Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2037/2023 07.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı – mənzilə köçürülmə barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – iddiaçının ünvan 1 ünvanına birgə nikahdan olan övladları ilə köçürülməyi barədə qətnamə qəbul edilsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə nikahları xx.xx.2017- ci ildə rəsmi qaydada pozulmuşdur. 2015-ci ilə qədər birgə təsərrüfat aparmış və ailəsi ilə birlikdə yaşamışdır. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X14, xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X5 dünyaya gəlmişdir.İddaçı bildirir ki, cavabdeh ilə 2007-ci ildə ailə həyatı qurduqdan sonra 2015-ci ilə qədər ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşamışlar. Əvvəllər ailə münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pozulmuşdur. Bunun əsasında cavabdeh tərəfindən mənzildən çıxarılmışdır. İddiaçının hazırda yaşamağa şəraiti yoxdur. Buna əsasən iddiaçı hesab edir ki, hazırda cavabdehin yaşadığı ünvana birgə nikahdan olan uşaqları ilə birlikdə köçürülməlidir. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında bildirdi ki, hazırda kirayə mənzildə yaşayır, ayda 450 manat kirayə haqqı verir, himayəsində 3 uşaq var, heç bir yerdən maddi dəstək almır, mənzil keçmiş qaynanasına məxsusdur, ora gəlin köçüb, uşaqlar orada qeydiyyatdadırlar, uşaqların qeydiyyatda olduğu mənzilə köçürülməsini istəyir, məcbur da olsa cavabdehlə yaşayacaqdır. Ona görə də,məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, bildirdi ki, mənzil onun mülkiyyətində deyil, anasının mülkiyyətində olduğundan iddia əsassızdır və buna görə də, təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 3A, 9 saylı mənzil X3 mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-913/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi üzrə iddiaçı X3 cavabdeh İddiaçı qarşı “cehiz əşyaların çıxarılması” tələbinə dair ilkin iddiası təmin edilmiş, qarşılıqlı iddia tələbi üzrə İddiaçı cavabdeh X6 qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmiş, cavabdeh İddiaçı qətnamənin təsviri hissəsində qeyd edilmiş əşyaları X6 məxsus ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılmasına dair qətnamə qəbul olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-913/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin təsviri hissəsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1703/2015 saylı, 28 iyul 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh Rafael oğlu arasında nikah ləğv edilərkən 04 fevral 2009-cu il təvəllüdlü X14, 19 iyul 2010-cu il təvəllüdlü X11 və 19 iyul 2010-cu il təvəllüdlü X1 Günay Fazil qızının himayəsində saxlanılmışdır. Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 3A, 9 saylı mənzildə X2, Cavabdeh Rəfayil oğlu, X4, X16, X7, X14, X5 və X12 qeydiyyatdırlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı 17 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə insan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir». Həmin məhkəmə «Sporronq və Lonnrot İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter alır». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 6-cı maddəsinə əsasən, mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-152.4-cü maddələrinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin əsas vəzifələrindən biri mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şəraitin yaradılması (maddə 6.1.7) pozulmuş hüquqların bərpasının təmin edilməsidir (maddə 1.8). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, işin həqiqi halları, tərəflərin izahatı və işin materialları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 07 avqust 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 3 övladları doğulmuş, nikahları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyul 2015-ci il tarixli 2(011)-1703/2015 saylı qətnaməsi ilə ləğv edilmişdir. Nikahda olduqları müddətdə iddiaçı cavabdehin anası X6 məxsus mənzildə yaşamışdır. Həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-913/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi üzrə iddiaçı X3 cavabdeh İddiaçı qarşı “cehiz əşyaların çıxarılması” tələbinə dair ilkin iddiası təmin edilmiş, qarşılıqlı iddia tələbi üzrə İddiaçı cavabdeh X6 qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmiş, cavabdeh İddiaçı qətnamənin təsviri hissəsində qeyd edilmiş əşyaları X6 məxsus ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılmasına dair qətnamə qəbul olunmuşdur.Həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-913/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı şəhəri, Xətai rayonu, Zığ yolu, Yat 4, ev 3A, 9 nömrəli mənzilə istifadə hüququnun yaranamadığı müəyyən edilmişdir. İddiaçının köçürülməsini tələb etdiyi mübahisəli ev Cavabdeh deyil, cavabdehin anası X3 mülkiyyətindədir. Mübahisələndirilən mənzil hazırda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və Mülki Məcəllənin 140-cı maddəsinə əsasən həmin qeydin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Cavabdehin həmin mənzilə dair hər hansı hüquqlarının olması iş materiallarından müəyyən olunmur. İddiaçı mübahisəli evə köçürülməsi hüququnun olmasını iddia etdiyi halda, bununla əlaqədar olan halların sübutedilməsi vəzifəsi onun üzərinə düşsə də, o, bu vəzifəni icra etməmişdir. Odur ki, məhkəmə iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddiasına qiymət verərkən, hesab edir ki, mənzil cavabdehin mülkiyyətində olmadığından və uşaqlarının yaşayayış iddiaçının yaşayış yeri olduğundan iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı – onun birgə nikahdan olan övladları ilə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, Yat 4, ev 3A, 9 nömrəli mənzilə köçürülməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-2037/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2037/2023
07.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver