Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-20/2023 12.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMCnə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbi barəsində ilkin Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və Cavabdeh1 qarşı “kompensasiya” tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-nə qarşı – ünvan 1 ünvanında yerləşən binanın B girişində, 660 kv.metr (birinci və ikinci mərtəbədə hər birində 330 kv.metr olmaqla) qeyri-yaşayış sahəsinin ½ hissəsinə onun pay hüququnun tanınması, həmin qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 ilə “ABC-Telekom MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" MMC-nin oradan çıxarılaraq qeyri-yaşayış sahəsinin boşaldılması, qeyri- yaşayış sahəsinin icarəyə verilməsindən əldə edilmiş gəlirin yarı hissəsi olan 24420 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh2 MMC-nin cavabdeh İddiaçı və Cavabdeh1 qarşı – ünvan 2 ünvanında yerləşən binanın B girişində, 660 kv.metr (birinci və ikinci mərtəbədə hər birində 330 kv.metr olmaqla) qeyri-yaşayış sahəsinin təmiri ilə bağlı çəkilən xərclərin əvəzi olan 300000 manat məbləğində pulun və 590 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər İddiaçı və Cavabdeh1 müştərək qaydada tutulması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən binanın B girişində, 660 kv.metr (birinci və ikinci mərtəbədə hər birində 330 kv.metr) olmaqla qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 MMCnin oradan çıxarılaraq qeyri-yaşayış sahəsinin boşaldılması, qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə edilmiş gəlirin yarı hissəsi olan 24420 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC cavabdehlər İddiaçı Möhübət qızı və Cavabdeh1 qarşı ünvan 2 ünvanında yerləşən binanın B girişində, 660 kv.metr (birinci və ikinci mərtəbədə hər birində 330 kv.metr) olmaqla qeyri-yaşayış sahəsinin təmiri ilə bağlı çəkilən xərclərin əvəzi olaraq 300000 manat məbləğində pulun və 590 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclaslarına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh məhkəmə iclasında iştirak etməmiş, beləliklə işə mahiyyəti üzrə baxılmasını təkid etməmişdirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işə iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMCnə qarşı akı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 2372 ünvanında yerləşən binanın B girişində, 660 kv.metr (birinci və ikinci mərtəbədə hər birində 330 kv.metr) olmaqla qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 MMCnin oradan çıxarılaraq qeyri-yaşayış sahəsinin boşaldılması, qeyriyaşayış sahəsinin icarəyə verilməsindən əldə edilmiş gəlirin yarı hissəsi olan 24420 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq ona ödənilməsi tələbi barəsində ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-nin qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı Möhübət qızı və Cavabdeh1 qarşı ünvan 2 ünvanında yerləşən binanın B girişində, 660 kv.metr (birinci və ikinci mərtəbədə hər birində 330 kv.metr) olmaqla qeyri-yaşayış sahəsinin təmiri ilə bağlı çəkilən xərclərin əvəzi olaraq 300000 manat məbləğində pulun və 590 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-20/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-20/2023
12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver