Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2055/2020 21.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi, İddiaçı cavabdeh X3 qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X1 iddiaya dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 120 manat məbləğində əsas borcun, 36 manat məbləğində cərimə borcunun və 21 manat məbləğində dövlət rüsumunun, cəmi 177 manat məbləğində pul vəsaitinin cavabdehdən İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 50/14 ünvanında (köhnə ünvan) “Sunny Elektronics” mağazasında fəaliyyət göstərən İddiaçı ilə cavabdeh X4 arasında xx.xx.2016-cı il tarixdə 302 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə cavabdeh aldığı 144 manat dəyərində malın- “LG C297” markalı mobil telefonun dəyərini 6 ay ərzində hər ay 24 manat olmaqla ödəməli idi. Lakin ödəniş cədvəli üzrə Cavabdeh (müqavilə rəsmiləşdirilənədək əvvəlcədən ödənilmiş komisyon xidmət haqqı çıxmaq şərti ilə) heç bir ödəniş ödəniş etməmişdir və sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 22 manat ödəniş olunmuşdur. Cavabdeh 120 manat məbləğində əsas, 36 manat məbləğində cərimə borcu yaranmışdır. Cavabdehlərə pulları ödəmələri barədə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir nəticə əldə edilməmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərardadı ilə kiçik iddiaya dair mülki işə iddia icraatı qaydasında baxılması haqqında qərardad qəbul etmişdir. İddiaçı ərizə ilə müraciət edərək, iddianı müdafiə etdiyini bildirdi, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbininin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər X4 və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişdirlər və gəlməməklərinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli, 302 saylı nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı müqaviləyə əlavədə göstərilmiş mal(lar)ı alıcının mülkiyyətinə verməyi, alıcı isə mal(lar)ı qəbul etməyi və 144 AZN məbləği ödəməyi öhdəsinə götürür. Alıcı mal(lar)ı qəbul etdikdən sonra 144 AZN məbləği hissə-hissə 6 ay müddətində hər ayın 3-nə kimi ödəniş cədvəlinə müvafiq olaraq ödəniş etməyi öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli, 302 saylı nömrəli alqı-satqı müqaviləsinə Əlavənin surətindən görünür ki, həmin müqaviləyə əsasən satın alınan mal “LG C297” markalı mobil telefondur. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2016-cı il tarixli, 302 saylı alqı-satqı müqaviləsinin şərtlərinə müvafiq olaraq bu günə kimi borclu Cavabdeh 120 manat məbləində əsas, 36 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 156 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan ödəniş qəbzinə əsasən iddia ərizəsinin verilməsi üçün 21 manat məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin iddianın dəbbə pulunun ödənilməsi barəsində hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin iddianın 21 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı ilə aralarında bağlanılmış müqavilədən irəli gələn vəzifələrini icra etmədiyinə görə iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmiş və qaldırılmış iddia üzrə 21 manat məbləğində dövlət rüsumunu ödəmişdir. Odur ki, iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. 120,00 (bir yüz iyirmi) manat məbləğində əsas, 36,00 (otuz altı) manat məbləğində cərimə borcu olmaqla, cəmi 156,00 (bir yüz əlli altı) manat məbləğində və 21 (iyirmi bir) manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdeh X2 tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2055/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2055/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver