Məhkəmə qərarları › İş №2(011)-2089/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2089/2023

13.06.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2089/2023 13.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pay hüququnun tanınması” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə X1 arasında bağlanmış 09 iyun 2007-ci il tarixli 3691 saylı alğı-satqı müqaviləsi üzrə Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944A məhəllə, 5 saylı binanın 50 saylı mənzilinin ümumi sahəsinin (89.8 kv.metr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5355/2019 saylı, 23 avqust 2019-cu il tarixli qərarında göstərilən paylara uyğun olaraq (11/12 hissəsi) 82.3 kv.metr hissəsinə İddiaçı, (mənzilin ümumi sahəsinin 1/2 hissəsinin 1/6 hissəsinə) 7.48 kv.metr Cavabdeh (qanuni nümayəndəsi Qanuni nümayəndə) pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 hazırkı mübahisə ilə bağlı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olduğuna istinad edərək, mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli 2(005)-378/2017 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944 “A” saylı məhəllədə yerləşən 5 saylı binanın 50 saylı mənzilinə X2 tərəfindən ödənilmiş 34.903,32 manat vəsaitin yarısı 17.451,66 manat hissəsində İddiaçı Tahir qızının bütünlükdə, digər yarısı olan 17.451,66 manatın isə 5/6 hissəsinə vərəsəlik qaydasında pay hüququ tanınmaqla, onun həmin ödənilmiş paya münasibətdə vərəsəlik qaydasında pay hüququ tanınmaqla, onun həmin ödənilmiş paya münasibətdə vərəsəlik payı ümumilikdə 11/12 hissə müəyyən edilmiş, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944 “A” saylı məhəllədə yerləşən 5 saylı binanın 50 saylı mənzilinə X1 tərəfindən ödənilmiş 17.451,66 manatın 1/2 hissəsinə Cavabdeh vərəsəlik qaydasında pay hüququ tanınmış, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944 “A” saylı məhəllə yerləşən 5 saylı binanın 50 saylı mənzillə bağlı qalıq borcunun ödənilməsi İddiaçı və Cavabdeh müəyyən edilmiş vərəsəlik payları üzrə onların üzərinə qoyulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" ASC və üçüncü şəxs Cavabdeh nümayəndəsi Qanuni nümayəndə tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 mart 2019-cu il tarixli 2(103)-3066/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli 2(005)-378/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 avqust 2019-cu il tarixli 2(102)-5355/2019 saylı qərarı ilə üçüncü şəxs Cavabdeh nümayəndəsi Qanuni nümayəndə kasssaiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 mart 2019-cu il tarixli 2(103)-3066/2019 saylı qətnaməsinin Cavabdeh pay hüququnun müəyyən edilməsi hissəsində dəyişdirilməsi, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944 “A” saylı məhəllədə yerləşən 5 saylı binanın 50 saylı mənzilinə X1 tərəfindən ödənilmiş 34.903,32 manat vəsaitin yarısı olan 17.451,66 manatın 1/6 hissəsinə Cavabdeh vərəsəlik qaydasında pay hüququnun tanınması, qətnamənin digər hissədə (ödənilmiş pulun yarısı olan 17.451,66 manata bütünlükdə və ödənilmiş pulun yarısı olan digər 17.451,66 manatın 5/6 hissəsinə İddiaçı pay hüququnun tanınması hissəsində) dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, 2(011)- 2089/2023 saylı mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 162, 191, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “pay hüququnun tanınması” barədə 2(011)-2089/2023 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar