Məhkəmə qərarları › İş №2(011)-2123/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2123/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2123/2020 24.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X8 iştirakı ilə İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddiaçının anası X2 qalmış Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, ev 11, mənzil 23-dən ibarət miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, iddiaçının və cavabdehin miras əmlakda paylarının 1/2 hissədə müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh Şirin oğlu ilə X3 birgə nikahlarından xx xxxxxx 1977-ci ildə Bakı şəhərində doğulmuşdur. Valideynlərinin ondan başqa birinci növbə vərəsəsi olan X15, X16 və Cavabdeh adlı 4 övladı olmuşdur. X1 xx xxxx 2019-cu ildə vəfat etmişdir. Onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsində yerləşən 11 saylı evin 23-cü mənzili olmuşdur. Həmin əmlakı miras qalmışdır. Miras əmlakı notariat orqanına gec müraciət olunması səbəbindən bu günə kimi mülkiyyətə keçirə bilməmişdir. Anasının digər birinci növbə vərəsələri mirası qəbul etməmişldirər. Hesab edir ki, anasından qalmış yaşayış evindən ibarət mirası faktiki cəhətdən ələ keçirdiyindən və ona sahib durduğundan, eləcə də, əmlakın saxlanması işlərini həyata keçirdiyindən miras onun tərəfindən qəbul edilmiş sayılır. Odur ki, bu fakt müəyyən edilməli, miras əmlakda paylar müəyyən edilməlidir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının anası X2 qalmış Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, ev 11, mənzil 23 nömrəli miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi və cavabdehin miras əmlakda paylarının ½ hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını və mülki iş üzrə digər sübutları təhlil edərək belə qənaətə gəlir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. Mülki işə əlavə edilən sənədlərdən aşağıdakılar müəyyən edilir. AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********62 nömrəli arayışına əsasən, Xətai rayonu, Sarayevo küçəsi, ev 11, 23 saylı mənzil Bakı Şəhər İcra Hakimiyyəti Aparatı Mənzil-kooperativ təsərrüfatı idarəsinin xx.xx.1996-cı il 89 saylı sərəncamına, xx.xx.1997-ci il tarixli 15076 saylı orderə, xx.xx.2006-cı il tarixli 111/23 saylı Forma 2 arayışına, xx.xx.2006-cı il tarixli 111/24 saylı Maliyyə arayışına, X16 və İddiaçı tərəfındən verilən razılıq ərizələrinə əsasən xx.xx.2006cı il tarixində X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli 05/2-3667/13 nömrəli arayışına əsasən, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Sərəncam Abdullayevanın xx.xx.1972-ci ildə Səbail rayon qeydiyyat şöbəsində xx.xx.1938-ci il təvəllüdlü Cavabdeh ilə nikaha daxil olduğu və bu nikahdan doğulmuş xx.xx.1973-cü il təvəllüdlü Elbəyi Qurbanovun doğumunun xx.xx.1973-cü ildə, xx.xx.1975-ci il təvəllüdlü Azər Qurbanovun doğumunun xx.xx.1975-ci ildə, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı doğumunun xx.xx.1977-ci ildə Səbail rayon qeydiyyat şöbəsində, xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh doğumunun isə xx.xx.1980-ci ildə Xətai rayon qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir. xx.xx.2019-cu ildə vəfat etmiş Sərəncam Abdullayevanın ölümünün xx.xx.2019-cu ildə 2 saylı Bakı “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində dövlət qeydiyyatına alındığı məlum olmuşdur. AZ-İİ seriyalı 109130 nömrəli “Ölüm haqqında Şəhadətnamə”yə əsasən Cavabdeh Şirin oğlu xx.xx.1994-cü il tarixində Bakı şəhərində vəfat etmişdir. AZ-İİ seriyalı 061195 nömrəli “Ölüm haqqında Şəhadətnamə”yə əsasən X7 xx.xx.2019-cu il tarixində Bakı şəhərində vəfat etmişdir. Bakı şəhəri İcra hakimiyyəti nəzdində 111 nömrəli Mənzil-tikinti kooperativinin idarə heyətinin xx.xx.2020-ci il tarixli arayışına əsasən İddiaçı Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, ev 11, 23 saylı mənzildə yaşayır. AR Ədliyyə Nazirliyi Bakı şəhəri 18 saylı notariat ofisinin İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.2019-cu il tarixdə ölmüş X2 qalan miras əmlaka notariat tərəfindən vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmişdir. Miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əmlakın hüquq müəyyənedici sənədini notariat ofisinə təqdim etməyi xahiş olunur. X9 notarial təsdiq olunmuş ərizəsinə əsasən, xx.xx.2019-cu ildə Bakı şəhərində anası X7 vəfat edib, onun mülkiyyətində olan ünvan 2 mənzil 23 ünvanında yerləşən mənzilində vərəsəlik əmlak qalmışdır. Hazırki ərizə ilə X14 vərəsəliklə qalan əmlakdan ona çatası paydan bacısı İddiaçı xeyrinə imtina edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə ölmüş X2 qalan miras əmlaka notariat tərəfindən vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmişdir, lakin miras əmlakın daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim edilmədiyindən vərəsəlik şəhadətnaməsi təqdim edilməmişdir. Miras əmlak Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 11 saylı evin 23 saylı mənzilindən ibarətdir. Miras qoyanın 1-ci növbəli vərəsələri xx.xx.1973-cü il təvəllüdlü Elbəyi Qurbanov, xx.xx.1975-ci il təvəllüdlü Azər Qurbanov, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı, xx.xx.1980-ci il təvəllüdlü Cavabdehdur. Miras qoyanın əri Cavabdeh Şirin oğlu xx.xx.1994-cü il tarixində Bakı şəhərində vəfat etmişdir. İddiaçı və onun qardaşı Cavabdeh miras qalmış mənzildə yaşayaraq mirası faktiki olaraq qəbul etmişdirlər. Bu hal iddiaçı tərəfindən təqdim edilmiş Bakı şəhəri İcra hakimiyyəti nəzdində 111 nömrəli Mənzil-tikinti kooperativinin idarə heyətinin xx.xx.2020-ci il tarixli arayışa və iddiaçının izahatına əsasən müəyyən edilmişdir. X14 notarial təsdiq olunmuş ərizəsinə əsasən, xx.xx.2019-cu ildə Bakı şəhərində anası X7 vəfat edib, onun mülkiyyətində olan ünvan 2 mənzil 23-dən, vərəsəliklə qalan əmlakdan ona çatası paydan bacısı İddiaçı xeyrinə imtina etmişdir. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ-ci hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2011-ci il tarixli Qərarına istinadən qeyd edir ki, mülkiyyət hüququ kimi, vəsiyyət etmə və varis olma hüququnun da sosial ədalət baxımından hədləri (sərhədləri) vardır. Vəsiyyət edənin iradəsini (və ya vəsiyyət azadlığını) məhdudlaşdıran Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Deməli, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür. Mirasda məcburi pay – sosial-iqtisadi və əxlaqi yükü (əhəmiyyəti) olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Yuxarıda istinad edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı və Cavabdeh miras qoyan X5 birinci növbə vərəsələridir. İddiaçı tərəfindən miras əmlak olan ünvan 2 23 saylı mənzil faktiki qəbul edilmiş hesab edilməli və vərəsə X9 İddiaçı xeyrinə miras paydan imtina etdiyini nəzərə alaraq, miras əmlakda İddiaçı 2/4 (dörddə iki) hissədə, Cavabdeh 1/4 (dörddə bir) hissədə vərəsəlik payları müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Miras əmlak olan ünvan 2 23 saylı mənzil İddiaçı tərəfindən faktiki qəbul edilmiş hesab edilsin. Miras əmlak olan ünvan 2 23 saylı mənzilə İddiaçı 2/4 (dörddə iki) hissədə, Cavabdeh 1/4 (dörddə bir) hissədə vərəsəlik payları müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar