Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-199/2023 11.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (bundan sonra cavabdeh) vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra - iddiaçı) İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” ilkin, Cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı evlərin təmiri və tikintisi ilə məşğul olur. Cavabdehin Abşeron rayonu, Masazır kəndində olan fərdi yaşayış evinin (bundan sonra – Fərdi yaşayış evi) təmiri məqsədilə xx.xx.2021-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında XM-23/11-21 saylı xidmət müqaviləsi (bundan sonra – Xidmət müqaviləsi) bağlanmışdır. Müqaviləyə, ona edilmiş 1 saylı əlavəyə, eləcə də tərəflər arasındakı razılaşmaya əsasən iddiaçı cavabdehin sifarişi əsasında 180 kv.m.-dən ibarət Fərdi yaşayış evinin iç təmiri işlərini müqavilədə göstərilən müddətdə yerinə yetirərək təhvil verməyi, cavabdeh isə razılaşdırılmış qiymət protokollarına uyğun olaraq görülmüş işin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin müddəti 1 il, qiyməti isə 40000 manat (müqaviləyə görə sifarişçinin tələbi ilə görülmüş işlərin layihəsində dəyişikliklər yaranarsa, müqavilə qiymətində kənarlaşmalar müqaviləyə əlavə ediləcəkdir). Görülmüş işlər üçün ilkin olaraq 17000 manat avans ödənilmişdir.
2. Həmçinin, əlavə olaraq tərəflər arasında Fərdi yaşayış evinin həyətində qaraj və onun üzərində əlavə tikili inşa edilməsi barədə şifahi formada razılıq əldə edilmiş və buna görə də cavabdeh tərəfindən əlavə ödənişlər edilmir.
3. Bundan başqa, cavbdehlə Cəfərov Şahid Tahir oğlu arasında ümumi sahəsi 180 kv.m-dən ibarət üç mərtəbəli Fərdi yaşayış evinin təmir-tamalanma işlərinin və bundan irəli gələn başqa zəruri işlərin yerinə yetirilməsi üçün xx.xx.2022-ci il tarixdə 909/1400-22 saylı podrat müqaviləsi bağlanmışdır. Müqavilənin qiyməti 28980 manat müəyyən edilmişdir. Həmçinin, cavabdeh və Şahid Cəfərov tərfəindən imzalanmış xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında ümumi sahəsi 180 kv.m-dən ubarət Fərdi yaşayış evinin təmirtamalanma işlərinin müqaviləyə uyğun olaraq cavabdehə təhvil verildiyi əks olunmuşdur.
İlkin və qarşılıqlı iddia ərizələrinin və ona etirazların dəlilləri:
a) İlkin iddia ərizəsinin dəlilləri
4. İddiaçı 26 838 manat pulun vı 171 manat dövlət rüsumun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı ilkin iddia ərizəsində qeyd etmişdir ki, cavabdehə məxsus Fərdi yaşayış evinin təmir edilməsi barədə razılığa gəlmişlər və aralarında şifahi razılaşma əsasında Xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə evin təmir edilməsi 40.000 manata razılaşdırılmış və ilkin olaraq cavabdeh 17.000 manat ödəməyi öhdəsinə götürmüşdür. Razılıq əldə edildikdən sonra o, təmir işlərinə başlamış və tək bütün işləri yerinə yeitrə bilməyəcəyini görərək usta işləyən tanışlarını da dəvət etmiş və işləməyə başlamışlar. Cavabdehlə razılaşdıqları qaydada bütün işləri yerinə yetirmiş, cavabdeh əlavə işlərin də yerinə yetirilməsini bildirmiş, bu əlavə işlərə görə də əlavə görülmüş işlərin haqqını ödəyəcəyinə vəd vermişdir. Cavabdehlə ümumi olaraq təmir işlərini 40.000 manata razılaşmışlar, lakin əlavə işlərə görə də material alınması daxil olmaqla 26.838 manat məbləğində xərc çıxmışdır və cavabdeh bu əlavə xərclərin iddiaçı tərəfindən verilməsi və sonda hesablanıb ona ödəniləcəyini bildirmişdir. O, bankdan 10.000 manat məbləğində kredit götürmüş və əlavə də düzəldərək həmin əlavə işləri yerinə yetirmişdir. Cavabdeh ona cəmi 52.344 manat məbləğində pul vermişdir, təmirə xərclənmiş vəsait cəmi 79.182 manat təşkil edir və əlavə olaraq 26.838 manat xərclənmişdir. Təmir işləri yekunlaşanadək cavabdeh dəfələrlə gəlib-getmiş, işlərə baxmış, lakin iş barədə hər hansı bir iradını bildirməmişdir. Cavabdeh iddiaçıya 53.544 mana pul vermiş, sonuncu dəfə bildirmişdir ki, ona 1200 manat məbləğində pul təcili lazımdır və o, 1200 manatı cavabdehə geri qaytarmışdır. Görülmüş işlər tam keyfiyyətlə və razılaşdırılmış qaydada yerinə yetirilmiş, iş yekunlaşdıqdan sonra cavabdehdən əlavə işlərə görə xərclədiyi vəsaiti ödəməsini tələb etmiş, lakin cavabdeh guya işlərin keyfiyyətsiz olduğunu bəhanə gətirərək pulu ödəməkdən imtina etmişdir. Evin birinci, ikinci və üçüncü mərtəbələrində iddia ərizəsində sadalanan işlər görülmüşdür. Həmçinin, dama şifer vurulması və sökülməsi işləri: kanalizasiya üçün betonun deşilməsi, aparatla 120 manat, metlax vurulması 320 manat; kərpic hörgüsü 300 manat, suvaq 300 manat. Evin içi üzrə pəncərələrin düzəldilməsi, material daxil 375 manat. Əlavə olaraq iş müddətində laqonda və kiçik pereferator - 325 manat; əlcək və kisə-12 manat; araba 30 manat; xırdavat-3,70 manat; lampa-12,50 manat; qum və atsep -250 manat (kubla) ; araba və dərzibant- 39,50 manat; qum kisə ilə -18 manat; masterok - 11,50 manat ; şurup və mismar 100-lük 14 manat ; qum və kubik daş - 227 manat; dəmir reys- 135manat + 50 manat maşın üçün ; dirək - 17 manat, maşın üçün 40 manat; taxta -320 manat, maşın üçün 40 manat; kisə və digər - 23.70 manat; vedrə, ləyən , lapatka -31 manat; ayaqaltı - 27 manat; dupil - 9 manat ; Rəşadın evinə pəncərə verilməsi-700 manat ; əqrəb-175 manat ; qara şrup, semiçka şrup -27,50 manat; Kubik daş-167 manat; patron və lampa- 6,50 manat ; kərpic -182 manat, maşın 25/rnanat; qum 29 manat ; beton altı setka – 127 manat; sment-salafan-məftil - 375,30 manat; dupil 4,89 manat; kisə -17,60 manat; alçipan və material - 370 manat; alçipan və şrup- 127 manat; pletka və ləvazimat-78 manat; fab üzlük- 27 manat; kombi- 1100 manat; kombi borusu - 117 manat ; dik+alçipan - 1450 manat ; hamam kafeli - 675 manat (maşın 35 manat); keramik -1560 manat (maşın 40 manat); profel+əlcək 26 manat; tualet üçün kafel - 625 manat ; şifer+taxta+şrup+maşın - 396 manat ; qaz borusu , ləvazimat, maşın və usta pulu-850 manat; kabançik+boya=Maşın - 460 manat ; asma tavan- 297 manat, usta 150 +maşın 25 manat; kamın daşı - 500 manat; apalovka üçün material - 1275 manat+maşn 100 manat , usta -1200 manat (sökmək saxil); armatur -1600 manat+ maşın 120 manat; pompa -200 manat + beton; pilləkən +kley+qum +sement+ maşın - 2159 manat ; qaraj əlavə elektrik işləri 1,50 manat usta ??; qonşu qaz borcu-150 manat; taxta -179 manat +40 manat maşın ; reyka-210 manat (mansarda üçün) + 40 manat maşın ; qaraj üstünə 15 ədəd mata -90 manat; 33 kv.m ketlaq Xİ 1,50 - 379,5 manat -40 manat maşın ; kərpic -168 manat+25 manat maşın ; qum(suvaq üçün) -28 manat +10 manat maşın ; elektrik kabeli-2100 manat ; həyətdə tametin sökülməsi və vurulması - 1330 manat, usta +qum+maşın 120 manat; sement 10 ədədX7,5-75 manat + 30 manat maşın ; qaraja pəncərə-430 manat ; evə giriş qapıya şüşə-30 manat; spot 70 ədəd ev +2 ədəd çöl üçün+4 ədəd qaraj üçün+ 3ədəd çöl üçün- 513,6 manat; rozetka+kulçator 103 ədəd -566,50 manat; unitaz -166 manat (iki ədəd); alçipan+profil+astar+üz və xırdavat-3585 manat+50 manat maşın ; qarajın tavan şüşəsi- 120 manat ; teras plastik qapı -250 manat (sadə) və mətbəxə plastik qapı (rəngli)-330 manata alınmışdır. Materiallara ümumilikdə 50.104 manat xərc çəkilmişdir. Materiallar alınmış dükanlardan qaimə fakturalar verilmişdir. b) Cavabdehin ilkin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh məhkəmə təqdim etdiyi yazılı etirazında qeyd etmişdir ki, Fərdi yaşayış evinin təmir edilməsi üçün aralarında Xidmət müqaviləsiində xidmət müqaviləsi bağlanmışdır. Razılığa əsasən, təmir işlərinin aparılması müqabilində iddiaçıya 40 000 manat ödənilməsi nəzərdə tutulmuşdur, işlərin başlanması üçün ilkin olaraq 17 000 manat avans ödənilmişdir. Təmir işlərinin getdiyi müddətdə iddiaçıya 41 650 manat məbləğində pul verilmişdir. İddiaçı qarajın tikilməsinin əvvəl 5000 manata başa gələcəyini bildirmiş, lakin sonradan qaraj baha başa gələcəyini bildirib qarajın tikilməsi üçün cavabdehdən əlavə olaraq pul almışdır. İddiaçı cavabdehdən təmir-tikinti işləri ilə bağlı cəmi 53144 manat məbləğində pul almış, sonuncu dəfə o, iddiaçıya 2000 ABŞ dolları məbləğində pulu Fərdi yaşayış evində 2022-ci ilin aprel ayında vermişdir. Buna baxmayaraq, iddiaçı aralarında olan razılığa əməl etməyərək təmir işlərini yarımçıq qoymuşdur. Cavabdeh ondan təmir üçün verdiyi pulları qaytarmasını tələb etdikdə iddiaçı onunla kobud danışaraq ünvanına nalayiq ifadələr işlədərək evin təmir işlərini görməyəcəyini, eyni zamanda ona vurduğu ziyanı geri qaytarmayacağını bildirmişdir. Bundan sonra o, iddiaçı barəsində cinayət işinin başlanması üçün hüquq mühafizə orqanlarına müraciət etmişdir. Lakin aralarındakı mübahisənin mülki xarakterli mübahisə olması səbəbi ilə cinayət təqibinin başlanılmasmm rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. İddiaçı cavabdehin fərdi yaşayış evində aparmalı olduğu təmir işlərini keyfiyyətsiz, eyni zamanda qüsurlarla apararaq yarımçıq qoyduğu üçün məcburiyyət qarşısında qalaraq xx.xx.2022-ci il tarixində Cəfərov Şahid Tahir oğlu ilə 909/1400-22 saylı podrat müqaviləsi bağlayaraq Fərdi yaşayış evinin təmir-tamamlama işlərinin və bundan irəli gələn başqa zəruri işlərin aparılması ona həvalə olunmuş və ona 28980 manat məbləğində pul ödənilmişdir. İddiaçı cavabdehə məxsus fərdi yaşayış evinin təmiri üçün əlavə olaraq 26838 manat məbləğində pul vəsaiti xərcləndiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehlə aralarında bağlanmış Xidmət müqaviləsili müqavilədən və həmin müqaviləyə 1 saylı Əlavədən görünür ki, Fərdi yaşayış evində təmir işlərinin aparılması ilə bağlı buna sərf olunacaq material, işçilik daxil olmaqla işlərin ümumi dəyərinin 40000 manat məbləğində olmasına dair qarşılıqlı razılığa gəlmişlər. İddiaçı idia ərizəsində bildirdiyi kimi cavabdehin ona əlavə işlərin görülməsinə dair göstəriş verməsini təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, iddiaçı iddia ərizəsində materiallara ümumilikdə 50104 manat məbləğində xərc çəkdiyini qeyd etmiş, lakin buna dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Tərəflər Xidmət müqaviləsili müqaviləyə əlavədə işlərin görülməsinə sərf olunacaq materiallar və zəhmət haqqı (işçilik) barədə razılığa gəlmişlər. Belə ki, həmin razılaşmaya əsasən iddiaçı cavabdehə məxsus olan fərdi yaşayış evində təmir işlərini məhz həmin müqaviləyə 1 saylı Əlavədə göstərilən qaydada və qarşılıqlı razılıqla müəyyən edilmiş məbləğə uyğun şəkildə icra etməli idi. Tərəflər arasında bağlanmış müqavilədə sifarişçinin tələbi ilə görülmüş işlərin layihəsində dəyişikliklər yaranarsa "müqavilə qiymətində" kənarlaşmalara uyğun olaraq müqaviləyə əlavə ediləcəyi, müqaviləyə dəyişikliklərin yazılı formada tərtib edildikdən və tərəflərin imza, möhürü ilə təsdiq edildikdən sonra hüquqi qüvvəyə mindiyi, müqavilənin ayrılmaz hissəsi kimi müqaviləyə əlavə ediləcəyi, birtərəfli qaydada aparılan dəyişikliklərin hüquqi qüvvəyə malik olmadığı qeyd edilmiş və tərəflərin imzası ilə təsdiq edilmişdir. Onunla iddiaçı arasında Fərdi yaşayış evində əlavə işlərin görülməsinə dair hər hansı bir razılıq olmamış və iş materiallarında buna dair hər hansı bir təsdiqedici sənəd (sübut) yoxdur. İddiaçı işlərin keyfiyyətlə yerinə yetirildiyini və onun tərəfindən bunun qəbul olunduğunu qeyd etsə də, işlərin görülməsinə və həmin işlərin cavabdehə təhvil verilməsinə dair tərəflər arasında təhvil-təslim aktı yoxdur. Bildirmək istəyirik ki, iş üzrə tərəflər bir-birini əvvəllər tanımamışlar, cavabdehin evinin təmir işlərinin aparılması ilə bağlı sonuncu iddiaçını təmir-tikinti mütəxəssisi kimi tanımışdır. Belə olan halda iddiaçının cavabehin evinin təmiri üçün bankdan 10 000 manat məbləğində pul götürməsi, özünə məxsus avtomobili sataraq əldə etdiyi vəsaiti evin təmirinə sərf etməsi heç də inandırıcı deyil. İddiaçının iddia ərizəsinə əlavə etdiyi müxtəlif təyinatlı qaimə fakturaların onun evinin təmirinə sərf olunması üçün alındığı sübuta yetirilmir. İddiaçının məhkəməyə təqdim etdiyi qaimə fakturalarda göstərilən materiallarla bağlı tərəflər arasında razılıq əldə edilməsini təsdiq edəcək hər hansı sübut iddiaçı tərəfindən təqdim olunmayıb. İddia ərizəsinə əlavə olunmuş müqaviləyə 1 saylı Əlavə əslində mahiyyət etibarilə smetadır və iddiaçı cavabdehlə sonuncunun fərdi yaşayış evinin təmiri ilə bağlı razılaşdırılmış işlərin görülməsi zamanı həmin smetadan kənara çıxmamalı idi.
Qarşılıqlı iddia ərizəsinin dəlilləri.
7. Cavabdeh 28980 manat pulun və 177 manat ödənilmiş dövlət rüsumunun iddiaçıdan tutularaq ona ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, iddiaçı Xidmət müqaviləsili müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi şəkildə icra etməyərək cavabdehə 28980 manat məbləğində maddi ziyan vurmuşdur. İddiaçı müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsindən imtina etdikdən sonra cavabdeh məcbur olub ona məxsus 3 mərtəbəli fərdi yaşayış evinin təmir işlərinin tamamlanması üçün Cəfərov Şahid Tahir oğlu ilə podrat müqaviləsi bağlayaraq həmin işlərin görülməsini ona həvalə etmişdir. İddiaçıdan təmir işlərinin keyfiyyətli şəkildə icra olunması və tamamlanmasını tələb etməsinə baxmayaraq, iddiaçı cavabdehin haqlı tələbinə əhəmiyyət verməyərək üzərinə götürdüyü öhdəlikləri lazımi şəkildə icra etməmişdir.
9. İddiaçı qarşılıqlı iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
10. İddiaçı, onun vəkili və nümayəndəsi sonuncu məhkəmə iclasında iştirak etməsələr də, əvvəlki məhkəmə iclaslarında ilkin iddia ərizəsinə uyğun izahat verərək, qarşılıqlı iddiaya etirazlarını bildirmişlər.
11. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasında şahid Cəfərov Şahid Tahir oğlu izahatında bildirmişdir ki, o, əvvəl cavabdehin “X1” MMC-dəki evinin tikintisini aparırdı, daha sonra cavabdeh ondan Fərdi yaşayış evində bir sıra işlərin görülməsini xahiş etmişdir. O, Fərdi yaşayış evinin fasadında rəngləmə işlərini aparmış, pilləkənin yanındakı divara divar kağızı vurmuş, birinci mərtəbədə 110 kv2 sahədə yer cilalamış, qaraja pəncərə, aqlay qoymuş, eləcə də qarajı rəngləmişdir. Fərdi yaşayış evini qəbul etdikdə birinci mərtəbədə zalın tavanında və ikinci mərtəbədə tavanda əyrilik və emusiya izləri var idi, onları yenidən təmir etmişdir, lakin başqa işlər görməmişdir. Fərdi yaşayış evi yaşamaq üçün normal keyfiyyətdə və verilən xidmət haqqına uyğun təmir edilmişdir. O, məhkəmə iclasına gəlməmişdən əvvəl Rəşad ona bildirmişdir ki, məhkəmədə izahatında bildirsin ki, o, Fərdi yaşayış evində bütün tavanı da dəyişmişdir, lakin o tavanı dəyişməyib. Cavabdeh tərəfindən kartlara köçürülən pul vəsaitləri onun qazancı olmamış, müəyyən məişət avadanlıqlarının alınması məsələn, kandisionerlərin alınması (7 ədəd kondisioner alınıb) qaraja iki ədəd pəncərə alınması, içərisinin rənglənməsi, künclüklər vurulması, aqlay işlərinin görülməsi üçün, eləcədə işləri görmüş ustalara əmək haqlarının ödənilməsindən ötrü verilirb. Həmçinin, cavabdeh tərəfindən karta köçürülən pulun bir hissəsi də “X1” MMC-də cavabdehin evinin təmiri ilə əlaqədar ödənilmiş pullar da ola bilər. Bütün bu vəsaitlərin cəminin 28 980 manat olub-olmamasını dəqiq bilmir. O, Fərdi yaşayış evində işlərin görülməsi üçün heç bir qazanc almamışdır. Cavabdehlə aralarında Fərdi yaşayış evinin təmiri üçün podrat müqaviləsi bağlamamışdır. Müqavilə və təhvil-təslim aktındakı imzalar ona məxssusdur, lakin müqaviləni oxumamışdır. Xatırlayır ki, cavabdeh bir dəfə onu xərcləri yazmaq üçün Meqafonadakı ofisə dəvət etdi və ona sənədlər imzalatdırdı.
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
16. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
19. Maddə 752.1 podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
20. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
21. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
22. Maddə 1096.1-ci Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
23. Maddə 1096.2-ci Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
27. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir.
28. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
29. Tərəflər arasında Fərdi yaşayış evində təmir işlərinin həyat keçirilməsi ilə bağlı yazılı podrat müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. İş materialları ilə müəyyən edilir ki, cavabdeh iddiaçıya Fərdi yaşayış evində təmir işlərinin görülməsini sifariş vermiş, iddiaçı həmin sifarişi qəbul etmiş, tərəflər görüləcək iş və muzd barədə də razılığa gəlmişlər.
30. İddiaçı cavabdehlə ilkin olaraq bağladıqları Xidmət müqaviləsi üzrə və sonradan əlavə sifariş əsasında onun tapşırıqlarını icra etdiyini, lakin cavabdeh tərəfindən muzdun tam ödənilməməsini iddia edir. Cavabdeh isə həm ilkin iddia ərizəsinə yazılı etirazında, həm də qarşılıqlı iddia ərizəsində iddiaçı tərəfindən işlərin natamam və keyfiyyətsiz yerinə yetirildiyini, hətta buna görə başqa bir şəxslə podrat müqaviləsi bağlayaraq qüsurların aradan qaldırılması üçün əlavə zərər çəkdiyini iddia edir.
31. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətinin xarakteri və mübahisəli vəziyyət nəzərə alınmaqla sifariş edilən (görülməli olan) işlərin həcminin və keyfiyyətsiz yerinə yetirilib-yetirilməməsinin araşdırılmasına zərurət vardır.
32. Məhkəmə araşdırması zamanı, eləcə də iş materiallarına əlavə edilmiş sübutlarla müəyyən olunur ki, tərəflər bağladıqları Xidmət müqaviləsi üzrə Fərdi yaşayış evinin təmir işlərinə görə görüləcək işlərin həcmini və ödənilməli muzdu ilkin olaraq aralarında razılaşdırmışlar. Belə ki, Xidmət müqaviləsində muzdun ilkin olaraq 40 000 manat olması göstərilmişdir. Eyni zamanda, Xidmət müqaviləsinə Əlavə 1-də həm görüləcək işlərin həcmi, həm də işlərin yerinə yetirilməsinə görə 40000 manat muzdun ödəmilməli olması göstərilmişdir. Xidmət müqaviləsinə Əlavə 1-də görüləcək işlərin nədən ibarət olması 23 bənddə göstərilməklə, bunlara həm evin daxilində, həm həyət (düzəlişlərin edilməsi), həm də çöl divarinda (emusya çəkilməsi) görüləcək işlər daxil edilmişdir. Həmçinin, araşdırma zamanı, eləcə də iş materiallarına əlavə edilmiş sübutlarla müəyyən olunur ki, Xidmət müqaviləsinə Əlavə 1-də yerinə yetirilməsi nəzərdə tutulmuş işlərdən başqa cavabdeh tərəfindən sonradan əlavə işlərin görülməsi də iddiaçıya tapşırılmış və bu işlərə görə də əlavə ödənişlər edilmişdir. Lakin əlavə işlərin nədən ibarət olması və xərci ilə bağlı tərəflər arasında nə yazılı müqavilə bağlanmamış, nə də yazılı smeta tərtib edilməmişdir. İddiaçı əlavə işlərin görülməsinə görə cavabdeh tərəfindən ona son olaraq 52 344 manat ödənildiyini, lakin faktiki çəkdiyi xərcin 79 182 manat (iddiaçı ödənildiyi etiraf etdiyi vəsaitdən əlavə 26 828 manat xərc çəkdiyini bildirir) olduğunu, cavabdeh isə əlavə işlərin sifarişi də daxil omaqla, iddiaçıya 52 144 manat ödənildiyini bildirmişdir.
33. Tərəflər arasındakı sonrakı razılaşmadan sonra yekun olaraq hansı işlərin yerinə yetirilməsi və çəkilən xərcin hansı həcmdə olduğu ilə bağlı məhkəməyə heç bir sübutlar təqdim etmədiklərindən məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/8282 nömrəli rəyindən göründüyü kimi, ekspert tərəfindən Fərdi yaşayış evinin 1-ci, 2-ci, mansard hissələrində, habelə həyətdə (qaraj tikilisi və yerə tamet (daş) döşənməsi) tiknti işlərinin yerinə yetirilməsi üzrə təhqiqat aparılmış və görülən işlərin smetası tərtib edilməklə, cəkilən xərcin 2021-2022-ci il üzrə mövcud bazar quymətinə uyğun olaraq 62 494 manat olması müəyyən edilmişdir.
34. İşlərin keyfiyyətsiz (qüsurlu) yerinə yetirilib-yetirilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, podratçının işi (podratın nəticəsini) qüsursuz yerinə yetirməsi öhdəliyi Mülki Məcəllənin yuxarıda qeyd edilən 762-ci maddəsində nəzərdə tutulmuşdur. Ümumiyətlə, podratın nətiəsinin qüsursuzluğuna dair 2 meyar nəzərdə tutulmuşdur: birinci meyara görə podratın nəticəsi əvvəlcədən şərtləşdirilmiş keyfiyyətə uyğun olmalıdır. Tərəflər arasında təmir işlərinin keyfiyyəti ilə bağlı əvvəlcədən müəyyən edilmiş hər hansı şərt mövcud deyil. İkinci meyara görə isə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olmalıdır. Podratın nəticəsinin adi istifadə üçün yararlı olması, nəticənin sifarişçinin arzuladığı adi keyfiyyət və istifadəyə uyğun gəlməsini nəzərdə tutur.
35. İddiaçı tərəfindən yerinə yetirilmiş işlərin keyfiyyətsizliyi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid Cəfərov isə Fərdi yaşayış evinin bir otağında qismən tavanın dəyişdirilməsi istisna olmaqla, təmirin yaşayış üçün normal vəziyyətdə aparıldığını bildirmişdir. Eyni zamanda, şahid əlavə görülən işlərin zərurətdən yarandığını, məsələn, gediş-gəliş olduğu üçün çirkləndiyindən birinci mərtəbənin metlax döşəməsinin arasının doldurulması və maye ilə parıldadılması, pilləkənin dizaynı sonradan dəyişdirildiyindən ətrafına bir rulon divar kağızının dəyişdirilməklə vurulması, pəncərələrin tənzimləməsi və s. kimi işləri yerinə yetirmişdir.
36. Beləliklə, şərh edilənlərdən göründüyü kimi, iddiaçı tərəfindən təmir işlərinin keyfiyyətsiz yerinə yetirilməsi məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən, məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir. Məhkəmə yuxarıda şərh edilənlər əsasında o qənətə gəlir ki, tərəflər arasında həm Xidmət müqaviləsi, həm də sonrakı razılaşma əsasında iddiaçı tərəfindən işlər yerinə yetirilsə də, cavabdeh tərəfindən görülən işlərin haqqı tam ödənilməmişdir.
37. Lakin iddiaçı cavabdeh tərəfindən ödənilməmiş muzdun 26 828 manat (ümumi xərcin 79182 manat) olduğunu bildirsə də, bu dəlilinin təsdiqi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən çəkilmiş xərcin təsdiqi kimi iş materiallarına əlavə etdiyi qaimə-fakturaların bir qismi tərəflər arasında bağlanmış Xidmət müqaviləsinin bağlanmasından əvvəlki vaxtlara təsadüf edir. Bu halda, məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, ekspert tərəfindən Fərdi yaşayış evində görülən işlərə çəkilmiş xərcdən (62 494 manat) cavabdeh tərəfindən ödənilmiş və iddiaçının da ödənildiyini etiraf etdiyi (52 344 manat) pul vəsaiti çıxıldıqdan sonra qalan (62344 – 52344 = 10150 manat) pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
38. Məhkəmə qeyd edir ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, cavabdeh ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.
39. Məhkəmə hesab edir ki, qarılıqlı iddia tələbi əsassızdır.
40. Cavabdeh qarşılıqlı iddia ərizəsində iddiaçı tərəfindən işlərin keyfiyyətsiz yerinə yetirildiyini, buna görə də qüsurların aradan qaldırılması üçün Şahid Cəfərovla podrat müqaviləsinin bağlanması və sonuncu tərəfindən görülən işlərə görə 28980 manat xərc çəkdiyini bildirir.
41. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbinin əsaslılığı baxımından iddiaçı tərəfindən işlərin keyfiyyətsiz yerinə yetirilib-yetirilməməsi, cavabdehlə Şahid Cəfərov arasında həqiqətən də podrat müqaviləsinin bağlanıb-bağlanmaması və sonuncu tərəfindən görülən işlərə görə ona 28980 manat pul vəsaitinin ödənilib-dəbilməməsi kimi məsələlərin araşdırılması vacibdir.
42. İddiaçı tərəfindən yerinə yetirilən işlərin keyfiyyəti barədə ilkin iddia tələbi üzrə dəlillər araşdırılarkən hüquqi qiymət verilmişdir.
43. Cavabdehlə Şahid Cəfərov arasında həqiqətən də podrat müqaviləsinin bağlanması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Şahid Cəfərov cavabdehlə onun arasında podrat müqaviləsinin bağlanması barədə verilən suallara ziddiyyətli cavablar vermiş, müqavilədəki imzanın ona məxsus olmasını bildirsə də, həmin müqavilənin məzmunundan xəbərsiz olduğunu, əslində isə cavabdehlə onun arasında Fərdi yaşayış evi ilə bağlı təmir-tamamlanma işlərinin görülməsi üçün real podrat müqaviləsinin bağlanmadığını bildirmişdir. xx.xx.2021-ci il tarixli müqaviləni imzalamasını isə məhkəmədə verdiyi izahatında belə əsaslandırmışdır ki, cavabdeh onu başqa işlərin yerinə yetirilməsi vəziyyəti ilə bağlı haqq-hesabın aparılması üçün ofisinə dəvət etmiş və orada ona bəzi sənədləri imzalamaq üçün təqdim etmiş, o da oxumadan həmin sənədləri imza etmişdir. Lakin məhkəmə qeyd edir ki, şifahi formada bağlanmasının qanunla müəyyən edildiyi nəzərə alındıqda, podrat müqaviləsinin yazılı bağlanmasının hazırkı mübahisə üzrə zəruriliyi əhəmiyyətini itirmiş olur. Bu zaman, qarşılıqlı iddianın əsaslı olması cavabdeh tərəfindən görülən işlərə görə Şahid Cəfərova nə qədər pul ödəməsindən asılı ola bilərdi.
44. Lakin qarşılıqlı iddianın əsaslı olması üçün vacib olan bu hal da məhkəmə baxışı zamanı təsdiq edilmədi. Belə ki, Şahid Cəfərov Fərdi yaşayış evində böyük həcmdə işlər görmədiyini, əsasən evin fasadının rənglənməsi (evin fasad hissəsinin rənglənməsinə çəkilən xərclə bağlı ekspert tərəfindən tədqiqat aparılmamış və bu rəydə nəzərə alınmamışdır), aparılmış təmirin sonradan cavabdehin təşəbbüsünə əsasən bir hissəsinin yenilənməsi, evin həyətində tikilmiş qarajda təmir işlərinin aparılması, əlavə kanalizasiya xətlərinin çəkilməsi kimi işlərin yerinə yeririlməsini bildirmişdir. Şahid Cəfərov, həmçinin bildirmişdir ki, cavabdeh tərəfindən onun kart hesabına ödənilən pul əsasən Fərdi yaşayış evi üçün məişət avadanlıqlarının alınması (məsələn 5-6 ədəd kondisonerin, duş kabinənin və sanuzel üçün digər avadanlıqların alınması), yol xərci, işçilərə əmək haqqının verilməsi üçün verilmişdir.
45. Beləliklə, məhkəmə şərh edilənlərə əsasən bu nəticəyə gəlir ki, cavabdeh Fərdi yaşayış evi üzrə əlavə çəkdiyi xərclərlə bağlı dəlillərini sübuta yetirə bilmədiyindən qarşılıqlı iddia təmin edilə bilməz.
46. Məhkəmə qeyd edir ki, ilkin iddia tələbi ümumi tələbin 38%-i nisbətində təmin edildiyindən ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu həmin nisbətdə (təqribən 38 %) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid edilməli, qarşılıqlı iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli, habelə ekspert xərci cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
47. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İlkin iddia qismən təmin edilsin. 10150 manat və 64,98 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumunun 106,02 manat hissəsi İddiaçı aid edilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. 100 manat ekspertiza xərci rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı