Məhkəmə qərarları › İş №2(011)-198/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-198/2020

28.08.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-198/2020 28.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı cavabdeh “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavoduna qarşı “əmək haqqının və ödənişin hesablanıb verilməsi, gecikdirilən hər günə görə kompensasiyanın tutulması, əmək haqqının yenidən hesablanmasının cavabdehin üzərinə öhdəlik kimi qoyulması, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin və elektron bildirişin ləğv edilməsi və yenidən əlavə işinə bərpa olunması, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavoduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əmək haqqı ödənişləri üzrə xx xxxxxx 2019-cu il tarixindən xx xxxx 2019-cu il tarixinədək iddiaçıya olan əmək haqqının (Məcburi Dövlət Sosial Sığortası üzrə rüblük hesabatda öz əksini tapmaqla) hesablanması, iddiaçıya olan borcun cavabdehdən tutulub ona ödənilməsi, “Radioquraşdırma” zavodu tərəfindən ödənişin gecikdirilməsinə görə ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq (xx xxxxxx 2019-cu il) faktiki hesablaşma günü daxil olmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə görə əmək haqlarının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində kompensasiyanın cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi, onunla əvəzçilik üzrə bağlanmış əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi haqqında bildirişin etibarsız hesab edilməsi, həmçinin əlavə işinə (həmin vəzifəyə) bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 2013-cü il tarixdən “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olaraq əvəzçilik üzrə bağlanmış əmək müqaviləsinə əsasən əsas iş vaxtı ərzində Kadrlar şöbəsinin rəisi vəzifəsində işləmiş və şöbə rəisinin vəzifə təlimatına uyğun bütün funksiyaları həyata keçirmişdir. xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixinədək (xx xxxx 2019-cu il tarixindən hamiləliyə və doğuşa görə sosial məzuniyyətə çıxmışdır) Kadrlar şöbəsinin rəisi vəzifəsini icra etməsinə baxmayaraq, ona heç bir məlumat verilmədən, ona əmək müqaviləsinin və ştat cədvəlinə uyğun Kadrlar şöbəsinin 13-cü dərəcəli şöbə rəisinin aylıq əmək haqqının 50 faizi aylıq 298 manat olmaqla əmək haqqı hesablanıb ödənilməmişdir. Cavabdeh 2018-ci ilin sonundan hazırlanmış əmri əsas gətirərək əmək haqlarının hesablanmasını rədd etmişdir. İşəgötürən qanunsuz olaraq iddiaçının məlumatı olmadan əmək haqlarının tam şəkildə hesablanmamasına sərəncam vermişdir. Həmçinin əlavə iş yerindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə heç bir müraciət etmədiyinə və işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı heç bir xəbərdarlıq almadığına baxmayaraq iddiaçıya ünvanlanmış 24/147 nömrəli xx xxxx 2019-cu il tarixli məktubda da bu haqda heç bir məlumat öz əksini tapmamışdır. Daha sonra, iddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Radioquraşdırma” zavodunun əmək haqqı ödənişləri üzrə xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixinədək İddiaçı olan əmək haqqının işəgötürən tərəfindən tərtib olunan Məcburi Dövlət Sosial Sığortası haqları üzrə rüblük hesabatlarda öz əksini tapmaqla hesablanması və iddiaçıya olan borcun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, “Radioquraşdırma” zavodu tərəfindən əmək haqqı ödənişinin gecikdirilməsinə görə ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq, yəni xx xxxxxx 2019-cu il tarixdən faktiki hesablaşma günü daxil olmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqlarının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində kompensasiyanın cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi, iddiaçının əvəzçilik üzrə bağlanmış xx xxxxxx 2013-cü il tarixli əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verilməsinin və əmək müqaviləsinə xitam haqqında 01k saylı xx xxxxxx 2019-cu il tarixli əmrin və bildirişin etibarsız hesab edilərək ləğv edilməsi və iddiaçının əlavə işinə (həmin vəzifəyə) bərpa olunmasını, işçiyə-iddiaçıya vurulan mənəvi ziyanın əvəzi olaraq 7000 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Radioquraşdırma” zavodunun əmək haqqı ödənişləri üzrə xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixinədək İddiaçı olan əmək haqqının işəgötürən tərəfindən tərtib olunan Məcburi Dövlət Sosial Sığortası haqları üzrə rüblük hesabatlarda öz əksini tapmaqla yenidən hesablanmasının cavabdehin üzərinə öhdəlik kimi qoyulması və iddiaçıya olan 1477,17 manat əmək haqqı borcunun “Radioquraşdırma” zavodundan tutularaq iddiaçının xeyrinə ödənilməsi; “Radioquraşdırma” zavodu tərəfindən əmək haqqı ödənişinin gecikdirilməsinə görə ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq, yəni xx xxxxxx 2019-cu il tarixdən faktiki hesablaşma günü daxil olmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqlarının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində kompensasiyanın cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi; iddiaçının əvəzçilik üzrə bağlanmış xx xxxxxx 2013-cü il tarixli əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verilməsi barədə 01k saylı xx xxxxxx 2019-cu il tarixli əmrin və xx xxxx 2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə elektron bildirişin ləğv edilməsi və iddiaçının əlavə işinə (həmin vəzifəyə) bərpa olunması; işçiyə-iddiaçıya vurulan mənəvi zərərin əvəzi olaraq 7.000 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili X3iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. Məhkəmə tərəflər arasında mövcud olmuş münasibətlərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 58-ci maddəsinin təsiri altına düşdüyünü qeyd edərək, mübahisəyə maddənin müddəalarını tətbiq etməklə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, qeyd edilən maddəyə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ilə cavabdeh “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodu arasında xx xxxxxx 2013-cü il tarixdə əvəzçilik üzrə bir il müddətinə əmək müqaviləsi bağlanmış, iddiaçı həmin tarixdən Kadrlar şöbəsinə 13-cü dərəcəli şöbə rəisi vəzifəsinə təyin edilmişdir. Onun aylıq əmək haqqı 224 manat təşkil etmişdir. Daha sonra iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi hər il əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Tərəflər arasında bağlanan son müddətli müqavilənin müddəti xx xxxxxx 2018-ci il tarixdə başa çatmışdır. Lakin tərəflər arasında müqavilənin müddətinin bitməsinə baxmayaraq etibarlı işgüzar münasibətlər xx xxxx 2019-cu il tarixədək davam etmişdir. İddiaçı xx xxxx 2019-cu il tarixdə ərizə ilə fəaliyyət göstərdiyi zavoda müraciət edərək, xx xxxx 2019-cu il tarixindən sosial məzuniyyətə çıxması ilə əlaqədar yanvar-may aylarının əmək haqlarının hesablanmasını xahiş etmişdir. Məhz bu müraciətdən sonra tərəflər arasında mübahisələr yaranmış və nəticədə xx xxxx 2019-cu il tarixdə İddiaçı ilə “Radioquraşdırma” zavodu arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli müqaviləyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən xitam verilmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək xx xxxx 2019-cu il tarixli bildirişin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə prosesi zamanı cavabdehin təqdim etdiyi sənədlərdən iddiaçıya 03 yanvar tarixli əmrin mövcud olması da aydın olmuş və nəticədə iddiaçı həm əmri, həm bildirişi mübahisələndirmişdir. Məhkəmə “xx xxxxxx 2013-cü il tarixli əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verilməsi barədə 01k saylı xx xxxxxx 2019-cu il tarixli əmrin ləğv edilməsi” hissəsinə qiymət verərək belə hesab edir ki, həmin əmrə əsasən işçi ilə bağlanmış əmək müqaviləsinin müddətinin qurtarması əsas gətirilərək işçi işdən azad edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxxxx 2019-cu il tarixli əmr X2 daxil olunmamışdır. Eyni zamanda, xx xxxxxx 2013-cü il tarixli əmək müqaviləsinin 9-cu bəndində işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən işçinin qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilməsi qeyd olunsa da, çıxarılmış əmr barədə iddiaçı əvvəlcədən məlumatlandırılmamış, onun məlumatlandırılması və çıxarılmış əmrin ona təqdim olunması və ya tərəfindən imzalanması barədə hər hansı sübut məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasında iddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, 2019-cu ilin iyun ayına qədər olan müəssisənin rəhbərliyi tərəfindən verilən müxtəlif əmrlərə müəssisə rəhbəri ilə yanaşı, İddiaçı da kadrlar şöbəsinin rəisi qismində imza etmişdir. Həmçinin, iş materiallarında olan xx xxxx 2019-cu il tarixli akta əsasən İddiaçı xx xxxx 2019-cu il tarixdən kadrlar şöbəsinin möhürünü Rəhilə Süleymanovaya təhvil vermişdir. Qeyd edilən hallar məhkəmə tərəfindən iddiaçının həmin dövrdə də cavabdeh təşkilatda işçi kimi fəaliyyət göstərməsi kimi qiymətləndirilir. Yuxarıda qeyd edilən hallara qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, cavabdeh xx xxxxxx 2019-cu il tarixli əmrin mövcudluğuna istinad etsə də, bu əmrin qanunauyğun olaraq tərtib edilməsi barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, istinad edilən əmr qanunvericiliyin tələbinə uyğun olaraq tərtib edilmədiyindən onun hər hansı hüquqi nəticə yaratması qeyri-mümkündür. Odur ki, hüquqi nəticə yaratmayan əmrin ləğv edilməsi məhkəmə tərəfindən ağlabatan hesab edilmir. Ona görə də bu hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin X2 gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Daha sonra məhkəmə “xx xxxx 2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə elektron bildirişin ləğv edilməsi” hissəsinə qiymət verərək belə hesab edir ki, işəgötürən tərəfindən müvafiq elektron sistemə işçi ilə bağlanmış əmək müqaviləsinə xx xxxx 2019-cu il tarixdə xitam verilməsinə dair qeydiyyat aparılsa da, belə bir qeydiyyatın aparılmasına əsas ola biləcək işəgötürənin əmri mövcud deyildir. Sözügedən əmr iş materiallarına daxil edilməmiş, məhkəməyə təqdim olunmamışdır. Bildirişdə müqaviləyə xitam verilməsi barədə əmrin nömrəsi 18ş olaraq qeyd edilmişdir. İşəgötürən işdən azad olma ilə bağlı bildirişi sistemə daxil edərkən işçinin işdən azad olunması barədə müstəqil əmrə istinad etmək əvəzinə, sosial məzuniyyətin verilməsi haqqında 18ş nömrəli, xx xxxx 2019-cu il tarixli əmrə əsaslanmışdır. Bununla da əmək qanunvericiliyinin tələbləri işəgötürən tərəfindən kobud surətdə pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən tərəflər arasında olan əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. (83-cü maddə) Həmçinin, xx xxxx 2019-cu il tarixli elektron bildirişə əsasən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndi üzrə, yəni tərəflərdən birinin təşəbbüsü əsasında xitam verilmişdir. Lakin İddiaçı tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə heç bir müraciət edilməmişdir. Eyni zamanda, işəgötürən tərəfindən işçiyə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı heç bir xəbərdarlıq olunmamışdır. Eyni zamanda, iş materiallarından da aydın olduğu kimi, hazırkı iş üzrə iddiaçı 14 iyun tarixində hamilə vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəalarına əsasən işəgötürən tərəfindən hamilə qadınlarla müqaviləyə xitam verilməsinə yol verilmir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən hamilə qadınların əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmçinin məhkəmə belə hesab edir ki, əmək qanunvericiliyinin tələblərinə əsasən əgər əvəzçilik qaydasında işləyən işçi əsas iş yeri üzrə məzuniyyətə çıxmışdırsa (iş materiallarına əlavə edilmiş məktubdan görünür ki əsas iş yeri üzrə 18ş nömrəli əmrə əsasən işçiyə sosial məzuniyyət verilmişdir) əvəzçilik üzrə işlədiyi iş yerində də ona sosial məzuniyyət verilməli idi. Məhkəməiş materiallarına, tərəflərin izahatlarına və qanunvericiliyin normalarına əsaslanaraq belə hesab edir ki, işəgötürən tərəfindən xx xxxx 2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə elektron bildiriş qanunsuz olaraq qəbul edildiyi üçün ləğv edilməlidir. İddiaçı əlavə işinə (həmin vəzifəyə) bərpa olunmalıdır. Məhkəmə iddia tələbinin “cavabdehin əmək haqqı ödənişləri üzrə xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixinədək iddiaçıya olan 1.477,17 manat və cavabdeh tərəfindən əmək haqqı ödənişinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində 2.481,64 manat kompensasiyanın “Radioquraşdırma” zavodundan tutularaq iddiaçının xeyrinə ödənilməsi” hissəsinə hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 2013-cü il tarixdən 2019-cu ilin iyun ayınadək cavabdeh təşkilatda əmək funksiyalarını yerinə yetirmişdir. Eyni zamanda, məhkəmə tərəfindən cavabdeh təşkilatın müqavilədən irəli gələn öhdəliklərinin icra edilməməsi aşkar edilmişdir. Belə ki, müqaviləyə əsasən işçiyə icra etdiyi işin müqabilində müəyyən əmək haqqı ödənilməsi öhdəliyi nəzərdə tutulmuşdur. AR Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin ”Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya 2019-cu ilin yanvar ayından 2019-cu ilin iyun ayının 11-dək olan dövr üçün əmək haqqı ödənilməmişdir. İşçiyə ödənilməli olan əmək haqqının məbləğinin hesablanması üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Məhkəmə xx xxxxxx 2020-ci il tarixli ekspert rəyini sübut qismində qəbul etməmişdir. Belə ki, ekspert rəyi tərtib olunarkən iddiaçıya ödənilməli olan əmək haqqının məbləği hesablandığı zaman onun 2013-cü ildə bağlanmış əmək müqaviləsi üzrə aldığı əmək haqqı, yəni 224 manat pul nəzərə alınmaqla hesablanmışdır. Halbuki iş materiallarında mövcud olan elektron bildirişlərdə işçinin 2018-ci il üçün nəzərdə tutulan əmək haqqı 298 manat təşkil etmişdir. Daha sonra məhkəmə iş üzrə müstəqil ekspert cəlb etmiş, ekspert tərəfindən iddiaçıya ödənilməli olan əmək haqqı borcu və kompensasiyanın məbləğinin yenidən hesablanması həvalə edilmişdir. Məhkəmə qeyd edilən xx xxxxxx 2020-ci il tarixli rəyi sübut qismində qəbul edərək belə hesab edir ki, rəydə qeyd edilən xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixinə qədər olan müddət üçün 1.477,17 manat əmək haqqı cavabdeh “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodundan tutulub İddiaçı ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2013-cü il tarixli müqavilənin 3.6-cı bəndinə əsasən, işçinin əmək haqqının hər ayın 25-nə qədər ödənilməsi nəzərdə tutulmuşdur. Odur ki, işəgötürənin təqsiri üzündən ödənilməyən əmək haqqının hesablanmasının əvvəli xx xxxxxx 2019-cu il tarixdən başlanmalıdır. İddia ərizəsində göstərilən kompensasiyanın son haqq-hesab günü daxil olmaqla müddətində ödənilməsinə qiymət verərək məhkəmə qeyd edir ki, AR ƏM-nin 172.5-ci maddəsində qeyd edilir ki, kompensasiyanın ödənilməsi tərəflər arasında fərdi əmək mübahisəsi yaranan dövrə qədər verilə bilər. İş materiallarından görünür ki, 14 iyun tarixində işəgötürən iddiaçını işdən azad etməklə bağlı bildirişi elektron sistemə daxil etdikdən sora, yəni onunla əmək münasibətlərinə xitam verdikdən sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Bu da onların arasında əmək mübahisəsinin yaranmasına dəlalət edir. Odur ki, kompensasiyanın hesablanması xx xxxxxx 2019cu il tarixdən xx xxxx 2019-cu il tarixinədək olan dövrü əhatə etməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə rəydə istinad edilən dövr üçün aparılan hesablamaları əsas götürərək kompensasiya məbləğinin 2.481,64 manat miqdarında ödənilməsini ağlabatan hesab edir. Məhkəmə iddia tələbinin “cavabdeh “Radioquraşdırma” zavodunun əmək haqqı ödənişləri üzrə xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixinədək İddiaçı olan əmək haqqının işəgötürən tərəfindən tərtib olunan Məcburi Dövlət Sosial Sığortası haqları üzrə rüblük hesabatlarda öz əksini tapmaqla yenidən hesablanmasının cavabdehin üzərinə öhdəlik kimi qoyulması” hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, qanunvericiliyin tələblərindən irəli gələrək məhkəmə qeyd edir ki, məzuniyyət haqqının ödənilməsi üçün işçinin tam əmək haqqına aid edilən bütün növ ödəmələr nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işçinin 2019-cu il üçün əmək haqqı ödənilmədiyindən o sosial müavinəti alarkən onun əvəzçilik üzrə işlədiyi iş yerinin əmək haqqı ödəmələrə daxil edilməmişdir. Odur ki, iddia tələbi əmək haqqı ilə bağlı hissədə təmin olunduğundan cavabdeh “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun üzərinə 2019cu il üçün Məcburi Dövlət Sosial Sığorta haqları üzrə rüblük hesabatlarda əksini tapmaqla əmək haqqının yenidən hesablanması öhdəliyi qoyulmalıdır. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Bəxtiyar Muradov məhkəmə araşdırması zamanı iddiaçının qanunsuz olaraq elektron sistemə müdaxilə edərək tərəflər arasında olan əmək müqaviləsinin növünə müddətsiz kimi dəyişiklik etdiyini qeyd etməsini bildirmişdir. Məhkəmə cavabdehin etirazına hüquqi qiymət verərək belə hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 58.4-cü maddəsinə əsasən əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə bu maddənin beşinci və altıncı hissələrində göstərilən hallar istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir. İş materiallarından görünür ki, tərəflər arasında 2013cü ildə əvəzçilik üzrə əmək müqaviləsi bağlanmışdır, 2013-cü ildən 2018-ci il yanvarın 7-dək müqavilənin müddəti bitdikcə müqavilə yenilənmişdir. Təqdim olunmuş sənədlərə əsasən sonuncu müddətli müqavilənin vaxtı xx xxxxxx 2018-ci ildə bitmişdir. Beləliklə, iddiaçı 5 il fasiləsiz olaraq müssəsisədə fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə görə, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 45.5-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Yuxarıda qeyd edilən qanunvericilik normalarına əsaslanaraq məhkəmə hesab edir ki, nə qədər ki , tərəflər arasında müddətli müqavilənin bitməsindən sonra müqaviləyə xitam verilməsi ilə bağlı hər hansı addım atılmamışdır, onlar arasında müqavilə münasibətləri davam etmişdir. Bu hal iş materiallarına əlavə edilmiş hesabdan çıxarışla da sübuta yetirilir. Belə ki, cavabdeh tərəfindən 2018-ci il üçün iddiaçıya əmək haqqı ödənişləri həyata keçirilmişdir. Həmçinin, iş materialları ilə müqavilə münasibətlərinin 5 ildən artıq olması sübuta yetirildiyi üçün tərəflər arasındakı müqavilə münasibətləri özü-özlüyündən müddətsiz müqavilə münasibəti kateqoeriyasına daxil olmuşdur. Odur ki, cavabdehin etirazı əsassızdır. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən iddiaçıya 7.000 manat məbləğində vurulmuş mənəvi ziyanın ödənilməsi hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ciil tarixli Qərarınaəsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsindəəmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fizikişəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fizikiiztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsiilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, işəgötürən tərəfindən İddiaçı əmək haqqının ödənilməməsi, ona məlumat verilmədən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi onun hamilə olduğu dövrə təsadüf etdiyindən, həmin həssas dövrdə onun məhkəmə çəkişmələrində iştirak etmək məcburiyyətində olması onun yüksək dərəcəli mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Hamilə olduğu dövrdə qanunsuz olaraq işdən çıxarılması da onun şüurunda və səhhətində mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, mənəvi ziyanla bağlı gəldiyi nəticə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyyələrə də uyğundur. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X6 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X6 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və X6 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə yuxarıda sadalananlara qiymət verərək, vurulmuş mənəvi ziyana görə cavabdehdən iddiaçının xeyrinə 200 manat mənəvi zərərin tutulmasını ağlabatan hesab edir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, xx xxxx 2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə elektron bildiriş ləğv edilməli, iddiaçı əlavə işinə (həmin vəzifəyə) bərpa olunmalı, cavabdeh “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun əmək haqqı ödənişləri üzrə xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixinədək İddiaçı olan 1.477,17 manat əmək haqqı ödənilməli, cavabdeh “Radioquraşdırma” zavodunun üzərinə 2019-cu il üçün Məcburi Dövlət Sosial Sığorta haqları üzrə rüblük hesabatlarda əksini tapmaqla əmək haqqının yenidən hesablanması öhdəliyi qoyulmalı, cavabdeh tərəfindən əmək haqqı ödənişinin gecikdirilməsinə görə ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq, yəni xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixinədək hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində 2.481,64 manat kompensasiya iddiaçıya ödənilməli, iddiaçıya vurulan mənəvi zərərin əvəzi olaraq 200 manat pul vəsaiti cavabdehdən alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan “xxxxxxxx” MMC-nin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat cavabdeh “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodundan alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx xxxx 2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə elektron bildiriş ləğv edilsin. İddiaçı əlavə işinə (həmin vəzifəyə) bərpa olunsun. Cavabdeh “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun əmək haqqı ödənişləri üzrə xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixinədək İddiaçı olan 1.477,17 (bir min dörd yüz yetmiş yeddi manat on yeddi qəpik) manat əmək haqqı ödənilsin. Cavabdeh “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun üzərinə 2019-cu il üçün Məcburi Dövlət Sosial Sığorta haqları üzrə rüblük hesabatlarda əksini tapmaqla əmək haqqının yenidən hesablanması öhdəliyi qoyulsun. Cavabdeh tərəfindən əmək haqqı ödənişinin gecikdirilməsinə görə ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq, yəni xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixinədək hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində 2.481,64 (iki min dörd yüz səksən bir manat altmış dörd qəpik) manat kompensasiya iddiaçıya ödənilsin. İddiaçıya vurulan mənəvi zərərin əvəzi olaraq 200 (iki yüz) manat pul vəsaiti cavabdeh “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodundan alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodu tərəfindən 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat cavabdeh “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodundan alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar