Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-21/2023 03.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Nəsibova Çinarə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2008-ci il tarixində "xxxx" MMC ilə iddiaçı arasında bağlanılmış 244- saylı müqaviləyə əssən 13-cü mərtəbədə yerləşən (12b kimi adlandırılmış) iddiaçıya məxsus 60,18 kv. metr sahəyə malik 78b saylı mənzildən Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə çıxarılması, 13-cü mərtəbədə yerləşən (12b kimi adlandırılmış) iddiaçıya məxsus 60,18 kv.m. sahəyə malik 78b saylı mənzilin iddiaçıya təhvil verilməsi və həmin mənzilə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2008-ci il tarixində "xxxx" MMC ilə arasında bağlanılmış 244 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok 13-cü mərtəbəsində 60,18 kv.m. olan 2 otaqdan ibarət mənzil iddiaçının mülkiyyətinə verilmişdir. Belə ki, iddiaçı həmin mənzilin dəyəri olan 26125,94 manat məbləğində pul vəsaitinin tam olaraq ödəmişdir. Bu barədə iddiaçıya qəbzlər də təqdim edilmişdr. "xxxx" MMC rəhbər şəxsləri Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-94/2014 nömrəli hökmü ilə dələduzluq cinayətini törətdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilmişdirlər. Həmin hökmə görə yanlış verilmiş mənzillərin qanuni sahiblərinə qaytarılması, o cümlədən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok 13-cü mərtəbəsində 60,18 kv.m. olan 2 otaqdan ibarət mənzilin iddiaçıya qaytarılması öhdəliyi "xxxx" MMC-nin işini davam etdirən "xxxx" MMC-nə həvalə edilmişdir. Lakin həmin vaxtdan etibarən sözü gedən mənzil iddiaçının mülkiyyətində olduğu halda onun istifadəsinə verilməmişdir. İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək mənzilin ona təhvil verilməsi və mənzilə köçürülməsi barədə qətnamənin qəbul edilməsini tələb etmişdir. Lakin həmin zaman cavabdeh qismində Zeynalov Samir göstərilmişdir. İddiaçı, mübahisə üzrə iddiaçıya məxsus olmuş mənzilin Zeynalov Samir tərəfindən özgəninkiləşdirildiyini zənn etsə də, məhkəmə gedişatında müəyyən edilmişdir ki, məhkəmə ekspertizası keçirilmiş, ekspert rəyi ilə iddiaçıya satılan mənzil ilə inşa olunan yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində satılan mənzil ayrı-ayrı mərtəbələrdə yerləşdiyi üçün eyni mənzillər olmadığı göstərilmişdir. Belə ki, həmin bina 2 girişli, zirzəmi +kürsü +12 mərtəbədən ibarət olduğundan mənzillər alıcılara bölüşdürülən zaman düzgün təhvil verilməmişdir. Belə olan təqdirdə müqavilə üzrə iddiaçıya verilməli olan mənzil Cavabdeh1 və Cavabdeh2 istifadəsindədir. Mənzil hal-hazırda cavabdeh olan şəxslərin istifadəsində olduğuna görə iddiaçı mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Eyni, zamanda, iddia ərizəsinə əlavə edilmiş Çıxarış, maliyyə arayışından da aydın olduğu kimi cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 60,18 kv.m. olan 2 otaqlı mənzilin deyil də, Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok, 12B mərtəbəsindəki 60,18 kv.m. olan 1 otaqlı mənzilin mülkiyyətçisidir. Bütün bunlar cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqlarının pozulmasını bir daha təsdiq edir. Odur ki, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok, 13-cü mərtəbəsindəki 60,18 kv.m. olan 2 otaqlı mənzildən Cavabdeh1 çıxarılmaqla iddiaçının pozulmuş hüquqları məhkəmə tərəfindən bərpa edilməlidir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdirİddiaya etirazın dəlili ondan ibarətdir ki, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok 14-cü mərtəbəsində yerləşən mənzili, mənzilin dəyərini ödəyərək almışdır. Mənzilin dəyərinin ödənilməsi ilə bağlı ona maliyyə arayışı da təqdim edilmişdir. Daha sonra Cavabdeh1 mənzili Cavabdeh2 özgəninkiləşdirmişdir. Cavabdeh yaşayış binanın sonuncu mərtəbəsində mənzilin divarlarını qaldırıb, mənzili təmir edib və hal-hazırda orada yaşayır. İddiaçının müqaviləsində qeyd edilən kimi, ona satılan mənzil yaşayış binasının 13-cü mərtəbəsindədir, cavabdehə isə satılan mənzil isə binanın 14-cü mərtəbəsindədir. Odur ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2014-cü il tarixli 1(101)- 91/2014 nömrəli Hökmü ilə Kazım-zadə Kazım Ələsgər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1. və 178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasında məhkum edilmiş, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işi üzrə mülki iddiaçı qismində tanınmış zərər çəkmiş şəxs İddiaçı Bakı şəhəri, Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 13-cü mərtəbəsində ümumi sahəsi 60,18 kv.m. olan mənzil və ya 26125 manat məbləğində məbləğində pul vəsaitinin ödənilməsi "xxxx" MMC-nin işini davam etdirən "xxxx" MMC-yə həvalə edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)-6130/2016 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə "xxxx" MMC-yə və X4 qarşı – xx.xx.2008-ci il tarixli "xxxx" MMC ilə aralarında bağlanmış 244 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə pr. 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok 13-cü mərtəbəsinin sahəsi 60,18 kv.m. olan 2 otaqlı mənzilinə dair istifadə hüququnun tanınması. Bakı şəhəri, Xətai rayonu, Gəncə pr. 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok 13-cü mərtəbəsinin sahəsi 60,18 kv.m. olan 2 otaqlı mənzilindən X2 çıxarılması, xx.xx.2008-ci il tarixli "xxxx" MMC ilə aralarında bağlanılmış 244 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə pr. 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok 13-cü mərtəbəsinin sahəsi 60,18 kv.m. olan 2 otaqlı mənzilin ona təhvil verilərək mənzilə köçürülməsi, xx.xx.2008-ci il tarixli "xxxx" MMC ilə aralarında bağlanılmış 244 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə pr. 2935A ünvanında tikilən yaşayış binasının 1-ci blok, sahəsi 60,18 kv.m. olan 2 otaqlı mənzili binanın 13cü mərtəbəsində deyil, 12-ci mərtəbəsində yerləşir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə məhz qeyd edilən (hazırkı mübahisəin predmeti olan) mənzilin cavabdeh Samir Zeynalova təhvil verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Hazırda mənzil Samir Zeynalovun sahiblik və istifadəsindədir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyanın xx.xx.2019-cu il tarixli 2(102)-8187/2019 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kolleiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri, Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 12B mərtəbəsində ümumi sahəsi 60,18 kv.m. olan 1 otaqlı mənzil "xxxx" şirkəti tərəfindən Cavabdeh1 satılmış və sonuncu mənzilin tam dəyərini 18 fevral 2014-cü il tarixli, 406 nömrəli Maliyyə Arayışına əsasən tam ödəmişdir. Daha sonra həmin mənzil Cavabdeh1 20 may 2016-cı il tarixli ərizəsinə əsasən Bakı şəhəri, Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 12B mərtəbəsində ümumi sahəsi 60,18 kv.m. olan 1 otaqlı mənzil Cavabdeh2 verilmişdir. Cavabdeh1 qeyd edilən ərizədə müqavilənin Cavabdeh2 adına rəsmiləşdirilməsinə razı olduğunu ifadə etmişdir. Yəni, Bakı şəhəri, Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 12B mərtəbəsində ümumi sahəsi 60,18 kv.m. olan 1 otaqlı mənzil Cavabdeh1 tərəfindən Cavabdeh2 faktiki olaraq satılmış, mənzil onun sahibliyi və istifadəsinə verilmişdir. İş materiallarında olan "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış 23 noyabr 2021-ci il tarixli 05/2021 nömrəli, 18 aprel 2022-ci il tarixli 04/2022 nömrəli məktublarından və məktuba əlavə edilmiş sərəncam, eskiz layihə və rəydən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A məhəllədə "xxxx" MMC-yə xx.xx.20005-ci ildə Bakı şəhəri İcra Hakimiyyəti Başçısı tərəfindən 267 nömrəli sərəncam verilmişdir. MMC tərəfindən 2006-cı ildə layihələndirilmiş Eskiz Layihəsi Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində xx.xx.2006-cı il tarixdə, 18/04-574 nömrə ilə təsdiq edilmişdir. "xxxx" MMC-yə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsi tərəfindən 02 fevral 2007-ci il tarixli, 7383 nömrəli rəy verilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yaşayış binasının inşasına zirzəmi, kürsülü, 12+texniki mərtəbəyə icazə verilmişdir. 13-cü mərtəbə binanın layihəsində, sərəncamında və İnşaat Pasportunda nəzərdə tutulmamış və "xxxx" MMC tərəfindən inşa edilməmişdir. 12-ci mərtəbənin üstündə qeyri-qanuni layihələndirilmədən və aidiyyəti orqanlarla razılaşdırılmadan "xxxx" MMC tərəfindən qanunsuz tikilərək 2013- 2014-cü illərdə vətəndaşlara satmış və həmin tikdiyi mərtəbənin 12B mərtəbə kimi adlandırmışdır. "xxxx" MMC-nin direktoru Əkbər Cəfərov 12B mərtəbə, 78 B mənzil, 60,18 kv.m. sahəsi olan 1 otaqlı mənzil kimi Cavabdeh1 satmış və həmin sahədə hal-hazırda Cavabdeh2 ailəsi ilə birlikdə yaşayırlar. "xxxx" MMC 2012-2015-ci illərdə qeyri-rəsmi fəaliyyət göstərdiyi vaxtda binanın texniki mərtəbəsinin üstündə qeyri-qanuni təhlükəli 2 mərtəbə inşa etmişdir, həmin mərtəbənin 1 ədədi sökülmüşdür, qalan 1 mərtəbə sökülməsi FHN tərəfindən tələb edir, o səbəbdən binanın istismara qəbulu dayandırılmışdır. “AENT-“ MMC tərəfindən qeyri-rəsmi tikilmiş 12B kimi adlanmış mərtəbə 2018-ci ildə bina müayinə olanda məlum oldu ki, sütunları yoxdur və tikinti normalarına cavab vermir. Həmin mərtəbənin qalması məlum deyildir və sökülmə ehtimalı da ola bilər. FİN AzKommunalLayihə İnstitu və Dadaşov adına institutlar tərəfindən müayinə edilmiş "xxxx" MMMC tərəfindən rəsmi rüsumlar da tam ödənilib və İnstitutların son rəyi o olubdur ki, həmin mərtəbəni yenidən layihələndirmək sonra da gücləndirmək və Ekspertizadan keçirtmək lazımdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6431 nömrəli rəyə görə baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında inşa edilmiş yaşayış binasının mənzillərin yerləşmə planı mülki iş materiallarında olmadığı üçün İddiaçı və Cavabdeh1 satılmış mənzillərin eyni mənzillər olub-olmamasına dair tədqiqat aparılmadı. Eyni zamanda qeyd olunur ki, baxış zamanı təqdim olunan mənzil faktiki olaraq Cavabdeh2 tərəfindən istifadə olunmaqla, yaşayış binasının 14-cü mərtəbəsində (0 nöqtəsindən) yerləşir. xx.xx.2008-ci il tarixli 244 saylı müqaviləyə əsasən "xxxx" MMC tərəfindən İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935a ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 13cü mərtəbəsində mənzil satılmışdır. Tədqiqat obyektinə keçirilən baxış zamanı çoxmərtəbəli yaşayış binasının faktiki olaraq ümumilikdə 16 mərtəbədən ibarət olduğu, bunların 2 mərtəbəsinin qeyri-yaşayış mərtəbəsi, 14 mərtəbəsinin isə yaşayış mərtəbəsi olduğu, “Eskiz layihəsi”nə əsasən yaşayış sahəsi kimi nəzərdə tutulmuş mənzillərin 2 qeyri-yaşayış mərtəbəsindən sonra, yəni 0 nöqtəsindən başladığı müəyyən olundu. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935a ünvanında yerləşən çox mərtəbəli binanın 13-cü mərtəbəsindən yuxarı 14-cü mərtəbənin mövcud olduğu müəyyən olundu. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı da, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935a ünvanında yerləşən çox mərtəbəli binanın 2 qeyri-yaşayış mərtəbəsindən və 14 yaşayış mərtəbəsindən ibarət olduğu müəyyən edilmişdir. Cavabdeh2 yaşadığı mənzil binanın sonuncu yaşayış mərtəbəsində, yəni 14-cü mərtəbəsində yerləşir. Mənzil sonuncu tərəfindən təmir edilmiş və zəruri avadanlıq və mebel ilə təchiz edilmişdir. Mənzildə hal-hazırda Cavabdeh2 qızı ilə birlikdə yaşayır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göstərilən maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı üç dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması; 3) başqa şəxsin sahibliyinin qanunsuz olması; 3) özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalıdır; 5) geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdi-müəyyən əşya) olmalıdır; 6) əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalıdır. Göstərilən altı şərt və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən, mübahisə edilən mənzilin iddiaçıya məxsus olduğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı yuxarıda istinad edilən qətnamələrə əsaslanaraq Cavabdeh2 istifadəsində olan mənzilin yaşayış binasının 12-ci mərtəbəsində yerləşdiyini, bununla da Cavabdeh2 istifadəsində olan mənzilin binanın 13-cü mərtəbəsində yerləşdiyini və iddiaçıya məxsus olduğunu iddia etsə də, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyində və keçirilmiş yerində müayinə zamanı mübahisə predmeti olan mənzilin Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında inşa edilən çox mərtəbəli binanın 1-ci blokunun, 14-cü mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə iddianın Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 60,18 kv.m. olan 2 otaqlı mənzilin deyil də, Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok, 12B mərtəbəsindəki 60,18 kv.m. olan 1 otaqlı mənzilin satıldığı ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, "xxxx" MMC-yə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yaşayış binasının inşasına zirzəmi, kürsülü, 12+texniki mərtəbəyə icazə verilmişdir, 13-cü mərtəbə binanın layihəsində, sərəncamında və İnşaat Pasportunda nəzərdə tutulmamışdır, 12-ci mərtəbənin üstündə olan mərtəbə qeyri-qanuni layihələndirilmədən və aidiyyəti orqanlarla razılaşdırılmadan "xxxx" MMC tərəfindən 2012-2015-ci illərdə qanunsuz tikilərək, həmin tikdiyi mərtəbənin 12B mərtəbə kimi adlandırmışdır. Belə ki, xx.xx.2005-ci il tarixində Bakı şəhəri İcra Hakimiyyəti Başçısı tərəfindən 267 nömrəli sərəncam verilmişdir. MMC tərəfindən 2006-cı ildə layihələndirilmiş Esgiz Layihəsi Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində xx.xx.2006-cı il tarixdə, 18/04-574 nömrə ilə təsdiq edilmişdir. "xxxx" MMC-yə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsi tərəfindən 02 fevral 2007-ci il tarixli, 7383 nömrəli rəy verilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yaşayış binasının inşasına zirzəmi, kürsülü, 12+texniki mərtəbəyə icazə verilmişdir. 13-cü mərtəbə binanın layihəsində, sərəncamında və İnşaat Pasportunda nəzərdə tutulmamış və "xxxx" MMC tərəfindən inşa edilməmişdir. 12-ci mərtəbənin üstündə olan mərtəbə qeyri-qanuni layihələndirilmədən və aidiyyəti orqanlarla razılaşdırılmadan "xxxx" MMC tərəfindən qanunsuz tikilərək 2012-2015-ci illərdə vətəndaşlara satmış və həmin tikdiyi mərtəbənin 12B mərtəbə kimi adlandırmışdır. “AENT- “ MMC tərəfindən qeyri-rəsmi tikilmiş 12B kimi adlanmış mərtəbə 2018-ci ildə bina müayinə olanda məlum oldu ki, sütunları yoxdur və tikinti normalarına cavab vermir. Həmin mərtəbənin qalması məlum deyildir və sökülmə ehtimalı da ola bilər. Göründüyü kimi, "xxxx" MMC tərəfindən iddiaçıya tikintisi layihələndirilməmiş mərtəbədən mənzilin satılması nəzərdə tutulmuşdur. Bunun nəticəsidir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2014-cü il tarixli 1(101)-91/2014 nömrəli Hökmü ilə "xxxx" MMC-nin işini davam etdirən "xxxx" MMC-yə İddiaçı Bakı şəhəri, Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 13-cü mərtəbəsində ümumi sahəsi 60,18 kv.m. olan mənzilin təhvil verilməsi öhdəliyi ilə yanaşı, alternativ olaraq 26125 manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyi də müəyyən edilmişdir. Göstərilənlərlə yanaşı məhkəmə onu da qeyd edir ki, iddiaçı xx.xx.2008-ci il tarixində "xxxx" MMC ilə iddiaçı arasında bağlanılmış 244- saylı müqaviləyə əssən 13-cü mərtəbədə yerləşən (12b kimi adlandırılmış) iddiaçıya məxsus 60,18 kv. metr sahəyə malik 78b saylı mənzildən Cavabdeh1 cav ailə üzvləri ilə birlikdə çıxarılmasını tələb etsə də, məhkəmə araşdırması zamanı mübahisə predmeti olan mənzilin Cavabdeh1 Aydın oğlu tərəfindən özgəninkiləşdirildiyi və mənzil ilə bağlı hər hansı əlaqəsinin olmadığı müəyyən edilmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və məhkəmə prosesi zamanı müəyyən edilmiş mülki işin həqiqi hallarına əsaslanaraq hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2008-ci il tarixində "xxxx" MMC ilə iddiaçı arasında bağlanılmış 244- saylı müqaviləyə əssən 13-cü mərtəbədə yerləşən (12b kimi adlandırılmış) iddiaçıya məxsus 60,18 kv. metr sahəyə malik 78b saylı mənzildən Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə çıxarılması, 13-cü mərtəbədə yerləşən (12b kimi adlandırılmış) iddiaçıya məxsus 60,18 kv.m. sahəyə malik 78b saylı mənzilin iddiaçıya təhvil verilməsi və həmin mənzilə köçürülməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-21/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-21/2023
03.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver