Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1950/2024 12.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Cavabdeh qarşı “əmək mübahisələri” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuzluqlarına görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi və digər maddələrlə hökm çıxararaq tədbir görülməsi, qarşı tərəfin ona rəzmi izahat verməsi və rəsmi olaraq üzr istəməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, həmçinin qarşı tərəfdən heç bir maddi tələbi olmadığını bildirmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsi kuryer şirkətinin rəhbəri barəsində İXM-ə uyğun tədbirlər görülməsi, qarşı tərəfin ona rəsmi izahat verməsi və ondan üzr istəməsi barədədir, hər hansı maddi tələbi yoxdur, ərizə iddia icraatı qaydasında verilmişdir, iddiaçı kimi İddiaçı, cavabdeh kimi Kuryer Net şirkətinin rəhbəri Cavabdeh göstərilmişdir. Məhkəmə qeyd edir ki, əvvəla, iddia ərizəsi “İXM-ə uyğun tədbirlər görülməsi, qarşı tərəfin ona rəsmi izahat verməsi və ondan üzr istəməsi” barədə olsa da, iddia tələbi aydın deyildir, iddiaçının cavabdehə qarşı yönələn konkret tələbi - cavabdehin hansı tələbi yerinə yetirməli olduğu iddia ərizəsində aydın göstərilməmiş, həmçinin heç bir maddi tələbinin olmadığı bildirilmişdir. Digər tərəfdən, hazırki iş üzrə ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizə inzibati xətaya dair qərar qəbul edilməsi barədədir, inzibati xətanın tətbiq edilməsi haqqında işlərə inzibati xəta haqqında iş üzrə məhkəmə icraatı qaydasında baxılır. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasındakı mübahisə mülki xarakterli olmadığı halda iddiaçı müvafiq iddia ərizəsi ilə mülki məhkəmə icraat qaydasında rayon (şəhər) məhkəməsinə müraciət etmişdir ki, bu da onun mülki məhkəmə icraatı qaydasında baxılması istisna edir. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 1-ci maddısinə əsasən, ərizəçilərin məhkəməyə göndərdiyi şikayət ərizəsi isə onun barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsi ilə bağlıdır və bu xarakterli işlərə baxılması qaydası və əsasları isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2020-ci il tarixli Qərarına əsasən, ... səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “Cavabdeh qanunsuzluqlarına görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi və digər maddələrlə hökm çıxararaq tədbir görülməsi, qarşı tərəfin ona rəzmi izahat verməsi və rəsmi olaraq üzr istəməsi barədə qərar qəbul edilməsini” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1950/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1950/2024
12.01.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver