Məhkəmə qərarları › İş №2(011)-199/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-199/2025

10.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-199/2025 10.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı2, İddiaçı3 İddiaçı1 nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı torpaq sahəsinin və tikilinin boşaldılması, qanunsuz tikilinin sökülməsi və pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. 1998-ci ildə tərəflərindən ünvan 1ünvanında 10 (on) sot torpaq səhəsi alınmışdır. Həmin torpaq sahəsində yalnız iddiaçıların vəsaiti hesabına 2 (iki) yaşayış evi və bir yardımçı tikili inşa olunmuşdur. Yaşayış evlərindən «A» tikilisi qardaşı İddiaçı1, «B» tikilisi isə ona məxsusdur. Sahibliyində və istifadələrində olan «C» yarımtikilisi isə hər ikisinə məxsusdur. Bütün kommunal xərclər, əmlak və torpaq vergisi bizim tərəflərindən ödənilir. Bu hal ərizəyə əlavə olunmuş sənədlərlə təsdiq olunur. Mövcud qanunvericiliyə görə istifadə hüququ da mülkiyyət hüququ hesab olunur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qeyd olunan torpaq sahəsinin alınmasına səbəb 1996-cı ilin mart ayında onlara məxsus olan və ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilinin yanğın nəticəsində yaşayış üşün yararsız vəziyyətə düşməsi olmuşdur. Hal-hazırda da Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli sərəncamına əsasən 4 (dörd) nəfər ailə tərkibi ilə ümumi əsaslarla yaşayış yeri üzrə mənzil növbəsindədir. (Arayış №5-11/H-45-068/23; xx.xx.2023). Bundan başqa bildirir ki, mülki iş üzrə iddiaçı olan İddiaçı1 Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2-1170/2000 saylı xx.xx.2000-ci tarixli qətnaməsi əsasında Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsində yerləşən 25 saylı evə köçürülmüş və onun həmin mənzildəki yaşayış sahəsindən istifadə hüququ müəyyən edilmişdir. Həmçinin Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon MKTB-nin 66 saylı MKİS tərəfindən verilmiş arayışdan da görünür ki, İddiaçı1 xx.xx.2001-ci ildən qeydiyyatda olmaqla yaşayır (Arayış № 962; xx.xx.2024 və şəxsiyyət vəsiqəsi Seriya AZE No 000*****).Həmçinin mülki iş üzrə iddiaçı olan İddiaçı2 da ünvan 3 saylı evin sahibi, istifadəçisi olmaqla 17 aprel 2002-ci il tarixdən həmin ünvanda qeydiyyatdadır. Qeyd olunan ünvanda iddiaçılardan başqa X2 və X13 da rəsmi qeydiyyatda olmaqla yaşayırlar. Qeyd olunan hallar Azərbaycan Respublikasının DİN tərəfindən yaşayış yeri üzrə qeydiyyat haqqında verilmiş arayışla öz təsdiqini tapır (Arayış №6952403; xx.xx.2023; ASAN 6).

2. ünvan 3 ünvanında yerləşən sahibliyində və istifadəsində olan torpaq sahəsinə və əmlaklara görə Xətai Bələdiyyəsinin büdcəsinə tərəflərindən hər il ödənişlər edilmışdir. Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsinin sədri tərəfindən verilmiş arayışdan görünür ki, onlar 2024-cü ilin sonunadək bələdiyyə büdcəsinə əmlak və torpaq vergisi borcumuz yoxdur (Arayış № 03/N305; xx.xx.2024). Hüquqları pozulmuş şəxslər kimi məhkəməyə müraciət etməyinə səbəb isə mülki iş üzrə Cavabdeh MKTB-nin və 66 saylı MKİS-nin əməkdaşları ilə birgə ona qarşı etdikləri qanunsuz hərəkətlərdir. Belə ki, Cavabdeh saxta sənəd əldə edib, İddiaçı3 məxsus olan evi zəbt edib. Kommunal xitmətlər üçün qanunsuz olaraq adına hesab açdırıb və ümumi istifadə yerlərini qanunsuz və əsassız olaraq zəbt etmişdir. Tərəflərindən inşa olunmuş divarı dağıdaraq səlahiyyətli orqanlardan rəsmi icazə almadan qanunsuz və əsassız olaraq darvaza qoymuş və torpaq sahəsində uzunluğu 37 metrə, hündürlüyü 2.20 metrə olna mişar daşından divar hörmüşdür. Hətta özünə qanunsuz yeni ünvan da almışdır. Bundan başqa Cavabdeh ona heç bir aidiyyəti olmayan onlara məxsus olan həyətyanı torpaq sahəsində onlar tərəfindən inşa edilmiş ümumi istifadə yerləri olan hamamı, sanitar qovşağını və 2014-cü ildə qanuni əsaslarla inşa edilmiş «C» yarımtikilisini dağıtmış və tikinti materiallarımızı talayaraq qanunsuz olaraq başqa şəxslərə satmışdır. Onun qanunsuz, cinayətkar hərəkətləri nəticəsində onlarım ailəsinə ümumilikdə 32.700 (otuz iki min yeddi yüz) manat məbləğində maddi ziyan dəymişdir. «Daşınmaz Əmlakın İnventarlaşdırılması Xidməti” MMC-nin Daşınmaz Əmlakın qiymətləndirilməsinə dair hesabatla öz təsdiqini tapır (№26/04; xx.xx.2023). Azərbaycan Respublikasının Şəhərsalma Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə əsasən hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur. Həmin Məcəllənin 79.1.3-cü maddəsinə əsasən hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur. Cavabdeh 1997-ci ildən Ukrayna Respublikasının Xarkov şəhərində daimi yaşayış oturumu əsasında ailəsi ilə birlikdə yaşayır. Bizdə olan məlumata görə Cavabdeh qanunsuz zəbt etdiyi İddiaçı3 məxsus olan evi gizlincə satıb Ukraynaya qaçmaq istəyir. Bunu özü deyibdir. Cavabdeh qanuna zidd əməllərinə hüquqi qiymət verilməsi və barəsində müvafiq qanuni tədbirlər görülməsi üçün Xətai rayon prokuroru tərəfindən material RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. Hal-hazırda material üzrə tam, hərtərəfli və obyektiv araşdırılma aparılır (məktub №18/492-24; xx.xx.2024). İddiaçıların müvəqqəti təminat tədbiri barədə ərizələri əsasında Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixində qərardad qəbul olunaraq ərizələri təmin olunmuş və ünvan 4 ünvanında yerləşən ərizəçilərin istifadəsində və sahibliyində olan torpaq sahəsindəki "B" tikilisinə daxil olmaqla hər hansı təmir işlərinin və həmin ünvanda əlavə tikinti işlərinin aparılması Cavabdeh qadağan edilmişdir. Qərar qüvvədədir. Cavabdeh bu qanunsuzluqları havadarlarının vasitəsi ilə İddiaçı3 ölkə hüdudlarından kənarda olduğu müddətdə etmişdir.

İddiaçının tələbi:

3. İddia ərizəsinin təmin edilməsi, Cavabdeh ünvan 25 ünvanında yerləşən onların istifadəsində və sahibliyində olan torpaq sahəsindən və «B» tikilisindən məcburi qaydada çıxarılmasını, Cavabdeh tərəfindən icazəsiz və qanunsuz olaraq inşa olunmuş hasarın, darvazanın və qapının sökülərək əmlaklarının əvvəlki vəziyyətinin bərpa olunması, ünvan 25 ünvanında yerləşən və iddiaçılara məxsus olan «C» yarımtikilisinin əsassız olaraq qərəzli şəkildə dağıdılması nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 32.700 (otuz, iki min yeddi yüz) manat pul vəsaitinin onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 2(011)-199/2025 saylı müiki iş üzrə iddia tələblərinin tam təmin olunması və vurulmuş maddi zərərə görə Cavabdeh 46.000 (qırx altı min) manat pul vəsaitinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

5. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, İddiaçı1 və İddiaçı2 ata və bala olmaqla Xətai rayonu, Aşıq Qurban küçəsi 25-də yaşayırlar, qeydiyyatdadırlar. İddiaçı3 isə ümumiyyətlə başqa yerdə qeydiyyatda olmaqla yaşayır. İddiaçı1 ilə aralarında kubik daşdan hasar mövcuddur, yəni onların evləri və torpaqları ayrı-ayrıdır və bölünmüşdür. Məhkəmədə işə baxılarkən aralarında olan divardan 10 kubik daşı sökülərkən tərəflərindən polisə müraciət olunmuş və söküntü dayandırılmışdır. Bununla əlaqədar fotoşəkil və polisə müraciət barədə qəbzin surəti əlavə olunur. Bunlarla əlaqədar olaraq bildirir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ, müdafiə hüququ. İddiaçılar məhkəmə hazırlıq iclasında bildirmişdirlər ki, hal-hazırda qaldırdıqları iddia üzrə torpaq dövlət mülkiyyətindədir. Ona görə məhkəmədən iddiaçıların məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ olmadığından qaldırılmış iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

6. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi (vəkili) Nümayəndə öz izahatında cavabdehin sorğusuna əsasən ünvan 5 ünvanındakı tikinti materiallarının bazar dəyəri 3284,80 manat olmasını, bu tikilinin həqiqətən mövcud olmasının proses zamanı müəyyən olunduğunu, cavabdehin də həmin tikilinin mövcud olduğunu və tərəfindən söküldüyünü etiraf etdiyini, hətta göstərmişdir ki, sökülən materiallar oradadır, lakin şiferin biraz qırıldığını, prokurorluqda araşdırma aparılan zaman onlara həmin tikilinin dəyərinin müəyyən edilməsi barədə sənəd təqdim edilməsini təklif ediklərini və bu səbəbdən onlar tərəfindən lisenziyası mövcud olan qiymətləndirmə şirkətinə müraciət edildiyini, 32700 manat olması barədə rəyi prokurorluğa və məhkəməyə təqdim etdiklərini bildirmişdirlər. Daha sonra məhkəmə tərəfindən yenidən ekspertiza təyin edilmiş və 46000 manat dəyərində olması barədə rəy təqdim edildiyini bildirmişdir. İddiaçının nümayəndəsi (vəkili) cavabdehin əvvəlki məhkəmə iclasında qiymətləndirmənin onların iştirakı olmadan keçirildiyini bildirməsinə münasibətdə qeyd etmişdir ki, qərardadda bütün məsələlələr dəqiq göstərilmişdir. Belə ki, qərardadadda qiymətləndirmənin tərəflərin iştirakı ilə onlar iştirak etmədikdə isə iştirakları olmadan keçirilməsi qeyd edilmişdir. İddiaçının nümayəndəsi (vəkili) qeyd etmişdir ki, cavabdeh iddianı yalnız 3284 manat hissədə qəbul edir, lakin bu tikilinin qiyməti deyildir. O cavabdehin materialları sökdüyünü etiraf etdiyini qeyd etmiş və iddia tələbini 46000 manat həcmində müdafiə etdiyini əgər həmin materialdırsa bu zaman həmin materialların məbləğinin çıxıla biləcəyini də qeyd etmişdir.

7. Məhkəmə iclasında iştirak edən İddiaçı3 öz izahatında şəkildəki materialların yalnız həmin materialların 1/3-i olduğunu qeyd etmişdir. O fundamentin olduğunu, kondisioner olmadığını, elektrik xətlərini çəkildiyini, kondisioner yerinin qoyulduğunu, kanalizasiya və su çəkildiyini qeyd etmişdir. İddiaçı Malik adlı şəxsin C evinin tikintisində iştirak etdiyini, oranın 50x60 sm funtamentin olduğunu, həmin fundamentin armaturlarını satan şəxslərin təhqiqat və istintaqda ifadə verdiklərini, iddia tələbini 46000 manat məbləğində müdafiə etdiyini, iddia tələbini tam müdafiə etdiyini, 1998-ci ildə İmişli rayonunda Dövlət yol Polis postunda yol patrul inspektoru işləyən zaman 1997-ci ilin martın 21-i NZS qəsəbəsində sovxoz 23 mənzil 8-də 3 otaqlı mənzilinin bina ilə birlikdə yandığını, 1998-ci ilin iyun ayının 6-da Xətai Rayon İcra Hakimiyyətində 4 nəfər ailə üzvü ilə birlikdə ev növbəsində olduğunu və hazırda da ev mövbəsində olduğunu, postda olarkən təsadüfən maşın saxladığını, və avtomobili idarə edən şəxsin adının İslamov Murad olduğunu və onun Nərimanov Rayon İcra Hakimiyyətinin hüquq şöbəsində işlədiyini bildirdirdiyini və sonradan ona həmin şəxsin həqiqətən də orada işləyinin məlum olduğunu, həmin şəxsin qayınatasının qonşuluğunda böyük yer satıldığını istəsə Bakıya gələndə yanına gələ biləcəyini qeyd etdiyini, həmin sahənin 10 000 dollara satıldığını, 9000 dollara razılaşdıqlarını və aldıqlarını bildirmişdir. İddiaçı3 qeyd etmişdir ki, alan zaman ortada 2 otaqlı ev olmuş, Zinayida adlı xanımdan evi aldığını və akt tərtib edildiyini, lakin həmin aktı itirdiyini qeyd etmişdir. 1998-ci ilin sentyabr-oktyabr ayında tikinti şirkəti ilə danışmış və onlar tikintini həyata keçirmişlər. O cavabdehin 2014-cü ilin avqustunda Azərbaycanda olduğunu qeyd etmişdir. O yalan ifadə verildiyinə görə cinayət işinin başlanması xahiş etmiş və həmin aktın əsasında çizgi çəkildiyini qeyd etmişdir. İddiaçı3 sədrlik edənin sualına cavab olaraq qardaşı Azər ilə birlikdə “C” tikilisinə 29000 - 30 000 manat xərc çəkdiyini bildirmişdir.

8. Məhkəmə iclasında iştirak edən İddiaçı2 öz izahatında iddia tələbini müdafiə etdiyin, şəkillərdəki materialların həmin materialların tikiliyə aid materiallar olduğunu, lakin sərf edilmiş materialların şəkildəkindən daha çox olduğunu bildirmişdir. İddiaçı2 sədrlik edənin sualına cavab olaraq “C” tikilisinə heç bir vəsait xərcləmədiyini qeyd etmişdir.

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında fundamentin olmadığını, “C” tikilisinin ona məxsus olduğunu, 2014-cü ildə 11000 dollar pul göndərdiyini, orada Ağ şəhər olacağını və bu səbəbdən plana düşən zaman gəlir əldə edəcəyini və bu zaman isə iddiaçıya hörmət edəcəyini bildirmişdir. O tikilinin iddiaçının tikdiyini, ancaq pulunun onun göndərdiyini qeyd etmişdir. O 11000 dolların 2000 dollarının tikili üçün icazə alamaq üçün verdiyini, 2014cü ilin avqust ayında 11000 dollar pul göndərdiyini qeyd etmişdir.

10. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən şahid X11 öz ifadəsində 1996cı ildən həmin ərazidə yaşadığını, həmin dövrdə Sübhanı şəxsən tanımadığını, 1998-ci ildən onların evinin qarşısındakı ərazinin alındığını, həmin tikilinin kim tərəfindən alındığını bilmədiyini, ərazidə böyük bir tikinti işinin başlandığını, sağ və sol tərəfdə tikinti işlərinin həyata keçirildiyini, tikintinin 1998-ci ildə başladığını, əvvəllər yastı bir tikilinin olduğunu onun söküldüyünü, balaca bünövrəsinin qala biləciyini, sol tərəfdəki tikintinin sürətli getdiyini, təxminən 3 ay çəkdiyini, lakin sağ tərəfdəki tikilinin fasilələrlə inşa olunduğunu, tərəflərin ataları “Qurban” adlı şəxsi tanıdığını, həmin şəxsin yoldaşı ilə birlikdə yaşadığını, Sübhanı uzaqdan gördüyünü, 2018-2019-cu illərdə Sübhanı tanıdığını qeyd etmişdir. O təxminən 2000ci ildə birlikdə su çəkdiklərini, 1998-1999-cu ildə Sübhanı gördüyünü, o biri qardaşını da uzaqdan gördüyünü, 2006-cı ildə Sübhanın ailəsi ilə birlikdə bir müddət yaşadığını qeyd etmişdir. O daha sonra həmin ərazidə kirayəçilər yaşadığını səs-küy olduğunu, sözlərinin kimə deməli olduqlarını bilmədiyini, yalnız orada bir qardaşı olduğunu onun həmin əraziyə nəzarət etdiyini, kirayəçi qoyub çıxartdığını, pulunu isə Ukraynanaya göndərdiyi bildiyini, lakin onu görmədiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən şahid 2022-ci ildə Sübhanın ona zəng edərək ona akt lazım olduğunu bildirdiyini və o da akt tərtib etdiyini və akta da 2 qonşu ilə birlikdə imza atdıqlarını, evin 2003-cü ildə evin yaşamaq üçün hazır vəziyyətə gəldiyini, evin içərisinə girmədiyini qıraqdan gördüyünü, o ünvanın A.Qurban 25 ünvanı olduğunu, 52T ünvanın olmadığını, 2022-ci ilə qədər onların bir darvazası olduğunu, Sübhanın onun evi ilə üzbəüz darvaza açdığını, “C” tikilisinin ev yiyəsinin qardaşının apardığını, qardaşının adının İdris olduğunu, onların digər tikilini kvadrat artırmaq üçün tikdiklərini, mal tikilisinə oxşadığını bildirmişdir. Sübhanın tərtib etməsini xahiş etdiyi aktı kimə verdiyini bilmədiyini, Sübhanın ona bir nəfərin gəlib aktı alacağını bildirdiyini, onun da aktı verdiyini, eskiz çəkildiyi zaman orada olmadığını, tikilinin Sübhan tərəfindən söküldüyünü, hasarın Sübhan tərəfindən tikildiyini, onun evinin küçənin sağ tərəfində mübahisəli evin isə sol tərəfdə olduğunu, üzbəüz qonşu olduqlarını, sağdakı tikilinin sürətli getdiyini, soldakı Sübhanın evinin sürətli getmədiyini, əvvəl dəmir hasarın olduğunu, sonradan hasar çəkildiyini, Sübhanın evinin 2000-ci illərdə başının bağlandığını lakin sağdakının sürətli getdiyini, “Qurban” adlı şəxsin (tərələrin atası) su çəkilməsi üçün turbaların çoxsunu gətirdiyini, evin oğlanlarının tikdiyini bildirdiyini qeyd etmişdir. O həmçinin ifadəsinə əlavə olaraq “Qurban” adlı şəxsin bir oğlunun qayıda işlədiyini və onun tikiliyə nəzarət etdiyini, “Qurban” adlı şəxsin əvvəlcə yoldaşının daha sonra isə özünün vəfat etdiyini eşitdiyini amma dəfn mərasiminə getmədiklərini, “Qurban” adlı şəxsə heç kimin kömək etmədiyini, evin üstü vurulan zaman Sübhanı gördüyünü qeyd etmişdir.

11. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən şahid X21 öz izahatında bildirmişdir ki, 1998-ci il tarixində İdris müəllim gəlmiş və bağın satılıb-satılmasını soruşmuşdur. Həmin ərazi onların evinin qonşuluğunda yerləşir. Daha sonra həmin evi almışdır. Bundan sonra o ərazinin bir küncündə Sübhan müəllim, digər küncündə isə İdris müəllim ev tikməyə başlamışdırlar. İdris müəllimi çoxdan tanıyır, lakin Azər müəllimi bir dəfə görmüşdür. Həmçinin, evin tikildiyi sahəsnin 10 sotan çox olduğunu və hasara alındığını da bildirmişdir. Evin tikintisini Azər müəllim tez bitirmiş, Sübhan müəllim isə ondan bir müddət sonra bitirmişdir. 2000-ci ildə Sübhan müəllim də evin tikintisini başa çatdırmışdır. 2006-cı ildən həmin evdə Sübhan müəllim yaşamağa başlamışdır. O, Sübhan və İdris müəllimi yaxşı tanıdığını bildirmişdir. Evlərin tikintisi zamanı ən çox gəlib-gedən Sübhan və İdris müəllim olmuşdur. Bir dəfə onların atasının da gəldiyini görmüşdür. Evlə arasında təqribən 10 metr məsafə vardır. Evlər tikilən zaman aralarında hasar olmamış, 2020-ci ildə evlərin arasında İdris tərəfindən hasar tikilmişdir. Sonuncu qapını Sübhan müəllim qoymuşdur. Hasar çəkilməmişdən əvvəl, təxminən 2013-cü ildən İdris müəllim həmin həyətdə bir ev də tikmişdir. 2022-ci ildən Sübhan müəllimlə əlaqədə olmuşdur. Sübhan müəllimin evində kirayədə qalanlar olmuşdur. Azər müəllimin evi ondan çox aralıda yerləşdiyi üçün ona nəzarət edə bilməmişdir. Evlərin tikintisi zamanı Sübhan müəllim özü də tikintidə iştirak etmişdir. Hər iki evin tikintisinə başqa-başqa ustalar işləmişdirlər. Daha sonra “C” yarımtikilinin damının suyu onların həyətinə tökülmüş, bununla bağlı İdris müəllimə iradını bildirən zaman o Sübhan müəllimə müraciət etməsini bildirmişdir. Bundan sonra Sübhan müəllimə müraciət etmiş, o da tikilini sökmüşdür. Aktı imzalamaq üçün Sübhan müəllim ondan xahiş etmişdir. Evlərin üstünün götürülməsi arasındakı vaxt 1 il təşkil edir. Azər müəllimin evinin tikintisi 1 il çəkmişdir. Digər evin tikintisi isə 1 ildən çox çəkmişdir. İdris müəllim özü onların evinə gəlmiş və bağın satılmasını soruşmuşdur. Həmçinin, İdris onun yeznəsinin də tanışı olmuşdur. Onun yeznəsi İdrisi tanıdığını bildirmişdir. Sübhan müəllim 2000-ci ildə evin damını düzəltdirmiş, lakin onu 2003-cü ildə həyətdə görməmişdir. İdris müəllimə bağı o göstərmişdir.

12. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən X1 öz izahatında bildirmişdir ki, Şahini və İdrisi tanıyır. Belə ki, İdris o vaxtı onların bölgəsində işləyib, əmisigildə qalıb, qonşu olub, daha sonra əmisinə ev tikdirmək istədiyini bildirmiş, əmisi də qardaşıoğlunun usta olduğunu demişdir. İdris ona özü və qardaşı üçün ev tikdirmək istədiyini bildirmiş, o da bacara biləcəyini qeyd etmiş və 15 gün ərzində evin dam örtuyünü hazır vəziyyətə gətirmiş və getmişdir, məvacibi isə 2 dəfəyə ödənilmişdir. X1 evlərin NZS-də yerləşdiyini, pulu isə ona İdrisin verdiyini, İdrisdən başqa ona heç kim müraciət etmədiyini, evlərin birinin altının da, üstünün də monolitdən olduğunu, birinin isə altının monolit, üstünün isə taxta olduğunu qeyd etmişdir.

13. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən şahid X7 öz izahatında bildirmişdir ki, zalda oturanlardan Rüstəmi, İdrisi tanıdığını, İdrislə bir qardaş münasibətlərinin olduğunu, İdrislə 1997-ci ildən tanış olduğunu, İdrisin polisdə işlədiyini, onun da fermasının olduğunu, təsadüfən qarşılaşdıqlarını və tanışlıqlarının başladığını, 1998-ci ildə İdrisin NZS-də yaşayan bir nəfərin torpaq sahəsi satdığını, gedib ona baxmağı təklif etdiyini, birlikdə getdib həyətə baxdıqlarını, evin həyətinin ortasında 2 mərtəbəli ev tikildiyini gördüyünü, torpağı satan şəxsi tapıb danışdıqlarını, 10000-ə dediklərini, 9 minə razılaşdıqlarını açarı da orada verdiklərini, ondan sonra İdrisin tikinti briqadası ilə danışdığını, iki mərtəbəli evin söküldüyünü, içəri girəndə 2 ev olduğunu, kürsülü evin həm altının, həm də üstünün monolit olduğunu, amma o birinin ancaq altının monolit olduğunu, bu evlər tikildikdən sonra evin üstünü vurmaq lazım olduğunu, İdrisin Rüstəmin gələcəyini, o damı vuracağını bildirdiyini və onları tanış etdiyini, lazım olan materialları aldıqlarını, bir evi Azər adında qardaşı, digər evi isə özü üçün tikdiyini, sonra İdrisin bir tikinti də tikdiyini, qardaşı Sübhanın gəlib, oraları sökdüyünü, polisə zəng etdiyini, onun da zəng edib İdrisə məlumat verdiyini qeyd etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

14. Bakı Şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli məktubuna əsasən İddiaçı3 Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli sərəncamına əsasən 4 nəfər (özü, h/yoldaşı, 2 oğlu) ailə tərkibi ilə ümumi əsaslarla yaşayıç yeri üzrə mənzil növbəsindədir.

15. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli, 2-1170-2000 saylı qətnaməsinə əsasən İddiaçı1 Bakı şəhəri A.Qurbani küçəsi 25 saylı evə köçürülməsi və onun həmin mənzildəki yaşayış sahəsindən istifadə hüququ müəyyən edilmişdir.

16. Bakı Şəhəri Xətai Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubu.

17. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı2 verilmiş xx.xx.2002-ci il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” № ******* saylı arayışa əsasən İddiaçı1, X2 və X13 ünvan 25 ünvanında qeydiyyatdadır.

18. Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 66 saylı MKİS-nin xx.xx.2024-cü il tarixli, № 962 saylı arayışına əsasən İddiaçı1 ünvan 7 ünvanında qeydiyyatdadır və xx.xx.2001-ci ildən ailə tərkibi ilə birlikdə qeydiyyatda olmuşdur.

19. Bakı Şəhəri Xətai Rayon Xətai Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən ünvan 8 ünvanında yerləşən əmlakına görə 2024-cü ilin sonunadək bələdiyyə büdcəsinə əmlak və torpaq vergisi borcu yoxdur.

20. xx.xx.2024-cü il tarixli qəbzə əsasən İddiaçı3 X5 Ödəniş Portalı vasitəsilə 38.49 manat məbləğində rüsum ödəmişdir.

21. "xxxx" MMC tərfindən təqdim edilən Hesabat Cədvəlinə əsasən ünvan 9 ünvanında yerləşən, İddiaçı1 özünə məxsus evin, həyətyanı sahəsi 218.09 m² əmlakın sahəsinin 218.09 m² olan hazırkı bazar qiyməti: 32700 (otuz iki min yeddi yüz) manat təşkil edir.

22. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən iddiaçılar və cavabdehin adına ünvan 10 ünvanında yerləşən torpaq sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Həmçinin bildirilmişdir ki, ünvan 10 ünvanına dair dövlət reyestrində bir neçə fərdi yaşayış qeydiyyata alınmışdır.

23. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən Xətai rayonu, (MKİS-66,kod 2661) A. Qurban 25/52T fərdi yaşayış evində yaşayan Cavabdeh xx.xx.2024-cü il tarixinədək məişət tullantılarının daşınmasına görə ödəmə borcu yoxdur.

24. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, CVN/M 04-16/24 saylı rəyinə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban 25/52t ünvarında 3 otaqlı özütikili fərdi yaşayış evinin ümumi sahəsi (ölçüləri) 80,42 (səksən tam yüzdə qırx iki) kvadratmetr təşkil edir.

25. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, CVN/İ 10-162/25 saylı “Tikinti materiallarının dəyərinin müəyyən edilməsi barədə” arayışa əsasən 2500 ədəd mişar daşının dəyəri 1000 manat, 5x15 sm, 4 metrəlik, 60 ədəd taxtanın dəyəri 588 manat, 4x5 sm, 4 metrəlik, 55 ədəd reykanın ümumi dəyəri 46,8 manat, 170 ədəd asbest şiferin dəyəri 1105 manat, 50 kisə sementin dəyəri 385 manat, 1 maşın qumun dəyəri 160 manat məbləğində olmaqla ümumilikdə tikinti materiallarının bazar dəyəri 3284,8 manat məbləğində müəyyən edilmişdir.

26. Xətai Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərarına əsasən İddiaçı3 şikayət ərizəsi ilə Azərbaycan Respublikası Baş Prokuroruna və Xətai RPİ-nə muraciət edərək qardaşı İddiaçı1 ilə birlikdə aldıqları torpaq sahəsində inşa etdikləri Xətai rayonu Aşıq Qurban 25 ünvanında yerləşən və Xətai rayon məhkəməsinin qətnaməsinə əsasən İddiaçı1, X4, X12, X8 yaşamaq hüququ olan iki evdən birinə qardaşı Cavabdeh Xətai rayon 66 saylı MKİS-in rəisi X14 və Xətai rayon 66 saylı MKİSin mühəndisi Arif Qasımovla əlbir olaraq öz adına Aşıq Qurban 25/52t ünvanı verdirərək, saxta şəxsi hesab vəsiqəsi aldığını bildirmişdir. Toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilməklə istintaqı aparılması qərara alınmışdır.

27. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, N 26/04 saylı hesabatına əsasən ünvan 13 ünvanında İddiaçı1 məxsus torpaq sahəsində yerləşən sahəsi 218,09 m² "C" yarımtikilisinin hazırki, bazar qiyməti 32700 (otuz iki min yeddi yüz) manat təşkil edir.

28. Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Baş İstehsalat Qaz İdarəsinin xx.xx.2007-ci il tarixli, № 05-433/5 saylı texniki şərtləri.

29. xx.xx.2007-ci il tarixli № 406 saylı razılaşdırmasına əsasən İddiaçı1lə Xətai rayonu, A.Qurban küçəsi, ev 25 ünvanında yerləşən fərdi yaşayış evinin qazlaşdırılmasının qeyd edilən şərtlər daxilində razılaşdırılmışdır.

30. xx.xx.2007-ci il tarixli ərizəyə əsasən İddiaçı1 ünvan 14 ünvanında ona məxsus fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş etmişdir.

31. İddiaçı1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, birgə fəaliyyət müqaviləsi.

32. Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı.

33. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, № 3-38-2/33-3011/24 saylı məktubu.

34. xx.xx.2024-cü il tarixli “zərərçəkmiş qismində tanınmaq haqqında” qərarıma əsasən İddiaçı3 zərərçəkmiş şəxs qismində tanınmışdır.

35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/7568 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, «A» literli fərdi yaşayış evinin inşası zamanı monolit betondan və mişar daşından istifadə edildiyi, «B» literli fərdi yaşayış evinin inşası zamanı beton plitələrdən və mişar daşından istifadə edildiyi müəyyən edilmişdir. ünvan 15 ünvanında yerləşən 10 (on) sot torpaq sahəsində inşa edilmiş «A» və «B» literli fərdi yaşayış evlərinin dam örtüyündə atma taxtalardan və şiferdən istifadə edildiyi müəyyən edilmişdir. ünvan 16 ünvanında yerləşən 10 (on) sot torpaq sahəsində inşa edilmiş «A» va «B» literli fərdi yaşayış evlərinin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşə) və tikililərin sayı tərtib edilmiş plan-sxemin göstiricilərinə uyğun olduğu, ölçülərinin isə uyğun olmadığı müəyyən edilmişdir.

36. Bakı Şəhəri Xətai Bələdiyyəsi tərəfindən İddiaçı1 verilmiş xx.xx.2025-ci il tarixli, 03/H231 saylı arayışa əsasən ünvan 17 ünvanında yerləşən əmlakına görə 2025-ci ilin sonunadək bələdiyyə büdcəsinə YVÖK-20011OUH56Z8 üzrə əmlak və torpaq vergisi borcu yoxdur.

37. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş abunə haqqında çıxarışa əsasən ünvan 18 ünvanında yerləşən **********55X77 saylı abunə kodu İddiaçı1 adına qeydiyyata alınmışdır.

38. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş № AB 023245 saylı arayışa əsasən Xətai, NZS, A.Qurban, Ev(Bina):0025, mənzil: A052 ünvanında yaşayan **********5A052 kodlu abonent Cavabdeh xx.xx.2025 tarixi üçün "xxxx" ASC-yə elektrik enerjisindən borcu yoxdur.

39. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş abunə haqqında çıxarışa əsasən ünvan 20 ünvanında yerləşən **********5A052 saylı abunə kodu Cavabdeh adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

40. Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 66 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, № 2289 saylı arayışa əsasən Cavabdeh Aşıq Qurban küçəsi 25/52t saylı evin özünə məxsus, öztikili evdə qeydiyyatsız ayaşayır.

41. xx.xx.2022-ci il tarixli ərizəyə əsasən Cavabdeh "xxxx" MMC-yə müraciət edərək ünvan 21 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinin öz şəxsi vəsaiti hesabına qazlaşdırılmasına və abunəçi kodunun açılmasına köməklik göstərilməsini xahiş etmişdir.

42. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə.

43. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" İstehsalat Birliyi “ASAN Xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən Cavabdeh Aşıq Qurban küçəsi 25/52X ünvan üzrə təbii qazdan istifadəyə görə xx.xx.2025-ci il tarixinə borcu yoxdur.

44. Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxs Xətai rayon Sukanal İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən Xətai, X29. (Yaşayiş Massivi), Ev-25/52 ünvanında yaşayan Cavabdeh Qurban oğlunun xx/xx/2025-ci il tarixinə sudan istifadəyə ve tullantı sualrın axıdılması xidmətinə görə borcu yoxdur.

45. Bakı Şəhər Prokurorunun cinayət işinin dayandırılması haqqında qərarın ləğv edilməsi barədə qərarına əsasən ********* nömrəli cinayət işi üzrə Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Həmid Ağayevin 01 oktyabr 2024-cü il tarixli "cinayət işi üzrə icraatın dayandırılması haqqında" qərarı əsassız olduğundan ləğv edilmişdir.

46. Bakı Şəhəri Xətai Rayon Xətai Bələdiyyəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 01/143 saylı məktuba əsasən Xətai rayon X10 Qurban küçəsi ev 25 ünvanında yerləşən 10 (on) sot torpaq sahəsinin hüquqi statusuna, həmin torpaq sahəsində yerləşən tikililərin hüquqi statusuna, kimə məxsus olmasına, hansı tarixdə kim tərəfindən inşa edilməsinə dair hər-hansı bir məlumat aşkar edilməmiş, lakin Xətai rayon Məhkəməsinin 10 oktyabr 2000-ci il tarixli qərarına əsasən (surəti əlavə olunur) vətəndaş İddiaçı1 sorğuda qeyd olunan Xətai rayonu A.Qurban küçəsi 25 saylı evə köçürülmüş və ona həmin mənzildəki yaşayış sahəsindən istifadə hüququ müəyyən edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, vətəndaş İddiaçı1 bu qərara əsasən Bələdiyyənin BAMS proqramı üzərində uçota alınmış, bələdiyyə büdcəsinə əmlak və torpaq vergisini ödəmişdir.

47. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, №01/25-337 saylı rəyinə əsasən ünvan 24 ünvanında yerləşən fərdi yaşayış evinin (yarımtikili) xx.xx.2025-ci il tarixinə olan bazar (likvid) dəyəri 46000 (qırx altı min) manat, maddi ziyanın əvəzi məbləği 46000 (qırx altı min) manat təşkil edir. Ekspertizanın aparılması üçün 400 (dörd yüz) manat xidmət haqqı təyin edilmişdir və xidmət haqqı İddiaçı3 tərəfindən ödənilmişdir.

48. Qəbzlər, fotoşəkillər, sxemlər və iş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

49. Azərbaycan Respublikasının Konstitusiyası:

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.

29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

50. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi;

51. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarı.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarı.

54. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı.

55. X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il Qərarı.

56. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il Qərarı.

57. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali MəhkəməsininPlenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı.

Məhkəmənin mövqeyi:

58. Məhkəmə tərəflərin izahını, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

59. İddia tələbi bir neçə hissədən ibarətdir. Belə ki, iddia tələbinin ilk iki hissəsi bir birilə əlaqəli iddia tələblərindən ibarətdir. Tələbin birinci hissədə təmin edilib-edilməməsindən asılı olaraq ikinci hissə ilə bağlı məhkəmə hüquqi qiymətləndirmə aparmalıdır. İddia tələbinin Cavabdeh ünvan 25 ünvanında yerləşən istifadəsində və sahibliyində olan torpaq sahəsindən və «B» tikilisindən məcburi qaydada çıxarılması hissəsi ilə Cavabdeh tərəfindən icazəsiz və qanunsuz olaraq inşa olunmuş hasarın, darvazanın və qapının sökülərək əmlaklarının əvvəlki vəziyyətinin bərpa olunması hissəsi bir-biri ilə əlaqəli iddia tələbləridir. Məhkəmə iddia tələbini həmin hissələrdə əsassız hesab edir.

60. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan tikililərin qanunsuz tikili olması mülki işin mübahisəsiz halıdır. İddiaçılar cavabdehin onlara məxsus olan mülkiyyəti mənimsəməsi nəticəsində mülkiyyət hüququnun pozulmasına iddia etsələr də, məhkəmə araşdırması nəticəsində müəyyən orlunmuşdur ki, mübahisəli fərdi yaşayış evləri daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və hüquqi statusu etibarilə özbaşına tikilidir.

61. Nə iddiaçıların, nə də cavabdehin mübahisə predmeti olan özbaşına tikiliyə hər hansı mülkiyyət hüququ yoxdur. İddiaçıların üzərində sahiblik hüquqlarının pozulduğunu iddia etdiyi evlərin yerləşdiyi torpaq 1998-ci ildə əldə edilmiş, 2000-ci ilin əvvəllərində şərti olaraq adlandırılan “A” və “B” tikilisi tikilmiş, daha sonra isə “C” tikilisi İddiaçı3 tərəfindən tikilmişdir. Nə iddiaçılar, nə də cavabdeh torpaq sahəsinin mülkiyyətçisi deyillər. İddiaçıların cavabdehin çıxarılmasını tələb etdiyi evin özbaşına tikili olduğunu, həmin fərdi yaşayış evinin İddiaçı3 və İddiaçı1 hesabına tikildiyini, yəni fərdi yaşayış evləri üzərində istifadə və sahiblik hüququnun onlara aid olmasını bildirmiş və cavabdehin hər hansı hüquqi əsas olmadan onlara aid evdə yaşadıqlarını göstərmiş və onun sahibliyinin qanunsuz olmasını iddia etmişdirlər.

62. Məhkəmə qeyd edir ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək ixtiyarı yoxdur. Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Özbaşına tikiliyə yalnız öz əmlakı kimi sahiblik edən şəxsin üçüncü şəxslər tərəfindən müdafiə olunan sahiblik hüquqları vardır. İddiaçılar özbaşına tikili üzərində sahiblik hüququnun yaranması əsası kimi torpağı İddiaçı3 almasını, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli, 2-1170-2000 saylı qətnaməsinə əsasən İddiaçı1 Bakı şəhəri A.Qurbani küçəsi 25 saylı evə köçürülməsi və onun həmin mənzildəki yaşayış sahəsindən istifadə hüququ müəyyən edilməsini (§15), tikililərin iddiaçılar İddiaçı3 və İddiaçı1 tərəfindən tikilməsini və cavabdehin “B” tikilisini qanunsuz ələ keçirərək, orda hasar, darvaza qoymasını əsas kimi göstərmişdirlər.

63. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçılar İddiaçı3 və İddiaçı1 Cavabdeh ilə doğma qardaşdırlar. Eyni zamanda, İddiaçı3 Azərbaycanda yaşadığı, İddiaçı1 və Cavabdeh isə uzunmüddət Ukrayna Respublikasında yaşaması, İddiaçı1 hələ də Ukrayna Respublikasında yaşaması, hal-hazırda İddiaçı3 və Cavabdeh arasında münasibətlərin bir əmi oğlunun digər əmi oğlunu öldürməsi zəminində gərginləşdiyi müəyyən edilmişdir. İddiaçı2 İddiaçı1 qızıdır. Məhkəmə araşdırması zamanı ifadə vermiş şahidlər əvəllər “A” tikilisində tərəflərin atasının yaşadığını, İddiaçı3 və Cavabdeh orda mütəmadi olaraq gördüklərini, cavabdehin “B” tikilsini hissə-hissə tikdiyini, “C” tikilisinin İddiaçı3 tərəfindən tikilib, cavabdeh tərəfindən söküldüyünü qeyd etmişdirlər (§10, §11, §12, §13).

64. Məhkəmə hesab edir ki, iddiaçıların hazırki iddianı qaldırmaqda subyektiv hüquqları mövcud deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. (§53) Bu konteksdə hüquqi qiymətləndirmə aparılan zaman iddiaçıların mübahisə pretmedi olan tikililərə subyektiv hüququn ilkin elementi olan “hüquqi ixtiyarlarının” mövcud olmadığı müəyyən edildiyindən, onların başqa (borclu) şəxslərdən tələb etmək hüququnun və bu hüquqların müdafiə edilməsini tələb etmək hüquqlarının mövcud olmadığı müəyyənləşdirilir.

65. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbinin ilk iki hissədə təmin edilməsi hüquqdan sui-istifadə hallarına zəmin yaradacaqdır.

66. Belə ki, məhkəmə qeyd edir ki, dürüstlük mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.

67. Nəzərə alınmalıdır ki, “Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir.

68. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar sırasına müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi və s. kimi hallardır.

69. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. (§56)

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. (§55, §56)

71. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün ilk növbədə şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.” (§55)

72. Məhkəmə qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

73. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz...

74. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamə qanuni və əsaslı olmalıdır. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna, mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır.

75. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

76. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh ünvan 25 ünvanında olan torpaq sahəsindən və «B» tikilisindən məcburi qaydada çıxarılması, Cavabdeh tərəfindən icazəsiz və qanunsuz olaraq inşa olunmuş hasarın, darvazanın və qapının sökülərək əmlaklarının əvvəlki vəziyyətinin bərpa olunması hissəsində əsasızdır və rədd edilməlidir.

77. Məhəkəm iddia tələbinin ünvan 25 ünvanında yerləşən və iddiaçılara məxsus olan «C» yarımtikilisinin əsassız olaraq qərəzli şəkildə dağıdılması nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 46.000 (qırx altı min) manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçılara ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır və təmin edilməlidir.

78. İddiaçılar İddiaçı3 və İddiaçı1 və Cavabdeh “C” tikilisini şəxsi vəsaitləri hesabına tikdirdiklərini qeyd etmişdirlər. Məhkəmə araşdırması zamanı şahid ifadələrindən də məlum olmuşdur ki, “C” tikilisini İddiaçı3 tikdirmişdir. İddiaçı3 məhkəmə zalında vediyi izahda qardaşı olan digər İddiaçı1 da həmin tikilinin tikintisi zamanı vəsait xərclədiyini bildirmişdir. Cavabdeh “C” tikilisini onun vəsaiti hesabına tikilməsini qeyd etsə də bunu heç bir dəlillə sübuta yetirə bilməmişdir.

79. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan “C” tikililinin də qanunsuz tikili olmasına baxmayaraq məhkəmə mülkiyyət hüququna “gözlənti hüququ”, “faktiki dəyəri olan əmlak” kontekstindən yanaşaraq ədalətli balansın qorunmasının təmin edilməsi məqsədilə qanunsuz sahiblərə müvafiq məbləğdə dəymiş ziyanın ödənilməsini yolverilən və əsaslı hesab edir.

80. “C” tikilisinin dəyəri ilə bağlı məhkəməyə müxtəlif qiymətləndirmə rəyi təqdim edilmiş və rəylər arasında böyük qiymət fərqləri mövcuddur. Lakin məhkəmə araşdırması zamanı İddiaçı3 “C” tikilisini 30000 (otuz min) manata tikdirdiyini qeyd etmiş, cavabdeh tərəf “C” tikilisini sökdüyünü etiraf etmiş və sökdüyü materialların hələ də həyətində qaldığını etiraf etmiş, qalan tikiliyə çəkilmiş xərcin və qalan materialların bazar qiyməti ilə bağlı təqdim etdiyi rəydə ümumi məbləğ 3284,8 manat olaraq müəyyən edilmişdir. Məhkəmə iddiaçılar İddiaçı3 və İddiaçı1 çəkdiyi 30000 manat məbləğdən həyətdə qalan tikinti materiallarının dəyərini (reyka, sement, qumun dəyərini) çıxaraq 27.307 (iyirmi yeddi min üç yüz yeddi) manat pulun Cavabdeh tutularaq iddiaçılar İddiaçı3 və İddiaçı1 ödənilməsini ədalətli, ağlabatan, hesab edir. İddia tələbini cavabdeh İddiaçı2 münasibətdə təmin etmir.

81. İddiaçı tərəf vəsatət verərək mülki iş üzrə xüsusi qərardadın çıxarılmasını xahiş etmişdir. Əsas qismində isə cavabdeh tərəfindən saxta sənədlərin əldə edildməsi, tikilinin sökülməsi, maddi ziyanın vurulması ilə bağlı cinayət təqibi xüsusatlarının olması qeyd edilmişdir. Müəyyən edilmişdir ki, iddiaçı tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilmiş və Xətai RPİ-də, prokurorluqda bununla bağlı araşdırma aparılmışdır.

82. Məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə xüsusi qərardadın qəbul edilməsinə mötəbər hüquqi əsaslar, sübutlar mövcud deyildir. Həmçinin, iddiaçı tərəfin özü istinad etdiyi xüsusatlarla bağlı hüquq mühafizə orqanlarına müraciət etməsini və şikayət üzrə araşdırmanın aparılmasını bildirmişdir. Vətəndaşların baş verməsi iddia (ehtimal) olunan cinayət hadisələri üzrə hüquq mühafizə orqanlarına (prokurorluq) müraciət etməkdə sərbəst olduqlarından hazırda bunun üçün məhkəmə qərarından istifadə edilməsinə hüquqi və faktiki zərurət yoxdur.

83. Beləliklə, məhkəmə qeyd edilən qanunvericilik normalarına və işin hallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ünvan 25 ünvanında yerləşən «C» yarımtikilisinin dağıdılması nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 27.307 (iyirmi yeddi min üç yüz yeddi) manat pul Cavabdeh tutularaq müştərək qaydada iddiaçılar İddiaçı3 və İddiaçı1 ödənilməlidir.

84. İddia tələbi qalan hissədə rədd edilməlidir.

Məhkəmə xərcləri:

85. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçıların tələbi mövcud olmadığından ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir.

86. Həmçinin iddia tələbi qismən təmin edildiyindən və mübahisəli əmlakın bazar qiymətinin müəyyən edilməsi üçün iddiaçı tərəfindən tədqiqatın dəyəri 400 manat məbləğində ödənildiyindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti də cavabdehdən tutulmalıdır.

87. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

1. İddia qismən təmin edilsin.

2. ünvan 25 ünvanında yerləşən "C" yarımtikilisinin dağıdılması nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 27.307 (iyirmi yeddi min üç yüz yeddi) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq müştərək qaydada iddiaçılar İddiaçı3 və İddiaçı1 ödənilsin.

3. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat Cavabdeh tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.

4. İddia qalan hissədə təmin edilməsin.

5. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin.

6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar