Məhkəmə qərarları › İş №2(011)-2039/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2039/2022

13.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2039/2022 13.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməməklə xitam verilməsi” barədə ilkin iddia tələbinə, Cavabdeh İddiaçı qarşı “pul” tələbi barədə qarşılıqlı iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaqla, istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 01.04.2022-ci il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, kompensasiya ödənilmədən, xx xxxxxx 1987-ci il təvəllüdlü Cavabdeh, 07.01.2011-ci il təvəllüdlü X2 və 29.07.2012-ci il təvəllüdlü X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaqla, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən hər birinə 20000 manat kompensasiya ödənilməklə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi, ünvan 1-ə çəkilmiş 7400 manat məbləğində təmir xərcinin və mətbəx mebelinin dəyəri olan 8000 manat məbləğin İddiaçı tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ilkin iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 2 ünvanında yerləşən mənzil 17 noyabr 2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqlnda Daşınmaz Əmlakın Reyestrindən RX seriyalı ********** saylı çıxarışa əsasən onun mülkiyyətindədir, oğlu X5 həyat yoldaşı Cavabdeh mülkiyyətində olan həmin mənzilə qeydiyyata salınmışdır, 2008-ci ildə mənzili yüksək təmir etdirib onlara vermişdir, Cavabdeh, 2008-ci ildə mənzilə köçsə də, 2016-cı ildə qeydiyyata salınmışdır, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qətnaməsi ilə oğlu E.Əhmədov ilə Cavabdeh nikahları pozulmuş, birgə nikahdan dünyaya gəlmiş uşaqlar Cavabdeh himayəsində saxlanmışdır, həmin evdə oğlunun qeydiyyat tarixi 11.05.2011-ci il, Cavabdeh qeydiyyat tarixi 01.11.2016-cı il, X2 qeydiyyat tarixi 27.01.2012-ci il, Əhmədzadə Nərgizin 02.10.2013-cü il tarixidir, Cavabdeh mənzildən çıxarıldıqda kompensasiya tələb edir ancaq, onun mülkiyyətində Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsində iki otaqlı və Bakı şəhəri Suraxanı rayonu, Hovsan qəsəbəsində 10 sot torpaq sahəsində 2 mərtəbəli bağ evi vardır, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş arayışdan da görünür ki, Cavabdeh adına ünvan 3 ünvanı 46 saylı NK-nın 4ə-389 reyestr nömrəli, 26.09.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, 05.10.2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0.0500 ha torpaq sahəsi 12 saylı NK-nın 4ə-1514 reyestr nömrəli, 08.10.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, 24.1.2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kondisioner b/y, 1502 saylı bağ evi 12 saylı NK-nın 4ə-1515 reyestr nömrəli, 08.10.2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, 08.11.2019-cu il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir, göründüyü kimi Cavabdeh mənzil təminatı normaldır, iki azyaşlı uşaq da bu mülklərdən birinə qeydiyyata düşə bilərlər, uşaqların analarının mülkiyyətində olan mənzilə qeydiyyatda olması onların mənafelərinə daha uyğundur, on dörd yaşı olmayan şəxslərin yaçayış yeri qanuni olaraq onların valideynlərinin yaşayış yeri sayılır, Cavabdeh mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməməsi mülkiyyət hüquqlarını məhdudlaşdırır, kommunal xidmət haqqı ödənilməsi, mənzili özgəninkiləşdirəcəyi təqdirdə onun razılığının alınması, ona ünvanlanan poçt göndərişlərinin mənzilə gəlməsi və s. kimi hallar mülkiyyət hüquqlarının pozulmasına səbəb olur, Cavabdeh hal-hazırda ailə üzvü deyil, ona görə də onun həmin mənzildn istifadə hüququ saxlanıla bilməz, iddiaçı həmin evəcehiz gətirmişdir, bu doğrudur ancaq təmir xərci əsassızır, həmçinin oğlu ilə nikahı pozulmuşdur və ona 600 manat aliment təyin edilmişdir, binaya su damsa da pulunu özü vermişdir, oğlu təmir etmişdir, Cavabdeh gələndə yalnız mebel gətirmişdir, nəvələri belə olsa, komepsasiya verilməsinə razı deyildir, zərurət yaranarsa gələckdə evi nəvəsi Leylanın adına keçirəcəkdir. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını, məhkəmədən xahiş etdi. 08.04.2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini qismən qəbul edərək, qarşılıqlı idia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 12.12.2008-ci il tarixdə Cavabdeh ilkin iddia üzrə iddiaçının oğlu X8 ilə nikaha daxil olmuşdur, elə həmin tarixdən də Xətai rayonu, G.Şıxlinski küçəsi ev 36 ünvanında yerləşən 35 saylı mənzildə qeydiyyatda olmaqla yaşamaqdadır, ilkin iddiaçı qeyd olunan əmlakı ailə qurduğuna görə onlara, yəni oğlu və Nərminəyə vermişdir, həyat yoldaşı və o mənzilin onlara məxsus olduğunu bilirdilər, o səbəbdən həmin mənzilə gəlin köçərkən Cavabdeh cehiz olaraq divardan ayrıla bilməyən mətbəx mebeli quraşdırmışdır, həmin mətbəx mebelinin dəyəri 8000 manat təşkil etməkdədir, 12.12.2008-ci il tarixdən bugünədək həmin mənzildə dəfələrlə təmir işləri aparılmışdır, sonuncu dəfə 6000 manat dəyərində oboy yenilənmiş, ağartma işləri və alçipan işləri görülmüşdür, mənzil binanın sonuncu mərtəbəsində olduğu üçün yağış sularının sızmalarına məruz qalırdı, bu məqsədlə dam və dam örtüyü bir neçə dəfə yenilənmişdir, dam örtüyünün yenilənməsinə hər dəfə 700 manat olmaqla 1400 manat xərc qoyulmuşdur, bütün bu təmir işləri həmin mənzilin satış dəyərini olduqca yüksəltmişdir, göründüyü kimi, mülkiyyətçi qeyd olunan əmlakı oğluna verməmiş olsaydı həmin mənzilə ayrılması mümkün olmayan əmlaklar quraşdırılmazdı, təmir işləri aparılmadı, ilkin iddia üzrə İddiaçı Məhərrəm oğlu öz iddia ərizəsində qeyd eləmişdir ki, Cavabdeh mülkiyyətində Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən 10 sot torpaq sahəsində bağ evi vardır, lakin X8 Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən 10 sot torpaq sahəsinin və bağ evinin bölüşdürülməsi iddiası ilə məhkəməyə müraciət etmişdir, bundan başqa X8 iddiaçının oğludur, iddiaçı oğlunun həmin evdən çıxarılmasını tələb etmir, lakin mənzildən istifadə hüququ olan yetkinlik yaşına çatmayan, əmək qabiliyyəti olmayan nəvələri X4 və X3 hüququna xitam verilməsini tələb edir, göstərilənləri nəzərə alaraq hesab edirik ki, iddiaçı cavabdehlərin hər birinə 20000 kompensasiya ödəməklə cavabdehlərin istifadə hüququna xitam verə bilər. 08.04.2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh nümayəndə və vəkilin izahatına uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, 2008-ci ildən orada yaşayır, qeydiyyatı isə 2016-cı ildir, mübahisəli mənzilə mebel aparmışdır, çünki cehiz gətirmişdir, lakin uşaqları özü ilə gətirməmişdir, onlara kompensasiya ödənilməlidir, bağ evi hazırda bölgüdədir, digər mənzil isə ipoteka ilə yüklüdür, əgər mənzildən çıxarılsa qalacaq yeri yoxdur, mülkiyyətində olan mənzillərin onun olması məsələsi nisbidir, mebellər 2008-ci ildə quraşdırılıb və onlara 8 min manat pul xərclənib, dam örtüyünü qarşı tərəf yox, özləri təmir etmişdir, əlavə olaraq 6 min oboyun dəyişməsinə pul xərcləmişdirlər, bina mənzilkommunal istismar sahəsinə məxsusdur, hal-hazırda istəyir ki, evi olsun heç olmasa bağda yaşasın, kompensasiyanı tələb edir. Cavabdeh iclasın vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasına gəlməmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil 13 aprel 2022-ci il tarixli məhkəmə iclasının növbəti məhkəmə iclasına təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş elektron çıxarışın surətindən görünür ki, ünvan 1 17.11.2020ci il tarixdə tam paylı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan AR DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 27.10.2021-ci il tarixli Arayışın surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyetrindən MH seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi 36 nömrəli, 9 mərtəbəli binada yerləşən 98.7 kv.m ümumi, 60.8 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 35 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 350 nömrəli reyestr kitabının 32766 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarıda olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5973/2021 saylı 10.12.2021-ci il tarixli Qətnaməsindən görünür ki, X8 ilə Cavabdeh arasında 16.12.2008-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 1850 saylı aktla qeydə alınmış nikah pozulmuş, 07.01.2011-ci il təvəllüdlü X7 və 28.07.2012-ci il təvəllüdlü X6 anaları Cavabdeh himayəsində saxlanılması, onların yetkinlik yaşına çatanadək saxlanması üçün, 20.08.2021-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 11.03.2022-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmasından müvafiq sənədləri təqdim etmədiyi üçün imtina olunmuşdur. İş materiallarında olan Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Abşeron rayon Vəkil Bürosuna ünvanlanmış 12.10.2021-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh adına ünvan 3 ünvanı 46 saylı NK-nın 4ə-389 reyestr nömrəli, 26.09.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, 05.10.2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0.0500 ha torpaq sahəsi 12 saylı NK-nın 4ə-1514 reyestr nömrəli, 08.10.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, 24.1.2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kondisioner b/y, 1502 saylı bağ evi 12 saylı NK-nın 4ə-1515 reyestr nömrəli, 08.10.2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, 08.11.2019-cu il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarında olan AR Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, 11.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh, X7, X6 ünvan 1-də qeydiyyatda olan digər şəxslərdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 1 tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur, onun razılığı ilə 2008-ci ildə Cavabdeh gəlin kimi həmin evə köçmüş, 2016-cı ildə isə mənzilə qeydiyyata alınmışdır, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5973/2021 saylı 10.12.2021-ci il tarixli Qətnaməsi ilə E.Əhmədov ilə Cavabdeh arasındakı nikah pozulmuş, 07.01.2011-ci il təvəllüdlü X7 və 28.07.2012-ci il təvəllüdlü X6 anaları Cavabdeh himayəsində saxlanılması, onların yetkinlik yaşına çatanadək saxlanması üçün, cəmi 600 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir, Cavabdeh adına ünvan 3, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0.0500 ha torpaq sahəsi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kondisioner b/y, 1502 saylı bağ evi qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir, qeyd edilənlər işin mübahisəsiz halıdır, Cavabdeh ilkin iddia tələbini qismən qəbul edir. Mübahisə cavabdehlərin mənzildən çıxarılması zamanı kompensasiya verilib-verilməməsi barədədir. Bununla belə, cavabdehlərin mübahisəli mənzildən çıxarılmasına və istifadə hüququna xitam verilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasındakı mənzilə dair hüquq münasibəti cavabdehin mənzilə köçdüyü 2008-ci ildə (2009-cu il oktyabrın 1-dək) yarandığından, mübahisə də həmin dövrdə qüvvədə olan maddi hüquq normaları, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməklə həll olunmalıdır. Məhkəmə hesab edir ki, kompensasiya institutu istifadəçiyə, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsini nəzərdə tutur ki, hazırki halda da mübahisəli mənzillə eyni ərazidə (Bakı şəhəri, Xətai rayonu X.Məmmədov küçəsi ev 1D, mənzil 62) istifadəçiyə, yəni Cavabdeh məxsus mənzilin olması, mənzildən istifadə hüququna görə kompensasiya institutunun məqsədlərinə cavab verməklə onu əvəz edir, əks halda, mülkiyyətçinin üzərinə kompensasiyanın ödənilməsi vəzifəsi qoyulmaqla əmlak hüquqlarının pozulması ilə nəticələnə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və Cavabdeh kompensasiya verilmədən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılmalıdır. Məhkəmə, ilkin iddia tələbinin “07.01.2011-ci il təvəllüdlü X2 və 29.07.2012-ci il təvəllüdlü X1 mənzildən çıxarılması və istifadə hüquqlarına xitam verilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, L.Əhmədzadə və N.Əhmədzadə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayan şəxslər olduqlarından və məhkəmə qətnaməsinə əsasən anaları Cavabdeh himayəsində saxlandıqlarından onların yaşayış yeri Cavabdeh yaşayış yeri hesab edilir. Hazırki halda da sonuncunun iddiaçıya məxsus mənzildən çıxarılması (yaşayış yerinin dəyişməsi) L.Əhmədzadə və N.Əhmədzadənin də onunla - anaları ilə birlikdə iddiaçıya məxsus mənzildən çıxarılmaları üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08.10.2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, ...Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il Qərarı). Konstitusiya Məhkəməsinin digər hüququi mövqeyinə görə, ...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin tətbiq edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır (“R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarı). Məhkəmənin başqa bir qərarında qeyd edilir ki, mülki qanunvericilikdə kompensasiya maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir:mülki-hüquq öhdəliklərinin pozulması nəticəsində zərəri naturada qaytarmaq imkanı olmadıqda həmin zərərin əvəzinin ödənilməsi; sifarişçinin öhdəliyi yerinə yetirənin təqsiri nəticəsində həmin öhdəliyin icrasına marağının itirildiyi halda; qanunvericiliklə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və s.; mənəvi zərərin ödənilməsi; habelə qanunvericiliklə nəzərdə tutulan əmlak, qeyri-əmlak, əmək və digər münasibətlərdə dəymiş zərərin əvəzinin ödənilməsi. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarı). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinin tələbinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29.01.2015-ci tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub, maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. Mülkiyyət anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, cavabdehlər ünvan 1-dən çıxarılmalı və onların həmin mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh, X7 və X1 Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi 36 saylı evin 35 saylı mənzilinə istifadə hüquqlarına xitam verilsin və onlar həmin mənzildən çıxarılsınlar. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar