Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1971/2023 07.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1917-ci ildə Azərbaycan Respublikası, Gəncə şəhərində anadan olmuş X5nun azərbaycanlı olmasına dair hüquqi əhəmiyyətli faktı müəyyən edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, X5 iddiaçının atasıdır. Bu hal iddia tələbinə əlavə etdiyi doğum haqqında şəhadətnamədə, həmçinin Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011 )-554/2016 nömrəli qətnaməsində də öz əksini tapır. X5 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Vəfat edərkən bir neçə yaxın qohumları buna şahid olmuşdur. Faktla əlaqədar olaraq Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən müvafiq Ölüm haqqında Arayış verilmişdir. X5 vəfat etdikdən sonra adət-ənənələrə uyğun olaraq dəfn edilmiş, dəfndən sonra da hüzr mərasimi keçirilmişdir. Bundan sonra ünvan 1 ünvanda yerləşən miras mülk notariusun xx.xx.1938-ci il tarixli, 10437 saylı alqı-satqı müqaviləsinə əsasən nənəsi X4 adına qeyd edilmişdir. İddiaçının nənəsi X8 1970-ci ildə vəfat etmiş, həmin evdə valideynləri, yəni Diləxanımın oğlu olan iddiaçının X7 və X14 (övladları ilə birgə) yaşamışlar. Valideynləri, hər iki birinci vərəsələr vəfat etdikdən sonra həmin ata-baba mülkünü vərəsələr arasında bölünməsinə qərar verilmişdir.Baş verənlərlə bağlı mərhum X7nun doğma atası olmasının təsdiq edilməsi üçün Bakı şəhəri, Xətai rayon Məhkəməsinə xüsusi icraat qaydasında “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə müraciət edilmiş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli 2(011 )-554/2016 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir. Bundan sonra qəbul edilmiş məhkəmə qətnaməsi əsasında iddiaçı xx.xx.2022-ci il tarixdə AZ-İV № 813526 yeni doğum haqqında şəhadətnamə almış, lakin şəhadətnamədə anası X1 milliyyəti azərbaycanlı göstərilsə də X7nun milliyyəti göstərilməmişdir.Belə ki, doğum haqqında şəhadətnamə hüquqi əhəmiyyətli faktı müəyyən edən, hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və xitam olunmasına əsas olan hüquqi sənəd olduğundan xüsusi əhəmiyyətə malikdir.Ona görə iddiaçı hesab edir ki, hüquqi əhəmiyyətli fakt olmaqla, ona məxsus doğum haqqında şəhadətnamədə mərhum atasının milliyyəti azərbaycanlı olaraq göstərilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs 2 saylı Gəncə Regional “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-cı ildə Azərbaycan,Gəncə şəhərində anadan olmuşdur. X7, anası X2r. İş materiallarında olan AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-cı ildə Azərbaycanda anadan olmuşdur. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş X17 xx.xx.1955-ci ildə doğulmuş X3 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixli, 268 nömrəli aktla qeyd olunmuşdur. İş materiallarında olan Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsinin təqdim etdiyi arayışın surətindən görünür ki, X6 şəhərinin Nizami rayonunda qəfləti koronar ölüm səbəbi ilə xx.xx.2011-ci ildə rəhmətə getmiş, bu barədə xx.xx.2011-ci il tarixli 250 nömrəli akt ilə qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Tarix Arxivinin təqdim etdiyi məktubun surətindən görünür ki, Gəncə şəhəri üzrə 1917-ci ilə dair doğum aktlarının qeydiyyat kitablarında X12 doğum tarixinə dair heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X28 filialının təqdim etdiyi məktubun surətindən görünür ki, 1936-1945-ci illər üzrə doğum bərpa qeydlərinin aktları yoxlanılmış, X12 doğum qeydi aşkarlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirdi ki, ərizəçinin atası ilə qonşu olublar, milliyəti azərbaycanlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 bildirdi ki, ərizəçi ilə bir yerdə böyüyüblər, atası da ayaqqabı tikən, milliyəti azərbaycanlı idi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalarının 14-cı bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 12 .04.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Azərabaycan Respublikasının Ali Məhkəməsi Plenumunun Qərarınının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, ərizəçi Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə 1917-ci ildə Azərbaycan Respublikası, Gəncə şəhərində anadan olmuş X5nun azərbaycanlı olması tam sübuta yetirildi. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. 1917-ci ildə Azərbaycan Respublikası, Gəncə şəhərində anadan olmuş X11 azərbaycanlı olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-1971/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1971/2023
07.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver