiyindən X3 Həmkarlar İttifaqı Komitəsinin təqdimatına əsasən “X3” X5 xx.xx.2022-ci il tarixli 402k nömrəli əmri ilə onunla bağlanılmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən xitam verilməsi əmr edilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən isə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Qeyd edilən maddənin 3-cü hissəsində müəyyən edilmişdir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən işçi tərəfindən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 186-cı maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 187-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda istinad edilən müddəalarının tələblərini nəzərə alaraq və mülki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin həqiqi hallarını təhlil edərək məhkəmə belə qənaətə gəlir ki, işəgötürən tərəfindən iddiaçıya münasibətdə onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə tutduğu vəzifədən azad edilməsinə dair əmr verilməsinə əsas mövcud olmuşdur. Belə ki, iddiaçı, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan xx.xx.2022-ci il tarixindən etibarən xx.xx.2022-ci il tarixədək bütün iş günü işə gəlməyərək əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Bu hal iddiaçının özünün məhkəmə iclasında verdiyi izahatı, eləcə də əmək müqaviləsinə xitam verilməzdən əvvəl işəgötürənə verdiyi yazılı izahatı və digər sübutlarla öz təsdiqini tapır. Belə ki, iddiaçı yazılı izahatında, eyni zamanda məhkəmə iclasında verdiyi izahatında işə gəlməməsinin səbəbi kimi, əmək haqqının az olmasını, iş şəraitinin ağır olmasını bildirmişdir. Halbuki, işçi ilə işəgötürən arasında əmək münasibətləri hər iki tərəfin qarşılıqlı razılığı əsasında, onların iradəsinə uyğun olaraq yaranır və davam edir. Eyni zamanda qanunvericilik işçinin könüllü olaraq əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək hüququnu tanıyır. Yəni əmək haqqının az olmasını, iş şəraitinin ağır olması işçinin işə gəlməyərək öz əmək funksiyalarını pozması üçün əsas deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “X3” X8 tərəfindən İddiaçı ilə əmək münasibətlərinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsi barədə əmri qanunvericliyin tələblərinə uyğun olaraq verildiyindən qanuni və əsaslıdır, ona görə də İddiaçı cavabdeh “X3” X4rşı cavabdeh işəgötürənin xx.xx.2022-ci il tarixli, 402K nömrəli əmrinin qanunsuz sayılaraq ləğv edilməsi, işəgötürənin iddiaçını işə bərpa edərək, yarım ştat işlə təmin etməsi, məcburi iş buraxma günləri üçün işdən azad olunandan bərpa edilən günə kimi iddiaçıya əmək haqqının ödənilməsi, əmək kitabçasındakı qeydin (70-ci maddənin ç bəndinin) silinməsi və silinmənin işəgötürənin möhürü ilə təsdiq edilməsi öhdəliyinin cavabdeh işəgötürənin üzərinə qoyulması barədə iddiası əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə hesab edir ki, intizam tənbeh tədbiri tətbiq edilərkən qanunvericiliklə müəyyən edilmiş müddət də ötürülməmişdir. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixdə izahat yazmış, xx.xx.2022-ci il tarixdə isə etik və nizam-intizam komissiyasının iclasında işə gəlməməsini bildirmişdir. İddiaçının işdən azad edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, 402K nömrəli əmr isə qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət ötürülmədən verilmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh “X3” X4rşı cavabdeh işəgötürənin xx.xx.2022-ci il tarixli, 402K nömrəli əmrinin qanunsuz sayılaraq ləğv edilməsi, işəgötürənin iddiaçını işə bərpa edərək, yarım ştat işlə təmin etməsi, məcburi iş buraxma günləri üçün işdən azad olunandan bərpa edilən günə kimi iddiaçıya əmək haqqının ödənilməsi, əmək kitabçasındakı qeydin (70-ci maddənin ç bəndinin) silinməsi və silinmənin işəgötürənin möhürü ilə təsdiq edilməsi öhdəliyinin cavabdeh işəgötürənin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar