Məhkəmə qərarları › İş №2(011)-2071/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2071/2022

14.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2071/2022 14.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2016-cı il təvəllüdlü X9, xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X11 ilə birlikdə cavabdehlə birgə nikah dövründə əldə etdikləri və yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsində yerləşən 153 saylı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə qeyri-rəsmi ailə qurmuş, nikahları xx.xx.2016-cı il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X9, xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X11 anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-2931/2021 saylı qətnaməsi ilə nikahları pozulmuş və uşaqların onun himavəsində saxlanması qət edilmişdir. Hazırda yaşayış yeri yoxdıır. Ona görə də hesab edir ki, yaşadığı evə 3 azyaşlı övladları ilə köçürülməlidir. Qeyd edir ki, cavabdeh tərəf toy vaxtı ona alınan qızıl-zinət əşyalarını da bütünlüklə vermədilər. Hətta mediasiya şurasına müraciət etmiş, cavabdeh gəlmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu barədə mediasiya şiirasına etidiyi müraciətə görə xx.xx.2022-ci il tarixdə rəsmi məktub verilmişdir ki məhkəməyə müraciət etsin. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdıur. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddiaçı ilə ailə qurduqdan bir müddət sonra birgə yaşadıqlarə evdə məişət əşyalarının itməsi, sınması, yararsız hala düşməsi, ona və ailə üzvlərinə məxsus olan şəxsi əşyaların, qızıl-zinət əşyalarının oğurlanması hadisələri baş vermişdir. Bu barədə Xətai rayon Polis İdarəsinə ərizələrlə müraciət etmişdir. Evin həyətinə müşahidə kameraları quraşdırıldıqdan sonra iddiçı kameraların naqillərini kəsmiş, naqillərin keçdiyi çardağı sökməyə cəhd etmişdir. Bundan sonra oğrunun iddiaçı olduğu məlum olmuş, boşanmaq qərarına gəlmişdir. Qohumolduğundan və uşaqlara görə polisə şikayət etməmişdir. Boşandıqdan sonra iddiaçının Bərdə şəhərində “Ömürdən pay” klinikasında psixi pozuntulardan müalicə aldığını öyrənmişdir. Bərdə rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası İddiaçı həyat şəraitini araşdıran zaman müəyyən etmişdir ki, o, X3 məxsus 3 otaqlı fərdi evdə yaşayır. Həyətyanı sahəsi 15 sot olan həmin evdə iddiaçı və valideynləri yaşayır . Göstərilən evdə uşaqların yaşayıb tərbiyə olunması və təhsil alması üçün normal şərait vardır. Hazırda yaşadıqları mənzil özünə məxsus deyil. Həmçinin iddiaçı ilə birgə nikah dövründə heç bir daşınmaz əmlak əldə olunmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmamsını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbinin əsassız olduğunu göstərərək, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, onlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-2931/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşaqların atanın yanında qalması tələbinə dair” iddiası qismən təmin edilərək, tərəflər arasında xx.xx.2016-cı il tarixdə Laçın rayon Qeydiyyat şöbəsində bağlanmış və 34 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 analarının yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay iddiaçının qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq cavabdehə verilməsi qət edilmişdir. İş materiallarında olan alıcı X7 ilə satıcı X12 arasında bağlanmış xx.xx.2010-cu il tarixli AN- İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 1 saylı fərdi yaşayış evini alıcının mülkiyyətinə vermişdir. Müqavilənin 8-ci bəndinə görə satıçı alıcıya 3-cü şəxslərin hüquqlarından azad mənzili verməyi, 13-cü bəndinə görə isə xx.xx.2021ci il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məhkəmənin sorğusuna xx.xx.2022-ci il tarixli, **********74 saylı cavab məktubundan görünür ki, ünvan 1 saylı fərdi yaşayış evi X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı elektron çıxarışın surətindən görünür ki, ünvan 1 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunur ki, iddiaçının köçürülməsini tələb etdiyi ünvan 1 saylı fərdi yaşayış evi X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bununla yanaşı tərəflərin izahatlarında o da müəyyən olunur ki, qeyd olunan ünvanda cavabdehin atası tərəfindən özbaşına tikili olan ev inşa edilmişdir və iddiaçı cavabdehlə birlikdə evləndikdən sonra orada yaşamışdır. Göründüyü kimi, mübahisəsi gedən evin iddiaçının keçmiş həyat yoldaşı olan cavabdehlə hər hansı aidiyyatı müəyyən edilməməkdədir və belə olan halda onun (iddiaçının) “digər qohum” olaraq həmin evə köçüb orada yaşadığı qənaətinə gəlinməsi daha ağlabatandır. İddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından, mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının 2016-2021-ci illərdə mübahisəsi gedən evdə yaşadığı müəyyən edildiyindən, mübahisəyə xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsi tətbiq olunmalıdır. Həmin Məcəllənin 30.1-ci və 30.2-ci maddələrinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisininonunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Məcəllənin 30.4cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarındakı hüquqi mövqelərə görə, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı mübahisəsi fərdi yaşayış evinə sahiblik edən şəxsdən (cavabdehin atasından) özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz; buna görə də onun həmin evə köçürülməsi tələbinin qanuni əsası mövcud deyildir. İddiaçı mübahisəli mənzilin üçüncü şəxsin deyil, cavabdehlə özünün birgə nikahları dövründə əldə olunması əsasında onlara məxsus olmasını qeyd etmiş, lakin iddiasının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin 1-ci hissəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsində qeyd olunur ki, mülkiyyət hüququ qanunla qorunur və bu hüquq mülkiyyətçinin əmlaka sahib olmaq, ondan istifadə etmək və barəsində sərəncam vermək hüquqlarımdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə 2016-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və həyat yoldaşının atası X12 tərəfindən öz vəsaiti hesabına inşa olunmuş özbaşına tikili olan fərdi yaşayış evinə köçərək, cavabdehlə birlikdə yaşamışdır. Cavabdehlə nikahları pozulduqdan valideynlərinə məxsus evə qayıtmışdır və orada yaşayır. Hazırda iddiaçı yaşayış yerinin olmamasını, mübahisəli evin cavabdehlə bigə nikahda olduqları dövrdə əldə olunmasını əsas gətirərək, 3 övladı ilə birlikdə həmin evə ilə bağlı məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli mənzilə gəlin köçərək, bir müddət orada yaşaması təsdiqini tapır, lakin mübahisənin həllinə digər hüquqi əsasdan yanaşılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsində isə təsbit edilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu idda edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstırilmişdir: “Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin «mülkiyyətidirmi”? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından «mülkiyyət» hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblərdə daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və «qanuni gözləntisi» olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Yuxarıda istinad edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisəli ev iddiaçının adına Daşınmaz Əmlakın Dövlət Reyestrində mülkiyyət kimi qeydiyyata alınmadığına baxmayaraq, iddiaçının həmin evə mülkiyyət onun gözlənilən hüququdur. “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (§103). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddələrinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış mübahisəsiz hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X2 mülkiyyətində, həmin ünvanda inşa olunmuş özbaşına tikili olan yaşayış evi isə iddiaçının keçmiş həyat yoldaşı, hazırki iş üzrə Cavabdeh atası X1 və istifadəsindədir. Mübahisəli evin onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində mülkiyyət kimi qeydiyyata alınmamaına baxmayaraq, həmin evə mülkiyyət onun gözlənilən hüququdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı mübahisəsi fərdi yaşayış evinə sahiblik edən şəxsdən (cavabdehin atasından) özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz; buna görə də onun həmin evə köçürülməsi tələbinin qanuni əsası mövcud deyildir. İddiaçı mübahisəli mənzilin üçüncü şəxsin deyil, cavabdehlə özünün birgə nikahları dövründə əldə olunması əsasında onlara məxsus olmasını qeyd etmiş, lakin iddiasının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2016-cı il təvəllüdlü X9, xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X11 ilə birlikdə cavabdehlə birgə nikah dövründə əldə etdikləri və yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsində yerləşən 153 saylı fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar