Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1949/2023 06.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X3 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 28, 73 saylı mənzildən istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması və iddiaçının həmin mənzilə köçürülməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 2(011)- 4109/2022 saylı 26 avqust 2022-ci il tarixli qətnaməsinə əsasən X2 və X1 Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 28, 73 saylı mənzildən istifadələrinə maneələrin aradan qaldırılması və həmin mənzilə köçürülməsi qət edilmişdir. X4 və İddiaçı 25 may 2011-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşdur. Mənzildə X2 1/3 hissədə payı vardır. Cavabdeh iddiaçının həmin mənzilə köçərək yaşamasına maneə törədir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İşin faktiki halları: Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(011)- 4109/2022 saylı qətnaməsi ilə X2 və X1 Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 28, 73 saylı mənzildən istifadələrinə maneələrin aradan qaldırılması və onların həmin mənzilə köçürülmələri qət edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 28, 73 saylı mənzil üzərində 1/3 hissədə X2, 1/3 hissədə X1 və 1/3 hissədə Cavabdeh mülkiyyət hüququ tanınmışdır. İddiaçı ilə X4 25 may 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və hazırda evlidirlər. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarı: Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Yuxarıda istinad edilən normadan göründüyü kimi, mənzildən istifadə etmək hüququnun yaranması üçün köçürülən şəxslər mülkiyyətçinin ya ailə üzvləri (arvadı, uşaqları, valideynləri), ya mülkiyyətçinin digər qohumları, və yaxud da mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülmüş onun himayəsində olan əmək qabiliyyəti olmayanlar olmalıdırlar. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə X4 25 may 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və hazırda evlidirlər. Cavabdeh iddiaçının arvadı olan Rəna Əliyevaya mülkiyyət hüququ əsasında 1/3 hissədə mənsub olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 28, 73 saylı mənzildən istifadəsinə maneələr yaratdığından Rəna Əliyeva məhkəməyə müraciət etmiş, qətnamə əsasında maneələr aradan qaldırılaraq o mənzilə köçürülmüşdür. Nə qədər ki, iddiaçının arvadı X4 mübahisəli mənzil üzərində olan hüquqlarından istifadə edir, iddiaçı da mülkiyyətçinin ailə üzvü olduğundan həmin mənzildən istifadə etmək hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının arvadı X2 Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 28, 73 saylı mənzilinə 1/3 hissədə mülkiyyət hüququ müəyyən olunduğundan, iddiaçının da mübahisəli mənzilə köçürülməsi məhkəmə tərəfindən məqsədəmüvafiq hesab edilir. Ona görə də iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 28, 73 saylı mənzildən istifadəsinə Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılsın və İddiaçı Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 28, 73 saylı mənzilə köçürülsün. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-1949/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1949/2023
06.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver