Məhkəmə qərarları › İş №2(011)-2039/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2039/2023

26.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2039/2023 26.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun tanınması, istifadə hüququna maneələrin aradan qaldırılması və mənzilə köçürülmə” tələbinə dair mülki işə Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun tanınması, istifadə hüququna maneələrin aradan qaldırılması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, onun Cavabdeh2 ilə faktiki nikahından xx.xx.2010-cu il tarixində anadan olmuş İddiaçı ilə ailə olaraq, ünvan 1 ünvanında yaşamışlar. Toğrul orda anadan olmuşdur. Cavabdeh2 Ağamehdi oğlu hər iki mənzili birinci nikahdan olan böyük oğluna bağışlamışdır. Cavabdeh1 isə azyaşlı qardaşı İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15 A, 74 saylı mənzildən çıxartmışdır. Halhazırda azyaşlı övladı ilə yaşayış yeri yoxdur. Baxmayaraq ki, Azərbaycan Respublikası Ali Məhkəmənin 13 oktyabr 2021-ci il tarixli, 2(102)-4694/2021 saylı qətnaməsində göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin mövqeyinə görə, bağışlama halında isə məcburi pay hüququ olan şəxslər hesab olunan birinci növbə vərəsələrə çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə, pozulmuş hüquqlarını bərpa edə bilərlər. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin adı çəkilən qərarı üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasa daxil ola biləcək əşyanın bağışlanması halında vərəsəlik hüququ baxımından bağışlanmış əşya mirasa daxil olsaydı, məcburi paya hüququ olan şəxsin məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilməsi hüququ saxlanılır. İddiaçı ünvan 2 ünvanında və ünvan 3 mənzillərdə yaşamaq və istifadə hüququ vardır. Cavabdehlə 18 il ünvan 1 ünvanında birgə ailə kimi yaşamışlar. Lakin 2018-ci ilin sonunda cavabdeh ayrılaraq ünvan 2 ünvanına köçmüşdür. Cavabdeh məhkəməyə müraciət edərək onu və övladlarını yaşadığı mənzildən çıxarmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15 A, 74 saylı mənzili o, öz vəsaiti hesabına cavabdehin razılığı əsasında əsaslı təmir etmişdir. İddiaçı ünvan 2 və ünvan 4 ünvanlarında yaşamaq və mənzildən istifadə etmək hüququ olduğu üçün sözügedən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15A, mənzil 74 və ya ünvan 2 ünvanlarındakı mənzillərdən birinə köçüb yaşamaq hüququ vardır. İddiaçının qanuni nümayəndəsi göstərilənləri nəzərə alaraq, yetkinlik yaşına çatmayan İddiaçı Bakı şəhəri, Gəncə prospekti, ev 65, 133 saylı mənzilə və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15A, 74 saylı mənzilə istifadə hüququnun tanınması və istifadə hüququna maneələrin aradan qaldırılması, mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının qanuni nümayəndəsi iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qanuni nümayəndə izahatında əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri, Gəncə prospekti, ev 65, 133 saylı mənzildə nə özü, nə oğlu heç vaxt yaşamamışdır. Həmçinin nümayəndə bildirmişdir ki, Bakı şəhəri, ünvan 64 nömrəli mənzil satıldığından həmin mənzil onlara lazım deyil. Məhkəmə iclası barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmənin iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının qanuni nümayəndəsinin çıxışlarını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2369/2020 saylı 02 oktyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4-Ə-1455 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş 299970 saylı çıxarışın ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2021-ci il tarixli 2(102)-4694/2021 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(103)-2496/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2369/2020 saylı 02 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağa oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2496/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il qətnaməsi ləğv edilmiş və yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan MH seriyalı,173144 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsindəki 15A, 74 saylı mənzil xüsusi mülkiyyət hüquqi kimi Cavabdeh2 adına xx.xx.1998-ci il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3964/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh1 cavabdeh Qanuni nümayəndə qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Qanuni nümayəndə azyaşlı övladları İddiaçı, X4, X15, X8, X5 əşyaları ilə birlikdə iddiaçı Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15 saylı binada yerləşən 74 saylı mənzildən çıxarılması, qarşılıqlı iddia üzrə iddiaçı Qanuni nümayəndə qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə yaşamaq hüququnun tanınması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan 25 iyul 2008-ci il tarixdə Suraxanı rayon Mİ şöbəsinin əməkdaşları B.S Həsənov, F.Şirinov, tələbkarın nümayəndəsi Qanuni nümayəndə, tələbkarın bibisi oğlu X2 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2-1247 saylı, xx.xx.2007-ci il tarixli icra vərəqəsi əsasında X3 uşağı ilə birlikdə Hövsan qəsəbəsi, Hövsan yolu küçəsi 15a saylı evin 74 saylı mənzilindən çıxarılmalı idi. X17 xx.xx.2008-ci il tarixdə mənzili boşaltmaq üçün ərizə ilə Suraxanı rayonu İcra şöbəsinə müraciət edərək, 25 iyul 2008-ci ilə qədər vaxt istəmişdir. Məhkəmə qərarının icrasını yoxlamaq üçün göstərilən ünvana baxış keçirilmiş, mənzilin tam boşaldığı, qapıların üstündə qıfılların çıxarılıb aparıldığı, oboy və polun söküldüyü, hətta elektrik lampalarının çıxarıldığı, mənzildə heçnə qalmadığı, mənzildə qalan yeganə əl-üz yuyanın sındırıldığı müəyyən edilmişdir. Boş mənzil tələbkarın etibarlı nümayəndəsi Qanuni nümayəndə tərəfindən təhvil götürülmüşdür. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-517/2022 saylı 22 fevral 2022-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı cavabdehlər Cavabdeh1 və X9 qarşı cavabdeh Fərid X1 arasında bağlanmış ünvan 64 nömrəli mənzilin xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 bağışlanmış ünvan 5 ünvanda olan mənzildən və ünvan 64 nömrəli mənzildən İddiaçı düşən məcburi payların müəyyənləşdirilməsi, həmin payların xx.xx.2010-cu il təvəllüdlü İddiaçı verilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5386/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4019/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-517/2022 saylı 22 fevral 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4019/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3197/2022 saylı 12 avqust 2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh2 Ağamehdi oğlu, Cavabdeh1 və X9 qarşı Cavabdeh2 Ağamehdi oğlu ilə Cavabdeh1 arasında ünvan 7 ünvanında yerləşən evin 74 mənzilinin bağışlanmasına dair müqavilənin və Cavabdeh1 ilə X13 arasında ünvan 7 ünvanında yerləşən evin 74 mənzilinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 7606/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3197/2022 saylı 12 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-517/2022 saylı mülki işin materiallarında olan satıcı Cavabdeh1 ilə alıcı X13 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 15a saylı evin 74 saylı mənzilni alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 15a, 74 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, iddia ərizəsi əsassızdır. Cavabdeh2 tam qanuni əsaslarla, Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq xüsusi mülkiyyət hüququ əsasında özünə məxsus olan mənzilləri rəsmi nikahdan olan oğlu Cavabdeh1 bağışlamışdır. Həmin bağışlama prosesində heç bir qanun pozuntusu olmamışdır. İddia ərizəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2(102)-4694/2021 saylı qərarına istinad edilərək, iddia əsaslandırılmışdır. Bununla bağlı cavabdeh qeyd etmişdir ki, iddiaçılar İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə və X10 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “çıxarışın etibarız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixində Cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılardan X10 məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə özünə aid hissədə iddiadan imtina etdiyi bildirmişdir. İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 4Ə-1455 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilərək onun əsasında verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2(102)-4694/2021 saylı qərarına əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2496/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, “Baxılan iş üzrə məhkəmələrin tətbiq etdiyi maddi hüquq normalarının tələbləri və Konstitusiya Məhkəməsinin mövqeyindən aşkar olaraq müəyyən olunur ki, bağışlama müqaviləsinin hazırki əsaslarla mübahisələndirmək imkanının əldə edilməsi üçün əvvəlki mülkiyyətçi sıradan çıxmalı, vərəsəlik hüquq münasibətləri yaranmalı, bunlardan sonra əgər bağışlamadan iki il müddət ötürülməmişdirsə hüquqlarının pozulduğunu güman edən şəxsin tələb hüququ yarana bilər. Lakin hazırki işin halları baxımından vərəsəlik hüquq münasibətləri yaranmadığından irəli sürülən iddia tələbinin maddi hüquqi əsasları mövcud olmadığı üçün iddiaçının tələblə bağlı subyektiv hüququ yaranmamışdır.” Məhkəmələrin mövqeyinə görə də, bağışlama olduqdan sonra, bağışlayan şəxs 2 il müddətində dünyasını dəyişərsə, məcburi pay hüququ olan şəxslər öz məcburi paylarının tamamlanmasını tələb edə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2021- ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında göstərilmişdir ki, vərəsəlik hüququ baxımından qeyd olunan normanın davamı olaraq Mülki Məcəllənin 1200-cü maddəsində məcburi payın bağışlanmış əşya hesabına artırılması qaydası nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Qeyd olunan maddə məcburi paya hüququ olan şəxslərin məcburi paylarının artırılmasını tələb etmək hüquqlarını müddətlə məhdudlaşdıraraq, yalnız hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına həmin payın tamamlanmasını mümkün hesab etmişdir. Cavabdeh2 Ağamehdi oğlu hazırda sağdır, dünyasını dəyişməmişdir. Belə olan halda söhbət hansı vərəsəlik və məcburi pay münasibətindən gedə bilər. İstər qanunvericiliyin tələbi, istərsə də, Konstitusiya Məhkəməsinin mövqeyindən irəli çıxaraq, qeyd edilməlidir ki, hazırki iddianın irəli sürülməsi üçün ən azından Cavabdeh2 Ağamehdi oğlunun dünyasının dəyişməsi (sıradan çıxması) baş verməlidir. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mülki Məcəllənin 228.1-ci maddəsi müəyyən edir ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2010-cu il təvəllüdlü İddiaçı Qanuni nümayəndə ilə Cavabdeh2 Ağamehdi oğlunun qeyri-rəsmi münasibətlərindən dünyaya gəlmişdir. Cavabdeh2 Ağamehdi oğlu Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 65 saylı evin, 133 saylı mənzilini və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 15 a saylı evin, 74 nömrəli mənzilini oğlu Cavabdeh1 bağışlamışdır. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 65 saylı evin, 133 saylı mənzilinə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət etmiş, lakin iddiası təmin edilməmişdir. Eyni zamanda İddiaçı cavabdehlər Cavabdeh1 və X9 qarşı cavabdeh Fərid X1 arasında bağlanmış ünvan 64 nömrəli mənzilin xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 bağışlanmış ünvan 5 ünvanda olan mənzildən və ünvan 64 nömrəli mənzildən İddiaçı düşən məcburi payların müəyyənləşdirilməsi, həmin payların xx.xx.2010-cu il təvəllüdlü İddiaçı verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia tələbi təmin edilməmiş və yuxarı instansiya məhkəmələrində qətnamə dəyişdirilmədən saxlanılmışdır. Mübahisə predmetini təşkil edən Bakı şəhəri, ünvan 64 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Mübahisə predmetini təşkil edən digər mənzillə - Bakı şəhəri, Gəncə prospekti, ev 65, 133 saylı mənzillə bağlı isə iddiaçının qanuni nümayəndəsi bildirmişdir ki, həmin mənzildə heç vaxt yaşamamışdırlar. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddiaçının Bakı şəhəri, ünvan 64 nömrəli mənzil və Bakı şəhəri, Gəncə prospekti, ev 65, 133 saylı mənzilə üzərində istifadə hüququ mövcud olmadığından iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun tanınması, istifadə hüququna maneələrin aradan qaldırılması və mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar